1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.".
2. Həmin Qərarla təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası" üzrə:
2.1. 2-ci hissə üzrə:
2.1.1. 2.1-ci bəndin birinci cümləsinə "xüsusi rütbəli şəxslərə" sözlərindən sonra "və onların ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq" sözləri əlavə edilsin;
2.1.2. 2.5-ci bəndə "Hərbi qulluqçuların və xüsusi rütbəli şəxlərin" sözlərindən sonra "avtomatlaşdırılmış qaydada ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməmiş" sözləri əlavə edilsin;
2.2. 6-cı hissə üzrə:
2.2.1. 6.1.7-ci yarımbəndə "qəbul edildikdə" sözlərindən sonra "və hərbi xidmətdən buraxıldıqda" sözləri əlavə edilsin;
2.2.2. 6.4-cü bənddə "Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı" sözləri "Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə" sözləri ilə əvəz edilsin.
3. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.