1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının (Agentliyin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
__________________ *Əlavələr dərc edilmir.