1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları"nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2 aprel 2025-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2- N nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları"nda dəyişiklik: 2.8-ci bənddə "həmin ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən)" sözləri "Azərbaycan Respublikasında Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən" sözləri ilə əvəz olunsun.