Sıra №-si Xidmətlərin adları 1 2
1. Əmək münasibətləri sahəsində göstərilən xidmətlər
1.1. yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat - pasportun verilməsi
1.2. işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
1.3. müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
1.4. əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
1.5. əmək münasibətləri sahəsi üzrə arayışlar verilməsi
2. Əlillik və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması sahəsində göstərilən xidmətlər
2.1. əlilliyin qiymətləndirilməsi
2.2. əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayış verilməsi
2.3. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15.3- cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması
2.4. əlilliyi olan şəxslərin minik avtomobili ilə təmin edilməsi üçün tibbi göstərişin müəyyənləşdirilməsi
2.5. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün qeyd olunan hadisələrlə əlaqəsinin müəyyənləşdirilməsi
2.6. əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi
2.7. əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki reabilitasiya müəssisələrinə göndəriş verilməsi
2.8. fərdi reabilitasiya və abilitasiya proqramının tərtib edilməsi
2.9. əlilliyi olan şəxsə əmək zəmanətinin müəyyən edilməsi
2.10. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətinin itirilmə dərəcəsinin müəyyən edilməsi və rəy verilməsi
3. Məşğulluq sahəsində göstərilən xidmətlər
3.1. əmək yarmarkaları vasitəsilə məşğulluq xidmətləri göstərilməsi
3.2. əmək birjası vasitəsilə məşğulluq xidmətləri göstərilməsi
3.3. şəxslərin peşə hazırlığına cəlb olunması
3.4. peşəyönümünə dair məsləhət xidmətləri göstərilməsi
3.5. işçilərin əməkhaqlarının işəgötürənlə birlikdə maliyyələşdirilməsi
3.6. şəxslərin kvota iş yerləri üzrə işlə təmin edilməsi
3.7. işaxtaran və işsiz kimi qeydiyyata alınma, qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğv edilməsi
3.8. iş yerlərinə göndərişlərin verilməsi və nəticəsinə dair işəgötürənin qərarının qəbul edilməsi
3.9. şəxslərin haqqı ödənilən ictimai işlərə cəlb olunması
3.10. işsizlikdən sığorta ödənişinin təyin edilməsi
3.11. şəxslərin məqsədli proqramlar çərçivəsində yaradılmış iş yerləri üzrə işlə təmin edilməsi
3.12. şəxslərin kvotadan əlavə iş yerləri üzrə işlə təmin edilməsi
3.13. şəxslərin özünüməşğulluğa cəlb olunması
3.14. Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti barədə qeydlər aparılması
3.15. məşğulluq sahəsi üzrə arayışlar verilməsi
4. Əmək pensiyaları sahəsində göstərilən xidmətlər
4.1. ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi
4.2. əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi
4.3. hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi
4.4. güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi
4.5. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı və ya əlilliyi olan uşağı olan qadınlara və kişilərə yaşa görə əmək pensiyalarının təyin edilməsi
4.6. ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi
4.7. əlilliyə görə əmək pensiyasının təyin edilməsi
4.8. müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə əmək pensiyasının təyin edilməsi
4.9. əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi
4.10. əmək pensiyası üzrə pay ayrılması
4.11. əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa edilməsi
4.12. əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması
4.13. əmək pensiyasına qulluq stajına görə əlavələrin təyin edilməsi
4.14. xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına əmək pensiyasının təyin edilməsi
4.15. xaricə köçmüş şəxslərə əmək pensiyasının ödənilməsi
4.16. beynəlxalq müqavilələr üzrə əmək pensiyasının təyin edilməsi
4.17. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitin xüsusi hesaba köçürülməsi
4.18. əmək pensiyaları üzrə arayışlar verilməsi
5. Sosial müavinətlər sahəsində göstərilən xidmətlər
5.1. uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi
5.2. dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi
5.3. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətin təyin edilməsi
5.4. cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi
5.5. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətin təyin edilməsi
5.6. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin təyin edilməsi
5.7. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətin təyin edilməsi
5.8. dövlət qulluqçularına ömürlük sosial müavinətin təyin edilməsi
5.9. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq sosial müavinətin təyin edilməsi
5.10. beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinətin təyin edilməsi
5.11. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq sosial müavinətin təyin edilməsi
5.12. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə aylıq sosial müavinətin təyin edilməsi
5.13. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə aylıq sosial müavinətin təyin edilməsi
5.14. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına aylıq sosial müavinətin təyin edilməsi
5.15. ümumi qaydada yaşa görə aylıq sosial müavinətin təyin edilməsi
5.16. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı və ya əlilliyi olan uşağı olan qadınlara və kişilərə yaşa görə aylıq sosial müavinətlərin təyin edilməsi
5.17. ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar əlilliyə görə aylıq sosial müavinətin təyin edilməsi
5.18. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyə görə aylıq sosial müavinətin təyin edilməsi
5.19. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyə görə aylıq sosial müavinətin təyin edilməsi
5.20. vəfat etmiş şəxsin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladına ailə başçısını itirməyə görə aylıq sosial müavinətin təyin edilməsi
5.21. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə ailə başçısını itirməyə görə aylıq sosial müavinətin təyin edilməsi
5.22. vəfat etmiş şəxsin 18 yaşınadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarına ailə başçısını itirməyə görə aylıq sosial müavinətin təyin edilməsi
5.23. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq sosial müavinətin təyin edilməsi
5.24. özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi
5.25. sosial müavinətlər üzrə arayışlar verilməsi
6. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri sahəsində göstərilən xidmətlər
6.1. Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.2. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.3. 20 Yanvar şəhidi ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.4. şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təyin edilməsi
6.6. "Xalq" fəxri adına görə aylıq təqaüd təyin edilməsi
6.7. "Əməkdar" fəxri adına görə aylıq təqaüd təyin edilməsi
6.8. müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi, o cümlədən:
6.8.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi 6.8.2. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi 6.8.3. Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi 6.8.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi 6.8.5. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.9. 1941—1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.10. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81—100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.11. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81—100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.12. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.13. orqanizmin funksiyalarının 81—100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.14. əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.15. müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.16. əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
6.17. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə arayışlar verilməsi
7. Ünvanlı dövlət sosial yardımı sahəsində göstərilən xidmətlər
7.1. ünvanlı dövlət sosial yardımının təyin edilməsi
7.2. ünvanlı dövlət sosial yardımı üzrə arayışlar verilməsi
8. Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində göstərilən xidmətlər
8.1. sığortaolunanın dövlət sosial sığorta sistemində uçota alınması
8.2. sığortaolunanın dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarında dəyişiklik edilməsi
8.3. sığortaedənə uçot nömrəsi barədə məlumat verilməsi
8.4. sığortaolunana fərdi şəxsi hesabı barədə məlumat verilməsi
9. Dövlət icbari şəxsi sığortası sahəsində göstərilən xidmətlər
9.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərə və toplanışlarda olan hərbi vəzifəlilərə və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə və ya həmin şəxslərin vərəsələrinə dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi
9.2. hakimlərə, prokurorluq işçilərinə, müstəntiqlərə, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslərə, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslərə və ya həmin şəxslərin vərəsələrinə dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi
9.3. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və ya onların vərəsələrinə dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi
9.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına və ya həmin şəxslərin vərəsələrinə dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi
9.5. dövlət icbari şəxsi sığortası üzrə arayışlar verilməsi
10. Sosial xidmət sahəsində göstərilən xidmətlər
10.1. müəyyən yaşayış yeri olmayan şəxslərin müvəqqəti sığınacağa qəbul edilməsi
10.2. əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzlərinə qəbul edilməsi
10.3. əlilliyi olan şəxslərin minik avtomobili ilə təmin edilməsi
10.4. məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət yardım mərkəzlərinə qəbul edilməsi
10.5. baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial xidmət müəssisələrinə qəbul edilməsi
10.6. insan alveri qurbanlarının yardım mərkəzlərinə qəbul edilməsi
10.7. qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda şəxslərin sanatoriya-kurort yollayışları ilə təmin edilməsi
10.8. şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradıcılıq mərkəzlərinə qəbul edilməsi
10.9. təhsilə cəlb olunmayan əlilliyi olan uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi
10.10. xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi
10.11. ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi
10.12. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbul edilməsi
10.13. görmə qabiliyyəti məhdudluğu olan 5—29 yaşlı şəxslərin sosial xidmət müəssisələrinə qəbul edilməsi
10.14. sosial-hüquqi xidmətlərin göstərilməsi
10.15. evdə (səyyar) sosial xidmət göstərilməsi
10.16. sosial məsləhət yardımı göstərilməsi
10.17. sosial-pedaqoji xidmətlər göstərilməsi
10.18. sosial-psixoloji xidmətlər göstərilməsi
10.19. "Əmək veteranı" adı və vəsiqəsinin verilməsi
10.20. "Şəhid ailəsi üzvü" vəsiqəsinin verilməsi
10.21. uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının "Məzun evi" sosial xidmət müəssisəsində mənzillə təmin edilməsi
10.22. normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı məlumat verilməsi
10.23. sosial xidmətlər üzrə arayışlar verilməsi
11. Övladlığagötürmə sahəsində və valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən xidmətlər
11.1. övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi
11.2. övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi
11.3. himayədar ailə ilə bağlı müraciətlərin qəbul edilməsi
11.4. himayədar ailə ilə bağlı məsləhət və məlumat verilməsi
11.5. valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi, onların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilməsi və həmin müəssisələrdən götürülməsi ilə bağlı müraciətlərin qəbul edilməsi
12. Funksional yardımçı xidmətlər
12.1. sosial ödənişlər üzrə bank hesabları ilə əlaqədar məlumatlar verilməsi
12.2. sosial ödənişlər üzrə ödəniş kartlarının təqdim edilməsi
12.3. hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi
12.4. məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi
12.5. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi
12.6. vətəndaşların müraciətləri əsasında digər növ hüquqi yardım göstərilməsi
12.7. bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digər dilə tərcümə edilməsi ilə bağlı xidmətlər
12.8. notariat xidmətlərinin təşkili
12.9. mediasiya xidmətlərinin təşkili
12.10. ilkin tibbi yardım üzrə tibb xidmətlərinin təşkili