1. Qısa xülasə Mülki aviasiyada təhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq standartların tələblərinin, hava hərəkətinin intensivliyinin və həcminin artması fonunda insan hüquqlarının və əsas azadlıqlarının, xüsusilə hərəkət azadlığının təmin edilməsi üçün prosedurların sadələşdirilməsi, xidmətlərin əlçatan olması bu sahənin daha da təkmilləşdirilməsini zəruri edir. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların sadələşdirilməsini, habelə "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı"nda (bundan sonra — Dövlət Proqramı) bu prosedurların sadələşdirilməsi üçün həyata keçiriləcək tədbirlər kompleksini nəzərdə tutur. Dövlət Proqramı mülki aviasiya sahəsində normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsini, mülki aviasiyanın təhlükəsiz inkişafı ilə bağlı prioritetlər sisteminin formalaşdırılıb həyata keçirilməsini, mülki aviasiyanın təhlükəsizliyinin, səmərəliliyinin və müntəzəmliliyinin təmin edilməsini, sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınmasının sadələşdirilməsini, Azərbaycan Respublikasının gömrük, sərhəd, miqrasiya, səhiyyə, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, toxumçuluq, damazlıq heyvandarlıq, fitosanitar və baytarlıq normalarına uyğunluğunu və hava daşımaları sahəsində istifadə edilən sənədlərin və təmin edilən xidmətlərin operativ rəsmiləşdirilməsini nəzərdə tutur. Dövlət Proqramının müddəaları, yalnız bir kateqoriya üzrə uçuş əməliyyatı üçün nəzərdə tutulduğu hallar istisna olmaqla, mülki hava gəmiləri ilə həyata keçirilən bütün kateqoriyalardan olan uçuş əməliyyatlarına, Azərbaycan Respublikasında rəsmiyyətin sadələşdirilməsi üzrə müvafiq tədbirləri həyata keçirən dövlət orqanlarının (qurumlarının), o cümlədən xidmət təminatçılarının fəaliyyətinə şamil edilir.
2. Qlobal trendlər Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı milli proqramların hazırlanması tələbi Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarında öz əksini tapmışdır. Belə ki, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyanın (bundan sonra — Konvensiya) 9 nömrəli Əlavəsi — "Rəsmiyyətin sadələşdirilməsi" sənədi (bundan sonra — Əlavə) rəsmiyyətin sadələşdirilməsinə dair standartları və tövsiyə olunan təcrübəni özündə ehtiva edir. "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" 1974-cü il 25 sentyabr tarixli Beynəlxalq Konvensiyanın (dəyişdirilmiş redaksiyada 1999-cu il iyunun 26-da Brüssel şəhərində qəbul edilmişdir) "J Xüsusi prosedurlar" adlı Xüsusi Əlavəsinin 8-ci bəndinə əsasən, üzv dövlətlər səyahət edən şəxslərə və onların apardıqları mallara gömrük nəzarətinin sadələşdirilməsi məqsədilə gömrük orqanlarının digər dövlət orqanları (qurumları) və ticarət subyektləri ilə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara uyğun olaraq, sərnişinlər barədə ilkin məlumatlardan istifadə etməsinin zəruriliyini nəzərə alırlar. Konvensiyanın 22-ci maddəsinin və Əlavənin tələblərinə uyğun olaraq, razılığa gələn hər bir dövlət hava nəqliyyatının sadələşdiriməsi üzrə milli proqram qəbul edir. Əlavənin 8.19- cu bəndinə əsasən, hər bir üzv dövlət hava nəqliyyatının sadələşdirilməsi üzrə milli proqramının məqsədi olaraq lüzumsuz maneələri və gecikmələri aradan qaldırmaqla hava gəmilərinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının daşınmasını asanlaşdırmaq üçün praktiki tədbirlər görməli olduğu öhdəliyini öz üzərinə götürür. Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına əsasən, üzv dövlətlər əlilliyi olan şəxslərin səyahətlər zamanı əlçatan xidmətlərdən yararlanması, hava limanının (aeroportun) imkan və xidmətlərinin həmin şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün lazımi addımlar atılması, habelə hava gəmisi qəzasının baş verdiyi dövlət və onunla həmsərhəd dövlətlər tərəfindən aviasiya hadisəsi qurbanlarının ailə üzvlərinin müvəqqəti olaraq öz ərazilərinə daxil olmasını asanlaşdırmaq məqsədilə tədbirlər görülməsini, sərnişin məlumat bazasının yaradılmasını təmin etmək öhdəliyini öz üzərlərinə götürürlər.
3. Mövcud vəziyyətin təhlili Hava daşımalarının sadələşdirilməsi sərhəd nəzarəti ilə bağlı proseslərin səmərəli idarə edilməsində və beynəlxalq hava daşımalarının sürətləndirilməsində mühüm rol oynayır. Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası 2024-cü ili "Rəsmiyyətin sadələşdirilməsi ili" elan etmişdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlı miqrasiya, karantin, gömrüklə bağlı qanunvericiliyin həyata keçirilməsində hava gəmilərinin, hava gəmisi heyətinin, sərnişinlərin, eləcə də yükün əsassız gecikmələrinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün dövlətlərlə qarşılıqlı əməkdaşlıq edir. Belə ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının Paris Ofisinin xətti ilə 2023-cü il iyulun 10—11-də Bakıda 12 dövlətin 31 nümayəndəsinin və həmin təşkilatın 4 nümayəndəsinin iştirak etdiyi "Rəsmiyyətin sadələşdirilməsi" ilə bağlı seminar təşkil edilmişdir. Seminarın əsas məqsədi hava limanında (aeroportda) uçuşları təhlükəsiz, müntəzəm və səmərəli təmin etmək üçün rəsmiyyətin sadələşdirilməsi üzrə prioritetlərin formalaşdırılması, müvafiq dövlət orqanlarının (qurumlarının) və xidmət təminatçılarının sadələşdirmə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsi və onların vəzifələrinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsi olmuşdur. "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı"nın və "Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanının müvafiq müddəalarına əsasən, beynəlxalq norma və prinsiplər, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli yeni Qanunu qəbul edilmişdir. Həmin Qanun pilotsuz uçuş aparatları, rəsmiyyətin sadələşdirilməsi, sərnişin adlarının qeydiyyatı məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi kimi bir sıra yenilikləri özündə ehtiva edir. Dövlət Proqramının qəbul edilməsi ilə hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması təmin ediləcək, normativ hüquqi bazanın təkmilləşdirilməsinə və beynəlxalq əməkdaşlığın təşviqinə şərait yaranacaqdır. Beləliklə, sərnişinlərə göstərilən xidmətlərə sərf olunan vaxtın azaldılmasına yönəlmiş tədbirlər daşımaların sürətləndirilməsində effektiv rol oynayacaqdır. Hava daşımalarında rəsmiyyətin sadələşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi bilavasitə əməliyyatların effektivliyinə, iqtisadi yüksəlişə və Azərbaycan Respublikası dövlət sərhədinin təhlükəsizliyinin daha da gücləndirilməsinə təsir göstərir. Belə ki, həmin tədbirlər: - əməliyyatlar zamanı yaranan fasilələrin minimuma endirilməsinə və hava gəmisi istismarçılarının reyslərlə bağlı dəqiq proqramlarının olmasına imkan verir; - ticarəti və turizmi sürətləndirərək, iqtisadiyyatın inkişafına və məşğulluğun artmasına şərait yaradır; - vahid sərhəd təhlükəsizliyi ilə bağlı normaların formalaşdırılmasına şərait yaradır; - sərnişinlərin bu sahədəki təcrübəsini genişləndirərək rahatlığını təmin edir; - insan və infrastruktur potensialının inkişafına diqqət yetirilməklə sahənin inkişafına və gələcəkdə problemlər yaranmasının qarşısının alınmasına xidmət edir.
Hava daşımalarının əsas hədəflərindən biri olan beynəlxalq daşımalarda sərhəd, miqrasiya və gömrük prosedurlarının səmərəli və təhlükəsiz şəkildə yerinə yetirilməsi daha çox səyahət sənədlərinin sürətli və effektiv qiymətləndirilməsindən asılıdır. Bu prosesdə sərnişinlərin və ya hava gəmisi heyətinin hərəkətinin idarə edilməsi ilə məşğul olan şəxslər sənədləri yoxlamalı, onların həqiqiliyinə əmin olmalı, sahibini təsdiq etməli və qaydalara operativ və effektiv şəkildə riayət etməlidirlər. Bu prosesdə hər hansı gecikmə səmərəliliyə mənfi təsir göstərə bilər və aviasiyanın iqtisadi baxımdan effektivliyini və dayanıqlılığını azalda bilər. Müasir dövrdə həmin prosesin sadələşdirilməsində elektron və rəqəmsal sənədlər vacib rol oynayır. Belə ki, səyahət sənədləri kontaktsız qurğu vasitəsilə dəqiq və operativ oxuna bilər. Məlumatların etibarlı şəkildə tez və asan əldə edilməsi vaxtın azalmasına şərait yaradacaqdır. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə yanaşı, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair hazırlanacaq qaydalar bu prosesə cəlb olunan dövlət orqanlarının (qurumlarının) vəzifələrini dəqiq müəyyən etməklə Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarının effektiv icrası, səmərəli koordinasiyanın təşkili Azərbaycan Respublikasının bu sahədə üzərinə götürdüyü öhdəliliklərin yerinə yetirilməsinə imkan verəcəkdir. Azərbaycan Respublikasında hazırda beynəlxalq hava limanı statusuna malik aşağıdakı 8 mülki hava limanı fəaliyyət göstərir ki, bunlardan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2021-ci il oktyabrın 26- da, Zəngilan Beynəlxalq Hava Limanının açılışı isə 2022-ci il oktyabrın 20- də olmuşdur (Laçın Hava Limanının tikintisi üzrə isə işlər davam etdirilir): - Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD); - Naxçıvan Beynəlxalq Hava Limanı (NAJ); - Gəncə Beynəlxalq Hava Limanı (GNJ); - Lənkəran Beynəlxalq Hava Limanı (LLK); - Qəbələ Beynəlxalq Hava Limanı (GBB); - Zaqatala Beynəlxalq Hava Limanı (ZTU); - Füzuli Beynəlxalq Hava Limanı (FZL); - Zəngilan Beynəlxalq Hava Limanı (ZZE). Qeyd edilən hava limanlarından dünyanın 37 ölkəsinin 107 hava limanına uçuşlar təşkil edilir. Bundan əlavə, hazırkı vəziyyətdə istismarda olan sərnişin hava limanlarının bir saat ərzində olan buraxılış qabiliyyəti: Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə: Terminal 1-də — 3,500 nəfər; Terminal 2-də — 1,350 nəfər; Naxçıvan Beynəlxalq Hava Limanı üzrə — 600 nəfər; Gəncə Beynəlxalq Hava Limanı üzrə — 300 nəfər; Qəbələ Beynəlxalq Hava Limanı üzrə — 250 nəfər; Lənkəran Beynəlxalq Hava Limanı üzrə — 200 nəfər; Zaqatala Beynəlxalq Hava Limanı üzrə — 100 nəfər;
Füzuli Beynəlxalq Hava Limanı üzrə — 200 nəfər; Zəngilan Beynəlxalq Hava Limanı üzrə — 200 nəfər təşkil edir. 2023-cü ildə Azərbaycan hava limanları vasitəsilə 52,9 min reys yerinə yetirilmiş və 6,0 milyondan çox sərnişin daşınmışdır. Sərnişinlərin 48,3 faizi Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar, 51,7 faizi isə digər dövlətlərdə qeydiyyatda olan istismarçılar tərəfindən daşınmışdır. 2020—2023-cü illər ərzində mülki hava nəqliyyatı ilə yerinə yetirilən sərnişin reyslərinin və daşınan sərnişinlərin sayı Göstərici İllər 2020 2021 2022 2023 Sərnişin reyslərinin sayı (min reys), o cümlədən: 10,6 18,5 38,3 52,9 Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən 5,8 9,2 18,4 26,0 Digər dövlətlərdə qeydiyyatda olan istismarçılar tərəfindən 4,8 9,3 19,9 26,9 Yerinə yetirilən sərnişin reysləri ilə daşınan sərnişinlərin sayı (min sərnişin), o cümlədən: 1106,7 2378,5 4578,8 6049,4 Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən 580,9 1,139,0 2,253,8 2,911,6 Digər dövlətlərdə qeydiyyatda olan istismarçılar tərəfindən 525,8 1,239,5 2,325,0 3,137,8 2020—2023-cü illər üzrə aparılmış müqayisədən də göründüyü kimi, mülki hava nəqliyyatında sərnişinlərin sayı illər üzrə artmışdır. Beynəlxalq təcrübəyə gəldikdə isə, 2022-ci ildə Avropa İttifaqı ölkələrinin hava limanlarında (aeroportlarında) 819,8 milyon sərnişinə xidmət göstərilmişdir. Bunlardan ən böyük paya 199,6 milyon sərnişinə xidmət göstərilmiş İspaniya malikdir. Digər sıralarda isə yer tutan Almaniyada 155,3 milyon, Fransada isə 136,6 milyon sərnişinə xidmət göstərilmişdir. Bundan əlavə, hər gün Çikaqo (ORD) hava limanından 769, Dallas (DFW) Hava Limanından 735, Tokio (HND) Hava Limanından 632, İstanbul (İST) Hava Limanından isə 575 sərnişin təyyarəsi yola düşür. Statistik məlumatlara görə hava limanlarının (aeroportların) tutumu da nəzərə alınmaqla, mülki hava nəqliyyatında daşımaların ilbəil çoxalması xidmətlər üzrə vaxt sərfiyyatının artmasına və gecikmələrin yaranmasına gətirib çıxara bilər. Ən yaxşı təcrübələrlə tanınan ölkələrin bu sahənin inkişafındakı ortaq cəhətləri davamlı inkişaf və təhlükəsizlik təcrübəsini prioritetləşdirməkdir. Hava limanlarında (aeroportlarda) sərnişinlərə göstərilən xidmətlər üzrə gecikmələrin qarşısının alınması ilə bağlı biometrik texnologiyalar və süni intellekt vasitəsilə rəqəmsallaşdırılmış xidmətlərin formalaşdırılması həyata keçirilməli, hava limanında (aeroportda) fəaliyyət göstərən bütün dövlət orqanlarının əməkdaşlığı təmin edilməlidir. ABŞ, Almaniya, BƏƏ, Niderland və Sinqapur kimi dövlətlər bu sahədə əməliyyat səmərəliliyini artırmaqla bərabər, həm də onların təhlükəsiz olmasına dair sistemlər yaratmaq üçün həllər tətbiq edirlər. Beləliklə, qeyd olunanlar rəsmiyyətlə bağlı proseslərin sadələşdirilməsini, əməkdaşlığın daha effektiv təşkil olunması məqsədilə Dövlət Proqramının qəbulunu zəruri edir. Dövlət Proqramının yerinə yetirilməsinə əsas cavabdeh olan orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi bu fəaliyyətin həyata keçirilməsi zamanı əlaqələndirmədə iştirak edir. Aşağıdakı dövlət orqanları hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün iştirakçı dövlət orqanları hesab edilirlər: - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi — istehlakçı hüquqlarının müdafiəsi məsələləri üzrə; - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — elektron viza ilə əlaqədar məsələlər üzrə; - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi — xarici işlərə dair məsələlər üzrə; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi — ictimai qaydanın və ictimai təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə; - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi — səhiyyə məsələləri üzrə; - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi — təhsil məsələləri üzrə; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi — kənd təsərrüfatı məsələləri üzrə; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi — ətraf mühitin mühafizəsi məsələləri üzrə; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — sosial məsələlər üzrə; - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi — gömrük məsələləri üzrə; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti — sərhəd nəzarəti məsələləri üzrə; - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti — miqrasiya məsələləri üzrə; - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi — turizm məsələləri üzrə;
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi — qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti məsələləri üzrə.
4. Hədəf göstəriciləri
4.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində aşağıdakılara nail olunacaqdır:
4.1.1. Əlavə ilə müəyyən edilən beynəlxalq standartların və tövsiyə olunan təcrübənin həyata keçirilməsinin təmin edilməsi;
4.1.2. mülki aviasiyada xidmətin səmərəliliyini və keyfiyyətini artırmaqla yanaşı, hava gəmiləri parkının, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt və bort ehtiyatlarının hərəkətini sadələşdirmək məqsədilə əsassız maneələri və gecikmələri aradan qaldırmaqla proseslərin və prosedurların təkmilləşdirilməsi;
4.1.3. mülki aviasiyada rəsmiyyətin sadələşdirilməsinə dair məsələləri həll etmək üçün innovativ strategiyaların hazırlanmasına dəstək verilməsi;
4.1.4. sərnişinlərin keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığının təmin edilməsi;
4.1.5. rəsmiyyətin sadələşdirilməsi sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması;
4.1.6. hava gəmisinin gəlməsi və getməsi zamanı əsassız gecikmələrin qarşısının alınmasını təmin etmək məqsədilə rəsmiyyətin sadələşdirilməsi üzrə tədbirlər görülməsi;
4.1.7. hava limanlarında (aeroportlarda) səmərəliliyin artırılması üçün effektiv informasiya texnologiyalarının inkişaf etdirilməsi;
4.1.8. hava gəmisinin istismarçıları tərəfindən Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının müəyyən etdiyi standartlara uyğun ötürülməsi üçün bir pəncərə sisteminin inkişaf etdirilməsi;
4.1.9. rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalq standartların yerinə yetirilməsinə nail olmaqla aviasiya daşıyıcısının cəlbediciliyinin artırılması;
4.1.10. Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğunluq faizini artırmaqla, keçirilən audit yoxlaması nəticələrinin yüksəldilməsi.
5. Məqsədlər
5.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır:
5.1.1. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi, əməliyyatların səmərəliliyinin artırılması;
5.1.2. ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadi inkişafın və məşğulluğun artırılması;
5.1.3. dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi;
5.1.4. keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməklə sərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması;
5.1.5. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
5.1.6. rəsmiyyətin sadələşdirilməsi sahəsində Azərbaycan Respublikası milli qanunvericiliyinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması və hava gəmilərinin, hava gəmisi heyəti üzvlərinin və sərnişinlərin hava limanlarında (aeroportlarda) daşınmasının təkmilləşdirilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması;
5.1.7. Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumlarının (orqanlarının), xidmət təminatçılarının və yerüstü xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi və rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili;
5.1.8. sahəvi islahatlar sayəsində rəqabət qabiliyyətinin yüksəldilməsi, daha çox sərnişin və turist cəlb edilməsi;
5.1.9. hava limanlarının (aeroportların) strukturunun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının beynəlxalq sərnişin daşımalarında Avropa və Asiya arasında tranzit qovşağı kimi perspektivliyinin yüksəldilməsi;
5.1.10. regional hava limanlarının (aeroportların) digər dövlətlərdə qeydiyyatda olan istismarçıların iştirakı ilə istismarının stimullaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi.
6. Dövlət Proqramının prioritet istiqamətləri
6.1. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması:
6.1.1. Əsaslandırma:
6.1.1.1. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsinin qanunvericilikdə yeni olmasını nəzərə alaraq, müvafiq beynəlxalq standartların və tövsiyə olunan təcrübənin öyrənilməsi, habelə nəzarət və icra prosedurlarının uyğunlaşdırılması prosesinin aparılması zəruridir.
6.1.2. Görüləcək tədbirlər:
6.1.2.1. rəsmiyyətin sadələşdirilməsi sahəsində dünya təcrübəsinin araşdırılması;
6.1.2.2. beynəlxalq təcrübə, habelə ölkə üzrə mövcud vəziyyətin monitorinqi və təhlili əsasında hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramın tərtib edilməsi;
6.1.2.3. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin edilməsi istiqamətində davamlı monitorinqin təşkili;
6.1.2.4. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin edilməsi üçün müfəttiş yoxlamalarının aparılması;
6.1.2.5. hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsi ilə bağlı mübadilə və mühafizə edilən məlumatların yayılmasının qarşısının alınması üçün müvafiq texniki vasitələrdən istifadə etməklə tələb olunan tədbirlərin görülməsi;
6.1.2.6. hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair komissiyaların yaradılması;
6.1.2.7. hava limanlarında (aeroportlarda) mövcud şəraitin əlilliyi olan şəxslər üçün universal dizayn prinsipləri əsasında beynəlxalq standartlara uyğunlaşdırılması;
6.1.2.8. hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsində iştirak edən dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması.
6.1.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.1. monitorinqin həyata keçirilməsi ilə bağlı prosedur sənədlərinin təsdiqi, ildə bir dəfə monitorinqlərin keçirilməsi təmin ediləcəkdir;
6.1.3.2. illik fəaliyyət planı üzrə müfəttiş yoxlamalarının keçirilməsi təmin ediləcəkdir;
6.1.3.3. hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsi ilə bağlı mübadilə və mühafizə edilən məlumatların qorunması təmin ediləcəkdir;
6.1.3.4. komissiyaların iclaslarında qəbul edilmiş qərarların icrası təmin ediləcəkdir;
6.1.3.5. hava limanlarında (aeroportlarda) göstərilən xidmətlərə əlilliyi olan şəxslərin təhlükəsiz və əlçatanlığı təmin ediləcəkdir;
6.1.3.6. xidmətlərin rəqəmsallaşması prosesinin yekunlaşdırılması təmin ediləcəkdir.
6.1.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.4.1. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı tədbirlərin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması prosesi zamanı daxili qanunvericilikdə fərqlərin meydana gəlməsi təkmilləşdirməyə zərurət yarada bilər.
6.2. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi:
6.2.1. Əsaslandırma:
6.2.1.1. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsinin yaranması bu sahədə çalışan əməkdaşların kadr hazırlığının təkmilləşdirilməsinə şərait yaradacaqdır.
6.2.2. Görüləcək tədbirlər:
6.2.2.1. mülki aviasiya sahəsində ixtisaslaşmış personalın
hazırlanması və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə cəlb edilməsi;
6.2.2.2. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsi, aviasiya personalının, eləcə də digər dövlət orqanlarının (qurumlarının) aviasiya sahəsində fəaliyyət göstərən əməkdaşlarının əlavə təhsili üçün tədbirlərin həyata keçirilməsi.
6.2.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.2.3.1. ixtisaslaşmış texniki personalın hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə cəlb olunması təmin ediləcəkdir;
6.2.3.2. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində ixtisaslaşmış kadrların təmin edilməsi prosesinin yekunlaşdırılması təmin ediləcəkdir.
6.2.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.2.4.1. maddi-texniki bazanın mövcud olmaması müəyyən çətinliklər yaradacaqdır. Əlavə olaraq, işçilərin təlim keçməsini təmin etmək mürəkkəb və vaxt aparan proses ola bilər. Xarici dövlətlərlə təcrübə mübadiləsi zamanı tələb olunacaq maliyyə resurslarının düzgün müəyyən edilməsi zəruridir.
6.3. Normativ hüquqi bazanın təkmilləşdirilməsi:
6.3.1. Əsaslandırma:
6.3.1.1. beynəlxalq təcrübənin araşdırılması və öyrənilmiş təcrübə əsasında milli qanunvericiliyin təkmilləşdirilməsi zəruridir.
6.3.2. Görüləcək tədbirlər:
6.3.2.1. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması;
6.3.2.2. beynəlxalq standartlar nəzərə alınaraq sərnişinlər və hava gəmisinin heyəti, sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının toplanması, saxlanılması, mühafizəsi, təhlili, istifadəsi və mübadiləsini tənzimləyən normativ hüquqi aktların hazırlanması.
6.3.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.3.3.1. normativ hüquqi akt layihələrinin razılaşdırılmaq və təsdiq üçün aidiyyəti üzrə təqdim olunması təmin ediləcəkdir.
6.3.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.3.4.1. aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Belə ki, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsi bir sıra dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə əlaqəli olduğundan koordiasiya təkliflərinin alınması və razılaşdırılma ilə bağlı gecikmələr baş verə bilər. Qeyd edilən məsələlərin həlli məqsədilə həmin dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət müvafiq işçi qrupların yaradılması məqsədəuyğun hesab edilir.
6.4. Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının
(qurumlarının) və xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi üçün rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili:
6.4.1. Əsaslandırma:
6.4.1.1. rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalq qanunvericiliyin araşdırılması, Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişin və heyət üzvləri barədə məlumatların mübadiləsi, təhlili və qorunması üzrə fəaliyyətin şəffaflaşdırılması, sadələşdirilməsi, bununla da həmin fəaliyyətin operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin artırılması, məlumatların təhlili üçün əlaqəli proseslərin rəqəmsallaşdırılması, məlumatların mübadiləsini və təhlilini həyata keçirən iştirakçılar arasındakı münasibətlərdə tam rəqəmsal mühitin tətbiq edilməsi, o cümlədən onların informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyasının və sənəd (məlumat) mübadiləsinin təmin olunması zəruridir.
6.4.2. Görüləcək tədbirlər:
6.4.2.1. Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının təhlili və emalı üzrə işlərin görülməsi;
6.4.2.2. sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının ötürülməsi zamanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Doc 9303, müvafiq texniki vasitə ilə oxuna bilən səyahət sənədləri" ilə müəyyən edilmiş tələblərə uyğun olan və müvafiq texniki vasitələrlə oxuna bilən məlumatların ötürülməsinin təmin edilməsi.
6.4.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.4.3.1. sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının emal edilməsi və mühafizəsi üzrə işlərin görülməsi;
6.4.3.2. sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının oxunaqlılığının təmin edilməsi.
6.4.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.4.4.1. aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində, habelə qeydiyyat məlumatlar sisteminin beynəlxalq standartlar əsasında qurulmasında texniki çətinliklər yarana bilər. Çətinliklərin aradan qaldırılması məqsədilə dövlət orqanları (qurumları) arasında məlumatlar sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində qarşılıqlı fəaliyyətin daha çevik təmin edilməsi məqsədilə və məlumatlar sisteminin bir çox sahələri əhatə etdiyini nəzərə alaraq, təhlillər aparılması və həmin təhlillər əsasında razılaşdırılmış normaların müəyyən edilməsi məqsədəuyğun hesab olunur. Bununla əlaqədar müvafiq işçi qruplar yaradıla bilər.
7. Dövlət Proqramının maliyyələşdirilməsi Dövlət Proqramında qeyd edilən tədbirlərin icrasının təmini üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
8. Dövlət Proqramının həyata keçirilməsinə dair TƏDBİRLƏR PLANI Sıra №-si Tədbirin adı Əsas icraçılar (fəaliyyət istiqamətləri nə uyğun olaraq) Digər icraçılar İcra müddəti Nəticə indikatorları ilkin nəticələr aralıq nəticələr yekun nəticələr
8.1. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması 8.1.1. Hava limanlarının (aeroportların) fəaliyyətinin təkmilləşdirilməsi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi RİNN "AZAL" QSC, aidiyyəti dövlət orqanları (qurumları), hava limanları (aeroportlar) Mütəmadi Rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalq təcrübənin araşdırılması, aidiyyəti dövlət orqanlarından (qurumlarından), habelə hava limanlarından (aeroportlardan) təkliflərin alınması və hava limanlarında Toplanılan məlumatların təhlil və müqayisə edilməsi, hava limanlarında (aeroportlarda) aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər planlarının, eləcə də hava limanlarında Hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilm əsinə dair proqramların və tədbirlər planlarının təsdiq edilməsi və icrası 8.1.2. Hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi- nə dair proqramların təsdiq edilməsi (aeroportlarda) mövcud vəziyyətin monitorinqi (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqram layihələrinin hazırlanması 8.1.3. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin edilməsinin davamlı monitorinqinin təşkili RİNN Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsində iştirak edən dövlət orqanları (qurumları) Mütəmadi Dövlət Proqramının əlaqələndirici orqanlarının nümayəndələrindən ibarət işçi qrupun formalaşdırılması və əsasnaməsinin hazırlanması Monitorinqin həyata keçirilməsi ilə bağlı prosedur sənədlərinin hazırlanması İşçi qrupun əsasnaməsinin və monitorinqin həyata keçirilməsi ilə bağlı prosedur sənədlərinin təsdiqi, ildə bir dəfə monitorinqlərin keçirilməsi və nəticəsi barədə aidiyyəti üzrə təkliflərin verilməsi 8.1.4. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməRİNN AİBNDA Mütəmadi Müfəttiş yoxlamalarının keçirilməsində Təlimat materiallarının, İllik fəaliyyət planı üzrə müfəttiş yoxlamalarının sinin təmin edilməsi üçün müfəttiş yoxlamalarının keçirilməsi iştirak edəcək kadrların seçilməsi yoxlama vərəqələrinin, yoxlamanın keçirilməsi üçün müfəttiş proqramı və planının hazırlanması, seçilmiş kadrların təlimlərə cəlb olunmalarının təmin edilməsi həyata keçirilməsinin təmin edilməsi, toplanmış məlumatların təhlili 8.1.5. Hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsi ilə bağlı mübadilə və mühafizə edilən məlumatların yayılmasının qarşısının alınması RİNN, DİN, DMX, DSX, "AZAL" QSC DGK Mütəmadi Məlumatların işlənməsində avtomatlaşdırılmış texniki vasitələrdən, məlumatların mülkiyyətçisi tərəfindən yoxlanılmış və təsdiq edilmiş təlimatdan və proqram təminatından istifadə edilməsi Tətbiq edilən informasiya mühafizə vasitələrindən istifadə qaydasının öyrədilməsi və təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilməsi, eləcə də səlahiyyətli orqanlarla (qurumlarla) Hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsi ilə bağlı mübadilə və mühafizə edilən məlumatların mühafizəsinin normativ hüquqi aktların tələblərinə uyğun olaraq təmin edilməsi əməkdaşlıq qurulması, məlumatların mühafizəsi prosesinin təkmilləşdirilməsi üzrə keçirilmiş monitorinqlərin nəticələrinin təhlili 8.1.6. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı hava limanlarında (aeroportlarda) komissiyaların yaradılması RİNN "AZAL" QSC, AİBNDA, aidiyyəti dövlət orqanları (qurumları) 2025—2026 Hər bir hava limanının (aeroportunun) komissiyasının əsasnaməsinin hazırlanması və təsdiq edilməsi Komissiyaların iclaslarının keçirilməsinin təmin edilməsi Komissiyaların iclaslarında qəbul edilmiş qərarların icrasının həyata keçirilməsi 8.1.7. Hava limanlarında (aeroportlarda) mövcud şəraitin əlilliyi olan şəxslər üçün universal dizayn prinsipləri əsasında beynəlxalq "AZAL" QSC ƏƏSMN, SN, DGK, DİN, DMX, DSX 2025—2030 Əlilliyi olan şəxslərin hava limanı (aeroport) ərazisində uçuşdan əvvəl və uçuş zamanı hərəkətinin asanlaşdırılması üçün müvafiq avadanlıqların sayının artırılması Əlilliyi olan şəxslərə xidmət göstərilməsi ilə əlaqədar işçilərə təlim keçilməsinin təmin olunması Hava limanlarında (aeroportlarda) göstərilən xidmətlərin əlilliyi olan şəxslər tərəfindən təhlükəsiz və rahat yerinə yetirilməsinin təmin edilməsi standartlara uyğunlaşdırılması 8.1.8. Hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ndə iştirak edən dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması "AZAL" QSC RİNN, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsində iştirak edən dövlət orqanları (qurumları) 2025—2030 Xidmətlərin rəqəmsallaşdırılma sı ilə bağlı aidiyyəti dövlət orqanlarından (qurumlarından) təkliflərin toplanılması, daxil olmuş təkliflərin qiymətləndirilməsi, beynəlxalq təcrübənin təhlil edilməsi Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması prosesinin təşkili və infrastrukturun qurulması Xidmətlərin rəqəmsallaşdırılması prosesinin yekunlaşdırılması
8.2. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi 8.2.1. Mülki aviasiya sahəsində ixtisaslaşmış personalın hazırlanması və RİNN ETN, "AZAL" QSC 2025—2030 Personalın hazırlığı üzrə milli və beynəlxalq qanunvericilik bazasının təhlili İxtisaslaşmış personalın hazırlanması ilə bağlı təlimlərin Hazırlanmış ixtisaslaşmış personalın hava daşımaları hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə cəlb edilməsi müəyyən edilməsi, aidiyyəti şəxslərin həmin təlimlərdə iştirakının təmini, təlimlərin effektivliyinin qiymətləndirilm əsi və digər aidiyyəti hazırlıq tədbirlərinin görülməsi üzrə rəsmiyyətin sadələşdirilməsinə cəlb edilməsi 8.2.2. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsi, aviasiya personalının, eləcə də digər dövlət orqanlarının (qurumlarının) RİNN Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilmə -sində iştirak edən dövlət orqanları (qurumları), "AZAL" QSC 2025—2030 Xarici dövlətlərin mülki aviasiya sahəsində səlahiyyətli orqanları, təşkilatları və tədris-təlim mərkəzləri ilə əlaqə qurulması Əlavə təhsil alacaq şəxslərin müəyyən olunması, xarici dövlətlərin mülki aviasiya sahəsində səlahiyyətli orqanları, təşkilatları və tədris-təlim Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində ixtisaslaşmış kadrların təmin edilməsi prosesinin yekunlaşdırılması aviasiya sahəsində fəaliyyət göstərən əməkdaşlarının əlavə təhsili üçün tədbirlərin həyata keçirilməsi mərkəzləri ilə tədris və təcrübə mübadiləsi
8.3. Normativ hüquqi bazanın təkmilləşdirilməsi 8.3.1. Aviasiya sahəsində, o cümlədən hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində yeni normativ hüquqi aktların hazırlanması və mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması RİNN "AZAL" QSC, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilmə -sində iştirak edən dövlət orqanları (qurumları) 2025—2028 Müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi Beynəlxalq təcrübə nəzərə alınmaqla, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı layihələrin hazırlanması Normativ hüquqi akt layihələrinin razılaşdırmaq və təsdiq üçün aidiyyəti üzrə təqdim edilməsi
8.3.2 Beynəlxalq səviyyədə qəbul edilmiş standartları nəzərə alaraq, sərnişinlər və hava gəmisinin heyəti haqqında ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının toplanılmasını, saxlanılmasını, mühafizəsini, təhlilini, istifadəsini və mübadiləsini tənzimləyən zəruri normativ hüquqi aktların hazırlanması RİNN Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsində iştirak edən dövlət orqanları (qurumları) 2025—2028 Məlumatların toplanılması, ötürülməsi, təhlili, istifadəsi, saxlanılması və qorunması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi Normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı layihələrin hazırlanması Normativ hüquqi aktların layihələrinin razılaşdırılması və təsdiq üçün aidiyyəti üzrə təqdim edilməsi
8.4. Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) və xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi üçün rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili
8.4.1. Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının təhlili və emalı üzrə işlərin görülməsi RİNN, DİN, DGK, DSX, DMX, VXSİDA, "AZAL" QSC Aidiyyəti dövlət orqanları (qurumları) 2025—2028 Sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatları sistemini beynəlxalq standartlar əsasında qurmaq və inkişaf etdirmək Sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının qüvvədə olan milli qanunvericiliyə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının standartlarına və təlimatlarına əsasən ötürülməsinin təmin edilməsi Sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının emalı və mühafizəsi üzrə işlərin görülməsi 8.4.2. Sərnişinlər barədə ilkin DİN, DSX, DMX, RİNN, DGK 2025—2028 Qabaqcıl beynəlxalq Sərnişinlər barədə ilkin Sərnişinlər barədə ilkin məlumatlar m əlumatlar vəs ərnişin adlarının qeydiyyatı məlumatlarının ötürülm əsi zamanı Beyn əlxalq Mülki Aviasiya Təşkilatının "Doc 9303, müvafiq texniki vasitəiləoxuna bil ən s əyah ət sən ədl əri" T əlimatı iləmü əyy ən edilmiş t ələblərəuyğun olan vəmüvafiq texniki vasit ələrləoxuna bil ən m əlumatların ötürülm əsinin t əmin edilm əsi VXSİDA, "AZAL" QSC t əcrüb ənin öyr ənilm əsi m əlumatlar vəs ərnişin adlarının qeydiyyatı məlumatlarının beyn əlxalq standartlara uyğunluğunun təmin edilməsi vəs ərnişin adlarının qeydiyyatı məlumatlarının oxunaqlığının təmin edilməsi
AKRONİMLƏR RİNN — Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi DİN — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi SN — Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ETN — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ƏƏSMN — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DGK — Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi DMX — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti DSX — Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti AİBNDA — Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi VXSİDA — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "AZAL" QSC — "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti. _______________________