Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 10 " mart tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 10.2-ci, 10.3-cü maddələrinə və 10.13-cü maddəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmışdır və mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, o cümlədən təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, habelə onların dövlət qeydiyyatına alınması ilə bağlı tələbləri müəyyən edir.
1.2. Bu Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra — Konvensiya) və Konvensiyaya 14 nömrəli Əlavə - "Aerodromlar" (Cild 1, Cild 2) (bundan sonra —14 nömrəli Əlavə) ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən "Doc
9774. Aerodromların sertifikatlaşdırılması üzrə Təlimat"a və "Doc 9981. Aerodromlarda aeronaviqasiya xidmətləri üzrə Prosedurlar"a uyğun olaraq həyata keçirilir.
1.3. Mülki hava limanları və (və ya) aerodromların sertifikatlaşdırılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir.
1.4. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarət Agentlik tərəfindən həyata keçirilir.
1.5. Bu Qaydalarda istifadə olunan anlayışlar Qanunla Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə və bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş digər sənədlərlə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2. Sertifikatlaşdırılma proseduru
2.1. Mülki hava limanlarının və (və ya) aerodromların, həmçinin yerüstü xidmət təminatçılarının sertifikatlaşdırılması proseduru aşağıdakı mərhələlərdən ibarətdir:
2.1.1. müraciət və ilkin qiymətləndirmə;
2.1.2. sübutedici sənədlərin qiymətləndirilməsi;
2.1.3. mülki hava limanının və (və ya) aerodrom vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi;
2.1.4. uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina.
3. Müraciət və ilkin qiymətləndirmə 3.1. Uyğunluq sertifikatının alınması üçün şəxs bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla Agentliyə müraciət edir. Ərizə Agentlik tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.
3.2. Agentlikdə bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş ərizəyə baxılması ilə əlaqədar ərizəçi ilə görüş təşkil edilir. Görüşün nəticələrinə dair protokol tərtib edilir və bütün iştirakçılar tərəfindən imzalanır.
3.3. Görüş zamanı ərizəçiyə aşağıdakılar barədə məlumat verilir:
3.3.1. Azərbaycan Respublikasının mülki hava limanının və (və ya) aerodromun, o cümlədən yerüstü xidmət təminatçısının istismarı sahəsində qanunvericilik aktlarının və beynəlxalq müqavilələrinin tələbləri;
3.3.2. ərizəyə baxılması ilə əlaqədar yerinə yetirilməsi nəzərdə tutulmuş prosedurlar, o cümlədən təqdim edilməli sənədlər, həmin sənədlərin məzmunu və sertifikatlaşdırma prosesinin həyata keçirilməsi üçün tələb olunan müddət;
3.3.3. mülki hava limanına və (və ya) aerodroma münasibətdə sertifikatlaşdırma tələblərinə cavab vermək şərtilə ərizəçiyə icazəsi mümkün olan aerodroma dair standartdan (standartlardan) azadolma;
3.3.4. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət rüsumu və "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqı.
3.4. Mülki hava limanına və (və ya) aerodroma münasibətdə aşağıdakı sübutedici sənədlər mülki hava limanının və (və ya) aerodromun istismara başlanılması tarixindən ən azı 90 (doxsan) gün əvvəl Agentlik tərəfindən razılaşdırılması və (və ya) təsdiq edilməsi üçün təqdim edilir:
3.4.1. aerodromun istismarı üzrə təlimat;
3.4.2. fövqəlada hallar üçün fəaliyyət planı;
3.4.3. aviasiya təhlükəsizliyi proqramı;
3.4.4. uçuşların təhlükəsizliyini idarəetmə sistemi üzrə təlimat;
3.4.5. yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;
3.4.6. daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi;
3.4.7. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Qanunun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər.
3.5. Yerüstü xidmət təminatçılarına münasibətdə aşağıdakı sənədlər yerüstü xidmət təminatçılarının fəaliyyətə başlaması tarixindən ən azı 90 (doxsan) gün əvvəl Agentlik tərəfindən razılaşdırılması və (və ya) təsdiq edilməsi üçün təqdim edilir:
3.5.1. ərizəçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surəti;
3.5.2. ərizəçi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin surəti, onun vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən sənədi;
3.5.3. hava limanının və (və ya) aerodromun infrastrukturunun istismarına dair hava limanının və ya aerodromun istismarçısı ilə müqavilə;
3.5.4. üçüncü şəxslərin həyat və sağlamlığına, əmlakına vurula biləcək zərərin sığortalanması barədə sənəd;
3.5.5. yerüstü xidmət üzrə təlimat;
3.5.6. aviasiya təhlükəsizliyi üzrə proqram.
3.6. Sübutedici sənədlərə hər hansı əlavə və (və ya) dəyişiklik edildikdə, ərizəçi tərəfindən Agentliyə bu barədə dərhal məlumat verilir.
3.7. Təqdim edilmiş məlumatlarda və sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Agentlik tərəfindən ərizəçiyə 5 (beş) iş günü müddətində bu barədə məlumat verilir. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqda, məlumat və sənədləri Agentliyə təkrar təqdim etdikdən sonra müraciətə təkrar baxılır və uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina barədə müvafiq qərar qəbul edilir. Ərizəçi çatışmazlıqları 5 (beş) iş günü müddətində aradan qaldırmadıqda müraciət baxılmamış saxlanılır.
3.8. Müraciət Agentlik tərəfindən qeydiyyata alındıqda və çatışmazlıq olmadıqda, Agentlik tərəfindən müraciətin qiymətləndirilməsi üçün mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır.
3.9. Müraciətin qiymətləndirilməsi zamanı ekspert qrupuna Agentlik tərəfindən təcrübəli mütəxəssislər cəlb edilə bilər.
4. Sübutedici sənədlərin qiymətləndirilməsi
4.1. Sübutedici sənədlər qiymətləndirilərkən ekspert qrupu tərəfindən aşağıdakılar yoxlanılır:
4.1.1. sübutedici sənədlərin Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və beynəlxalq müqavilələrinin tələblərinə uyğunluğu;
4.1.2. ərizəçinin və onun aviasiya personalının hava limanının və (və ya) aerodromun istismarı və ona texniki xidmətin göstərilməsi üçün lazımi ixtisasa və təcrübəyə malik olması;
4.1.3. aviasiya personalının təsdiq edilmiş vəzifə təlimatlarının olması;
4.1.4. hava limanının və (və ya) aerodrom vasitələrinin, xidmətlərin və avadanlıqların sertifikatlaşdırma tələblərinə uyğunluğu;
4.1.5. hava limanının və (və ya) aerodromun istismar prosedurlarına dair təlimatlarının uçuşların təhlükəsizliyini təmin etməsi.
4.2. Planlaşdırılacaq uçuşların həyata keçirilməsinin qiymətləndirilməsi zamanı aerodromun digər aerodromlara və enmə məkanlarına yaxınlığı, məkanın xüsusiyyətləri və maneələri, istismar tələbləri, cihazlar üzrə yerinə yetirilən uçuşların mövcud sxemləri ekspert qrupu tərəfindən nəzərə alınmalıdır.
4.3. Sübutedici sənədlərin qiymətləndirilməsinin nəticələri ekspert qrupu tərəfindən qənaətbəxş hesab edilmədikdə, Agentlik sertifikatlaşdırma işlərinin dayandırılması barədə ərizəçiyə 5 (beş) iş günü müddətində uyğunsuzluqların təfsilatını özündə əks etdirən yazılı formada məlumat verir. Ərizəçi məlumatı aldığı vaxtdan 5 (beş) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalı və Agentliyə təqdim etməlidir.
4.4. Sübutedici sənədlərin qiymətləndirilməsinin nəticələri qənaətbəxş hesab edildikdə, həmin gündən etibarən 5 (beş) iş günü müddətində Agentlik tərəfindən keçirilməsi nəzərdə tutulmuş müfəttiş yoxlamasının tarixləri və sahələri barədə ərizəçiyə məlumat verilir.
5. Aerodrom vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi
5.1. Aerodrom vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi prosesi yoxlamadan əvvəlki və sonrakı toplantının keçirilməsi, yoxlamanın aparılması və onun nəticələrinə dair yekun nəticələrin hazırlanması, həmçinin uyğunsuzluqların (olduqda) aradan qaldırılmasına dair tədbirlər planının (bundan sonra — tədbirlər planı) təqdim edilməsi mərhələlərindən ibarətdir.
5.2. Ekspert qrupunun ərizəçi ilə yoxlamadan əvvəl keçirilmiş toplantıda ərizəçi tərəfindən aerodromun rəhbər heyəti və aidiyyəti mütəxəssislər iştirak edirlər.
5.3. Yoxlama zamanı ekspert qrupu tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində və Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarında və tövsiyə olunan təcrübəsində nəzərdə tutulmuş sahələr qiymətləndirilir.
5.4. Aerodrom vasitələri, xidmətləri və avadanlıqları yoxlanıldıqda və ya sınaqdan keçirildikdə, Agentlik ərizəçi tərəfindən təqdim edilmiş istənilən məlumatın əsaslandırılmasını tələb etmək hüququna malikdir.
5.5. Yoxlama yekunlaşdıqdan sonra ekspert qrupu tərəfindən yoxlamanın nəticələri 5 (beş) iş günü müddətində Agentliyə təqdim olunur.
6. Uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina
6.1. Ekspert qrupu tərəfindən təqdim edilən yoxlamanın nəticələri əsasında Agentlik tərəfindən uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edilir.
6.2. Aşağıdakı əsaslardan biri nəzərə alınmaqla, Agentlik tərəfindən 5 (beş) iş günü müddətində sertifikatlaşdırılmanın yekun nəticələri rəsmiləşdirilir:
6.2.1. yoxlama zamanı uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə ciddi təhdid yaradan çatışmazlıqlar olduqda - uyğunluq sertifikatının verilməsindən imtina;
6.2.2. yoxlama zamanı uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə ciddi təhdid yaradan çatışmazlıqlar olmadıqda - uyğunluq sertifikatının verilməsi;
6.2.3. yoxlama zamanı uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə təhdid yaratmayan çatışmazlıqlar olduqda - uyğunluq sertifikatının məhdudiyyətlər tətbiq etmək şərtilə verilməsi.
6.3. Tədbirlər planında yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlar qeyd olunmalı, ərizəçi tərəfindən hər bir uyğunsuzluğa münasibətdə aradan qaldırılma müddətləri və məsul şəxslər müəyyən edilməlidir.
6.4. Tədbirlər planı ekspert qrupu tərəfindən qiymətləndirilir və onun qəbul edilibedilməməsi barədə 5 (beş) gün müddətində Agentliyə məlumat verilir.
6.5. Tədbirlər planı ekspert qrupu tərəfindən qəbul edilmədikdə, Agentlik səbəblər göstərilməklə ərizəçiyə 5 (beş) gün müddətində bu barədə məlumat verir. Ərizəçi tərəfindən 5 (beş) gün müddətində tədbirlər planında olan çatışmazlıqlar aradan qaldırılmalı və yenidən Agentliyə göndərilməlidir. Ekspert qrupu tərəfindən tədbirlər planı qəbul edilir və bu barədə Agentliyə məlumat verilir.
6.6. Agentlik sertifikatlaşdırılmış hava limanlarına və (və ya) aerodromlara, yerüstü xidmət vasitələrinə nəzarəti həyata keçirir və müfəttiş yoxlamaları aparır.
6.7. Ərizəçi tərəfindən tərtib olunan tədbirlər planının Agentliyə təqdim edilməsindən və bu planın ekspert qrupu tərəfindən qəbul olunmasından sonra uyğunluq sertifikatı və onun əlavələri rəsmiləşdirilir. Rəsmiləşdirmə zamanı ekspert qrupunun məhdudiyyətlərlə bağlı rəyi nəzərə alınır.
6.8. Qiymətləndirmənin yekun nəticəsi qənaətbəxş hesab edilmədikdə, Agentlik tərəfindən 10 (on) gün müddətində ərizəçiyə səbəbləri əsaslandırılmaqla uyğunluq sertifikatının verilməsindən imtina ilə bağlı yazılı məlumat verilir.
6.9. Uyğunluq sertifikatı Agentlik tərəfindən bu Qaydaların 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formada verilir.
6.10. Mülki hava limanı və (və ya) aerodroma verilmiş uyğunluq sertifikatının qüvvədəolma müddəti 3 (üç), yerüstü xidmət təminatçılarına verilmiş uyğunluq sertifikatının qüvvədəolma müddəti isə 2 (iki) ildir. Yoxlamalar zamanı çatışmazlıqlar aşkar edildikdə, uyğunluq sertifikatının qüvvədəolma müddəti tədbirlər planında əks olunan məlumatlar nəzərə alınmaqla Agentlik tərəfindən daha qısa müddətə verilə bilər.
7. Uyğunluq sertifikatının dublikatı Uyğunluq sertifikatı yararsız vəziyyətə düşdükdə və ya itirildikdə onun sahibinin yazılı müraciəti əsasında eyni hüquqi qüvvəyə malik dublikatı verilir. Dublikatın qüvvədəolma müddəti uyğunluq sertifikatının qüvvədəolma müddəti ilə məhdudlaşdırılır. Sertifikatın dublikatının yuxarı sağ tərəfində Azərbaycan və ingilis dillərində "Dublikat" sözü yazılır və onun verilmə tarixi qeyd edilir. Dublikat səlahiyyətli şəxs tərəfindən imzalanır və Agentliyin möhürü ilə təsdiq edilir. Dublikatın aşağı hissəsində onu imzalamış səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və vəzifəsi qeyd olunur.
8. Uyğunluq sertifikatına əlavələrin və dəyişikliklərin edilməsi
8.1. Uyğunluq sertifikatına əlavələrin edilməsi üçün Agentliyə bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun ərizə və ediləcək əlavələrlə bağlı sübutedici sənədlər, uyğunluq sertifikatında dəyişikliklər edilməsi üçün isə müvafiq dəyişikliklərə dair sübutedici sənədlər təqdim olunur.
8.2. Aşağıdakı hallarda Agentlik tərəfindən mülki hava limanının və (və ya) aerodromun, o cümlədən yerüstü xidmət təminatçısının uyğunluq sertifikatına əlavələr edilir:
8.2.1. istifadə vaxtında və ya istismarında dəyişiklik olduqda;
8.2.2. hüdudlarında dəyişiklik olduqda;
8.2.3. əlavələrin edilməsi ilə bağlı yazılı müraciət olduqda.
8.3. Aşağıdakı hallarda Agentlik tərəfindən uyğunluq sertifikatında dəyişikliklər edilir:
8.3.1. dəyişikliklər sertifikatda qeyd edilmiş fəaliyyət sahələri üzrə işlərin təşkilinə və təmin edilməsinə mənfi təsir etmədikdə;
8.3.2. uyğunluq sertifikatında səhv aşkar edildikdə;
8.3.3. dəyişikliklər edilməsi ilə bağlı yazılı müraciət olduqda.
8.4. Ekspert qrupu əlavələr və dəyişikliklərlə bağlı zəruri olan digər sənədləri ərizəçidən tələb edə bilər.
8.5. Agentlik ərizəçi tərəfindən təqdim edilmiş müraciətə 30 (otuz) iş günü müddətində baxır. Ərizəyə baxıldıqdan və yoxlama həyata keçirildikdən sonra Agentlik tərəfindən ekspert qrupunun rəyi əsasında uyğunluq sertifikatına əlavələrin edilməsi ilə bağlı qərar qəbul edilir.
8.6. Uyğunluq sertifikatına edilmiş əlavə və dəyişikliklər Agentlik tərəfindən rəsmiləşdirilməklə yenisi ilə əvəz edilir və əvvəlki sertifikat Agentliyə qaytarılır.
8.7. Müvafiq əlavələr və dəyişikliklər edilmiş uyğunluq sertifikatının qüvvəsi mövcud uyğunluq sertifikatının qüvvədəolma müddəti ilə məhdudlaşır.
9. Uyğunluq sertifikatının qüvvədəolma müddətinin uzadılması
9.1. Uyğunluq sertifikatının qüvvədəolma müddətinin uzadılması sertifikat sahibinin müraciəti əsasında bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq Agentlik tərəfindən uyğunluq sertifikatının yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.
9.2. Uyğunluq sertifikatının qüvvədəolma müddətinin uzadılması üçün uyğunluq sertifikatının sahibi tərəfindən uyğunluq sertifikatının qüvvədəolma müddətinin başa çatmasına ən azı 60 (altmış) gün qalmış, lakin 90 (doxsan) gündən çox olmamaq şərtilə bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun ərizə ilə Agentliyə müraciət edilir. Uyğunluq sertifikatının qüvvədəolma müddəti başa çatdıqdan sonra yeni sertifikat alınanadək istismarçının fəaliyyətinə yol verilmir.
10. Uyğunluq sertifikatının sahibinin dəyişdirilməsi
10.1. Uyğunluq sertifikatının digər şəxsə ötürülməsinə yol verilmir.
10.2. Uyğunluq sertifikatının sahibi ən azı 60 (altmış) iş günü əvvəl mülki hava limanı və (və ya) aerodromun, o cümlədən yerüstü xidmət təminatçısının istismarını onu digər istismarçıya ötürmək məqsədilə istismarın dayandırılması tarixi qeyd olunmaqla Agentliyə ərizə ilə müraciət edir.
10.3. Uyğunluq sertifikatının yeni sahibi bu Qaydaların tələblərinə uyğun olmadıqda, Agentlik tərəfindən müraciətlə bağlı imtina barədə qərar qəbul edilir və həmin qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir.
11. Uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi
11.1. Uyğunluq sertifikatının qüvvəsininin dayandırılması və ya ləğv edilməsi ilə bağlı müraciətə 15 (on beş), əlavə öyrənilmə və yoxlanılma tələb edildikdə isə 30 (otuz) iş günü müddətində baxılır.
11.2. Uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə qəbul edilmiş qərar 3 (üç) gün müddətində ərizəçiyə təqdim edilir.
11.3. Uyğunluq sertifikatı ləğv edildikdə ərizəçi ləğv edilmiş uyğunluq sertifikatını 3 (üç) gün müddətində Agentliyə qaytarmalıdır.
12. Aşkar edilmiş çatışmazlıqlara görə uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi
12.1. Bu Qaydaların tələblərinin pozulması halları aşkar edildikdə, Agentlik tərəfindən uyğunluq sertifikatı ləğv edilir və ya qüvvəsi dayandırılır.
12.2. Uyğunluq sertifikatının ləğv edilməsi və ya qüvvəsinin dayandırılması barədə qərar Agentlik tərəfindən qəbul edilir.
12.3. Agentlik uyğunluq sertifikatının qüvvəsini dayandırmazdan və ya onu ləğv etməzdən əvvəl uyğunluq sertifikatına malik olan istismarçıya və yerüstü xidmət təminatçılarına sertifikatın qüvvəsinin dayandırılması və ya əsasları göstərilməklə onun ləğv edilməsi barədə bu Qaydaların tələblərini pozan halların dairəsi müəyyən edildikdən sonra 5 (beş) gün müddətində bildiriş göndərir.
12.4. Uyğunluq sertifikatının qüvvəsinin dayandırılması barədə qərar qəbul edildikdə, Agentlik tərəfindən istismarçıya bildiriş göndərilir və dayandırılmaya səbəb olmuş halların aradan qaldırılması üçün ağlabatan müddət təyin edilir. Həmin müddət ərzində istismarçı tərəfindən mövcud çatışmazlıqlar aradan qaldırılmadıqda uyğunluq sertifikatı Agentlik tərəfindən ləğv olunur. 12.5. Uyğunluq sertifikatının qüvvəsinin dayandırılması barədə bildirişi aldığı andan etibarən uyğunluq sertifikatının sahibi aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirləri dərhal həyata keçirməli və bu barədə xidmət göstərdiyi subyektlərə məlumat verməlidir. 12.6. Qüvvəsi müvəqqəti dayandırılmış və ya ləğv edilmiş uyğunluq sertifikatı 3 (üç) gün müddətində Agentliyə təhvil verilir. 12.7. Qüvvəsi müvəqqəti dayandırılmış uyğunluq sertifikatının etibarlılığı aşkar edilmiş pozuntuların aradan qaldırılmasından sonra bərpa edilir. 12.8. Uyğunluq sertifikatı ləğv edilmiş şəxs bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq sertifikatın ləğv edildiyi tarixdən 6 (altı) ay sonra uyğunluq sertifikatının yenidən rəsmiləşdirilməsi üçün müraciət etmək hüququna malikdir.
13. Hava limanına və (və ya) aerodroma dair standartlara riayət olunmasından azadolmalar
13.1. Hava limanına və (və ya) aerodroma dair standartlara riayət edilmədikdə, uyğunluq sertifikatının sahibi beynəlxalq standarta riayət etməkdən azad olmaq üçün bu Qaydaların 3 nömrəli əlavəsində nəzərdə tutulmuş formada müraciət edir. Bu müraciətə aeronaviqasiya tədqiqatları və ya risk qiymətləndirməsi hesabatları, həmçinin mövcud standartlara riayət edilə biləcəyinə dair müvafiq zaman barədə məlumat əlavə edilir.
13.2. Hava limanı və (və ya) aerodrom istismarçısının bu Qaydaların 13.1-ci bəndində nəzərdə tutulmuş azadolma barədə müraciət ekspert qrupu tərəfindən qiymətləndirilir və yekun rəy Agentliyə təqdim edilir. Təqdim olunmuş rəy əsasında Agentlik tərəfindən azadolma barədə qərar qəbul edilir.
13.3. Hava limanı və (və ya) aerodrom istismarçısı aerodrom standartlarının tələblərindən birinə cavab verə bilmədiyi təqdirdə, Agentlik bu Qaydaların 13.1-ci bəndində nəzərdə tutulmuş tədqiqatları nəzərə aldıqdan sonra həmin aerodromun uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi şərtləri (məhdudiyyətləri) müəyyən edir.
13.4. Hava limanı və (və ya) aerodrom istismarçısı bu Qaydaların 13.3-cü bəndində nəzərdə tutulmuş xüsusi şərtlərə (məhdudiyyətlərə) riayət olunmasını təmin etməlidir.
13.5. Hava limanı və (və ya) aerodrom istismarçısının aerodrom standartlarından azadolma halı (halları) uyğunluq sertifikatında qeyd edilir.
13.6. Hava limanı və (və ya) aerodrom istismarçısı aerodrom standartlarından azadolma halı (halları) barədə məlumatı təfsilatı ilə aerodromun istismarına dair təlimatda qeyd etməlidir.
14. Mülki hava limanlarının və (və ya) aerodromların, o cümlədən yerüstü xidmət təminatçılarının qeydiyyata alınması
14.1. Uyğunluq sertifikatı almış mülki hava limanları və (və ya) aerodromlar, o cümlədən yerüstü xidmət təminatçıları Agentlik tərəfindən dövlət qeydiyyatına alınmalıdır. Mülki hava limanları və (və ya) aerodromlar barədə məlumatlar Azərbaycan Respublikasının mülki hava limanlarının və (və ya) aerodromların dövlət reyestrinə daxil edilir.
14.2. Sertifikatın sahibi tərəfindən Agentliyə mülki hava limanları və (və ya) aerodromlara dair məlumatların dəyişməsi barədə dərhal məlumat verilməlidir.
14.3. Dövlət reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
14.3.1. uyğunluq sertifikatı verilmiş mülki aviasiya subyektinin adı;
14.3.2. uyğunluq sertifikatının seriya və nömrəsi;
14.3.3. uyğunluq sertifikatının verilmə tarixi;
14.3.4. uyğunluq sertifikatının etibarlılıq müddəti.
_____________________________
"Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları"na
1 nömrəli əlavə MÜLKİ HAVA LİMANI VƏ (VƏ YA) AERODROMA UYĞUNLUQ SERTİFİKATININ VERİLMƏSİ, ONA ƏLAVƏNİN VƏ (VƏ YA) DƏYİŞİKLİYİN EDİLMƏSİ ÜÇÜN MÜRACİƏT FORMASI
1. Ərazinin təyinatı: Hava limanı Aerodrom
2. Ərizənin mahiyyəti: Sertifikatın verilməsi Sertifikata əlavələrin edilməsi
3. Yerləşdiyi ərazi barədə məlumat Adı: ______________________________________________________________ Daşınmaz obyektin təsviri :_____________________________________________
İstinad nöqtəsinin coğrafi koordinatları: Eni ________ Uzunluğu ________ (dərəcə, dəqiqə, saniyə və WGS-84 formatında)
4. Müraciət edən şəxs barədə məlumat Soyadı, adı, ata adı: _______________________________________________ Poçt indeksi :__________ Ünvan:_______________________________________________ Vəzifə: _______________________________________________
Telefon /Faks/ Elektron poçt ünvanı:____________________________________________ Hüquqi şəxs olduqda: Adı, hüquqi ünvanı:_______________________________________________ VÖEN-i:__________ Nümayəndənin soyadı, adı və atasının adı: _______________________________________________
Telefon/Faks/Elektron poçt ünvanı: _______________________________________________ Qeyd. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri təqdim edilməlidir.
5. Müraciət edən şəxs ərazinin sahibidir?
Bəli Xeyr Müraciət edən şəxs ərazinin sahibi olmadıqda, aşağıdakı sənədlər təqdim edilməlidir: (a) əraziyə münasibətdə hüquqlar barədə məlumat; (b) sahibkarın adı, ünvanı və ərazinin aerodrom kimi istifadə edilməsinə dair icazənin yazılı təsdiqi
6. Ərazinin istismarı ilə bağlı təfərrüatlar İstismarın nəzərdə tutulmuş başlanma tarixi: _______________________________________________ İstismar saatları: _______________________________________________ Ərazidə istismar edilməsi nəzərdə tutulmuş ən iri hava gəmisinin növü: __________________________ Ərazidə hərəkət sıxlığı: _______________________________________________ Qeyd. Aşağıdakı xanalar yalnız aerodromun sertifikatlaşdırılması üçün müraciət olunduqda doldurulur. Aerodrom üçün nəzərdə tutulmuş istinad kodu: _______________________________________________ UEZ-in nəzərdə tutulmuş növü: avadanlıqsız: Qeyri-dəqiq Dəqiq KAT1:
KAT2:
KAT3:
7. Müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsi üçün istifadəsi edilməsi Bəli Xeyr
8. Uyğunluq sertifikatında göstəriləcək ətraflı məlumat Ərazinin adı: _______________________________________________ Ərazinin istismarçısı: _______________________________________________ Ünvan: _______________________________________________ Yuxarıda göstərilən ərazinin istismarçısının adından (səlahiyyətli nümayəndə qismində) istismara icazə verən uyğunluq sertifikatının alınması üçün müraciət edirəm. Müraciət edən şəxsin adından aşağıdakı sahələrdə fəaliyyət göstərmək səlahiyyətinə malik olduğumu təsdiq edirəm: İmza: ________________________ Tarix: ________________________ Bəyan edən şəxsin soyadı, adı, atasının adı: ______________________________________________
YERÜSTÜ XİDMƏT TƏMİNATÇILARINA UYĞUNLUQ SERTİFİKATININ VERİLMƏSİ, ONA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ ÜÇÜN MÜRACİƏT FORMASININ NÜMUNƏSİ 1. Yerüstü xidmət təşkilatının adı ____________________________________________
Hüquqi ünvanı ______________________________________________________
2. Sertifikatlaşdırılacaq yerüstü xidmətlərin növləri _____________________________________________________________________________
3. Müraciət edən şəxs barədə məlumat Soyadı, adı, atasının adı _________________________________________________________ Ünvan _______________________________________________ Poçt indeksi __________ Vəzifə ____________________________________________________________
Telefon /Faks/ Elektron poçt ünvanı: ____________________________________________ Hüquqi şəxs olduqda Adı, hüquqi ünvanı: _______________________________________________________________ VÖEN-i: _________________
Nümayəndənin soyadı, adı və atasının adı: __________________________________________ Telefon /Faks/ Elektron poçt ünvanı: ____________________________________________ Qeyd. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri təqdim edilməlidir.
4. Ərizəyə əlavə edilən sənədlər toplusu ________________________________________ _____________________________________________________________________________
Yuxarıda göstərilən ərazinin istismarçısının adından istismara icazə verən uyğunluq sertifikatının alınması üçün müraciət edirəm. Müraciət edən şəxsin adından aşağıdakı sahələrdə fəaliyyət göstərmək səlahiyyətlərinə malikəm: _____________________________________________________________________________ __________________________________________________________________ (bəyan edən şəxsin soyadı, adı və atasının adı) ________________________ ______________________________ ( imza ) ( tarix)
"Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları"na 2 nömrəli əlavə AERODROMUN İSTİSMARA YARARLILIĞINI TƏSDİQ EDƏN UYĞUNLUQ SERTİFİKATI AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT DÖVLƏТ МÜLKİ AVİASİYA AGENTLİYİ STATE CIVIL AVIATION AGENCY UYĞUNLUQ SERTİFİKATI / CERTIFICATE OF CONFORMITY № AD-[XXX]
Aerodromun adı: Name of Aerodrome: Aerodromun yeri: Location: Aerodromun sahibi: Aerodrome owner: Sertifikatın sahibi: Certificate holder: Aerodromun istinad kodu: Aerodrome reference code: Bununla təsdiq edilir ki, _______ aerodromu "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. This is to confirm that _______ aerodrome meets the requirements of the Law of the Republic of Azerbaijan "On Aviation". Bu sertifikata əlavə ediləcək İstismar tələbləri sənədin ayrılmaz tərkib hissəsini təşkil edir. Operations Specifications attached to this certificate are an integral part hereof. Bu sertifikat qüvvəsi dayandırılana və ya ləğv edilənədək, üzərində qeyd edilən qüvvədəndüşmə tarixinədək etibarlıdır. This certificate shall remain valid until its expiry date unless the certificate has previously been suspended or revoked.
М. Y. / S. P.
______________________________________ (səlahiyyətli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası/ surname, name, patronymic, position and signature of the authorized person ) Verilmə tarixi / Effective as of: Etibarlıdır / Valid till:
İSTİSMAR TƏLƏBLƏRİ / OPERATIONS SPECIFICATIONS Uyğunluq sertifikatının nömrəsi: Certificate of Conformity #: Aerodromun adı: Name of Aerodrome: Tarix: Date:
1. SÖUEZ-in ölçüsü və örtüyün tipi:
Dimension of paved runway and type of surface:
2. Aerodromun istismara yararlı olduğu vaxt:
Aerodrome is suitable for operations:
3. Aerodrom işıq enmə sistemləri ilə təchiz edilmişdir:
Aerodrome is equipped with lighting systems:
4. SÖUEZ-in örtüyü _/_/_/_/ SÖUEZ ilə təchiz edilmişdir və ___________________________________________________________ istismarına yararlıdır. _/_/_/_ ______________________ is suitable for operation ___________________________________.
5. Aerodrom Beynəlxalq Mülki Aviasiya Təşkilatının ___ kateqoriyalı meteominimumu üzrə hava gəmilərinin qəbulu üçün yararlıdır. Aerodrome is certified for operations under ICAO weather minima:
6. Qəbul edilmiş azadolmalar:
Accepted deviations:
7. Xüsusi şərtlər:
Special conditions:
М. Y. / S. P.
_____________________________________________ (səlahiyyətli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası/ surname, name, patronymic, position and signature of the authorized person )
YERÜSTÜ XİDMƏT TƏMİNATÇILARININ İSTİSMARA YARARLILIĞINI TƏSDİQ EDƏN UYĞUNLUQ SERTİFİKATI AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT DÖVLƏТ МÜLKİ AVİASİYA AGENTLİYİ STATE CIVIL AVIATION AGENCY UYĞUNLUQ SERTİFİKATI / CERTIFICATE OF CONFORMITY № APSYerüstü xidmət təşkilatının əsas fəaliyyət yeri/ Place of main activity of the ground handling company: Bununla təsdiq olunur ki, ______________________________________ (yerüstü xidmət təşkilatının adı) ___________________________________________________ üzrə fəaliyyəti (fəaliyyətin növü) "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun və mülki aviasiya sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğundur. İcazə verilən fəaliyyət növləri uyğunluq sertifikatının ayrılmaz hissəsi olan əlavədə göstərilmişdir. Hereby it is certified that _____________________________________________ (name of the ground handling company) meets the requirements of the Law of the Republic of Azerbaijan on Aviation, national regulations governing civil aviation, as well as relevant provisions_________________________________________________________ (type of activity) Authorized activities are stipulated in the Supplement that is an integral part of this certificate of conformity. Sertifikatın qüvvəsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada dayandırıla və ya ləğv oluna bilər. The validity of certificate may be suspended or revoked in accordance with the established procedures.
М. Y. / S. P.
__________________________________________ (səlahiyyətli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası/ surname, given name, patronymic, position and signature of the authorized person ) Verilmə tarixi / Effective as of: Etibarlıdır / Valid till:
AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ REPUBLIC OF AZERBAIJAN MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT STATE CIVIL AVIATION AGENCY APS ____ nömrəli UYĞUNLUQ SERTİFİKATINA ƏLAVƏ / SUPPLEMENT TO THE CERTIFICATE OF CONFORMITY # APS---- Tarix: Date: ____ AHM 810 — Yerüstü Xidmət haqqında IATA Standart Sazişinə uyğun olaraq aşağıdakı xidmətləri göstərmək hüququna malikdir: İs entitled to provide the following services according to AHM 810 - IATA Standard Ground Handling Agreement: Yerüstü Xidmət haqqında IATA Standart Sazişinin (Əlavə A) icazə verilən bölmələri/ Authorized Sections of IATA Standard Ground Handling Agreement (Annex A) Məhdudiyyətlər/ Limitations Yerüstü xidmət təşkilatının xidmət göstərdiyi hava limanı Airport of qround handling provider's operations Bölmə 1. Nümayəndəlik (olduqda) Section 1. Representation (if available) Bölmə 2. Sərnişinlərə xidmət (olduqda) Section 2. Passenger services (if available) Bölmə 3. Perronda xidmət (mövcud olduqda) Section 3. Ramp services (if available) Bölmə 4. Yüklənməyə nəzarət və uçuşların yerinə yetirilməsi (olduqda) Section 4. Load control and flight operations (if available) Bölmə 5. Yükə və poçta xidmət (olduqda) Section 5. Cargo and mail wharehose services (if available) Bölmə 6. Köməkçi xidmətlər (olduqda) Section 6. Support services (if available) Bölmə 7. Təhlükəsizlik (olduqda) Section 7. Security (if available) М. Y. / S. P.
___________________________________________________________ (səlahiyyətli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi və imzası/ surname, given name, patronymic, position and signature of the authorized person)
"Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları"na 3 nömrəli əlavə AERODROM STANDARTLARINA ƏMƏL ETMƏKDƏN AZAD OLMALARA DAİR MÜRACİƏT FORMASI Tarix:___________________ Aerodromun adı: ___________________ Aerodromun istismarçısı : ___________________ Aerodromun ünvanı: ___________________ Aerodromun nəzarət nöqtəsinin koordinatları: coğrafi uzunluq _______ coğrafi enlik _______ Aerodrom standartlarına istinad maddəsi (maddələri): ___________________ Azadolmanın səbəbi :___________________ Qeyd edilən aerodrom standartlarına uyğun olacağı tarix (olduqda) :___________________ Qeydlər: ___________________ Risk qiymətləndirməsinin surəti və (və ya) əlavə edilmiş aeronaviqasiya tədqiqatının surəti əlavə olunur: bəli xeyr BƏYANNAMƏ:
(1) Müraciətimin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin məqbul hesab etdiyi hər hansı mənbədən müvafiq məlumatın alınmasına etiraz etmirəm. (2) Bu müraciət formasında qeyd etdiyim və əlavə edilmiş qoşmalardakı məlumatların düzgünlüyünə səlahiyyətlərin çərçivəsində zəmanət verirəm. Eləcə də, təqdim edilməsi tələb olunan hər hansı faktı gizlətmədiyimi bəyan edirəm. Mənim tərəfindən təqdim edilən hər hansı məlumat hansısa səbəbdən yanlış və ya səhv olarsa, azadolma prosesindən diskvalifikasiya olunacağımı qəbul edirəm. Müraciət edənin soyadı, adı, atasının adı: _________________________________________________ Vəzifəsi: ___________________ İmza: ___________________ Telefon /Faks/ Elektron poçt ünvanı: ____________________________________________ Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən doldurulan hissə
Yoxladı: _______________________________ / _____________ / _____________ (aerodrom müfəttişinin soyadı, adı, (imza) ( tarix) atasının adı) Vəzifəsi: ___________________ Telefon/Faks/Elektron poçt ünvanı: ______________ Qeydlər: __________________ Təsdiq etdi: ____________________________________________ (səlahiyətli şəxsin soyadı, adı, atasının adı) İmza: ________ Vəzifəsi: ___________________ Telefon/Faks/Elektron poçt ünvanı: ______________ Qeydlər: __________________________________________________________________ Tarix: _________________ __________________________