1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1996-cı il 17 iyul tarixli 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda, 1998-ci il 15 iyun tarixli 13-9 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu;
Qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda, 1999-cu il 22 yanvar tarixli 1-3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Topoqrafiya, geodeziya və kartoqrafiya istehsalı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası"nda (hissə-5-2), 2003-cü il 27 dekabr tarixli 16-3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif İxtisas Sorğu Kitabçası"nda, 2015-ci il 30 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları"nda, 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda, 2019-cu il 5 aprel tarixli 1905000016 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası"nda, "İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin formasının təsdiq edilməsi barədə" 2019-cu il 5 aprel tarixli 1905000017 nömrəli Qərarında və 2021-ci il 26 fevral tarixli 21050000071 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası"nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası və formasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2019-cu il 5 aprel tarixli 1905000014 nömrəli Qərarı ləğv edilsin.
3. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G. İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
4. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinə (F. Talıbov) tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsini təmin etsin.
5. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 17 yanvar tarixli 22040001074 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin. Kollegiyanın sədri Sahil Babayev
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 3-17/3-5-3/2025 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1996-cı il 17 iyul tarixli 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda, 1998-ci il 15 iyun tarixli 13-9 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; Qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda, 1999-cu il 22 yanvar tarixli 1-3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Topoqrafiya, geodeziya və kartoqrafiya istehsalı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası"nda (hissə-5-2), 2003-cü il 27 dekabr tarixli 16-3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif İxtisas Sorğu Kitabçası"nda, 2015-ci il 30 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları"nda, 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda, 2019-cu il 5 aprel tarixli 1905000016 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası"nda, "İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin formasının təsdiq edilməsi barədə" 2019-cu il 5 aprel tarixli 1905000017 nömrəli Qərarında və 2021-ci il 26 fevral tarixli 21050000071 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası"nda dəyişiklik
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1996-cı il 17 iyul tarixli 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın "Giriş" hissəsinin 2-ci bəndindən ", bütün kateqoriyadan olan işçilərin əmək kitabçalarının doldurulması" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1998-ci il 15 iyun tarixli 13-9 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; Qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın "Giriş" hissəsinin 2-ci bəndindən "əmək kitabçalarının düzgün doldurulmasında," sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1999-cu il 22 yanvar tarixli 1-3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Topoqrafiya, geodeziya və kartoqrafiya istehsalı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası"nın (hissə-5-2) "Giriş" hissəsinin 2-ci bəndindən "əmək kitabçalarının düzgün doldurulmasında," sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2003-cü il 27 dekabr tarixli 16-3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kimya
sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif İxtisas Sorğu Kitabçası"nın "Ümumi müddəalar" hissəsinin 10-cu bəndinin birinci cümləsi ləğv edilsin.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2015-ci il 30 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları" üzrə:
5.1. 2.8-ci bənddə "Əmək müqaviləsi bildirişi" sözləri "Əmək və məşğulluq" sözləri ilə əvəz edilsin;
5.2. 2.9.2-ci yarımbəndə "əmək" sözündən əvvəl "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə" sözləri əlavə edilsin;
5.3. 2.12-ci bənd aşağıdakı redkasiyada verilsin:
"2.12. İxtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemində müvafiq dəyişikliklər edilərək tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanır.".
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın "TARİFİXTİSAS XÜSUSİYYƏTLƏRİ"nin "IV. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ"nin "RƏHBƏRLƏR" bölməsinin "KADRLAR ŞÖBƏSİNİN MÜDİRİ" hissəsinin birinci abzasının on ikinci cümləsindən "və əmək kitabçalarının" sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2019-cu il 5 aprel tarixli 1905000016 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası" üzrə:
7.1. 2.2-ci bənddə "Elektron İnformasiya Sisteminin "Məşğulluq" Alt Sisteminə (bundan sonra - MAS)" sözləri "elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsisteminə (bundan sonra - ƏMAS)" sözləri ilə əvəz edilsin;
7.2. 2.3-cü və 2.4-cü bəndlərdə "MAS-a" sözü "ƏMAS-a" sözü ilə əvəz edilsin.
8. "İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin formasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2019-cu il 5 aprel tarixli 1905000017 nömrəli Qərarı üzrə:
8.1. adına və 1-ci hissəsinə "İşaxtaran" sözündən sonra "və işsiz" sözləri əlavə edilsin;
8.2. həmin Qərarla təsdiq edilmiş "İşaxtaran və işsiz kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması" üzrə:
8.2.1. adına "İşaxtaran" sözündən sonra "və işsiz" sözləri əlavə edilsin;
8.2.2. "1. FƏRDİ MƏLUMATLAR" bölməsinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxs" hissəsinin ikinci sətrinin üçüncü sütununda "Yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideyn" sözləri "1 və ya
daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri tərbiyə edən valideyn" sözləri ilə əvəz edilsin və üçüncü sətrinin üçüncü və dördüncü sütunları çıxarılsın;
8.2.3. "3. MƏŞĞULLUQ TARİXÇƏSİ" bölməsinə "Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı" hissəsindən sonra aşağıdakı məzmunda sətir və sütunlar əlavə edilsin: Xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər Xüsusi notarius Başlama vaxtı Bitmə vaxtı DAXİL ET Sərbəst mediator Başlama vaxtı Bitmə vaxtı DAXİL ET Vəkil Başlama vaxtı Bitmə vaxtı DAXİL ET
Qeyd: Məlumatlar ardıcıllıqla daxil edilir
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 26 fevral tarixli 21050000071 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası"nın 3.5.2-ci yarımbəndində "sığortaedən tərəfindən onlar barədə məlumatların Elektron Hökumət Portalında Nazirliyin "Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə etməklə sistemə daxil edildikdə" sözləri "onlarla sığortaedənlər arasında əmək müqaviləsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemində elektron sənəd formasında bağlandıqda" sözləri ilə əvəz edilsin.