Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Qaz təchizatı haqqında", "Dövlət rüsumu haqqında", "İxrac nəzarəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Elektroenergetika haqqında" və "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 317 nömrəli Fərmanının 3.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası" təsdiq edilsin ( əlavə olunur ).
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 19 " " mart " 2025-ci il № 89