Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 11 " aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 25.1-ci maddəsinin ikinci cümləsinə, 25.2-ci maddəsinin ikinci cümləsinə, 25.5-ci, 25.7-ci, 26.2-ci maddələrinə, 27.1-ci maddəsinin ikinci cümləsinə və 58.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra - Konvensiya), habelə Konvensiyaya 1 nömrəli Əlavə - "Aviasiya personalının sertifikatlaşdırılması" (bundan sonra - Konvensiyaya 1 nömrəli Əlavə) ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.
1.3. Bu Qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir:
1.3.1. həvəskar pilot;
1.3.2. kommersiya pilotu;
1.3.3. nəqliyyat pilotu;
1.3.4. çoxheyətli pilot;
1.3.5. hava şarı pilotu;
1.3.6. naviqator;
1.3.7. bort mühəndisi;
1.3.8. bort radiooperatoru (bort radist);
1.3.9. havada hərəkəti idarəetmə dispetçeri;
1.3.10. hava gəmisi texnikləri.
1.4. Aviasiya personalına şəhadətnamələrin, ixtisas qeydlərinin, vəsiqələrin, sertifikatların və ya digər əlaqəli sənədlərin verilməsi, yenidən təsdiq edilməsi və ya müddətinin uzadılması, eləcə də onlarda hər hansı dəyişiklik edilməsi və üzv dövlətdə verilmiş analoji sənədlərin Azərbaycan Respublikasında təsdiq edilməsi və ya konvertasiyası üçün ərizə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra - Agentlik) təqdim edilir. Ərizə ərizəçilərin bu Qaydalarda nəzərdə tutulmuş şəhadətnamələrin, ixtisas qeydlərinin, vəsiqələrin, sertifikatların və ya digər əlaqəli sənədlərin verilməsi, yenidən təsdiq edilməsi və ya müddətin uzadılması tələblərinə uyğun olduğuna dair təsdiqedici sənədlər və məlumatlarla müşayiət olunmalıdır.
1.5. Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və Konvensiyaya üzv dövlətdə (bundan sonra — üzv dövlət) verilmiş analoji sənədlərin tanınması ilə bağlı bu Qaydalarla tənzimlənməyən məsələlər Konvensiyanın əlavələrinin tələblərinə uyğun olaraq Agentlik tərəfindən təsdiq edilmiş təlimatlar və prosedur sənədlərlə tənzimlənir və Konvensiyanın əlavələrinə ediləcək dəyişikliklər həmin təlimatlar və prosedur qaydalarla müəyyən edilir.
1.6. Bu Qaydalarda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə nəzarət Agentlik tərəfindən həyata keçirilir.
1.7. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.7.1. ərizəçi - şəhadətnamənin, ixtisas qeydinin, vəsiqənin və ya sertifikatın alınması, yenilənməsi, müddətinin uzadılması və ya dəyişiklik edilməsi və ya üzv dövlətdə verilmiş analoji sənədlərin təsdiq edilməsi, eləcə də konvertasiya üçün Agentliyə ərizə ilə bilavasitə və ya səlahiyyətli nümayəndəsi vasitəsilə müraciət edən, aviasiya personalı hesab olunacaq fiziki şəxs;
1.7.2. uçuş heyətinin əhatə dairəsi - həvəskar pilot, kommersiya pilotu, nəqliyyat pilotu, çoxheyətli pilot, hava şarı pilotu, naviqator bort mühəndisi, bort radiooperatoru (bort radist);
1.7.3. təsdiq edilmiş təlim - Agentliyin təsdiq etdiyi xüsusi kurikulum və nəzarəti altında keçirilən təlim;
1.7.4. təsdiq edilmiş təlim təşkilatı - təsdiq edilmiş təlimi yerinə yetirmək üçün Konvensiyaya 1 nömrəli Əlavənin tələblərinə uyğun olaraq Agentlik tərəfindən təsdiq edilmiş və onun nəzarəti ilə fəaliyyət göstərən təşkilat;
1.7. 5. güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmisi - aşağıdakı hava gəmiləri, o cümlədən:
1.7.5.1. sertifikatlaşdırılmış maksimal qalxma kütləsi 5700 kq-dən çox olan təyyarələr;
1.7.5.2. sərnişin oturacaq yerlərinin sayı 19-dan çox olan konfiqurasiya ilə sertifikatlaşdırılmış təyyarələr;
1.7.5.3. ən azı iki pilotdan ibarət olan hava gəmisinin heyəti ilə istismar oluna biləcək formada sertifikatlaşdırılmış təyyarələr;
1.7.5.4. turboreaktiv mühərriklə (mühərriklərlə) və ya birdən çox turbovintli mühərriklə təchiz edilmiş təyyarələr;
1.7.5.5. maksimal qalxma kütləsi 3175 kq-dən çox olan sertifikatlaşdırılmış helikopterlər və 9-dan yuxarı maksimum sərnişin oturacaqlı konfiqurasiya ilə sertifikatlaşdırılmış helikopterlər;
1.7.5.6. ən azı iki pilotdan ibarət olan hava gəmisinin heyəti ilə istismar oluna biləcək formada sertifikatlaşdırılmış helikopterlər;
1.7.5.7. əyilən-rotorlu hava gəmisi;
1.7.6. instrumental ixtisas qeydi (IR) - cihaz üzrə uçuş qaydaları əsasında uçmağa səlahiyyət verən ixtisas qeydi.
1.8. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Konvensiyaya 1 nömrəli Əlavə ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Uçuş heyətinə münasibətdə Agentliyə müraciətlə bağlı əsas tələblər
2.1. Bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla şəhadətnamə, ixtisas qeydi və ya sertifikatla verilmiş imtiyazların məhdudlaşdırılması və ya müddətinin uzadılması Agentlik tərəfindən həmin şəhadətnamədə və ya sertifikatda təsdiq edilir.
2.2. Bir şəxsin bu Qaydalara uyğun olaraq verilmiş bir hava gəmisi kateqoriyası üzrə birdən artıq şəhadətnaməyə malik olmasına yol verilmir.
2.3. Ərizəçi malik olduğu pilot şəhadətnaməsinə daxil olan hava gəmisinin kateqoriyasından fərqli kateqoriyalı hava gəmiləri üçün şəhadətnamənin, ixtisas qeydlərinin və ya sertifikatların alınması, habelə həmin şəhadətnamə, ixtisas qeydi və ya sertifikatlarda dəyişiklik edilməsi, onların yenidən təsdiq edilməsi və ya müddətinin uzadılması məqsədilə ərizə ilə yenidən Agentliyə müraciət etməlidir.
2.4. Şəhadətnamə, ixtisas qeydi və ya sertifikatın alınması üçün ərizəçi bacarıq testini və ya səriştənin qiymətləndirilməsini uğurlu nəticə ilə bitirdikdən sonra 6 (altı) aydan gec olmayaraq Agentliyə müraciət etməlidir.
2.5. Hava gəmilərində və ya uçuşu imitasiya edən təlim qurğusunda yekunlaşdırılmış təlim bu Qaydalarla müəyyən edilmiş təcrübə və yenidən qiymətləndirmə tələbləri üçün nəzərə alınmalıdır.
3. Tələbə-pilota dair tələblər
3.1. Tələbə-pilot qismində ilk uçuşa yaşı 16-dan az olmayan şəxslər buraxılır.
3.2. Tələbə-pilotun beynəlxalq uçuşlarda uçmasına yol verilmir.
3.3. Uçuş təlimatçısı tərəfindən icazə verilmədiyi və onun tərəfindən nəzarət edilmədiyi təqdirdə tələbə-pilotun təkbaşına uçması qadağandır.
4. Uçuş heyətinin nəzəri bilik imtahanlarına dair tələblər
4.1. Agentliyə ilkin müraciətdən əvvəl ərizəçi müraciətinə uyğun keçdiyi təlimlərə dair təsdiqləyici sənədləri və bu təlimlərə cavabdeh olan təsdiq edilmiş təlim təşkilatının bununla bağlı tövsiyə məktubunu Agentliyə təqdim etməlidir.
4.2. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə ərizəçi şəhadətnamənin verilməsi ilə əlaqədar Agentlik tərəfindən təşkil edilən və aparılan nəzəri bilik imtahanlarına buraxılır.
4.3. Təsdiq edilmiş təlim təşkilatının tövsiyə məktubunun etibarlılıq müddəti 12 (on iki) aydır. Ərizəçi bu müddət ərzində Agentlikdə keçirilən ən azı bir nəzəri bilik imtahanında iştirak etmədikdə, təsdiq edilmiş təlim təşkilatı tərəfindən ərizəçinin əlavə təlimlərə ehtiyacının olubolmaması müəyyən edilir.
4.4. Ərizəçilərin müraciətlərinə uyğun olaraq nəzəri bilik imtahanının verilməsi tələb edilən sahələr Konvensiyaya 1 nömrəli Əlavə ilə müəyyən olunur. İmtahan sualları Agentlik və ya Agentlik tərəfindən müəyyən edilmiş digər təşkilat tərəfindən hazırlanır. Həmin sualların və onların cavablarının konfidensiallığı təmin edilməlidir.
4.5. İmtahan keçirilən zaldan və orada olan avadanlıqlardan asılı olaraq, eləcə də ərizəçilərin davranışına nəzarət etməyin mümkünlüyü nəzərə alınaraq imtahanın eyni zamanda bir neçə namizədlə keçirilməsinə yol verilir.
4.6. İmtahana Agentliyin təyin etdiyi əməkdaş tərəfindən nəzarət edilir.
4.7. İmtahana buraxılan namizədin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənədlər əsasında müəyyənləşdirilir.
4.8. Ərizəçi aşağıdakı hərəkətlərə yol verdikdə imtahandan xaric edilir və onun nəticələri ləğv edilir:
4.8.1. imtahana saxta və ya başqasına aid sənəd təqdim etməklə daxil olmağa cəhd etdikdə, öz yerinə başqasını göndərdikdə və ya sərxoş vəziyyətdə gəldikdə;
4.8.2. imtahana mobil telefon və digər rabitə vasitələri və digər elektron cihazlar, konspekt, məlumat kitabçası və digər yardımçı vasitələr gətirdikdə və ya onlardan istifadə etdikdə;
4.8.3. imtahan zalında imtahan başladıqdan sonra yerini dəyişdikdə, gəzdikdə və digər hərəkətlərlə imtahanın gedişinə mane olduqda;
4.8.4. digər namizədlərin imtahan nəticələrinə təsir göstərən hərəkətlərə yol verdikdə, o cümlədən verilən suallara, onların cavablarına baxdıqda, ona verilən suallara və verdiyi cavablara digər namizəd tərəfindən baxılmasına şərait yaratdıqda, ondan sualın cavabını soruşduqda və ya sualın cavabını bildirdikdə;
4.8.5. verilən sualların cavablarını imtahanın gedişinə nəzarət edən şəxslərdən və ya təyin edilən nəzarətçidən soruşduqda.
4.9. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar imtahan başa çatdıqdan sonra aşkar edilərsə bu hal aktlaşdırılır və həmin şəxsin nəticələri ləğv edilir.
4.10. Ərizəçi imtahan müddəti ərzində imtahan sualları üçün müəyyən edilmiş balların ən azı 75 faizini yığmaqla düzgün cavablandırdıqda nəzəri bilik imtahanını müvəffəqiyyətlə keçmiş hesab edilir. Ərizəçi imtahanı 3 dəfə təkrar vermək hüququna malikdir.
4.11. Ərizəçinin imtahanı verməyə cəhd etdiyi ilk təqvim ayının sonundan etibarən 18 (on səkkiz) təqvim ayı müddətində o, müraciəti ilə bağlı tələb olunan nəzəri bilik imtahanlarından keçdikdə nəzəri bilik imtahanından keçmiş hesab edilir.
4.12. Nəzəri bilik imtahanı üzrə sualları düzgün cavablandırmayan və ya imtahandan xaric edilən ərizəçi imtahandan keçməmiş hesab edilir.
4.13. İmtahandan xaric edilən və nəzəri bilik imtahanından dördüncü cəhddə keçməyən ərizəçilər nəzəri bilik imtahanlarını kompleks şəkildə yenidən verməlidir. Nəzəri bilik imtahanlarını təkrar verməzdən əvvəl ərizəçilər təsdiq edilmiş (və ya Agentlik tərəfindən sertifikatlaşdırılmış) təlim təşkilatında əlavə təlim keçməlidirlər. Tələb olunan təlimin həcmi və mövzusu ərizəçilərin ehtiyaclarına əsasən təlim təşkilatı tərəfindən müəyyən edilir.
4.14. Agentlik nəzəri bilik imtahanlarına dair xüsusi tələbləri müəyyən etmək hüququna malikdir.
4.15. İmtahanların nəticələri informasiya-kommunikasiya texnologiyaları və ya digər vasitələrlə müəyyən edilir. Aviasiya personalının ixtisas keyfiyyətlərinin mütəmadi olaraq yenilənməsi tələbini nəzərə alaraq nəzəri bilik imtahanının nəticəsi müddətli olmalıdır. Nəzəri bilik imtahanlarının nəticəsinin etibarlılıq müddətləri Agentlik tərəfindən müəyyən edilir.
5. Uçuş heyətinin praktiki bacarıq testlərinə dair tələblər
5.1. İnteqrasiya olunmuş uçuş hazırlığı kursunda iştirak edənlər istisna olmaqla, ərizəçi şəhadətnamə, ixtisas qeydi və ya sertifikatın alınması üçün praktiki bacarıq testindən keçməzdən əvvəl tələb olunan nəzəri bilik imtahanından keçməlidir. Nəzəri bilik təlimi bacarıq testlərindən əvvəl tamamlanmalıdır.
5.2. Nəqliyyat pilotu şəhadətnaməsinin verilməsi istisna olmaqla, praktiki bacarıq testi üçün ərizəçi təlimə cavabdeh olan təşkilat və ya şəxs tərəfindən sınaqdan keçmək üçün tövsiyə edilməlidir.
6. Uçuş vaxtı və nəzəri biliklər üzrə tələblərin əvəzləşdirilməsi
6.1. Şəhadətnamənin, ixtisas qeydinin və ya sertifikatın alınması üçün tələb olunan uçuş vaxtı həmin şəhadətnamə, ixtisas qeydi və ya sertifikat üçün tələb olunan hava gəmisinin kateqoriyasında əvvəlcədən icra edildikdə həmin uçuş vaxtının Agentlik tərəfindən nəzərə alınaraq əvəzləşdirilməsinə yol verilir. Bu hal ilk dəfə şəhadətnamə almaq üçün müraciət edən ərizəçilərə şamil edilmir.
6.2. Nəqliyyat pilotu şəhadətnaməsinin alınması üçün nəzəri bilik imtahanından keçmiş ərizəçinin imtahan nəticələri həmin nəticələrin etibarlılıq müddəti ərzində həvəskar pilot şəhadətnaməsi və kommersiya pilotu şəhadətnaməsi ilə bağlı ərizəçinin müraciəti zamanı Agentik tərəfindən nəzərə alınmasına yol verilir. Bu halda nəzəri bilik imtahanı ilə bağlı tələb ərizəçi tərəfindən yerinə yetirilmiş hesab edilir.
6.3. Kommersiya pilot şəhadətnaməsinin alınması məqsədilə əvvəlcədən nəzəri bilik imtahanından keçmiş ərizəçinin imtahan nəticələri həmin nəticələrin etibarlılıq müddəti ərzində eyni kateqoriyalı hava gəmisi üzrə kommersiya pilot şəhadətnaməsinin alınması üçün Agentliyə müraciəti zamanı Agentlik tərəfindən nəzərə alınmasına yol verilir.
6.4. Agentlik uçuş vaxtı və nəzəri biliklər üzrə tələblərin əvəzləşdirilməsi ilə bağlı xüsusi tələbləri müəyyən etmək hüququna malikdir.
7. Şəhadətnamə imtiyazlarının istifadəsi ilə bağlı məhdudiyyət Şəhadətnamə ilə verilmiş imtiyazların həyata keçirilməsi (əgər varsa) belə şəhadətnamədə olan ixtisas qeydlərinin etibarlılıq müddətləri və imtiyazlara uyğun verilmiş tibbi sertifikatın etibarlılıq müddəti ilə məhdudlaşır.
8. Xarici dil biliyi tələbi
8.1. Radiotelefon rabitəsindən istifadə tələbi olan ərizəçilərin və ya şəhadətnamə sahiblərinin şəhadətnamələrində ingilis dilində və ya uçuş zamanı radiotelefon rabitəsində istifadə olunan dildə dil biliyinin təsdiqi (və ya sertifikatı) olmadıqda, onlar öz şəhadətnamə və ixtisas qeydi imtiyazlarından istifadə edə bilməzlər.
8.2. Azərbaycan Respublikasının ərazisində yerli uçuşlar icra edən uçuş heyətinə və hava gəmisi texniklərinə münasibətdə xarici dil tələbi yoxdur.
8.3. Xarici dil biliyinin təsdiqində (və ya sertifikatında) dil, bilik səviyyəsi və etibarlılıq müddəti göstərilməlidir.
8.4. Xarici dil biliyi Konvensiyaya 1 nömrəli Əlavə ilə müəyyən edilmiş tələblər əsasında imtahan yolu ilə müəyyən edilir. İmtahan Agentliyin dil biliyi üzrə ixtisaslaşmış təcrübəli mütəxəssisləri və ya Agentliyin təsdiq etdiyi dil biliyi üzrə ixtisaslaşmış təşkilat tərəfindən təşkil olunur və keçirilir.
8.5. Xarici dil biliyinin qiymətləndirilməsi 6 səviyyə üzrə aparılır. Nəticəsi ən azı 4-cü səviyyə qiymətləndirilən namizədlər xarici dil biliyi imtahanından keçmiş sayılır.
8.6. İşəgötürən tərəfindən tələb edildikdə kabinə heyətinin dil biliyi işə qəbul zamanı yoxlanılmalıdır.
8.7. Xarici dil biliyi təsdiqinin və ya sertifikatının alınması üçün ərizəçi imtahan müddətində Agentliyin mütəxəssisinə və ya dil biliyi üzrə ixtisaslaşmış təşkilata sadə dilin və sahə üzrə ifadələrin istifadəsini nümayiş etdirməlidir. Bunun üçün ərizəçi:
8.7.1. səsli və üz-üzə vəziyyətdə effektiv kommunikasiya bacarığını nümayiş etdirməli, ümumi və işi ilə bağlı mövzularda dəqiq və aydın ünsiyyət qurmağı, həmin mövzularda anlaşılmazlıqları müəyyən etməyi və onları həll etməyi bacarmalı, bu məqsədilə ünsiyyət strategiyalarından istifadə etməlidir;
8.7.2. cari işlə bağlı ünsiyyət zamanı ortaya çıxan dil çətinliklərinin öhdəsindən gəlməlidir;
8.7.3. aeronaviqasiya sahəsində anlaşılan dialektdən və ya aksentdən istifadə etməlidir.
8.8. Xarici dil biliyi sertifikatı müddətli verilir.
8.9. Xarici dil biliyi imtahanının nəticələrinin düzgünlüyü ilə bağlı Agentlik tərəfindən əsaslı şübhələr aşkar edildikdə bu barədə araşdırma aparılır, ərizəçinin imtahan nəticələri Agentlik tərəfindən etibarsız hesab edilir və bu barədə məlumat Agentlik tərəfindən ərizəçiyə göndərilir.
9. Yaş məhdudiyyəti
9.1. Yaşı 60-dan az və 65-dən çox olmayan şəxslərin yalnız kommersiya hava daşımalarında çoxpilotlu heyət üzvü olaraq hava gəmisinin kapitanı (komanda verən pilot) qismində işləməsinə yol verilir.
9.2. Yaşı 65 və daha çox olan pilot şəhadətnaməsi sahibinin kommersiya hava daşımalarında istifadə edilən hava gəmisinin pilotu qismində işləməsinə yol verilmir.
10. Həvəskar pilot şəhadətnaməsinin verilməsinə dair tələblər (PPL)
10.1. Həvəskar pilot şəhadətnaməsinin verilməsi üçün bu hissədə müəyyən olunmuş tələblər təyyarə və helikopter kateqoriyasından olan hava gəmilərinə şamil olunur.
10.2. Bu Qaydaların tələbləri nəzərə alınmaqla həvəskar pilot şəhadətnaməsi sahibinin imtiyazları qeyri-kommersiya uçuşlarını yerinə yetirməkdən ibarətdir.
10.3. Həvəskar pilot şəhadətnaməsinin alınması üçün yaşı 17-dən çox olan şəxs müraciət etmək hüququna malikdir.
10.4. Ərizəçi təsdiq edilmiş təlim təşkilatında təlim kursunu bitirməlidir. Təlim kursu həvəskar pilot şəhadətnaməsinin imtiyazlarına uyğun nəzəri bilik və uçuş təlimatını əhatə etməlidir.
10.5. Ərizəçi bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq Agentlikdə nəzəri bilik imtahanından keçməlidir.
10.6. Ərizəçi praktiki bacarıq testindən də keçməlidir. Bunlardan keçərək ərizəçi həvəskar pilot şəhadətnaməsinin imtiyazlarına uyğun olaraq müvafiq hava gəmisi kateqoriyasında hava gəmisinin kapitanı (komanda verən pilotu) qismində prosedurları və manevrləri yerinə yetirmək bacarığını nümayiş etdirməlidir.
10.7. Praktiki bacarıq testindən keçmək məqsədilə müraciət edən ərizəçilər testin aparılacağı hava gəmisinin sinfində və ya növündə əvvəlcədən uçuş təlimi almalıdırlar.
10.8. Praktiki bacarıq testi hava gəmisinin kateqoriyasına uyğun uçuşun bütün
mərhələlərini əks etdirən müxtəlif bölmələrdən ibarətdir. Bölmənin hər hansı bir elementini keçə bilməyən ərizəçi həmin bölmədən keçməmiş hesab edilir və yalnız həmin bölməni təkrar keçməlidir. Testin birdən artıq bölməsindən uğursuz nəticə əldə edən ərizəçi praktiki bacarıq testindən tam şəkildə təkrar keçməlidir. Testin təkrarlanması zamanı ərizəçi təkrar olaraq hər hansı bölmədə uğursuz nəticə əldə edərsə, ərizəçi praktiki bacarıq testindən keçməmiş hesab olunacaq. Ərizəçi iki cəhdlə praktiki bacarıq testinin bütün bölmələrindən keçmədiyi təqdirdə o, əlavə təlimlərə cəlb olunmalıdır.
10.9. Ərizəçi uçuş təcrübəsinə malik olmalıdır. Ərizəçi müraciətində nəzərdə tutulan hava gəmisinin kateqoriyasına uyğun olaraq həmin hava gəmisində Agentlik tərəfindən müəyyən edilmiş uçuş saatlarını tamamlamaqla və uçuş təlimi yerinə yetirməklə təcrübə qazanmalıdır.
10.10. Ərizəçi Sinif 2 tibbi sertifikata malik olmalıdır.
11. Kommersiya pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər (CPL)
11.1. Kommersiya pilotu şəhadətnaməsinin verilməsi üçün bu hissədə müəyyən olunmuş tələblər təyyarə və helikopter kateqoriyasından olan hava gəmilərinə şamil olunur.
11.2. Kommersiya pilotu şəhadətnaməsinin alınması üçün yaşı 18-dən çox olan şəxs müraciət etmək hüququna malikdir.
11.3. Kommersiya pilotu şəhadətnaməsi ilə əldə edilən imtiyazlar aşağıdakılardır:
11.3.1. müvafiq hava gəmisi kateqoriyasında həvəskar pilot şəhadətnaməsi sahibinin bütün imtiyazlarından istifadə etmək;
11.3.2. qeyri-kommersiya hava daşımaları ilə məşğul olan müvafiq kateqoriya hava gəmisinin kapitanı (komanda verən pilotu) olmaq;
11.3.3. kommersiya hava daşımalarında müvafiq hava gəmisi kateqoriyasına daxil olan təkpilotlu hava gəmisinin kapitanı (komanda verən pilotu) olmaq.
11.4. Ərizəçi bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq Agentlikdə nəzəri bilik imtahanından keçməlidir.
11.5. Ərizəçi təsdiq edilmiş təlim təşkilatında nəzəri bilik təlimini və uçuş təlimatını tamamlamalıdır.
11.6. Ərizəçi Agentlik tərəfindən proseduru müəyyən edilmiş praktiki bacarıq testindən keçməlidir. Bununla ərizəçi həvəskar pilot şəhadətnaməsinin imtiyazlarına uyğun olaraq müvafiq hava gəmisi kateqoriyasında hava gəmisinin kapitanı (komanda verən pilotu) qismində prosedurları və manevrləri yerinə yetirmək bacarığını nümayiş etdirməlidir.
11.7. Ərizəçi Sinif 1 tibbi sertifikata malik olmalıdır.
12. Çoxheyətli pilot şəhadətnaməsinin verilməsinə dair tələblər (MPL)
12.1. Çoxheyətli pilot şəhadətnaməsinin alınması üçün yaşı 18-dən az olmayan şəxslər müraciət etmək hüququna malikdirlər.
12.2. Çoxheyətli pilot şəhadətnaməsi ilə verilən əsas imtiyaz ikinci pilotla idarə olunması tələb olunan təyyarələrdə ikinci pilot kimi çıxış etməkdən ibarətdir.
12.3. Ərizəçi:
12.3.1. təsdiq edilmiş təlim təşkilatında nəzəri bilik təlimini və uçuş təlimatını tamamlamalı;
12.3.2. bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq Agentlikdə nəzəri bilik imtahanından, habelə proseduru Agentlik tərəfindən müəyyən edilmiş praktiki bacarıq testindən keçməlidir.
13. Nəqliyyat pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər (ATPL)
13.1. Nəqliyyat pilotu şəhadətnaməsinin verilməsi üçün bu hissədə müəyyən olunmuş tələblər təyyarə və helikopter kateqoriyasından olan hava gəmilərinə şamil olunur.
13.2. Nəqliyyat pilotu şəhadətnaməsinin alınması üçün yaşı 21-dən az olmayan şəxslər müraciət etmək hüququna malikdirlər.
13.3. Nəqliyyat pilotu şəhadətnaməsi ilə əldə edilən imtiyazlar aşağıdakılardır:
13.3.1. müvafiq kateqoriya hava gəmisində həvəskar və kommersiya pilotu şəhadətnaməsi sahiblərinin bütün imtiyazlarını həyata keçirmək;
13.3.2. kommersiya hava daşımalarında hava gəmisinin kapitanı (komanda verən pilotu) kimi çıxış etmək.
13.4. Ərizəçi praktiki bacarıq testində istifadə olunan hava gəmisi üzrə növ ixtisas qeydi (bundan sonra - növ ixtisas qeydi) ilə bağlı tələblərə cavab verməlidir.
13.5. Ərizəçi təsdiq edilmiş təlim təşkilatında təlim kursunu bitirməlidir. Təlim kursu inteqrasiya olunmuş təlim kursu və ya modul kurs olmalıdır.
13.6. Ərizəçi bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq Agentlikdə nəzəri bilik imtahanından keçməlidir.
13.7. Ərizəçi hava gəmisinin kateqoriyasına uyğun olaraq Agentlik tərəfindən müəyyən edilmiş qaydada praktiki bacarıq testindən keçməli və uçuş təcrübəsinə malik olmalıdır.
13.8. Ərizəçi cari Sinif 1 tibbi sertifikata malik olmalıdır.
14. İnstrumental ixtisas qeydinin verilməsinə dair tələblər
14.1. Cihaz üzrə uçuş qaydaları əsasında təyyarədə, helikopterdə, dirijablda və ya mühərriklə qaldırılan hava gəmisində uçuş əməliyyatları yalnız hava gəmisinin kateqoriyasına uyğun instrumental ixtisas qeydinə malik olan həvəskar, kommersiya, çoxheyətli və nəqliyyat pilotu şəhadətnamələrinin sahibləri tərəfindən həyata keçirilməlidir. İnstrumental ixtisas qeydi olmayan şəxslər bu cür uçuşları yerinə yetirmək üçün praktiki bacarıq testindən və ikili təlimdən keçməlidirlər (cihaz üzrə baza uçuş qaydaları istisnadır).
14.2. Ərizəçi müvafiq hava gəmisi kateqoriyasında ən azı həvəskar pilot şəhadətnaməsinə malik olmalıdır.
14.3. Ərizəçi instrumental ixtisas qeydi əsasında gecə uçuşları icra edəcəyi təqdirdə, gecə uçuşu üzrə verilən ixtisas qeydinə malik olmalıdır.
14.4. Ərizəçi instrumental ixtisas qeydinin əldə edilməsi üçün təyyarədə, helikopterdə, dirijablda, o cümlədən müraciət olunan hava gəmisi kateqoriyasında Agentliyin müəyyən etdiyi miqdarda uzun məsafəli uçuşlar icra etməlidir.
14.5. Ərizəçi təsdiq edilmiş təlim təşkilatında nəzəri bilik və uçuş təlimatı ilə bağlı kursu keçməlidir. Kurs aşağıdakıları əhatə etməlidir:
14.5.1. cihaz üzrə uçuş qaydaları təlimini ehtiva edən inteqrasiya edilmiş kurs;
14.5.2. modul kurs.
14.6. Ərizəçi bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq Agentlikdə nəzəri bilik imtahanından keçməlidir.
14.7. Ərizəçi Agentlik tərəfindən proseduru müəyyən edilmiş praktiki bacarıq testindən də keçməlidir. Bunlardan keçərək ərizəçi instrumental ixtisas qeydinin imtiyazlarına uyğun olaraq müvafiq prosedurları və manevrləri yerinə yetirmək bacarığını nümayiş etdirməlidir.
14.8. Çoxmühərrikli və təkmühərrikli hava gəmisi üzrə praktiki bacarıq testi müvafiq olaraq çoxmühərrikli və təkmühərrikli hava gəmisində aparılmalıdır.
14.9. Bu Qaydaların tələbləri nəzərə alınmaqla müvafiq hava gəmisi kateqoriyasına aid instrumental ixtisas qeydi sahibinin imtiyazları cihaz üzrə uçuş qaydalarına uyğun olaraq həmin kateqoriyalı hava gəmilərini idarə etməkdir.
14.10. İnstrumental ixtisas qeydi müddətli verilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və təcrübəsinə uyğun olaraq Agentlik tərəfindən ixtisas qeydinin etibarlılıq müddətinin uzadılmasına və ya yenilənməsinə yol verilir.
15. Kateqoriya, sinif və növ ixtisas qeydinin verilməsinə dair tələblər
15.1. Pilot şəhadətnaməsinin sahibi əlavə kateqoriya hava gəmisi üçün şəhadətnamə almaq istədikdə Agentlik ərizəçiyə əlavə pilot şəhadətnaməsi verir və ya şəhadətnamənin əslini yeni kateqoriya ixtisas qeydi ilə təsdiq edir. Kateqoriya ixtisas qeydləri Konvensiyaya 1 nömrəli Əlavədə nəzərdə tutulmuş hava gəmilərinin kateqoriyaları üçün müəyyən edilir.
15.2. Əlavə kateqoriya ixtisas qeydi almaq istəyən pilot şəhadətnaməsinin sahibi kateqoriya ixtisas qeydinin tələb olunduğu imtiyazlara uyğun olaraq bu Qaydaların tələblərinə cavab verməlidir. Pilot şəhadətnaməsində təsdiq edilmiş hər hansı əlavə kateqoriya ixtisas qeydi kateqoriya ixtisas qeydinin verildiyi şəhadətnamə imtiyazlarının səviyyəsini göstərməlidir.
15.3. Aşağıda qeyd edilən hallar istisna olmaqla, pilot şəhadətnaməsinin sahibi yalnız qüvvədə olan müvafiq sinif və ya növ ixtisas qeydində göstərilən hava gəmisinin pilotu kimi çıxış edə bilər:
15.3.1. sinif və ya növ ixtisas qeydinin ilkin verilməsi və ya yenilənməsi ilə bağlı praktiki bacarıq testi və ya bacarıq yoxlamasından keçdikdə;
15.3.2. uçuş təlimi keçdikdə.
15.4. Təlim, sınaq, qeyri-kommersiya və ya sərnişin daşımayan xüsusi təyinatlı uçuşlarla bağlı Agentlik tərəfindən şəhadətnamənin sahibinə sinif və növ ixtisas qeydi əvəzinə yazılı xüsusi icazənin verilməsinə yol verilir. Belə icazənin qüvvəsi xüsusi uçuşu başa çatdırmaq üçün lazım olan vaxtla məhdudlaşır.
15.5. Ərizəçi ilk dəfə sinif və ya növ ixtisas qeydi əldə etmək üçün təsdiq edilmiş təlim təşkilatında təlim kursunu bitirməlidir və təsdiq edilmiş təlim təşkilatı tərəfindən təşkil edilmiş nəzəri bilik imtahanından keçməlidir.
15.6. Ərizəçi təkpilotlu və ya çoxpilotlu əməliyyatlara münasibətdə sinif və ya növ ixtisas qeydinə malik olduqda, əlavə sinif və ya növ ixtisas qeydi əldə etmək üçün müraciət edərkən bu Qaydaların 15.5-ci bəndindəki nəzəri tələbləri artıq yerinə yetirmiş hesab edilir. Bu halda ərizəçi sadəcə təsdiq edilmiş təlim təşkilatında əlavə uçuş təlimi keçməlidir.
15.7. Ərizəçi müvafiq hava gəmisinin sinfində və ya növündə təhlükəsiz istismar üçün
tələb olunan bacarıqlarını nümayiş etdirməklə praktiki bacarıq testindən keçməlidir.
15.8. Sinif və ya növ ixtisas qeydi müddətli verilir. Agentlik tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və təcrübəsinə uyğun olaraq İxtisas qeydinin etibarlılıq müddətinin uzadılmasına və ya yenilənməsinə yol verilir.
15.9. Ərizəçiyə müraciət əsasında Agentliyin müəyyən etdiyi şərtlərlə əlavə ixtisas qeydlərinin (gecə, dağ, uçuş testi, baza instrumental ixtisas qeydi və s.) verilməsinə yol verilir.
16. Hava şarı pilotu şəhadətnaməsinin verilməsinə dair tələblər (BPL)
16.1. Bu hissənin məqsədləri üçün hava şarları aşağıdakı siniflərə və qruplara bölünür:
16.1.1. isti hava şarı sinfi:
16.1.1.1. A qrupu: 3400 m³ qədər zərf tutumu;
16.1.1.2. B qrupu: 3401 m³ - 6000 m³ aralığında olan zərf tutumu;
16.1.1.3. C qrupu: 6 001 m³ - 10 500 m³ aralığında olan zərf tutumu;
16.1.1.4. D qrupu: 10 500 m³-dən çox zərf tutumu;
16.1.2. qaz-hava şarı sinfi;
16.1.3. qarışıq şar sinfi;
16.1.4. isti hava dirijablı sinfi.
16.2. Hava şarı pilotu şəhadətnaməsinin verilməsi üçün yaşı 18-dən az olmayan şəxslər müraciət etmək hüququna malikdirlər.
16.3. Hava şarı pilotu şəhadətnaməsi ilə verilən əsas imtiyaz ödənişsiz olaraq qeyrikommersiya əməliyyatlarında və müvafiq ixtisas qeydinə malik olduqda kommersiya əməliyyatlarında hava şarının kapitanı kimi çıxış etməkdən ibarətdir.
16.4. Şəhadətnamə sahibləri yalnız tətbiq olunan ən son tələblərə əməl etdikdə və tibbi arayışları qüvvədə olduqda öz imtiyazlarından istifadə etməlidirlər.
16.5. Ərizəçi Agentlik tərəfindən sertifikatlaşdırılmış təlim təşkilatında hava şarı imtiyazları üzrə təlim kursunu bitirməlidir. Təlim kursu nəzəri bilik və uçuş təlimatını əhatə etməlidir.
16.6. Ərizəçi bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq Agentlikdə nəzəri bilik imtahanından keçməlidir.
16.7. Ərizəçilər hava şarında kapitan pilot qismində veriləcək imtiyazlara uyğun şəkildə prosedurları və manevrləri yerinə yetirmək bacarığını nümayiş etdirməli və bununla praktiki bacarıq testini keçməlidirlər.
16.8. Ərizəçi Sinif 2 tibbi sertifikata malik olmalıdır.
17. Naviqator (şturman), bort mühəndisi, bort radiooperatoru və uçuş dispetçerinə şəhadətnamələrin verilməsinə dair tələblər
17.1. Ərizəçi naviqator (şturman), bort mühəndisi, bort radiooperatoru və uçuş dispetçeri şəhadətnaməsini əldə etmək üçün nəzəri bilik, təcrübə, bacarıq və bu Qaydalara uyğun olaraq tibbi yararlılıq tələblərinə cavab verməlidir.
17.2. Naviqator (şturman), bort radiooperatoru və bort mühəndisi şəhadətnaməsinin verilməsi üçün yaşı 18-dən az olmayan şəxslər müraciət etmək hüququna malikdirlər.
17.3. Müraciət etdikdə uçuş dispetçerinin yaşı 21-dən az olmamalıdır.
17.4. Naviqator (şturman) və bort mühəndisi şəhadətnaməsi üçün müraciət edən ərizəçi Agentliyin müəyyən etdiyi tələblərə uyğun uçuş saatlarını tamamlamalıdır.
17.5. Naviqator (şturman) və ya bort mühəndisi şəhadətnaməsi üçün müraciət edən ərizəçilərin artıq pilot kimi uçuş vaxtı olduqda Agentlik belə təcrübənin məqbul olubolmadığını, məqbul olduqda isə uçuş müddəti tələblərinin müvafiq olaraq azaldıla biləcəyi həddi müəyyən edir.
17.6. Naviqator (şturman) şəhadətnaməsi üçün müraciət edən ərizəçi uçuş müddətində hava gəmisinin mövqeyini uğurlu şəkildə müəyyən etdiyinə və bu məlumatı hava gəmisini aşağıdakı formada yönləndirmək üçün istifadə etdiyinə dair sübut təqdim etməlidir:
17.6.1. gecə vaxtı — səma müşahidələri ilə 25 dəfədən az olmayaraq;
17.6.2. gün ərzində — müstəqil və ya xarici istinadlı naviqasiya sistemləri ilə birlikdə səma müşahidələri ilə 25 dəfədən az olmayaraq.
17.7. Naviqator (şturman), bort mühəndisi və bort radiooperatoru cari Sinif 2 tibbi sertifikata malik olmalıdır.
17.8. Bu Qaydaların tələbləri nəzərə alınmaqla naviqator (şturman), bort mühəndisi və bort radiooperatoru şəhadətnaməsi sahibinin imtiyazları istənilən hava gəmisinin naviqatoru, bort mühəndisi və bort radiooperatoru kimi fəaliyyət göstərməkdən ibarətdir.
17.9. Ərizəçinin Agentlik tərəfindən şəhadətnamə verilmiş və təyin edilmiş bort mühəndisinin nəzarəti altında müvafiq sahələrdə bort mühəndisi vəzifələrinin icrası üzrə verilmiş əməliyyat təcrübəsi olmalıdır.
17.10. Bort mühəndisinə münasibətdə bacarıqların nümayişi zamanı tələb olunan hər hansı prosedurların yerinə yetirilməsi üçün uçuşu imitasiya edən təlim qurğularından istifadə onların tapşırığa uyğun olmasını müəyyən edən Agentlik tərəfindən təsdiqlənir.
17.11. Bort mühəndisi şəhadətnaməsi sahibinin həmin şəhadətnamənin imtiyazlarından istifadə etmək səlahiyyətinə malik olduğu hava gəmilərinin növləri ya şəhadətnaməyə daxil edilir, ya da Agentlik tərəfindən müəyyən edilir.
18. Havada hərəkəti idarəetmə tələbə-dispetçeri şəhadətnaməsinin verilməsinə dair tələblər
18.1. Şəhadətnamənin sahibi iş yerində təlim üzrə təlimatçının nəzarəti altında şəhadətnamədə olan ixtisas qeydlərinə və ixtisas qeydi təsdiqlərinə uyğun olaraq hava hərəkətinə nəzarət xidmətləri göstərmək və ixtisas qeydi təsdiqi üçün təlim keçmək hüququna malikdir.
18.2. Ərizəçiyə dair tələblər aşağıdakılardır:
18.2.1. yaşı 21-dən az olmalıdır;
18.2.2. şəhadətnamədə olan ixtisas qeydlərinə və (və ya) əlavə qeydlərə uyğun olaraq təsdiq olunmuş təlim təşkilatında ilkin təlimi uğurla başa vurmalıdır;
18.2.3. Sinif 3 tibbi sertifikata malik olmalıdır;
18.2.4. tələb olunduqda lazımi səviyyədə xarici dil biliyinə malik olmalıdır.
19. Havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinin verilməsinə dair tələblər
19.1. Havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinin sahibləri öz ixtisas qeydi və şəhadətnamələrinə əlavə edilmiş digər qeydlərə uyğun olaraq hava hərəkətinin idarə edilməsi xidmətlərini göstərmək və sözügedən qeydlərin imtiyazlarından istifadə etmək hüququna malikdirlər.
19.2. Havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinin verilməsi üçün yaşı 21-dən az olmayan şəxslər müraciət etmək hüququna malikdirlər.
19.3. Havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinin əldə edilməsi üçün ərizəçi:
19.3.1. havada hərəkəti idarəetmə tələbə-dispetçeri şəhadətnaməsinə malik olmalı;
19.3.2. hava hərəkətinə nəzarət xidmətləri göstərmək səlahiyyəti ilə bağlı məntəqə göstəricisi, sektor, sektorlar qrupu və ya vəzifələri göstərən qeyd kursunu bitirməli;
19.3.3. Agentliyin beynəlxalq standartlara uyğun olaraq müəyyən etdiyi qaydada Agentlikdə nəzəri bilik imtahanından, o cümlədən müvafiq qiymətləndirmədən keçməli;
19.3.4. Sinif 3 tibbi sertifikata malik olmalı;
19.3.5. bu Qaydalara uyğun olaraq xarici dil biliyi testindən müvəffəqiyyətlə keçməlidir.
20. Havada hərəkəti idarəetmə dispetçerinin ixtisas qeydlərinə dair tələblər
20.1. Havada hərəkəti idarəetmə dispetçerinin ixtisas qeydləri aşağıdakı kateqoriyalardan ibarətdir:
20.1.1. aerodrom idarəetmə ixtisas qeydi;
20.1.2. yaxınlaşmanı idarəetmə prosedur ixtisas qeydi;
20.1.3. yaxınlaşmanın idarəetməsinə nəzarət ixtisas qeydi;
20.1.4. yaxınlaşma dəqiq radar idarəetmə ixtisas qeydi;
20.1.5. ərazi üzrə prosedural kontrolu ixtisas qeydi;
20.1.6. ərazi üzrə nəzarət kontrolu ixtisas qeydi.
20.2. Dispetçerlərin şəhadətnamələrinə bu Qaydaların 20.1-ci bəndində nəzərdə tutulmuş ixtisas qeydləri ilə bağlı əlavə qeydlər (AIR, GMC, TWR, RAD və s.) daxil edilməsinə yol verilir.
20.3. Havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinə daxil edilən qeydlərdən biri bölmə qeydidir. Bölmə qeydi ("unit endorsment") şəhadətnamənin sahibinə hava hərəkətinə xidmət bölməsinin məsuliyyəti altında olan konkret sektor, sektorlar qrupu və ya vəzifələr üçün hava hərəkətinin idarə edilməsi xidmətlərini göstərməyə səlahiyyət verir. Bu qeyd üçün müraciət edən ərizəçi bölmə qeydi ilə bağlı kurs keçməlidir.
20.4. İxtisas qeydləri və digər qeydlər müddətli verilir. Agentlik tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və təcrübəsinə uyğun olaraq ixtisas qeydinin etibarlılıq müddətinin uzadılmasına və ya yenilənməsinə yol verilir.
21. Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamənin verilməsinə dair tələblər
21.1. Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamələrə aşağıdakı kateqoriyalar, müvafiq hallarda altkateqoriyalar və sistem ixtisas qeydləri daxildir:
21.1.1. A kateqoriyası. Bu kateqoriya aşağıdakı altkateqoriyalardan ibarətdir:
21.1.1.1. A1 turbinli təyyarə;
21.1.1.2. A2 porşenli təyyarə;
21.1.1.3. A3 turbinli helikopter;
21.1.1.4. A4 porşenli helikopter;
21.1.2. B1 kateqoriyası. Bu kateqoriya aşağıdakı altkateqoriyalardan ibarətdir:
21.1.2.1. B1.1 turbinli təyyarə;
21.1.2.2. B1.2 porşenli təyyarə;
21.1.2.3. B1.3 turbinli helikopter;
21.1.2.4. B1.4 porşenli helikopter;
21.1.3. B2 kateqoriyası. Bu kateqoriya bütün digər hava gəmiləri aid edilir;
21.1.4. 1-ci qrup hava gəmiləri istisna olmaqla bütün digər hava gəmilərinin şamil edildiyi aşağıdakı ixtisas qeydlərinə bölünən B2L kateqoriyası. Həmin kateqoriyalı şəhadətnamə ən azı bir sistem ixtisas qeydini özündə ehtiva etməlidir:
21.1.4.1. rabitə/naviqasiya;
21.1.4.2. cihazlar;
21.1.4.3. avtouçuş;
21.1.4.4. müşahidə;
21.1.4.5. planer sistemləri;
21.1.5. B3 kateqoriyası. Maksimal qalxma kütləsi 2000 kq-dən və daha aşağı olan porşen-mühərrikli qeyri-hermetik təyyarələrə şamil edilən;
21.1.6. L kateqoriyası. Bu kateqoriya aşağıdakı altkateqoriyalardan ibarətdir:
21.1.6.1. L1C: kompozit planerlər;
21.1.6.2. L1: planerlər;
21.1.6.3. L2C: kompozit mühərrikli planerlər və kompozit LA1 təyyarələri;
21.1.6.4. L2: güc qurğusu ilə hərəkətə gətirilən planerlər və LA1 təyyarələri;
21.1.6.5. L3H: isti havalı aerostatlar;
21.1.6.6. L3G: qazlı aerostatlar;
21.1.6.7. L4H: isti havalı dirijabllar;
21.1.6.8. L4G: LA2 qazlı dirijabllar;
21.1.6.9. L5: LA2-dən başqa qazlı dirijabllar;
21.1.7. C kateqoriyası. Bu kateqoriyaya təyyarələr və helikopterlər aid edilir.
21.2. Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamələr üçün ixtisas qeydlərinin təyin edilməsi məqsədilə hava gəmiləri aşağıdakı qruplar üzrə təsnif edilir:
21.2.1. 1-ci qrup. Bu qrupa güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmiləri, çoxmühərrikli helikopterlər və porşen-mühərrikli təyyarələrdən başqa FL290-dan yuxarı hündürlükdə istismar olunmaq üçün sertifikatlaşdırılmış təyyarələr, uçuşu elektrik siqnalları ilə idarəetmə sistemləri ilə təchiz edilmiş hava gəmiləri və LA2-dən başqa qazlı dirijabllar daxildir;
21.2.2. 2-ci qrup. Bu qrupa 1-ci qrupa aid olmayan və aşağıdakı altqruplara aid hava gəmiləri daxildir:
21.2.2.1. 2a altqrupu:
21.2.2.1.1. tək turbovint mühərrikli təyyarələr;
21.2.2.1.2.aşağı mürəkkəbliyinə görə bu altqrupa aid edilən turbin-mühərrikli təyyarələr;
21.2.2.2. 2b altqrupu:
21.2.2.2.1. tək turbin mühərrikli helikopterlər;
21.2.2.2.2. aşağı mürəkkəbliyinə görə bu altqrupa aid edilən çoxsaylı turbin mühərrikli helikopterlər;
21.2.2.3. 2c altqrupu:
21.2.2.3.1. tək porşen mühərrikli helikopterlər;
21.2.2.3.2. aşağı mürəkkəbliyinə görə bu altqrupa aid edilən çoxsaylı porşen mühərrikli helikopterlər;
21.2.3. 3-cü qrup. Bu qrupa 1-ci qrupa aid olmayan porşen mühərrikli təyyarələr daxildir;
21.2.4. 4-cü qrup. Bu qrupa 1-ci qrupa aid olmayan planerlər, güc qurğusu ilə hərəkətə gətirilən planerlər, aerostatlar və dirijabllar daxildir.
21.3. Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamə onun sahibinə aşağıdakı imtiyazları verir:
21.3.1. A kateqoriyalı şəhadətnaməyə malik olan şəxsə onun icazə sertifikatının məhdudiyyətləri çərçivəsində hava gəmisində planlaşdırılmış sadə operativ texniki xidmət və sadə nasazlıqların aradan qaldırılması işlərindən sonra istismara buraxılış sertifikatını verməyə icazə verilir. Sertifikatlaşdırma imtiyazları şəhadətnamənin sahibinin icazə sertifikatını vermiş texniki xidmət təşkilatında şəxsən yerinə yetirdiyi işlərlə məhdudlaşdırılır;
21.3.2. B1 kateqoriyalı şəhadətnamə müvafiq A altkateqoriyasını özündə ehtiva edir, habelə onun sahibi olan şəxsə aşağıdakılar üzrə istismara buraxılış sertifikatını verməyə və B1 köməkçi heyət kimi fəaliyyət göstərməyə icazə verilir:
21.3.2.1. hava gəmisinin konstruksiyasında, güc qurğusunda, eləcə də mexaniki və elektrik sistemlərində texniki xidmət;
21.3.2.2. avionika sistemləri üzərində istismara yararlılığı sübut etmək üçün sadə testlərlə bağlı və nasazlıqların aradan qaldırılmasını tələb etməyən işlər;
21.3.3. B2 kateqoriyalı şəhadətnamə heç bir A altkateqoriyasını özündə ehtiva etmir, habelə onun sahibi olan şəxsə aşağıdakılar icazə verilir:
21.3.3.1. avionika və elektrik sistemlərində texniki xidmət, eləcə də güc qurğusu və mexanik sistemlər çərçivəsində istismara yararlılığı sübut etmək üçün sadə testlərlə bağlı elektrik və avionika tapşırıqları üzrə istismara buraxılış sertifikatını vermək və B2 köməkçi heyət kimi fəaliyyət göstərmək;
21.3.3.2. icazə sertifikatının məhdudiyyətləri çərçivəsində hava gəmisində planlaşdırılmış sadə operativ texniki xidmət və sadə nasazlıqların aradan qaldırılması işlərindən sonra istismara buraxılış sertifikatını vermək. Sertifikatlaşdırma imtiyazları şəhadətnamənin sahibinin icazə sertifikatını vermiş texniki xidmət təşkilatında şəxsən yerinə yetirdiyi işlərlə məhdudlaşdırılır. Belə imtiyaz yalnız şəhadətnaməyə əlavə edilmiş B2 ixtisas qeydləri üzrə istifadə edilir;
21.3.4. B2L kateqoriyalı şəhadətnaməyə malik olan şəxsə aşağıdakılar üzrə istismara buraxılış sertifikatını verməyə və B2L köməkçi heyət qismində fəaliyyət göstərməyə icazə verilir:
21.3.4.1. elektrik sistemlərində texniki xidmət;
21.3.4.2. şəhadətnaməyə əlavə edilmiş sistem ixtisas qeydinin məhdudiyyətləri çərçivəsində avionika sistemlərində texniki xidmət;
21.3.4.3. şəhadətnaməyə planer sistemləri ixtisas qeydi əlavə edildikdə güc qurğusu
və mexanik sistemlər çərçivəsində istismara yararlılığı sübut etmək üçün sadə testlərlə bağlı elektrik və avionika tapşırıqları;
21.3.5. B3 kateqoriyalı şəhadətnamənin sahibi olan şəxsə aşağıdakılar üzrə istismara buraxılış sertifikatını verməyə və B3 köməkçi heyət kimi fəaliyyət göstərməyə icazə verilir:
21.3.5.1. hava gəmisinin konstruksiyasında, güc qurğusunda, eləcə də mexaniki və elektrik sistemlərində texniki xidmət;
21.3.5.2. avionika sistemləri üzərində istismara yararlılığı sübut etmək üçün sadə testlərlə bağlı və nasazlıqların aradan qaldırılmasını tələb etməyən işlər;
21.3.6. L kateqoriyalı şəhadətnaməyə malik olan şəxsə aşağıdakılar üzrə istismara buraxılış sertifikatını verməyə və L köməkçi heyət kimi fəaliyyət göstərməyə icazə verilir:
21.3.6.1. hava gəmisinin konstruksiyasında, güc qurğusunda, eləcə də mexaniki və elektrik sistemlərində texniki xidmət;
21.3.6.2. radio, qəza radio mayakları və transponder sistemlərində işlər;
21.3.6.3. digər avionika sistemləri üzərində istismara yararlılığı sübut etmək üçün sadə testlərlə bağlı işlər;
21.3.6.4. şəhadətnaməyə əlavə edilmiş sistem ixtisas qeydinin məhdudiyyətləri çərçivəsində avionika sistemlərində texniki xidmət;
21.3.7. C kateqoriyalı şəhadətnaməyə malik olan şəxsə hava gəmisində vaxtaşırı texniki xidmətdən sonra istismara buraxılış sertifikatını verməyə icazə verilir. Bu imtiyaz bütövlükdə hava gəmisinə tətbiq olunur. Güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmilərinə münasibətdə verilmiş C kateqoriyalı şəhadətnamə digər hava gəmiləri üçün eyni imtiyazı özündə ehtiva edir.
21.4. Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamənin sahibi yalnız aşağıdakı şərtlər təmin edildikdə şəhadətnamənin imtiyazlarından istifadə edir:
21.4.1. işlədiyi texniki xidmət təşkilatının aidiyyəti tələblərinə uyğun olduqda;
21.4.2. son 2 (iki) il müddətində şəhadətnamənin verdiyi imtiyazlara uyğun olaraq 6 (altı) ay texniki xidmət təcrübəsinə malik olduqda və ya müvafiq imtiyazların verilməsi ilə bağlı tələblərə uyğun olduqda;
21.4.3. müvafiq hava gəmisində yerinə yetirilmiş texniki xidməti sertifikatlaşdırmaq üçün lazımi səriştəyə malik olduqda;
21.4.4. istismara buraxılış sertifikatını rəsmiləşdirmək üçün tələb olunan texniki sənədlərin və prosedurların yazıldığı dillərdə anlaşılan səviyyədə oxumağı, yazmağı və ünsiyyət qurmağı bacardıqda.
21.5. Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamənin sahibi yalnız aşağıdakı şərtlər təmin edildikdə şəhadətnamənin imtiyazlarından istifadə edir.
21.6. Şəhadətnamənin imtiyazlarından istifadən edən personal, habelə köməkçi heyət səlahiyyətli şəxsin tələbi ilə 24 (iyirmi dörd) saat ərzində öz şəhadətnamələrini təqdim etməlidirlər.
21.7. Aşağıdakı hallar şəhadətnamənin ləğv edilməsi, qüvvəsinin dayandırılması və ya məhdudlaşdırılması üçün əsasdır:
21.7.1. şəhadətnamənin və (və ya) sertifikatlaşdırma imtiyazlarını sənədləri saxtalaşdırmaqla əldə edilməsi;
21.7.2. tələb olunan texniki xidmətin yerinə yetirilməməsi və bu faktı texniki xidməti sifariş etmiş şəxsə və ya təşkilata bildirməməsi;
21.7.3. öz yoxlaması nəticəsində tələb olunan texniki xidmətin yerinə yetirilməməsi və bu faktı texniki xidməti sifariş edən şəxsə və ya təşkilata bildirməməsi;
21.7.4. texniki xidmət zamanı səhlənkarlığa yol verilməsi;
21.7.5. texniki xidmət üzrə məlumatların saxtalaşdırılması;
21.7.6. istismara buraxılış sertifikatında qeyd olunan texniki xidmət tam və düzgün şəkildə yerinə yetirilmədən və ya texniki xidmətin yerinə yetirilməsi tam yoxlanılmadan sertifikatın rəsmiləşdirilməsi;
21.7.7. alkoqollu içkinin, narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında texniki xidmət üzrə fəaliyyətin həyata keçirilməsi;
21.7.8. istismara buraxılış sertifikatının qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq rəsmiləşdirilməsi.
21.8. Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamənin alınması, onda dəyişiklik edilməsi və ya etibarlılıq müddətinin uzadılması üçün fiziki şəxs ərizəni, şəxsiyyət vəsiqəsini və bu Qaydaların aidiyyəti nəzəri bilik, təlim və təcrübə tələblərinə dair sübutedici sənədləri Agentliyə təqdim edir. Mövcud şəhadətnamədə dəyişiklik edilməsi və ya onun etibarlılıq müddətinin uzadılması üçün əlavə olaraq şəhadətnamənin əsli təqdim edilir.
21.9. Ərizəçinin yaşı 18-dən az olmamalıdır.
21.10. Şəhadətnamə 5 (beş) il müddətinə verilir. Həmin müddət bitdikdən sonra şəhadətnamənin sahibi sertifikatlaşdırma imtiyazlarından istifadə etmək hüququnu itirir.
22. Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamənin verilməsi üçün bilik və təcrübə tələbləri
22.1. Texniki xidmət üzrə şəhadətnamənin verilməsi üçün ərizəçi Agentlikdə və ya Agentliyin nəzarəti altında təsdiq edilmiş texniki xidmət üzrə təlim təşkilatında bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş aidiyyəti nəzəri bilik imtahanlarını müvəffəqiyyətlə verməlidir. Təlim təşkilatı Agentlik tərəfindən təsdiq edilmiş aidiyyəti kursların iştirakçıları üçün nəzəri bilik imtahanlarını təşkil edir.
22.2. Nəzəri bilik imtahanlarının nəticələri 10 (on) il müddətində etibarlıdır. Ərizəçilər yalnız bu müddət ərzində şəhadətnamənin alınması və ya ona dəyişikliyin edilməsi üçün Agentliyə müraciət etmək hüququna malikdirlər.
22.3. Texniki xidmət şəhadətnaməsinin alınması üçün ərizəçi istismar olunan hava gəmisində aşağıdakı müddətlər ərzində praktiki və geniş təcrübəyə malik olmalıdır:
22.3.1. A kateqoriyası, B1.2 və B1.4 altkateqoriyaları və B3 kateqoriyası üçün:
22.3.1.1. ərizəçi aidiyyəti təsdiq edilmiş təlim kursunu bitirmədikdə - 3 il;
22.3.1.2. ərizəçi aidiyyəti təsdiq edilmiş təlim kursunu bitirdikdə - 1 il;
22.3.2. B2 kateqoriyası və B1.1 və B1.3 altkateqoriyaları üçün:
22.3.2.1. ərizəçi aidiyyəti təsdiq edilmiş təlim kursunu bitirmədikdə - 5 il;
22.3.2.2. ərizəçi aidiyyəti təsdiq edilmiş təlim kursunu bitirdikdə - 3 il;
22.3.3. B2L kateqoriyası üçün:
22.3.3.1. ərizəçi aidiyyəti təsdiq edilmiş təlim kursunu bitirmədikdə - 3 il;
22.3.3.2. ərizəçi aidiyyəti təsdiq edilmiş təlim kursunu bitirdikdə - 1 il;
22.3.4. L kateqoriyası üçün - 2 il;
22.3.5. güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmilərinə münasibətdə C kateqoriyası üçün:
22.3.5.1. güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmilərinə texniki xidmət göstərən təşkilatda vaxtaşırı texniki xidmət üzrə köməkçi heyət qismində 12 aylıq təcrübə daxil olmaqla köməkçi heyət və ya həm köməkçi heyət, həm də istismara buraxılış personalı qismində B1.1, B1.3 və ya B2 kateqoriyalı şəhadətnamənin imtiyazlarının 3 illik tətbiqi;
22.3.5.2. güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmilərinə texniki xidmət göstərən təşkilatda vaxtaşırı texniki xidmət üzrə köməkçi heyət qismində 12 aylıq təcrübə daxil olmaqla köməkçi heyət və ya həm köməkçi heyət, həm də istismara buraxılış personalı qismində B1.2, B1.4 və ya L kateqoriyalı şəhadətnamənin imtiyazlarının 5 illik tətbiqi;
22.3.5.3. güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmiləri istisna olmaqla, hava gəmilərinə münasibətdə C kateqoriyası üçün güc qurğusu ilə hərəkətə gətirilən mürəkkəb hava gəmilərindən başqa digər hava gəmilərinə texniki xidmət göstərən təşkilatda vaxtaşırı texniki xidmət üzrə köməkçi heyət qismində 6 aylıq təcrübə daxil olmaqla köməkçi heyət və ya həmin heyətlə yanaşı, istismara buraxılış personalı qismində B1, B2, B2L, B3 və ya L kateqoriyalı şəhadətnamələrin imtiyazlarının 3 (üç) illik tətbiqi.
22.4. Tələb olunan təcrübənin ən azı 1 (bir) ili ilkin şəhadətnamənin kateqoriyasına (altkateqoriyasına) aid hava gəmilərində əldə olunmalıdır. Mövcud şəhadətnaməyə digər kateqoriyaların (altkateqoriyaların) əlavə edilməsi üçün tələb olunan əlavə son texniki xidmət təcrübəsi ən azı 3 ay olmalıdır. Tələb olunan təcrübə mövcud və istənilən kateqoriya (altkateqoriya) arasındakı fərqi tamamlamalıdır. Belə əlavə təcrübə istənilən şəhadətnamə kateqoriyası (altkateqoriyası) üçün xarakterik olmalıdır.
22.5. Təcrübə hava gəmisinə texniki xidmət şəhadətnaməsi üçün müraciətdən və ya belə şəhadətnaməyə kateqoriya və ya altkateqoriyanın əlavə edilməsindən əvvəlki 10 (on) il ərzində əldə edilməlidir.
23. Texniki xidmət şəhadətnaməsinə hava gəmisi ixtisas qeydlərinin əlavə edilməsi
23.1. Hər hansı bir hava gəmisi növündə A kateqoriyasından başqa digər kateqoriyalı şəhadətnamənin verdiyi sertifikatlaşdırma imtiyazlarından istifadə etmək hüququna malik olmaq üçün şəhadətnamə müvafiq hava gəmisi ixtisas qeydi ilə təsdiq edilməlidir.
23.2. İxtisas qeydinin əlavə edilməsi üçün ərizəçi müvafiq hava gəmisinin növü üzrə təlimi son 3 (üç) ildə uğurla bitirməlidir.
23.3. C kateqoriyalı şəhadətnamələr istisna olmaqla, digər şəhadətnamələrə münasibətdə verilmiş kateqoriya və ya altkateqoriya daxilində ilk hava gəmisi ixtisas qeydinin təsdiqi üçün bu Qaydaların 23.2-ci bəndinin tələbi yerinə yetirilməli və iş yerində müvafiq praktiki təlim uğurla başa çatdırılmalıdır.
24. Aviasiya personalının tibbi yararlılığına dair ümumi tələblər
24.1. Bu Qaydalara uyğun olaraq şəhadətnamə üçün müraciət edən şəxs bu Qaydalarda nəzərdə tutulmuş hallarda tibbi yararlılığının yoxlanılması üçün Agentliyin tibb eksperti və ya aviasiya tibb eksperti tərəfindən aviasiya-tibbi qiymətləndirmədən keçməlidir.
24.2. Tibbi qiymətləndirmə prosesi təhlükəsizlik üzrə aşağıdakı əsas idarəetmə
prinsipləri tətbiq edilməklə həyata keçirilir:
24.2.1. artan tibbi risk sahələrini müəyyən etmək məqsədilə uçuş zamanı əmək qabiliyyətinin itirilməsi hallarının və tibbi qiymətləndirmə zamanı tibbi nəticələrin müntəzəm toplanması və təhlili;
24.2.2. artan tibbi riskin müəyyən edilmiş sahələrinə diqqəti cəmləmək üçün tibbi qiymətləndirmə prosesinin davamlı olaraq yenidən dəyərləndirilməsi.
24.3. Agentlik uçuşların təhlükəsizliyinin təmin edilməsi çərçivəsində tibbi riskləri azaltmaq məqsədilə tibbi qiymətləndirilməsi aparılan şəhadətnamə sahibləri üçün aviasiya ilə bağlı sağlamlıq təşviqini həyata keçirir.
24.4. Tibbi qiymətləndirmənin (sertifikatın) etibarlılıq müddəti tibbi yararlılıq barədə rəyin verildiyi gündən başlayır və bu Qaydaların 29-cu hissəsində nəzərdə tutulmuş müddətlərdə etibarlıdır. Ərizəçi tibbi qiymətləndirmənin müddətinin bitməsinə ən azı 45 (qırx beş) gün qalmış müddətin uzadılması üçün müraciət etmək hüququna malikdir. Bu halda etibarlılıq müddətinin son tarixi dəyişilməz olaraq qalır.
24.5. Uçuş və kabinə heyətinin üzvləri və ya havada hərəkəti idarəetmə dispetçerləri şəhadətnamə tələblərinə uyğun qüvvədə olan tibbi qiymətləndirməyə malik olmadıqda öz şəhadətnamə imtiyazlarından istifadə edə bilməzlər.
24.6. Tibbi tələblərin təyin olunduğu şəhadətnamə və ya ixtisas qeydləri üçün müraciət edən şəxs əvvəllər belə müayinədən keçib-keçmədiyini, keçdiyi təqdirdə sonuncu müayinənin tarixinin, yerinin və nəticəsinin göstərildiyi bəyannaməni imzalamalı və aviasiya tibb ekspertinə təqdim etməlidir. Onlar səbəbi göstərilmək şərtilə əvvəllər tibbi qiymətləndirmənin keçirilməsi ilə bağlı imtina, dayandırılma və ya ləğv qərarı aldığına dair məlumatı aviasiya tibb ekspertinə təqdim etməlidir.
24.7. Ərizəçi tibbi qiymətləndirmədən keçdikdən sonra aviasiya tibb eksperti qiymətləndirmənin nəticələrini əks etdirən hesabat və ya ekvivalent sənədi yoxlanılması üçün Agentliyə təqdim etməlidir.
24.8. Tibbi hesabat elektron formada təqdim edildikdə müayinəni keçirən aviasiya tibb eksperti öz şəxsiyyətini təsdiq etməlidir.
24.9. Tibbi müayinə iki və daha çox aviasiya tibb eksperti tərəfindən aparıldıqda, Agentlik tərəfindən onlardan biri müayinənin nəticələrinin əlaqələndirilməsinə, tibbi yararlılıq ilə bağlı nəticələrin qiymətləndirilməsinə və hesabatın imzalanmasına cavabdeh şəxs qismində təyin edilməlidir.
24.10. Aviasiya tibb ekspertləri tərəfindən Agentliyə təqdim edilmiş hesabatlar Agentliyin tibbi eksperti tərəfindən qiymətləndirilir. Belə hallarda aviasiya tibb eksperti lazımi məlumatları Agentliyin tibbi ekspertinə təqdim etməlidir.
24.11. Bu Qaydalarda nəzərdə tutulmuş tibbi tələblər yerinə yetirilmədikdə aşağıdakı şərtlər yerinə yetirilənədək tibbi qiymətləndirmə aparılmır və ya etibarlılıq müddəti uzadılmır:
24.11.1. xüsusi hallarda, bu Qaydalarda nəzərdə tutulmuş tibbi tələblərə cavab verməyən ərizəçinin öz şəhadətnamə imtiyazlarından istifadəsi zamanı uçuşların təhlükəsizliyinə təhdid yaratmayacağı tibbi rəydə təsvir olunduqda; 24.11.2.ərizəçinin müvafiq qabiliyyəti, bacarığı və təcrübəsi, habelə iş şəraiti nəzərə alındıqda;
24.11.3. şəhadətnamənin sahibi tərəfindən vəzifələrin təhlükəsiz yerinə yetirilməsi məhdudiyyət və ya məhdudiyyətlərə əməl edilməkdən asılı olduqda şəhadətnaməyə hər hansı xüsusi məhdudiyyət və ya məhdudiyyətlər tətbiq olunur.
24.12. Həkim sirrini təşkil edən məlumatların məxfiliyinin qorunmasına riayət edilməlidir.
24.13. Tibbi hesabatlar və qeydlər səlahiyyətli işçilər üçün məhdudlaşdırılmış əlçatanlıqla təhlükəsiz şəkildə saxlanılmalıdır.
24.14. Agentlik aviasiya tibb eksperti tərəfindən tibbi məlumatların Agentliyin tibbi ekspertinə təqdim olunma vaxtını, dövriliyini və digər zəruri tələbləri müəyyənləşdirir.
24.15. Şəhadətnamənin sahibi öz imtiyazlarını təhlükəsiz və lazımi şəkildə həyata keçirə bilməməsinə səbəb ola biləcək hər hansı bir tibbi yararlılıq dərəcəsinin azalmasından xəbərdar olduqda belə imtiyazlardan istifadə etməməlidir.
24.16. Şəhadətnamənin sahibi öz imtiyazlarını təhlükəsiz və lazımi şəkildə həyata keçirə bilməməsinə səbəb ola biləcək hər hansı psixoaktiv maddənin təsiri altında olarkən şəhadətnamə və ixtisas qeydinin imtiyazlarından istifadə etməməlidir.
25. Aviasiya personalının tibbi qiymətləndirilməsi
25.1. Aviasiya personalının tibbi qiymətləndirilməsi aşağıdakı üç sinif üzrə keçirilir:
25.1.1. Sinif 1 tibbi qiymətləndirmə ərizəçilərə və aşağıdakı şəhadətnamələrin sahiblərinə şamil olunur:
25.1.1.1. kommersiya pilotu şəhadətnaməsi (təyyarə və helikopter kateqoriyası üzrə);
25.1.1.2. nəqliyyat pilotu şəhadətnaməsi (təyyarə və helikopter kateqoriyası üzrə);
25.1.2. Sinif 2 tibbi qiymətləndirmə ərizəçilərə və aşağıdakı şəhadətnamələrin sahiblərinə şamil olunur:
25.1.2.1. naviqator (şturman) şəhadətnaməsi;
25.1.2.2. bort mühəndisi şəhadətnaməsi;
25.1.2.3. həvəskar pilot şəhadətnaməsi (təyyarə və helikopter kateqoriyası üzrə);
25.1.2.4. hava şarı pilotu şəhadətnaməsi;
25.1.2.5. bort radiooperatoru;
25.1.3. Sinif 3 tibbi qiymətləndirmə ərizəçilərə və havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsinin sahiblərinə şamil olunur.
25.2. Tibbi qiymətləndirmənin alınması üçün ərizəçi aviasiya tibb ekspertinə özü tərəfindən imzalanmış şəxsi, ailə və irsi anamnezi barədə məlumatların qeyd edildiyi ərizəni təqdim etməlidir. Ərizəçi aviasiya tibb eksperti tərəfindən məlumatların mümkün qədər tam və dəqiq göstərməyin zəruriliyi barədə xəbərdar edilir. Aviasiya tibb eksperti Agentliyə ərizəçi tərəfindən verilmiş səhv və ya yanlış məlumatlar barədə məlumat verməlidir.
25.3. Ərizəçi hər hansı tibbi tələbə uyğun olmadıqda, lakin aviasiya tibb eksperti tərəfindən belə vəziyyətin şəhadətnamənin imtiyazlarından istifadə zamanı uçuşların təhlükəsizliyinə təhdid etməsinə səbəb olmayacağına dair rəy verildikdə həmin ekspert Agentliyə bu barədə məlumat verməlidir.
25.4. Bu Qaydalarda başqa hal nəzərdə tutulmadıqda tibbi qiymətləndirmənin yenilənməsi və etibarlılıq müddətinin uzadılması zamanı əməl edilməli olan sağlamlıq vəziyyəti üzrə yararlılıq meyarları ilkin tibbi qiymətləndirmədə istifadə olunan meyarlardan fərqlənmir. Tibbi qiymətləndirmənin yenilənməsi məqsədilə mütəmadi tibbi müayinələr bu Qaydaların 29-cu hissəsində nəzərdə tutulmuş intervallarla keçirilir.
25.5. Tibbi qiymətləndirmənin keçirilməsi üçün müraciət edən ərizəçi aşağıdakı
tələblər əsasında tibbi müayinədən keçməlidir:
25.5.1. fiziki və psixi vəziyyət;
25.5.2. görmə və rəng bilmə qabiliyyəti;
25.5.3. eşitmə qabiliyyəti.
25.6. Tibbi qiymətləndirmənin hər hansı sinfi üçün müraciət etmiş ərizəçinin sağlamlığında şəhadətnamə imtiyazlarından təhlükəsiz şəkildə yararlanmasına və ya peşə öhdəliklərinin təhlükəsiz şəkildə yerinə yetirilməsinə mane ola biləcək funksional əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən aşağıdakı hallar olmamalıdır:
25.6.1. anadangəlmə və ya qazanılma anomaliyalar;
25.6.2. orqanizmin aktiv, gizli, kəskin və ya xroniki pozulması;
25.6.3. yaralar, bədən xəsarətləri və ya əməliyyat nəticələri;
25.6.4. terapevtik, diaqnostik və ya profilaktik məqsədlə həkim tərəfindən təyin edilmiş və ya açıq satışda olan dərman preparatlarının təsiri və yan təsiri.
25.7. Tibbi qiymətləndirmə zamanı ərizəçi peşə öhdəliklərinin yerinə yetirilməsi üçün tanınması zəruri olan rəngləri sərbəst olaraq fərqləndirmək qabiliyyətini nümayiş etdirməlidir. Ərizəçinin təbii və ya süni işıqlandırma şəraitində eyni rəng temperaturunda olan psevdoizoxromatik lövhələr seriyasını düzgün tanıma qabiliyyəti yoxlanılır.
25.8. Şəhadətnamə və ixtisas qeydi imtiyazlarından təhlükəsiz şəkildə istifadə etmək üçün ərizəçilər yetərli eşitmə qabiliyyətini nümayiş etdirməlidir. Ərizəçinin eşitmə qabiliyyəti yoxlanarkən etibarlı şəkildə yoxlamaya zəmanət verən müayinə metodlarından istifadə edilməlidir.
25.9. Sinif 1 tibbi qiymətləndirmə üçün müraciət edən ərizəçilər ilkin müraciət zamanı və 40 (qırx) yaşadək beş ildə bir dəfədən az olmayaraq, 40 (qırx) yaşdan yuxarı isə iki ildə bir dəfədən az olmayaraq saf səsli audiometriya müayinəsindən keçməlidir.
25.10. Sinif 3 tibbi qiymətləndirmə üçün müraciət edən ərizəçilər ilkin müraciət zamanı və 40 (qırx) yaşadək dörd ildə bir dəfədən az olmayaraq, 40 (qırx) yaşdan yuxarı isə iki ildə bir dəfədən az olmayaraq saf səsli audiometriya müayinəsindən keçməlidir.
25.11. Bu Qaydaların 25.9-cu və 25.10-cu bəndlərində nəzərdə tutulmuş hallarda müayinə üçün alternativ olaraq oxşar nəticələri əldə etməyə imkan verən digər metodlardan istifadəyə yol verilir.
25.12. Bu Qaydaların 25.9-cu və 25.10-cu bəndlərində nəzərdə tutulmuşlardan əlavə olaraq audiometriyanın aparılmadığı tibbi müayinələrdə ərizəçilər sakit otaqda pıçıltı ilə və normal danışığın istifadəsi ilə yoxlamadan keçməlidirlər.
26. Sinif 1 tibbi qiymətləndirmə
26.1. Kommersiya və ya nəqliyyat pilotu şəhadətnaməsinin alınması üçün müraciət edən ərizəçi Sinif 1 tibbi qiymətləndirmə üçün aviasiya tibb mərkəzində ilkin tibbi müayinədən keçməlidir.
26.2. Bu Qaydalarda başqa hallar nəzərdə tutulmadıqda kommersiya və ya nəqliyyat pilotu şəhadətnaməsinin sahibləri Sinif 1 tibbi qiymətləndirməni bu Qaydaların 29-cu hissəsində nəzərdə tutulmuş müddətlərdən artıq olmayan intervallarla yeniləməlidirlər.
26.3. Ərizəçinin nəticələri bu Qaydalara əsasən Sinif 1 tibbi qiymətləndirmənin tələblərinə uyğun hesab edildikdə ərizəçiyə Sinif 1 tibbi qiymətləndirmə verilir.
26.4. Ərizəçinin fiziki və psixi sağlamlıq vəziyyətinə və müayinənin aparılmasına dair
tələblər aşağıdakılardır:
26.4.1. onun tərəfindən ani olaraq hava gəmisini təhlükəsiz şəkildə idarə edə bilməsinə və ya peşə öhdəliklərini təhlükəsiz şəkildə icra etməsinə təhdid yarada biləcək hər hansı xəstəliyi olmamalı və ya əmək qabiliyyətli olmalıdır;
26.4.2. ərizəçinin tələb olunan və ya mövcud olan şəhadətnamə imtiyazlarından təhlükəsiz şəkildə yararlanmasına və ya peşə öhdəliklərini təhlükəsiz şəkildə icra etməsinə təhdid yarada biləcək hər hansı tibbi vəziyyət anamnezdə olmamalı və ya klinik diaqnozu təyin edilməməlidir.
26.5. Ərizəçinin elektrokardioqrafiya müayinəsi aviasiya üzrə ilkin tibbi qiymətləndirmənin bir hissəsi hesab edilir. Yaşı 40-dan az olan ərizəçilərin təkrar müayinəsi zamanı elektrokardioqrafiya iki ildə bir dəfədən az olmayaraq, yaşı 40-dan çox olan ərizəçilərin təkrar müayinəsi zamanı isə elektrokardioqrafiya ildə bir dəfədən az olmayaraq aparılır.
26.6. Ərizəçinin döş qəfəsinin rentgenoqrafiyası ilkin tibbi müayinənin bir hissəsi hesab edilir.
26.7. Ərizəçinin qanının və sidiyinin ümumi analizləri tibbi müayinənin tərkib hissəsidir və anormal hallar araşdırılmalıdır.
26.8. Ərizəçinin görmə qabiliyyəti ilə bağlı tələblər aşağıdakılardır:
26.8.1. korreksiya ilə və ya korreksiya olmadan uzaq məsafəyə görmə itiliyi ayrılıqda hər bir göz üçün 6/9 və ya daha yuxarı, binokulyar görmə itiliyi isə 6/6 və ya daha yuxarı təşkil etməli, korreksiya edilməmiş görmə itiliyi baxımından hər hansı hədlər təyin olunmamalıdır. Bu cür görmə itiliyi yalnız korreksiyaedici linzalarla əldə edildikdə, ərizəçinin yararlı qiymətləndirilməsinə yol verilir, bu şərtlə ki:
26.8.1.1. tələb olunan və ya mövcud şəhadətnamə və ixtisas qeydlərin imtiyazlarından yararlandıqda bu cür korreksiyaedici linzalar istifadə edilsin;
26.8.1.2. şəhadətnamə və ixtisas qeydlərinin imtiyazlarından yararlandıqda müvafiq eynək dəsti dərhal istifadə üçün hazır olsun;
26.8.2. görmə qabiliyyəti ilə bağlı tələblərə cavab vermək üçün kontakt linzalardan istifadə edilməsinə yol verilir, bu şərtlə ki:
26.8.2.1. linzalar monofokal və rəngsiz olsun;
26.8.2.2. linzalar kifayət qədər tolerant olsun;
26.8.2.3. imtiyazlardan istifadə olunduqda müvafiq korreksiyaedici eynək dəsti istifadə üçün hazır olsun;
26.8.3. refraksiyanın əhəmiyyətli pozulmaları olduqda kontakt linzalardan və ya yüksək refraksiya əmsalına malik linzalı eynəkdən istifadəyə yol verilir;
26.8.4 bu Qaydaların 26.8.1-ci yarımbəndinə uyğun olaraq korreksiyaedici linzalardan istifadə edən ərizəçi 5 nömrəli görmə cədvəlini və ya onun analoqunu 30-50 sm diapazonunda həmin ərizəçi tərəfindən seçilmiş məsafədən və 14 nömrəli görmə cədvəlini və ya onun analoqunu 100 sm məsafədən oxuya bilməlidir. Yaxın məsafəyə görmə qabiliyyətinin korreksiyası bu Qaydaların 26.8.1-ci yarımbəndinə uyğun olaraq eynək korreksiyası ilə yerinə yetirilir. Korreksiya təyin olunmadıqda ərizəçi şəhadətnamə və ixtisas qeydlərin imtiyazlarından yararlanarkən müvafiq eynək dəsti dərhal istifadə üçün hazır olmalıdır. Yaxın məsafəyə görmə qabiliyyətinin korreksiyası tələb olunduqda ərizəçi uzaq və yaxın məsafəyə görmə qabiliyyəti ilə əlaqəli olan tələblərin yerinə yetirilməsi üçün ona bir eynəyin kifayət olduğunu təsdiq etməlidir;
26.8.5. yaxın məsafəyə görmə qabiliyyətinin korreksiyası tələb olunursa, ərizəçinin hər zaman dərhal istifadə üçün korreksiya edən ikinci eynəyi mövcud olmalıdır;
26.8.6. görmə sahələri və binokulyar görmə qabiliyyət normal olmalıdır. Stereopsisin azalması, yaxın məsafəyə görmə qabiliyyətini pozmayan anomal konvergensiya və fuziya ehtiyatlarının astenopiya və diplopiyanın qarşısını almaq üçün yetərli olduğu gözlərin uyğunsuzluğu yararsız qiymətləndirilmə üçün əsas hesab edilmir.
26.9. Eşitmə qabiliyyətinə dair tələblərə əsasən saf səsli audiometriya müayinəsi zamanı ərizəçilərdə ayrılıqda hər bir qulaqda eşitmə qabiliyyətinin zəifliyi 500, 1000 və ya 2000 Hs tezliklərindən hər hansı birində 35 dB-dən çox və ya 3000 Hs tezlikdə 50 dB-dən çox olmamalıdır.
26.10. Sinif 1 tibbi sertifikat üçün müraciət edən şəxslərin tibbi yararlılığının qiymətləndirilməsinin nəticəsi "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən müəyyən edilmiş xəstəliklərin siyahısına uyğun müəyyən edilir.
27. Sinif 2 tibbi qiymətləndirmə
27.1. Həvəskar pilot, hava şarı pilotu, bort mühəndisi, naviqator (şturman) və ya bort radiooperator şəhadətnaməsi üçün müraciət edən ərizəçilər Sinif 2 tibbi qiymətləndirilmə üçün ilkin tibbi müayinədən keçməlidirlər. Tələbə-pilot ən azı Sinif 2 tibbi qiymətləndirməyə malik olmalıdır.
27.2. Ərizəçinin nəticələri bu Qaydalara əsasən Sinif 2 tibbi qiymətləndirmənin tələblərinə uyğun hesab edildikdə ərizəçiyə Sinif 2 tibbi qiymətləndirmə verilir.
27.3. Aşağıdakı hallar istisna olmaqla, ərizəçinin fiziki, psixi sağlamlıq vəziyyətinə, görmə və eşitmə qabiliyyətinə və müayinənin aparılmasına dair tələblər bu Qaydaların 26.4-cü bəndi ilə müəyyən edilir:
27.3.1. yaşı 40-dan çox olan ərizəçilərin təkrar müayinəsi zamanı elektrokardioqrafiya 2 (iki) ildə 1 (bir) dəfədən az olmayaraq aparılır;
27.3.2. korreksiya ilə və ya korreksiya olmadan uzaq məsafəyə görmə itiliyi ayrılıqda hər bir göz üçün 6/12 və ya daha yuxarı, binokulyar görmə itiliyi isə 6/9 və ya daha çox təşkil etməli, korreksiya olunmamış görmə itiliyi baxımından hər hansı hədlər təyin olunmamalıdır. Görmə itiliyi yalnız korreksiyaedici linzalardan istifadə etməklə əldə edildikdə ərizəçinin yararlı qiymətləndirilməsinə yol verilir, bu şərtlə ki, tələb olunan və ya mövcud şəhadətnamə və ixtisas qeydlərinin imtiyazlarından yararlanarkən korreksiyaedici linzalar istifadə olunsun, müvafiq eynək dəsti isə dərhal istifadə üçün hazır olsun.
27.4. Korreksiyaedici linzalardan istifadə edən ərizəçi 5 nömrəli görmə cədvəlini və ya onun analoqunu 30-50 sm diapazonda həmin ərizəçi tərəfindən seçilən məsafədə oxumaq qabiliyyətinə malik olmalıdır. Yaxın məsafəyə görmə qabiliyyətinin korreksiyası bu Qaydaların 27.3.2-ci yarımbəndinə uyğun olaraq eynək korreksiyası ilə aparılır. Korreksiya təyin olunmadıqda ərizəçi şəhadətnamə və ixtisas qeydlərinin imtiyazlarından yararlanarkən müvafiq eynək dəsti dərhal istifadə üçün hazır olmalıdır. Yaxın məsafəni görmə qabiliyyətinin korreksiyası tələb olunduqda ərizəçi uzaq və yaxın məsafəyə görməyə dair tələblərin yerinə yetirilməsi üçün ona bir eynəyin kifayət olduğunu təsdiq etməlidir.
27.4. Sinif 2 tibbi sertifikat üçün müraciət edən şəxslərin tibbi yararlılığının qiymətləndirilməsinin nəticəsi "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən təsdiq edilmiş xəstəliklərin siyahısına uyğun müəyyən edilir.
28. Sinif 3 tibbi qiymətləndirmə
28.1. Havada hərəkəti idarəetmə tələbə-dispetçeri və havada hərəkəti idarəetmə dispetçeri şəhadətnaməsini almaq üçün ərizəçi Sinif 3 tibbi qiymətləndirilmənin keçirilməsi məqsədilə aviasiya tibb mərkəzində ilkin tibbi müayinədən keçməlidir.
28.2. Bu Qaydalarda başqa hal nəzərdə tutulmadıqda, şəhadətnamənin sahibi Sinif 3 tibbi qiymətləndirməsini bu Qaydaların 29-cu hissəsində nəzərdə tutulmuş müddətlərdən artıq olmayan intervallarla yeniləməlidir.
28.3. Ərizəçinin nəticələri bu Qaydalara əsasən Sinif 3 tibbi qiymətləndirmənin tələblərinə uyğun olduqda aviasiya tibb mərkəzi tərəfindən ərizəçiyə Sinif 3 tibbi qiymətləndirmə verilir.
28.4. Aşağıdakı hallar istisna olmaqla, ərizəçinin fiziki, psixi sağlamlıq vəziyyətinə, görmə və eşitmə qabiliyyətinə və müayinənin aparılmasına dair tələblər bu Qaydaların 26.4-cü bəndi ilə müəyyən edilir:
28.4.1. eşitmə qabiliyyətinə münasibətdə saf səsli audiometriya müayinəsi zamanı ərizəçinin ayrılıqda hər bir qulaqda eşitmə qabiliyyətinin zəifliyi 500, 1000 və ya 2000 Hs tezliklərindən hər hansı birində 35 dB-dən çox və ya 3000 Hs tezlikdə 50 dB-dən çox olmamalıdır;
28.4.2. həmin göstəricilərdən daha çox eşitmə zəifliyi olan ərizəçi bu şərtlə yararlı qiymətləndirilir ki, o, iş yerində adi səs-küyü təkrarlayan və ya imitasiya edən səs-küy fonunda normal eşitmə itiliyinə malik olsun. Şəhadətnaməyə və ixtisas qeydlərinə uyğun olaraq ərizəçinin eşitmə qabiliyyətinin iş şəraitində də praktiki yoxlanışının aparılmasına yol verilir.
28.5. Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxslərin tibbi yararlılığının qiymətləndirilməsinin nəticəsi bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilir.
29. Aviasiya personalına verilən şəhadətnamənin, ixtisas qeydinin, vəsiqənin, sertifikatın və digər analoji sənədlərin etibarlılıq müddəti
29.1. Aviasiya personalının şəhadətnamələrinin etibarlılıq müddəti şəhadətnaməyə əlavə edilən ixtisas qeydlərindən, verilmiş sertifikat, vəsiqə və digər təsdiq sənədlərinin etibarlılıq müddətindən asılı olaraq dəyişir. Qeyd olunan hər bir sənəd üzrə etibarlılıq müddəti bitdikdə şəhadətnamənin sahibi müddətin uzadılması və ya yenidən təsdiq edilməsi üçün Agentliyə müraciət etməlidir.
29.2. Şəhadətnamənin sahibi şəhadətnamə şərtlərini yerinə yetirmədikdə və şəhadətnamənin verildiyi dövlətin müəyyən etdiyi son təcrübə tələblərinə cavab vermədikdə həmin şəhadətnamə və ixtisas qeydi üzrə imtiyazlardan istifadə edə bilməz.
29.3. İlkin və ya qüvvədən düşdükdən sonra həyata keçirilən tibbi qiymətləndirmənin etibarlılıq müddəti ərizəçinin tibbi müayinədən keçdiyi gündən başlayır və aşağıdakılardan çox olmayan müddətə qüvvədədir:
29.3.1. həvəskar pilot - təyyarə və helikopter üçün - 60 ay;
29.3.2. kommersiya pilotu - təyyarə və helikopter üçün - 12 ay;
29.3.3. nəqliyyat pilotu - təyyarə və helikopter üçün - 12 ay;
29.3.4. hava şarı pilotu - 60 ay;
29.3.5. naviqator (şturman) - 12 ay;
29.3.6. bort mühəndisi - 12 ay;
29.3.7. havada hərəkəti idarəetmə dispetçeri - 24 ay.
29.4. Kliniki göstəriş olduqda tibbi qiymətləndirmənin qüvvədəolma müddətinin azaldılmasına yol verilir.
29.5. Bu Qaydaların 29.3-cü bəndində nəzərdə tutulmuş etibarlılıq müddətləri sərnişin daşıyan tək heyətli kommersiya hava nəqliyyatı əməliyyatları ilə məşğul olan nəqliyyat və kommersiya pilotu şəhadətnaməsi sahiblərinin yaşı 40-ı keçdikdə və kommersiya daşımaları əməliyyatlarını həyata keçirən nəqliyyat və kommersiya pilotu şəhadətnamə sahiblərinin yaşı 60-ı keçdikdə 6 (altı) aya endirilir.
29.6. Bu Qaydaların 29.3-cü bəndində nəzərdə tutulmuş etibarlılıq müddətləri havada hərəkəti idarəetmə dispetçer şəhadətnaməsi sahiblərinin yaşı 40-ı keçdikdə 12 (on iki) aya endirilir.
29.7. Bu Qaydaların 29.3-cü bəndində nəzərdə tutulmuş etibarlılıq müddətləri həvəskar və hava şarı pilotu şəhadətnaməsi sahiblərinin yaşı 40-ı keçdikdə 24 (iyirmi dörd) aya endirilir.
29.8. Bu hissədə sadalanan etibarlılıq müddətləri ərizəçinin tibbi müayinədən keçdiyi zaman olduğu yaşından asılıdır.
30. Kabinə heyətinə şəhadətnamənin verilməsi
30.1. Kabinə heyəti qismində fəaliyyət göstərəcək aviasiya personalı işəgötürən tərəfindən müəyyən edilmiş daxili tələblərə uyğunluğu tam şəkildə yoxlanıldıqda işə qəbul edilir.
30.2. İşə qəbul edilmiş müvafiq personala dair şəhadətnamə almaq üçün işəgötürən səlahiyyətli nümayəndə qismində Agentliyə müraciət edir.
30.3. Hava gəmilərinin istismarçıları Agentlik tərəfindən şəhadətnamə verilmiş kabinə heyətinin ixtisaslarına uyğun müvafiq təlim və hazırlıq keçmələrini təmin edirlər.
31. Üzv dövlətdə verilmiş analoji sənədlərin tanınması (təsdiq edilməsi)
31.1. Üzv dövlət tərəfindən verilmiş analoji sənədlərin tanınması Agentlik tərəfindən həmin sənədlərin təsdiq edilməsi prosesini ehtiva edir.
31.2. Agentlik Konvensiyaya 1 nömrəli Əlavənin tələblərinə uyğun olaraq digər üzv dövlət tərəfindən verilmiş şəhadətnamə və analoji sənədləri təsdiq edir.
31.3. Təsdiq edilmiş şəhadətnamə sahibləri öz imtiyazlarını bu Qaydalara uyğun həyata keçirməlidirlər.
31.4. Təsdiq prosesində ərizəçi mövcud ixtisas, uçuş və ya digər əlaqədar təcrübə, tibbi yararlılıq və ya digər səriştələrini, Agentlik tərəfindən tələb olunduğu hallarda isə ərizəçinin mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçdiyini təsdiqləyən sənədləri Agentliyə təqdim etməlidir.
31.5. Agentlik üzv dövlət tərəfindən verilmiş şəhadətnamə və analoji sənədlərin təsdiq edilməsi məqsədilə ərizəçidən həmin sənədlərin verildiyi dövlətin səlahiyyətli mülki aviasiya qurumu tərəfindən təqdim olunmuş təsdiq məktubunu tələb etmək və ya sorğu əsasında əldə etmək hüququna malikdir.
31.6. Şəhadətnamə və digər analoji sənədlərin təsdiqi onun qüvvədə olduğu müddət ərzində həyata keçirilir.
32. Şəhadətnamənin konvertasiyası
32.1. Ərizəçinin müraciəti əsasında və bu Qaydalarda nəzərdə tutulmuş şəhadətnamə tələblərinə uyğun olduqda Agentlik ərizəçinin digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməsini Azərbaycan Respublikasının aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququna malikdir.
32.2. Konvertasiya prosesi zamanı üzv dövlət tərəfindən verilən və Agentlik tərəfindən imtiyazları doğrulanmış ("verification") şəhadətnaməyə ekvivalent şəhadətnamə verilir. Bu halda ərizəçi mövcud ixtisas qeydi, uçuş və ya digər əlaqədar təcrübə, tibbi yararlılıq və digər səriştələrin sübutu olaraq təsdiqləyici sənədləri Agentliyə təqdim etməlidir.
32.3. Konvertasiyanın edilməsi üçün üzv dövlət tərəfindən verilmiş şəhadətnamədə ən azı bir ixtisas qeydi mövcud olmalıdır. Şəhadətnaməyə əlavə edilmiş qüvvədə olan ixtisas qeydləri mövcud tələblərə cavab vermədikdə yeni şəhadətnaməyə əlavə edilir. Konvertasiya prosesində Agentlik ərizəçidən mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir.
33. Agentlik tərəfindən müraciətlərə baxılması
33.1. Ərizəçi bu Qaydalarla müəyyən edilmiş tələbləri tam yerinə yetirdikdən sonra şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə Agentlik tərəfindən müəyyən edilmiş ərizə forması və bu Qaydaların tələblərinə uyğunluğunu təsdiqləyən sənədlərlə və məlumatlarla birlikdə Agentliyə müraciət etməlidir.
33.2. Agentlik tərəfindən ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.
33.3. Agentlik ərizəçinin sənədlərini qeydiyyata aldıqdan sonra 3 (üç) gün müddətində ərizəçinin müraciətinin bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır.
33.4. Ərizəçi bu Qaydalarda nəzərdə tutulmuş və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədikdə, Agentlik əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb etmək hüququna malikdir.
33.5. Ərizəçi əlavə sənədləri və məlumatları 15 (on beş) gün müddətində Agentliyə təqdim etməlidir. Bu müddət ərzində əlavə sənədlər və ya məlumatlar Agentliyə təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Əlavə sənədlərin və ya məlumatların Agentliyə təqdim olunduğu andan müddətin axımı bərpa olunur. Müddət axımının dayandırıldığı və ya yenidən bərpa olunduğu müddət ərzində ərizəçinin bu
Qaydaların tələblərinə uyğunluğunu təsdiq edən sənədlərinin (nəzəri bilik imtahanının nəticəsi, tibbi sertifikatının etibarlılıq müddəti və s.) etibarlılıq müddəti başa çatdıqda ərizəçi Agentliyə eyni qaydada yenidən ərizə və təsdiqləyici sənədlərlə müraciət etməlidir.
33.6. Ərizəçi bu Qaydalarla müəyyən olunmuş tələblərə uyğun olmadıqda və müraciət sənədlərində təkrar nöqsanlar aşkar edildikdə ərizə Agentlik tərəfindən baxılmamış saxlanılır. Ərizəçi tərəfindən tələblər yerinə yetirildikdən və nöqsanlar aradan qaldırıldıqdan sonra Agentliyə yenidən ərizə və təsdiqləyici sənədlərlə müraciət etmək hüququna malikdir.
33.7. Agentlik 90 (doxsan) gün ərzində müvafiq şəhadətnamə, ixtisas qeydi, vəsiqə, sertifikat və ya digər əlaqəli sənədlərin verilməsinə dair və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Ərizəçi imtina barədə qərardan inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququna malikdir.
33.8. Şəhadətnamə və digər analoji sənədlərdə aşağıdakı məlumatlar göstərilir:
33.8.1. sənədi verən dövlətin adı;
33.8.2. sənədi verən orqanın adı;
33.8.3. sənədin növü (və ya adı);
33.8.4. sənədin verilmə tarixi və qeydiyyat nömrəsi;
33.8.5. sənəd sahibi barədə məlumatlar (adı, soyadı, doğum tarixi, və s.);
33.8.6. icazə verilən hərəkət;
33.8.7. başlama və başa çatma tarixləri göstərilməklə sənədin müddəti (olduqda);
33.8.8. sənəd sahibinin imzası;
33.8.9. sənədi vermiş səlahiyyətli şəxsin imzası;
33.8.10. sənədi verən orqanın möhürü;
33.8.11.əgər varsa, sənədə əlavə edilməli olan ixtisas qeydləri və digər məlumatlar (əlavə qeyd və s.) (olduqda).
34. Şəhadətnamə və digər analoji sənədlərin müddətinin uzadılması və yenilənməsi
34.1. Şəhadətnamə və digər analoji sənədlərin yenilənməsi və ya müddətinin uzadılması üçün Agentliyə müraciət edilməlidir.
34.2. Ərizə ərizəçilərin Agentlik tərəfindən müəyyən edilən şəhadətnamə və digər analoji sənədlərinin yenilənməsi və ya uzadılması tələblərinə, habelə bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sənədlərlə müşayiət olunmalıdır.
35. Şəhadətnamənin məhdudlaşdırılması, qüvvəsinin dayandırılması və ya ləğvi
35.1. Bu Qaydaların tələblərinə uyğun olaraq verilmiş şəhadətnamə və ona əlavə edilən ixtisas qeydi, sertifikat və ya digər analoji sənədlər üzrə tələblər yerinə yetirilmədikdə və ya sənədin sahibi bu Qaydaların tələblərinə uyğun olmadıqda Agentlik şəhadətnamə üzrə səlahiyyətləri məhdudlaşdırmaq, şəhadətnamənin qüvvəsini dayandırmaq və ya onu ləğv etmək hüququna malikdir. Həmin sənədlərin qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə, sənəd sahibi onu dərhal Agentliyə qaytarmalıdır.
35.2. Bu Qaydaların 35.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsi və
ya qüvvəsinin dayandırılması barədə qərar Agentlik tərəfindən qəbul edilir. Bu halda şəhadətnamənin sahibi Agentliyin verdiyi qərara əsasən öz imtiyazlarından istifadə edə bilməz.
35.3. Agentlik şəhadətnamənin qüvvəsini dayandırmazdan və ya onu ləğv etməzdən əvvəl sənədin sahibinə əsası göstərilməklə dayandırılma və ya ləğv edilməsi barədə bildiriş göndərir. Şəhadətnamənin məhdudlaşdırılması, qüvvəsinin dayandırılması və ya ləğv edilməsinə əsas verən hallar barədə məlumat əldə edən xidmət təminatçıları bu barədə Agentliyə dərhal məlumat verməlidir.
35.4. Şəhadətnamənin məhdudlaşdırılması, qüvvəsinin dayandırılması və ya ləğv edilməsinə əsas olan hallar xidmət təminatçısı ilə birbaşa əlaqəli olduqda, bu hal uyğunsuzluq kimi qiymətləndirilir və Agentlik tərəfindən müvafiq hesabat hazırlanır. Agentlik hesabat əsasında xidmət təminatçısından halın baş verməsinin səbəbi, aradan qaldırılması mərhələləri ilə həyata keçiriləcək işlər və gələcəkdə belə halların təkrarlanmaması üçün görüləcək tədbirlər haqqında tədbirlər planı tələb edir.
35.5. Bu Qaydalarda başqa hal nəzərdə tutulmadıqda şəhadətnamə, ixtisas qeydi, sertifikat və ya digər analoji sənədlərlə verilmiş imtiyazların məhdudlaşdırılması və ya artırılması Agentlik tərəfindən həmin sənədlərdə təsdiq edilir.
36. Şəhadətnamənin dublikatının verilməsi Şəhadətnamə, vəsiqə və ya sertifikat yararsız vəziyyətə düşdükdə və ya itirildikdə şəhadətnamənin sahibinin yazılı müraciəti əsasında eyni hüquqi qüvvəyə malik dublikatı verilir. Dublikatın qüvvədə olma müddəti şəhadətnamənin qüvvədəolma müddəti ilə məhdudlaşdırılır. Dublikat Agentliyin səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürü ilə təsdiq edilir. Dublikatın aşağı hissəsində onu imzalamış səlahiyyətli şəxsin adı, soyadı və vəzifəsi qeyd olunur. "Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları"na 1 nömrəli əlavə Mülki hava gəmisinə texniki xidmət üzrə şəhadətnamənin alınması üçün tələb olunan nəzəri imtahanlar Cədvəl 1 İmtahan B1.1 A1 B1.2 A2 B1.3 A3 B1.4 A4 B3 B2 B2L C
1. Riyaziyyat x x x x x x x x
2. Fizika x x x x x x x x
3. Elektrotexnikanın əsasları
4. Elektronikanın əsasları x (A1-ə aid deyil) x (A2-yə aid deyil) x (A3-ə aid deyil) x (A4-ə aid deyil) x x x x
5. Rəqəmsal texnika / Elektron cihaz sistemləri x x x x x x x x
6. Materiallar və aparatlar x x x x x x x x
7. Texniki xidmət təcrübələri x x x x x x x x
8. Aerodinamikanın əsasları x x x x x x x x
9. İnsan amili x x x x x x x x
10. Aviasiya qanunvericiliyi x x x x x x x x
11. Təyyarənin aerodinamikası, konstruksiyası və sistemləri x x x B.1.1 kimi 11, 15 və və ya B1.2 kimi 11, 16 və 17 və ya B1.3 kimi 12
12. Helikopterin aerodinamikası, konstruksiyası və sistemləri x x
13. Hava gəmilərinin aerodinamikası, konstruksiyası və sistemləri x x
14. Güc qurğuları x x və 15 və ya B1.4 kimi 12 və 16 və ya B2 kimi 13 və 14.
15. Qaz turbinli mühərriklər x x
16. Porşenli mühərriklər x x x
17. Pər x x x Cədvəl 2 İmtahan L1C L1 L2C L2 L3H L3G L4H L4G L5 1L. Əsas biliklər x x x x x x x x 2L. İnsan amili x x x x x x x x 3L. Aviasiya qanunvericiliyi x x x x x x x x 4L. Parça ilə örtülmüş taxta və (və ya) metal boru konstruksiya x x 5L. Kompozit konstruksiya x x x x 6L. Metal konstruksiya x x 7L. Planer — ümumi, mexaniki və elektrik sistemlər x x x x 8L. Güc qurğuları x x x x x 9L. İsti havalı aerostatlar x x 10L. Qazlı (sərbəst/bağlı) aerostatlar x x x 11L. İsti havalı/qazlı dirijabllar x x x 12L. Radiorabitə, qəza radio mayakları, transponderlər və cihazlar x x x x x x x Qeyd. Cədvəl 2-də "1L. Əsas biliklər" dedikdə aşağıdakı sahələr üzrə biliklər nəzərdə tutulur: - riyaziyyat, o cümlədən arifmetika, cəbr, həndəsə; - fizika, o cümlədən materiya, mexanika, temperatur; - elektriklər, o cümlədən AC və DC dövrələri; - aerodinamika/aerostatistika; - iş yerində təhlükəsizliklə bağlı tələblər və ətraf mühitin mühafizəsi. "Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları"na 2 nömrəli əlavə Hava hərəkəti idarəetmə dispetçerlərinin vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin (o cümlədən vəziyyətlərin) siyahısı Sıra №-si Xəstəliklər (o cümlədən vəziyyətlər) Qeydlər 1. Döş aortasının və qarın aortasının suprarenal anevrizması, cərrahi müdaxilədən əvvəl Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 2. Hər hansı ürək qapağının əhəmiyyətli funksional və ya simptomlu anomaliyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
3. Ürək və ya ürək/ağciyər transplantasiyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 4. Simptomatik hipertrofik kardiomiopatiya və dilatasion kardiomiopatiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 5. Periferik arteriyaların xəstəliyi olan (cərrahi əməliyyatdan əvvəl və ya sonra) Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 6. Döş aortasının və qarın aortasının suprarenal anevrizması (cərrahi müdaxilədən sonra) Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 7. Qarın aortasının infrarenal anevrizması (cərrahi əməliyyatdan əvvəl və ya sonra) Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
8. Ürək qapaq aparatının əhəmiyyətsiz funksional anomaliyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
9. Ürək qapaq cərrahi əməliyyatından sonra Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
10. Perikard, miokard, endokard anomaliyaları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 11. Ürəyin anadangəlmə anomaliyaları (cərrahi korreksiyadan əvvəl və ya sonra) Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
12. Qeyri-müəyyən səbəbdən vazovaqal bayılma Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
13. Arterial və venoz tromboz Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
14. Ağciyər arteriyasının emboliyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 15. Sistematik antikoaqulyant müalicəni tələb edən ürək-damar sistemi xəstəliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
16. Simptomlu arterial hipotoniya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 17. Müalicə ilə və ya müalicəsiz sabit şəkildə sistolik qan təzyiqi 160 mm Hg və/və ya diastolik qan təzyiqi 95 mm Hg artıq Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Qənaətbəxş nəticə əldə olunduqda onun yararlı qiymətləndirilməsinə yol verilir. Dərman qəbulu ilə bağlı əlavə dəyərləndirmə aparılır
18. Miokard işemiyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
19. Simptomlu koronar arteriya xəstəliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
20. Miokard infarktı ilə bağlı cərrahi əməliyyat Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
21. Koronar arteriya xəstəliyi ilə bağlı cərrahi əməliyyat Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
22. Simptomlu sinoatrial disfunksiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxslər yararsız qiymətləndirilir
23. Tam atrioventrikulyar blokada Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
24. Simptomlu QT intervalın uzanması Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
25. Avtomatik defibrilyator sistemin implantasiyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
26. Ventrikulyar anti-taxikardiya kardiostimulator Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 27. Supraventrikulyar ritm pozulmaları, o cümlədən qısamüddətli və davamlı sinoatrial disfunksiya, qulaqcıqların fibrilasiyası və (və ya) titrəməsi və simptomsuz sinus fasilələri Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
28. Hiss dəstəsinin sol ayaqcığının tam blokadası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
29. Mobits 2 tipli atrioventrikular blokada Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
30. Taxikardiya geniş və dar kompleslər ilə Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
31. Mədəciklərin vaxtından əvvəl oyanması Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
32. Simptomsuz QT intervalın uzanması Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
33. Elektrokardioqrafiyada Bruqada sindromu Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
34. Hiss dəstəsinin sol ayaqcığının natamam blokadası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
35. Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
36. Elektrik oxun sola meyilliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
37. Simptomsuz sinus bradikardiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
38. Simptomsuz sinus taxikardiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 39. Simptomsuz təcrid olunmuş eynitipli supraventrikulyar ya ventrikulyar ektopik komplekslər Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
40. Birinci dərəcəli atrioventrikulyar blokada Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
41. Mobitz 1 tipli atrioventrikulyar blokada Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
42. Ablasiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
43. Kardiostimulyator implantasiyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs kardioloq tərəfindən müayinə olunduqdan sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
44. Dərman preparatlarının qəbulundan asılı astma Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
45. Tənəffüs orqanlarının kəskin iltihab xəstəliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 46. Kəskin ağciyər çatışmazlığı və ya ağciyərlərin, divararalığının və ya plevranın hər hansı aktiv zədələnməsi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
47. Aktiv sarkoidoz Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs tənəffüs orqanlarının və kardioloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
48. Pnevmotoraks Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs tənəffüs orqanlarının müayinəsindən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
49. Yuxu apnoe sindromu Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs tənəffüs orqanlarının və kardioloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
50. Döş qəfəsi orqanları üzərində cərrahi əməliyyat Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs tənəffüs orqanlarının müayinəsindən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
51. Ağciyər transplantasiyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs tənəffüs orqanlarının müayinəsindən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
52. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs tənəffüs orqanlarının müayinəsindən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 53. Həzm sistemi orqanlarının funksiyalarının əhəmiyyətli dərəcədə pozulması Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Lakin müalicədən və qənaətbəxş qastroenteroloji müayinədən sonra onun yararlı qiymətləndirilməsinə yol verilir 54. Həzm sistemi orqanlarının, xüsusilə daralması və sıxılması ilə bağlı keçməzliyin yaranmasına səbəb olan və uçuş zamanı əmək qabiliyyətinin itməsinə gətirib çıxaran xəstəliyi və ya cərrahi əməliyyatından sonra Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 55. Əmək qabiliyyətinin itməsinə gətirib çıxaran simptomların yaranmasına səbəb ola bilən yırtıq Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
56. Dərman preparatlarının qəbulundan asılı təkrarlanan həzm pozulmaları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxsin müalicədən və qənaətbəxş qastroenteroloji müayinədən sonra yararlı qiymətləndirilməsinə yol verilir
57. Pankreatit Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxsin müalicədən və qənaətbəxş qastroenteroloji müayinədən sonra yararlı qiymətləndirilməsinə yol verilir
58. Simptomlu öd daşı xəstəliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxsin müalicədən və qənaətbəxş qastroenteroloji müayinədən sonra yararlı qiymətləndirilməsinə yol verilir 59. Müəyyən olunmuş diaqnoz və ya tibbi anamnezdə təsdiqlənmiş bağırsağın xroniki iltihab xəstəliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxsin müalicədən və qənaətbəxş qastroenteroloji müayinədən sonra yararlı qiymətləndirilməsinə yol verilir 60. Həzm traktı və ya onun əlavə aparatında aparılan cərrahi əməliyyatdan sonra, bu orqanlardan hər hansının tam və ya qismən çıxarılması və diversiyası daxil olmaqla Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxsin müalicədən və qənaətbəxş qastroenteroloji müayinədən sonra yararlı qiymətləndirilməsinə yol verilir
61. Metabolik, qidalanma və ya endokrin disfunksiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs stabil vəziyyət nümayiş etdirdikdən və qənaətbəxş aviasiya-tibbi müayinəsindən keçdikdən sonra onun yararlı qiymətləndirilməsinə yol verilir
62. İnsulindən asılı şəkərli diabet Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
63. İnsulindən asılı olmayan şəkərli diabet Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Lakin xəstəliyə yalnız pəhrizin və ya pəhrizlə birlikdə, istifadəsi ərizəçinin şəhadətnamə və ixtisas qeydlərinin imtiyazlarından təhlükəsiz şəkildə yararlanmasına mane olmayan peroral diabet əleyhinə preparatların qəbulu ilə qlikemik nəzarət etmək mümkün olduqda onun yararlı qiymətləndirilməsinə yol verilir 64. Qeyri-normal hemoqlobin, o cümlədən anemiya, eritrositoz və ya hemoqlobinopatiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müalicə və qənaətbəxş hematoloji müayinə edildikdən sonra onun yararlı qiymətləndirilməsinə yol verilir
65. Limfa düyünlərinin əhəmiyyətli dərəcədə böyüməsi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müalicə və qənaətbəxş hematoloji müayinə edildikdən sonra onun yararlı qiymətləndirilməsinə yol verilir
66. Dalaq böyüməsi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müalicə və qənaətbəxş hematoloji müayinə edildikdən sonra onun yararlı qiymətləndirilməsinə yol verilir
67. Koaqulyasiya ilə bağlı hemorraqik və ya trombotik pozuntular Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müalicə və qənaətbəxş hematoloji müayinə edildikdən sonra onun yararlı qiymətləndirilməsinə yol verilir
68. Xroniki və kəskin leykemiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müalicə və qənaətbəxş hematoloji müayinə edildikdən sonra onun yararlı qiymətləndirilməsinə yol verilir 69. Sidik-cinsiyyət sistemi orqanlarının və ya onların xüsusilə daralması və sıxılması ilə bağlı keçməzliyin yaranmasına səbəb olan və uçuş zamanı əmək qabiliyyətinin itməsinə gətirib çıxaran xəstəliyi və ya cərrahi əməliyyatından sonra Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Lakin müalicədən və qənaətbəxş genitourinar müayinədən sonra onun yararlı qiymətləndirilməsinə yol verilir 70. Böyrək xəstəliyi və sidik-cinsiyyət sistemi orqanlarının iltihabi xəstəlikləri Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinə edildikdən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
71. Bir və ya daha artıq sidik daşları və ya anamnezdə böyrək sancıları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxsin müalicədən və qənaətbəxş genitourinar müayinədən sonra yararlı qiymətləndirilməsinə yol verilir 72. Orqanların tam və ya qismən çıxarılması və diversiyası daxil olmaqla, sidik-cinsiyyət sistemi orqanlarının cərrahi əməliyyatı Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxsin müalicədən və qənaətbəxş genitourinar müayinədən sonra yararlı qiymətləndirilməsinə yol verilir 73. Uçuşların təhlükəsizliyini riskə məruz qoyma ehtimalına səbəb olan infeksion xəstəliklər Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Müalicədən və mütəxəssis müayinəsindən sonra qənaətbəxş nəticə əldə olunduqda onun yararlı qiymətləndirilməsinə yol verilir
74. İİV-pozitiv Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinə edildikdən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
75. Ginekoloji əməliyyat Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinə edildikdən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
76. Hamiləlik Müayinə edildikdən sonra qənaətbəxş nəticə əldə olunduqda Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxsin hamiləliyin 32-ci həftəsinin sonunadək yararlı qiymətləndirilməsinə yol verilir 77. Şəhadətnamə imtiyazlarından təhlükəsiz şəkildə yararlanmaq üçün dayaq- hərəkət sisteminin funksionallığı kifayət qədər olmayan Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Tibbi uçuş və ya simulyator uçuş testi ilə nümayiş etdirilə bilən şəxsin hava gəmisinin müəyyən növü üzrə imtiyazlardan təhlükəsiz şəkildə istifadə etməsi üçün dayaq-hərəkət sisteminin funksionallığı kifayətdirsə, onun yararlı qiymətləndirilməsinə yol verilir və onun imtiyazları məhdudlaşdırılmır 78. Alkoqol və ya psixoaktiv maddələrin istifadəsi ilə bağlı psixi, yaxud davranış pozuntuları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Şəxs tam sağalma və psixoaktiv maddələrin istifadəsindən tam azad olduqdan, həmçinin uğurlu müalicədən və psixiatrik müayinədən sonra qənaətbəxş nəticə əldə olunduqda onun yararlı qiymətləndirilməsinə yol verilir
79. Əhvali-ruhiyyə pozuntuları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Şəxs psixiatrik müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
80. Nevrotik pozuntular Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Şəxs psixiatrik müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
81. Şəxsiyyət pozuntuları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Şəxs psixiatrik müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
82. Psixi və davranış pozuntuları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Şəxs psixiatrik müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
83. Psixoaktiv maddələrdən sui-istifadə Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Şəxs psixiatrik müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 84. Tək və ya təkrarlanmış qəsdən özünə zərər yetirmə və ya intihar cəhdləri Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Şəxs psixiatrik müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
85. Şizofreniya, şizotipik və ya sayıqlama pozuntuları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
86. Naməlum səbəblərdən huşun itməsi hallarının təkrarlanması Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
87. Serebral disfunksiyaya yüksək meyilli vəziyyətlər Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
88. Epilepsiya, 5 yaşdan sonra təkrarlanmayan epilepsiya tutmaları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 89. Epilepsiya, müalicədən 10 il sonrakı müddətdə epilepsiya tutması təkrarlanmadıqda Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
90. Epilepsiya, digər hallar Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
91. Epileptiform EEG dəyişiklikləri və fokal zəif dalğalar Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 92. Proqressivləşən və ya proqressivləşməyən gedişə malik sinir sistemi xəstəliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
93. Mərkəzi və periferik sinir sisteminin iltihab xəstəliyi Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
94. Miqren Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
95. Naməlum səbəbdən yeganə huşun pozulması epizodu Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
96. Keçirilmiş kəllə-beyin travması Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
97. Baş-beynin nüfuz edən yaralanmaları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
98. Onurğa beyin və ya periferik sinir zədələnmələri Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
99. Baş və onurğa beyninin iltihabi xəstəlikləri Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 100. Hemoragik və işemik hadisələr daxil olmaqla, damar çatışmazlığı ilə bağlı sinir sisteminin pozuntuları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs nevroloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 101. Uzaq məsafəyə görmə itiliyi, korreksiya ilə və ya korreksiyasız, hər gözdə ayrı- ayrılıqda 6/9 (0,7)- dən aşağı, iki gözdə isə 6/6 (1,0)- dən aşağı Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 102. Uzaq məsafəyə görmə itiliyi, korreksiya ilə və ya korreksiyasız, bir gözdə ayrılıqda 6/9 (0,7)-dən aşağı və ya qazanılmış monokulyar Sinif 3 tibbi sertifikat üçün ilk dəfə müraciət edən şəxs yararsız qiymətləndirilir. Lakin tibbi sertifikatın uzadılması və ya yenilənməsi üçün müraciət edən şəxs oftalmoloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
103. - 6.0 dioptridən yüksək miopiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs oftalmoloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
104. 3.0 dioptridən yüksək astiqmatizm Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs oftalmoloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
105. 3.0 dioptridən yüksək anizometropiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs oftalmoloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
106. +5.0 dioptridən yüksək hipermetropiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs oftalmoloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə və korreksiya ilə görmə itiliyi hər gözdə ayrı- ayrılıqda 6/6 və ya daha yaxşı olduqda onun yararlı qiymətləndirilməsinə yol verilir
107. Keratokonus Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs oftalmoloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 108. Qeyri-normal binokulyar funksiyası və bu tibbi vəziyyət müvafiq korreksiya tədbirlərini nəzərə alaraq, şəhadətnamənin imtiyazlarından yararlanarkən uçuş təhlükəsizliyini riskə məruz qoyma ehtimalına səbəb olarsa Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
109. Diplopiya Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 110. Qeyri-normal görmə sahələri və bu tibbi vəziyyət müvafiq korreksiya tədbirlərini nəzərə alaraq, şəhadətnamənin imtiyazlarından yararlanarkən uçuş təhlükəsizliyini riskə məruz qoyma ehtimalına səbəb olarsa Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
111. Göz əməliyyatı Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Lakin oftalmoloji müayinədən sonra şəxs qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 112. Şəhadətnamə imtiyazlarından təhlükəsiz şəkildə yararlanması üçün zəruri olan rəngləri rahat şəkildə seçmə bacarığı nümayiş olunmursa Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir 113. Saf səs audiometriyası müayinəsi zamanı eşitmə zəifliyi hər bir qulaqda ayrı-ayrılıqda 500, 1000 və ya 2 000 Hs tezliklərdə istənilən qulaqda 35 dB-dən çox və ya 3 000 Hs tezlikdə 50 dB-dən çox Sinif 3 tibbi sertifikat üçün ilk dəfə müraciət edən şəxs yararsız qiymətləndirilir. Lakin tibbi sertifikatın uzadılması və ya yenilənməsi üçün müraciət edən şəxs qənaətbəxş funksional eşitmə qabiliyyətini nümayiş etdirdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
114. Daxili və orta qulaqda aktiv patoloji proses Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
115. Qulaq pərdəsinin sağalmayan perforasiyası və ya disfunksiyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
116. Vestibülyar funksiyanın pozulmaları Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 117. Ağız boşluğunun və ya yuxarı tənəffüs yollarının mühüm inkişaf qüsuru, yaxud əhəmiyyətli infeksiyası Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
118. Nitq və ya səsyaranma funksiyasının pozulması Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir 119. Şəhadətnamə imtiyazlarından yararlanarkən uçuşların təhlükəsizliyinin riskə məruz qalması ehtimalına səbəb olan dermatoloji vəziyyət Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir
120. Birincili və ya ikincili bədxassəli və xoşxassəli yenitörəmə Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs onkoloji müayinədən sonra qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir
121. İntraserebral bədxassəli yenitörəmə Sinif 3 tibbi sertifikat üçün müraciət edən şəxs yararsız qiymətləndirilir. Lakin onkoloji müayinədən sonra şəxs qənaətbəxş nəticə əldə etdikdə onun yararlı qiymətləndirilməsinə yol verilir Qeyd. Aviasiya-tibbi qiymətləndirmə zamanı kliniki və ya epidemioloji göstərişlər olduqda, Agentliyin tibbi eksperti və ya aviasiya tibb eksperti müraciət edən şəxsin əlavə tibbi müayinə olunmasını və ya yoxlamadan keçməsini tələb etməlidir. __________________________________