Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı TƏDBİRLƏRPLANI Sıra №-si Tədbirin adı İcra müddəti İcraçı orqanlar (qurumlar)
1. Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinin geniş qeyd olunması, bununla əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi 20 sentyabr, 12 noyabr Aidiyyəti dövlət orqanları (qurumları) Tövsiyə olunur: Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Baş Prokurorluq, İnsan hüquqları üzrə müvəkkil (ombudsman)
2. "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda silsilə tədbirlərin keçirilməsi İl ərzində Aidiyyəti dövlət orqanları (qurumları) Tövsiyə olunur: Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Baş Prokurorluq, İnsan hüquqları üzrə müvəkkil (ombudsman)
3. Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş xüsusi iclasının keçirilməsi İl ərzində Milli Məclis (tövsiyə olunur)
4. "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş forumların, konfransların, simpoziumların, dəyirmi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mədəniyyət Nazirliyi,
Sıra №-si Tədbirin adı İcra müddəti İcraçı orqanlar (qurumlar) masaların, seminarların, müsabiqələrin, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, vətənpərvərlik mahnılarının (marşların) yazılması, beynəlxalq turizm sərgilərində Azərbaycan milli stendində "Konstitusiya və Suverenlik İli" haqqında məlumatların təqdim edilməsi Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Medianın İnkişafı Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi
5. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbirlərin keçirilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi
6. Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəbləri tərəfindən "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbirlərin keçirilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi
7. Azərbaycan Respublikasının şəhər və rayonlarında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri
Sıra №-si Tədbirin adı İcra müddəti İcraçı orqanlar (qurumlar)
8. "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalının təsis edilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis (tövsiyə olunur)
9. "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş poçt markalarının buraxılması Sentyabr ayı ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
10. Yerli və xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət suverenliyinin təmin olunmasına həsr edilmiş elmi-praktik konfransların təşkili, elmi tədqiqat işlərinin aparılması, əsərlərin, hüquqi şərhlərin, monoqrafiyaların, məqalələrin nəşri, kitabların buraxılması İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Tövsiyə olunur: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə
11. İdman yarışlarının və beynəlxalq turnirlərin, "Zəfər yürüşü" tədbirlərinin təşkili İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri
Sıra №-si Tədbirin adı İcra müddəti İcraçı orqanlar (qurumlar)
12. "Konstitusiya və Suverenlik İli" ilə bağlı ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi 20 sentyabr, 12 noyabr Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Reklam Agentliyi, Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi
13. Mediada sənədli filmlərin, verilişlərin, videoçarxların və digər materialların verilməsi, rəsmi qəzetlərin xüsusi buraxılışının hazırlanması, jurnalistlərin və blogerlərin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Heydər Əliyev Mərkəzi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, "Azərbaycan" qəzeti, "Xalq" qəzeti, "Respublika" qəzeti,
Sıra №-si Tədbirin adı İcra müddəti İcraçı orqanlar (qurumlar) "Bakinski Raboçi" qəzeti, Baş Prokurorluq (tövsiyə olunur)
14. "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Azərbaycan Respublikasında adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Milli Məclis (tövsiyə olunur)
15. Xeyriyyə aksiyalarının keçirilməsi, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və müharibə veteranlarının sosial məsələlərinin həlli istiqamətində tədbirlərin davam etdirilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri
16. Yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və təlimlərin keçirilməsi, "Zəfərin izi ilə" layihəsi çərçivəsində məktəblilərin, tələbələrin və könüllülərin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili, təhsil İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi,
Sıra №-si Tədbirin adı İcra müddəti İcraçı orqanlar (qurumlar) müəssisələrində ilk dərs gününün "Konstitusiya və Suverenlik İli"nə həsr edilməsi, xüsusi dərslərin və mühazirələrin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondu, Medianın İnkişafı Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Konstitusiya Məhkəməsi (tövsiyə olunur)
17. "Konstitusiya və Suverenlik İli" ilə bağlı qrant müsabiqələrinin keçirilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
18. "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş hərbi təlimlərin keçirilməsi İl ərzində Müdafiə Nazirliyi