1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin;
"2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.".
2. Həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci bənddən "(uqodiyası)" sözü çıxarılsın;
2.2. 2-ci hissə üzrə:
2.2.1. 2.1-ci bənd üzrə:
2.2.1.1. birinci abzasdan "(uqodiyasına)" sözü çıxarılsın;
2.2.1.2. ikinci abzasdan "(uqodiyası)" sözü çıxarılsın;
2.3. 2.2.2-ci yarımbənddən, 2.3-cü və 2.6-cı bəndlərdən "(uqodiyasına)" sözü çıxarılsın;
2.4. 2.7-ci bənddən "(uqodiyasına)" və "(uqodiyalarının)" sözləri çıxarılsın;
2.5. 3-cü hissə üzrə:
2.5.1. adından, 3.2-ci, 3.3-cü (hər iki halda) bəndlərdən ismin müvafiq hallarında "(uqodiyaları)" sözü çıxarılsın;
2.5.2. 3.1-ci bənddə ", çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların)" sözləri "və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin" sözləri ilə əvəz edilsin;
2.6. 4-cü hissənin adından, 4.1-ci bənddən, 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərdən "(uqodiyasına)" sözü çıxarılsın;
2.7. 5-ci hissənin adından və 5.1-ci bənddən "(uqodiyasına)" sözü çıxarılsın.
3. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.