1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 16 may tarixli Q6- 001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat"a 6 nömrəli əlavədə "sənaye və ərzaq malları" sözləri "sənaye malları, qida məhsulları" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
3. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Nazir general-polkovnik Vilayət Eyvazov