Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi-zadə "Heydər Əliyev" ordeni ilə təltif edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 fevral 2025-ci il