1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin (aparat) dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;
1.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan qurumlarda çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
___________ *Əlavə dərc edilmir.