1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 may tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol-patrul xidməti haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.11-ci və 8.6-cı bəndlərdən "hal şahidlərinin iştirakı ilə" sözləri çıxarılsın;
1.2. 10.3.5-ci yarımbənddə "iştirakçıları və iki hal şahidinin iştirakı ilə" sözləri "iştirakçılarının iştirakı ilə fasiləsiz videoçəkiliş aparılmaqla" sözləri ilə əvəz edilsin;
1.3. 10.3.7-ci yarımbəndin üçüncü cümləsindən "və iki hal şahidi" sözləri çıxarılsın;
1.4. 13.14-cü bəndin ikinci cümləsindən "iki hal şahidinin iştirakı ilə" sözləri çıxarılsın;
1.5. Təlimata 17 nömrəli əlavədə "Hal şahidləri:" sözləri "Şahidlər" sözü ilə əvəz edilsin;
1.6. Təlimata 19 nömrəli əlavədən "bu halda iki hal şahidinin iştirakı ilə" sözləri çıxarılsın;
1.7. Təlimata 21 nömrəli əlavə yeni redaksiyada verilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
3. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Kollegiyanın sədri general-polkovnik Vilayət Eyvazov "Yol-patrul xidməti haqqında Təlimat"a 21 nömrəli əlavə Nəqliyyat vasitəsinə baxış haqqında PROTOKOL _______________________________________ "______"___________________ il (tərtib edildiyi yer) (tarix) Mən __________________________________________________________________________ (tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı) bu protokolu İnzibati Xətalar Məcəlləsinin 93-cü maddəsinin tələbinə müvafiq olaraq ona görə tərtib etdim ki, tərəfimdən ________________________________________ ______________________________________________________________________________ (nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı, ünvanı) ______________________________________________________________________________ (baxış keçirilməsi üçün əsas) ______________________________ markalı, ________________________________ tipli, _______________________________ modeli ______________________________ dövlət qeydiyyat nişanlı, ____________________ VİN olan nəqliyyat vasitəsinə baxış keçirildi. Nəqliyyat vasitəsinə baxış zamanı fasiləsiz videoçəkilişdən istifadə edildi _____________ Maddi sübutların qeydə alınması zamanı fotoşəkildən də istifadə edilmişdir __________ baxış zamanı aşkar olunan əşyaların eyniləşdirmə əlamətləri ________________________ sənədlərin növü _______________________________________________________________ rekvizitləri ____________________________________________________________________ Protokolu tərtib edən şəxsin imzası ______________________________________________ Nəqliyyat vasitəsinin sahibinin imzası: ___________________________________________ ______________________________________________________________________________