1. "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tarixli Q23-001-16 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş "İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası"nın 2.3-cü bəndində "kütləvi informasiya vasitələrində və" sözləri "mediada, o cümlədən" sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş "İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim formasının, döş nişanının və vəsiqəsinin təsviri və nümunələri"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.2.1. 1-ci hissənin ikinci abzasının səkkizinci cümləsində "polisə ictimai dəstək" sözü" sözləri "MÜLKİ İNSPEKTOR" sözləri" sözləri ilə əvəz edilsin;
1.2.2. 2-ci hissənin ikinci abzasının doqquzuncu cümləsində "Polisə ictimai dəstək" sözü" sözləri "MÜLKİ İNSPEKTOR" sözləri" sözləri ilə əvəz edilsin;
1.2.3. 5-ci hissənin ikinci abzasının ikinci cümləsində "polisə ictimai dəstək" sözləri "MÜLKİ İNSPEKTOR" sözləri ilə əvəz edilsin;
1.2.4. 10-cu hissənin ikinci abzasının ikinci cümləsi aşağıdakı redaksiyada verilsin və üçüncü cümləsi çıxarılsın: "Vəsiqənin üz tərəfində "VƏSİQƏ" sözü yazılır (şəkil 10).";
1.2.5. 1, 2, 5 və 10 nömrəli şəkillər yeni təsvirdə verilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
3. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Qərar respublika daxili işlər orqanlarında elan olunsun.
Kollegiyanın sədri r general-polkovnik Vilayət Eyvazov