1. "Təhqiqatı və ibtidai istintaqı hesabat ilində tamamlanmış işlər və materiallar üzrə cinayət törətmiş şəxslər barədə" 2 №-li (illik, yarımillik) rəsmi statistika hesabatı fоrmаsı və onun doldurulmasına dair göstəriş haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 14 yanvar tarixli 5/09 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş "Təhqiqatı və ibtidai istintaqı hesabat ilində tamamlanmış işlər və materiallar üzrə cinayət törətmiş şəxslər barədə" 2 №-li (illik, yarımillik) rəsmi statistika hesabatı fоrmаsının 65-ci sətrində (hər iki halda) "ağac" sözü "olaraq ağacları, kolları və ya digər yaşıllıqları" sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "Təhqiqatı və ibtidai istintaqı hesabat ilində tamamlanmış işlər və materiallar üzrə cinayət törətmiş şəxslər barədə" 2 №-li (illik, yarımillik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in "I bölmə. Cinayət törətmiş şəxslərin yaş həddinə görə tərkibi" bölməsinin 65-ci sətrə dair hissəsində "ağac" sözü "olaraq ağacları, kolları və ya digər yaşıllıqları" sözləri ilə əvəz edilsin.
2. "Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə" 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş
haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin qərarla təsdiq edilmiş "Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə" 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması üzrə:
2.1.1. 63-cü sətirdə (hər iki halda) "Ov" sözü "Balıq və digər su bioresurslarının ov etmək" sözləri ilə əvəz edilsin;
2.1.2. 63-1-ci və 63-2-ci sətirlər (hər iki halda) müvafiq olaraq 63-4-cü və 63-5-ci sətirlər hesab edilsin və aşağıdakı məzmunda (hər iki halda) 63-1 - 63-3-cü sətirlər əlavə edilsin: 63-1 Ov etmək qaydalarının pozulması 272-1 63-2 Bu Məcəllənin 274.1-274.3-cü maddələrində nəzərdə tutulmuş əməllər heyvanların tələf edilməsinə səbəb olduqda 274.4 63-3 Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsi 274-1
2.2. həmin qərarla təsdiq edilmiş "Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə" 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in 2-ci hissəsinin yeddinci abzasında "63-2-ci" sözləri "63-5-ci" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 11 oktyabr tarixli 23/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Cinayətin növləri üzrə məhkumların sayı haqqında" 10-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsının 216-cı sətrində "ağac" sözü "olaraq ağacları, kolları və ya digər yaşıllıqları" sözləri ilə, 217-ci sətrində "Meşələri və" sözləri "Ağacları, kolları və ya" sözləri ilə əvəz edilsin.
4. "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı, "İstintaq işinə dair əsas göstəricilər barədə" 1-EM №-li (aylıq) statistika hesabatı formaları və onların doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 29 oktyabr tarixli 24/09 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin qərarla təsdiq edilmiş "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının I bölməsi üzrə:
4.1.1. "1-ci cədvəl. Cinayətin növləri üzrə işlər (təkrarsız)" cədvəlinə aşağıdakı məzmunda 56-cı sətir əlavə edilsin: Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata dair işlər 56 4.1.2. "3-cü cədvəl. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat" cədvəlinin 17-ci sətrində "ağac" sözü "olaraq ağacları, kolları və ya digər yaşıllıqları" sözləri ilə əvəz edilsin;
4.2. həmin qərarla təsdiq edilmiş "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı və "İstintaq işinə dair əsas göstəricilər barədə" 1-EM №-li (aylıq) statistika hesabatı formalarının doldurulmasına dair göstəriş"ə "4.1.5-1. 56-cı sətirdə CPM-in 487-6-cı maddəsinə əsasən hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilən işlərin və həmin işlər üzrə hüquqi şəxslərin sayı, eləcə də icraatına xitam verilən işlərin sayı göstərilir (bu rəqəm 1-53-cü sətirlərdə göstərilmir)." məzmununda 4.1.5-1-ci yarımbənd əlavə edilsin.
5. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 29 oktyabr tarixli 25/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların baxılmasına dair" 2-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının I bölməsinin 35-ci sətrində və II bölməsinin 34-cü sətrində "Qanunsuz ağac kəsmə, meşələri və digər yaşıllıqları" sözləri "Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə," sözləri ilə əvəz edilsin.
6. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
7. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
8. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədr Tahir Budaqov