a alır:
1. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 590 (Cild I); 2024, № 2, maddə 209) Qərarı ləğv edilsin.
2. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 mart tarixli 87 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 521 (Cild I) Qərarı ləğv edilsin.