Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Məmmədov Elçin Qüdrət oğlu, Muxtarov Kamran Nüsrət oğlu.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Bakı şəhəri, 11 aprel 2025-ci il