Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 10 " mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi MEYARLARI VƏ QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Sənəd Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra — Məcəllə) 77.14-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və rəqabət qanunvericiliyinin pozulmasına görə Məcəllənin 77.1—77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydalarını müəyyən edir.
1.2. Bu Sənəddə istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
1.3. Rəqabət orqanının adından təsərrüfat subyektlərinə və bazar subyektlərinin rəqabət qanunvericiliyinin pozulması hallarında birbaşa iştirak edən vəzifəli şəxslərinə maliyyə sanksiyaları Məcəlləyə, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Sənədə uyğun olaraq tətbiq edilir.
2. Maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və qaydaları
2.1. Məcəllənin 77.1-ci və 77.5.1-ci maddələrində nəzərdə tutulan qanun pozuntularına münasibətdə sanksiya məbləği Məcəlləyə əsasən həmin pozuntular üçün müəyyən edilmiş sanksiya məbləğinin yuxarı həddinin 50 faizi, Məcəllənin 77.2-ci və 77.5.2-ci maddələrində nəzərdə tutulan qanun pozuntularına münasibətdə sanksiya məbləği Məcəlləyə əsasən həmin pozuntular üçün müəyyən edilmiş sanksiya məbləğinin yuxarı həddinin 60 faizi, Məcəllənin 77.3-cü və 77.5.3-cü maddələrində nəzərdə tutulan qanun pozuntularına münasibətdə sanksiya məbləği Məcəlləyə əsasən həmin pozuntular üçün müəyyən edilmiş sanksiya məbləğinin yuxarı həddinin 70 faizi məbləğində müəyyən edilir.
2.2. Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyalarını yüngülləşdirən amillər olduğu halda, Məcəllənin 77.1-ci maddəsində göstərilən qanun pozuntularına görə maliyyə sanksiyası aşağıdakı qaydada tətbiq edilir:
2.2.1. Məcəllənin 77.1.1-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 65 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 faiz məbləğində və 79.1.4-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 faiz məbləğində azaldılır;
2.2.2. Məcəllənin 77.1.2-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 70 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.4—79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində,
79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində və 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 faiz məbləğində azaldılır;
2.2.3. Məcəllənin 77.1.3-cü maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 75 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 10 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 faiz məbləğində, 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.4-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 faiz məbləğində azaldılır;
2.2.4. Məcəllənin 77.1.4-cü maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 90 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 faiz məbləğində və 79.1.4-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 faiz məbləğində azaldılır.
2.3. Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyalarını yüngülləşdirən amillər olduğu halda Məcəllənin 77.2-ci maddəsində qeyd olunan qanun pozuntularına görə maliyyə sanksiyası aşağıdakı qaydada tətbiq edilir:
2.3.1. Məcəllənin 77.2.1-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 70 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 15 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 faiz məbləğində azaldılır;
2.3.2. Məcəllənin 77.2.2-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 75 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 15 faiz məbləğində azaldılır;
2.3.3. Məcəllənin 77.2.3-cü maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 75 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 faiz məbləğində, 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 faiz məbləğində azaldılır;
2.3.4. Məcəllənin 77.2.4-cü maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 80 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 faiz məbləğində, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 15 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində azaldılır;
2.3.5. Məcəllənin 77.2.5-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 90 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində, 79.1.2-ci və 79.1.3-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 25 faiz məbləğində və 79.1.4-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 faiz məbləğində azaldılır.
2.4. Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyalarını yüngülləşdirən amillər olduğu halda Məcəllənin 77.3-cü maddəsində qeyd olunan qanun pozuntularına görə maliyyə sanksiyası aşağıdakı qaydada tətbiq edilir:
2.4.1. Məcəllənin 77.3.1-ci və 77.3.3-cü maddələri ilə müəyyən edilmiş qanun pozuntularına görə sanksiya məbləği ümumilikdə 70 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci , 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 faiz məbləğində, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 15 faiz məbləğində azaldılır;
2.4.2. Məcəllənin 77.3.2-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 75 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 faiz məbləğində, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 15 faiz məbləğində azaldılır;
2.4.3. Məcəllənin 77.3.4-cü maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 75 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 15 faiz məbləğində azaldılır;
2.4.4. Məcəllənin 77.3.5-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 75 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 faiz məbləğində, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 15 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində azaldılır;
2.4.5. Məcəllənin 77.3.6-cı maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna təkrar yol verilməyə münasibətdə sanksiya məbləği ümumilikdə 50 faizdən çox olmamaq şərtilə davamlı yol verilməyə münasibətdə isə sanksiya məbləği ümumilikdə 40 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci və 79.1.2-ci maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 20 faiz məbləğində, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 15 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 faiz məbləğində azaldılır.
2.5. Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyalarını yüngülləşdirən amillər olduğu təqdirdə Məcəllənin 77.5-ci maddəsində nəzərdə tutulan hallarda maliyyə sanksiyası aşağıdakı qaydada tətbiq edilir:
2.5.1. Məcəllənin 77.1-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntularına görə sanksiya məbləği ümumilikdə 80 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 10 faiz məbləğində, 79.1.2—79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 20 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 faiz məbləğində azaldılır;
2.5.2. Məcəllənin 77.2-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntularına görə sanksiya məbləği ümumilikdə 75 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 10 faiz məbləğində, 79.1.2-ci və 79.1.3-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 20 faiz məbləğində, 79.1.4-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 faiz məbləğində azaldılır;
2.5.3. Məcəllənin 77.3-cü maddəsi ilə müəyyən edilmiş qanun pozuntularına görə sanksiya məbləği ümumilikdə 60 faizdən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.3-cü və 79.1.4-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 faiz məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 faiz məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 faiz məbləğində azaldılır.
2.6. Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyalarını ağırlaşdıran amillər olduğu halda Məcəllənin 77.1—77.3-cü və 77.5-ci maddələrində qeyd olunan qanun pozuntularına görə maliyyə sanksiyası həmin pozuntuya görə Məcəllə ilə müəyyən edilmiş sanksiya məbləğinin yuxarı həddindən çox olmamaq şərtilə aşağıdakı qaydada tətbiq edilir:
2.6.1. Məcəllənin 79.2.1—79.2.3-cü maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə sanksiya məbləği 25 faiz məbləğində artırılır;
2.6.2. Məcəllənin 79.2.1—79.2.3-cü maddələrində qeyd edilən ağırlaşdırıcı amillər birlikdə eyni işə tətbiq edilirsə, maliyyə sanksiyasının məbləği Məcəlləyə əsasən həmin pozuntu üzrə müəyyən edilmiş sanksiya məbləğinin yuxarı həddi ilə müəyyən edilir;
2.6.3. Məcəllənin 79.2.4-cü maddəsində qeyd edilən ağırlaşdırıcı amilin tətbiqi Məcəllənin 79.1-ci maddəsinə əsasən yüngülləşdirici amillərin tətbiqi nəticəsində sanksiya məbləğinin azaldılmasını aradan qaldırır, bu halda maliyyə sanksiyasının məbləği bu Sənədin 2.1-ci bəndinə əsasən müəyyən edilən sanksiya məbləğinə bərabərdir.
3. Bazar subyektlərinin vəzifəli şəxslərinə maliyyə sanksiyasının hesablanması qaydası Məcəllənin 77.12-ci maddəsində nəzərdə tutulan qanun pozuntularına münasibətdə bazar subyektlərinin rəqabət qanunvericiliyinin pozulması (Məcəllənin 77.1-ci maddəsi ilə müəyyən edilmiş əməllərə görə istisna olmaqla) hallarında birbaşa iştirak edən vəzifəli şəxslərinə maliyyə sanksiyası onların aldığı sonuncu vəzifə maaşlarının 1 (bir) misli məbləği ilə müəyyən olunur və bu Sənədin 2.3-cü və 2.4-cü bəndlərinə uyğun olaraq azaldılır və bu Sənədin 2.6-cı bəndinə uyğun olaraq artırılır. _______________________