1. "Təbii qazın qəbulu və regionlar üzrə paylanması haqqında" 2-qaz №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 27 may tarixli 63/14 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "Təbii qazın qəbulu və regionlar üzrə paylanması haqqında" 2-qaz №-li rüblük rəsmi statistika hesabatı formasından "Alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verilir", "Hesabat təqdim edən müəssisənin:", "adı____", "ünvanı____", "rayon (şəhər) adı və kodu", "kənd (küçə) adı və kodu", "və "Naxçıvan qaz" İB" sözləri çıxarılsın, "İdarə sənədlərinin təsnifatı üzrə formanın kodu" sözləri "Hesabat formasının kodu" sözləri ilə, "Müəssisənin identifikasiya (statistik) kodu" sözləri "Statistik vahidin identifikasiya (statistik) kodu" sözləri ilə, hesabatın dövriliyini və tərtib edildiyi tarixi əks etdirən hissələrdə "201" rəqəmləri "20" rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "Təbii qazın qəbulu və regionlar üzrə paylanması haqqında" 2-qaz №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in birinci abzasının birinci cümləsindən "və "Naxçıvan qaz" İB" sözləri çıxarılsın.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Energetika və ətraf mühit statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov