Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident.
Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə və xalqınıza cansağlığı, firavanlıq, xeyir-bərəkət arzu edirəm.
Zati-alinizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə, Səad Əl-Hariri Livan Respublikasının sabiq Baş naziri