1. 1.5-ci, 1.7-ci, 1.8-ci bəndlər ləğv edilsin.
2. 2.1-ci bəndin dördüncü abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və beşinci abzas ləğv edilsin.
3. 3.2-ci bənd üzrə:
3.1. 3.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"Vergi ödəyicilərinin ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən ƏDV-nin depozit hesabından vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün vergi öhdəliklərinin yaranması ardıcıllığına uyğun olaraq ödəniş tapşırığı, dövlət büdcəsinə ödənilmiş vəsaitlərə dair "Kassa xərclərinin sifarişi" (2 nömrəli əlavə) və "ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında" Reyestr (3 nömrəli əlavə) elektron imzalarla təsdiq edilərək elektron formada saat 14:30-dək DXA-ya təqdim edilir.".;
3.2. ikinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Kassa xərclərinin sifarişi" (2 nömrəli əlavə) DXA tərəfindən elektron imza ilə təsdiq edildikdən sonra təsdiq barədə məlumat növbəti iş günündə elektron formada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilir.".
4. 4.6-cı bəndin ikinci abzasında "11:30-dək" sözləri "14:15-dək" sözləri ilə və üçüncü abzasında "11:30-dan" sözləri "14:15-dən" sözləri ilə əvəz edilsin.
5. Həmin Qaydalara 4 nömrəli əlavənin adında "vergi-hesab fakturası" sözləri "qaimə-faktura" sözləri ilə əvəz edilsin və "Əlavə № 4" sözlərindən sonra abzasdan "ƏDV-nin sub-uçot hesabının hərəkəti" sözləri əlavə edilsin.