1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 yanvar tarixli Q1-001-13 nömrəli Qərarı ilə təsdiq edilmiş "Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 9-cu hissə üzrə:
1.1.1. 9.5-ci bənddə və 9.14.1-ci yarımbənddə ismin müvafiq hallarında "aeroportlar" sözü ismin müvafiq hallarında "hava limanları" sözləri ilə əvəz olunsun;
1.1.2. 9.7.1-ci yarımbənddə və həmin Qərarla təsdiq edilmiş Təlimatın 8 nömrəli əlavəsində ismin müvafiq hallarında "aeroport" sözü ismin müvafiq hallarında "hava limanı" sözləri ilə əvəz edilsin;
1.1.3. 9.12-ci və 9.101-ci bəndlərdə ismin müvafiq hallarında "təyyarə" sözü ismin müvafiq hallarında "hava gəmisi" sözləri ilə əvəz olunsun;
1.1.4. 9.14.2-ci yarımbənddə "vertolyotlara" sözü "helikopterlərə" sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 may tarixli Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yol-patrul xidməti haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.13.2-ci yarımbənddə "vertolyotları (helikopter)" sözləri "helikopterləri" sözü ilə əvəz olunsun;
2.2. 4.1.4-cü yarımbənddə və 4.16-cı bəndin ikinci cümləsində "vertolyotla" sözü "helikopterlə" sözü ilə əvəz edilsin.
3. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
4. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
5. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Kollegiyanın sədri general-polkovnik Vilayət Eyvazov