A ALIR:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2013-cü il 11 fevral tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsi haqqında Əsasnamə"nin 3.1.11-ci yarımbəndindən ", o cümlədən onların dublikatlarının və əlavələrinin" sözləri çıxarılsın.
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra bu Qərarın 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsi təmin olunsun. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov