a alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1557 (Cild I); 2024, № 2, maddə 238) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur, məxfi).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.