Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə yeni bir maddə əlavə edildi. Bu maddə həbs qoyulmuş əmlakın satılması, icarəyə verilməsi və digər idarə edilməsi prosesləri ilə bağlı qaydaları müəyyən edir. Dəyişiklik 2025-ci il martında qüvvəyə minir.
3.0.17-1. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək