"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025—2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025—2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 yanvar 2025-ci il
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişdir Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025—2030-cu illər üçün Dövlət Proqramı
1. Qısa xülasə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025—2030-cu illər üçün Dövlət Proqramı" (bundan sonra — Dövlət Proqramı) Bakı şəhərinin Baş Planına (2020—2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanmışdır. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Dövlət Proqramı çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ümumi istifadədə olan nəqliyyat növləri üzrə vahid ödəniş sisteminin tətbiqi və inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə və innovativ həllərin tətbiqi əsas təminedici amillər olaraq müəyyən edilmişdir. Dövlət Proqramında mobillik sahəsində müşahidə olunan qlobal trendlər hərtərəfli araşdırılmış, onların Bakı şəhərində və ətraf ərazilərdə mövcud mobillik vəziyyətinə təsiri simulyasiya üsulu ilə təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış və hədəf göstəriciləri, müvafiq tədbirlər, onların həyata keçirilməsi üzrə icra müddətləri, əsas və digər icraçılar müəyyənləşdirilmiş, eləcə də icra mexanizmləri təsbit olunmuşdur. Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaqdır.
2. Qlobal trendlər Son onilliklərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur. Bu çağırışlar mobilliyin yalnız insanların bir yerdən başqa bir yerə hərəkət etməsi ilə məhdudlaşmadığını, eyni zamanda nəqliyyatın sosial, iqtisadi, ekoloji və texnoloji aspektlərini əhatə edən geniş bir anlayış olduğunu göstərir. Nəqliyyat sistemlərinin qarşılıqlı inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə, şəhər məkanlarında piyada və alternativ nəqliyyat vasitələri (e-skuter, velosiped və s.) ilə hərəkət imkanlarının artırılması və ekoloji təmiz nəqliyyat növlərinin təşviqi kimi qlobal tendensiyalar dünyadakı nəqliyyat və mobillik mühitində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır. Bu səbəbdən, avtomobildən istifadə payını azaltmaqla piyada yönümlü mobilliyə keçid iri şəhərlərin əsas prioritetlərindən birinə çevrilmişdir. Belə bir dəyişiklik insanların həyat keyfiyyətini artırmaqla yanaşı, nəqliyyatın daha dayanıqlı, təhlükəsiz və səmərəli olmasını təmin edir. Mütərəqqi metod və texnologiyalarla təmin olunmuş şəhər mobilliyi müasir şəhərlərin inkişafında və əhalinin həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Sürətlə artan əhali və yüksək urbanizasiya tendensiyaları ilə əlaqədar şəhərlərdə nəqliyyat sistemlərinin səmərəli idarə olunması və ətraf mühitin qorunması məqsədilə innovativ həllər tətbiq olunmaqdadır. Beynəlxalq miqyasda formalaşan aşağıdakı trendlər bu prosesin əsas istiqamətlərini müəyyən edir:
1. Ağıllı nəqliyyat sistemləri (ANS): qlobal mobillik trendlərində ağıllı nəqliyyat sistemləri böyük əhəmiyyət kəsb edir. ANS müasir texnologiyalardan və informasiya sistemlərindən istifadə etməklə data əsaslı qərarvermə mexanizmi formalaşdırır, fərqli nəqliyyat növlərinin bir-biri ilə koordinasiyasını və əlaqələndirilmiş şəkildə işləməsini təmin edərək, şəhər nəqliyyatının daha səmərəli, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı olmasını hədəfləyir. Bir çox ölkələrdə ANS sistemlərinin tətbiqi nəqliyyat axınına dair məlumatların real vaxt rejimində toplanılması və qərarvermədə istifadə edilməsi yol hərəkətinin təşkilini optimallaşdırmışdır. Bu sistem yol qəzalarını və tıxacları azaltmaq məqsədilə yol şəbəkələrindəki siqnal sistemlərinin avtomatik idarə edilməsinə imkan verir. ANS-yə nümunə olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sistemini (NİİS) göstərmək olar. Bu sistem real vaxt rejimində məlumatlardan və qabaqcıl alqoritmlərdən istifadə edərək, yol hərəkəti siqnallarını dinamik şəkildə tənzimləyən yol hərəkətini idarəetmə həlli kimi qlobal mobillik trendləri arasında mühüm yer tutur. Həmin sistem nəqliyyat vasitələrinin sayı, hava şəraiti və digər hadisələr kimi amillərə əsaslanaraq, siqnal vaxtlarını uyğunlaşdırmaqla tıxacların azaldılmasına, təhlükəsizliyin artırılmasına və yolda keçən vaxtın minimuma endirilməsinə kömək edir. NİİS ağıllı şəhər infrastrukturlarına inteqrasiya edilərək şəhər mobilliyini optimallaşdırır və daha səmərəli nəqliyyat sistemlərini dəstəkləyir. Bu yanaşma qlobal miqyasda şəhər nəqliyyatının daha səmərəli və çevik idarə olunmasına imkan yarada bilər.
2. Mobillik xidməti: xidmətin məqsədi istifadəçilərə müxtəlif nəqliyyat növlərini bir platformada birləşdirərək səfər planlamasını asanlaşdırmaq və daha çevik həllər təqdim etməkdir. Bu xidmət ictimai nəqliyyat, taksi, velosiped və kiçik elektrik nəqliyyat vasitələrini inteqrasiya edərək, istifadəçilərə sərfəli və rahat nəqliyyat marşrutları seçmək imkanı yaradır. Gələcəkdə özəl sektorun bu proqramların hazırlanmasına aktiv cəlb edilməsi belə xidmət modelinin inkişafına töhfə verə bilər.
3. Parklanma yerlərinin idarə edilməsi: parklanma yerlərində sıxlığı azaltmaq və parklanma yerini tapmağı asanlaşdırmaq üçün "ağıllı parklanma sistemləri" tətbiq edilir. Bu sistem park yerlərinin mövcudluğunu real vaxt rejimində izləyir və istifadəçilərə uyğun parklanma yerləri barədə məlumat verir. Eyni zamanda, bu sistem parklanma yeri sıxlığına görə qiymətləri tənzimləməklə yanaşı, şəhərdəki tıxacların azalmasına və ətraf mühitin qorunmasına müsbət təsir göstərmişdir.
4. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi: daxili yanma mühərrikli nəqliyyat vasitələrindən kütləvi istifadə atmosferi çirkləndirən əsas mənbələrdən biri olaraq qalmaqdadır ki, bu da qlobal iqlim dəyişikliyini sürətləndirən amillərdən hesab olunur. Nəqliyyat sektoru ənənəvi yanacaq növlərindən istifadəyə görə qlobal enerji istehlakının əhəmiyyətli hissəsini təşkil etdiyindən, ekosistemlər üzərində əlavə yük yaradır. "Climate Watch" platformasının məlumatına görə nəqliyyat sektoru qlobal karbon dioksid (CO2) emissiyalarının 20%-dən çox hissəsi onun payına düşür. Bu baxımdan, bir çox ölkələrdə mobillik sistemləri karbon emissiyalarını azaltmaq və ekoloji dayanıqlığı artırmaq məqsədilə yenidən qurulur. Elektrikli nəqliyyat vasitələrindən istifadənin genişlənməsi və yaşıl nəqliyyat zonalarının yaradılması bu sahədə əsas çağırışlardandır. Hazırkı dövrdə fərdi nəqliyyat vasitələrindən istifadənin artması nəqliyyatda daha çevik və ekoloji cəhətdən təmiz həllər təklif edir.
5. Dayanıqlı nəqliyyat sistemləri: 2015-ci ildə Nyu-Yorkda 17 Dayanıqlı İnkişaf Məqsədini (DİM) özündə ehtiva edən 2030-cu il üçün Dayanıqlı İnkişaf Proqramı qəbul edilərkən nəqliyyat sahəsi üçün xüsusi bir DİM mövcud deyildi və nəqliyyat bir çox məqsədlərə çatmaq üçün bir vasitə və zəruri şərt kimi təqdim olunmuşdu, lakin 2024-cü ildə "BMT tərəfindən Dayanıqlı Nəqliyyat Onilliyi 2026−2035" təşəbbüsü irəli sürüldü ki, bu təşəbbüs də nəqliyyat sektoru üçün konkret məqsədlərin müəyyən olunması zərurətini ehtiva etməklə, nəqliyyat sahəsində daha qəti, cəsarətli və iddialı addımları təşviq etmək məqsədi daşıyır. Ümumdünya Səhiyyə Təşkilatının Yol Təhlükəsizliyi üzrə 2023-cü il Qlobal Status Hesabatına əsasən, yol-nəqliyyat hadisələri nəticəsində hər 100 000 nəfərə düşən ölüm halları 2010-cu ildən 2021-ci ilə qədər 5% azalıb. Bu irəliləyişlərə baxmayaraq, yolnəqliyyat xəsarətləri 5−29 yaş arası insanlar üçün ölümün əsas səbəbi və qlobal miqyasda 12-ci ən böyük ölüm səbəbi olaraq qalır. Bundan əlavə, ictimai nəqliyyatın təşviqi şəxsi avtomobildən istifadə səviyyəsinin azaldılmasında və nəticə etibarilə tıxacların aradan qaldırılmasında mühüm rol oynayır. Ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri üçün nəzərdə tutulmuş zolaqların tətbiqi və sürətli avtobus sistemlərinin inkişafı kimi tədbirlər məhz bu məqsədə xidmət edir. Eyni zamanda, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir. Bu tədbirlər nəticəsində qısa zamanda və çox vəsait xərcləmədən nəqliyyat sistemləri üzərinə düşən yükü azaltmağa kömək edə bilər. Dünyadakı bu trendlər şəhərlərin daha təhlükəsiz və ağıllı idarə edilməsi istiqamətində irəliləyişlərə səbəb olur. Ağıllı işıqforlar, rəqəmsal yol nişanları və "rəqəmsal əkiz" texnologiyası ilə nəqliyyat axınlarının səmərəli idarə olunması və data əsaslı qərarvermə mexanizmləri artıq bir çox inkişaf etmiş şəhərlərdə reallığa çevrilib. Bütün bu uğurlu təcrübələr şəhər mobilliyinin təkmilləşdirilməsi üçün tətbiq edilən innovativ həllərin müsbət nəticələrini göstərir. Belə həllər tıxacların azaldılması, ekoloji təsirlərin minimallaşdırılması və şəhər sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli uğurlara zəmin yaradır. Dayanıqlılığın əsas elementlərindən biri ekoloji məsələlərlə bağlıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyasında (COP29) şəhər nəqliyyatı iqlim dəyişikliyi ilə mübarizənin vacib hissəsi kimi qeyd olunmuşdur. Tərəflər yekdilliklə bəyan etmişlər ki, dayanıqlı nəqliyyat sistemlərinin inkişafı karbon emissiyalarının azaldılmasında və enerji səmərəliliyinin artırılmasında əsas rol oynayır və bu kontekstdə elektrikli nəqliyyat vasitələri və ağıllı şəhər mobilliyi həlləri xüsusi diqqət mərkəzindədir. Azərbaycan üçün bu qlobal mobillik trendlərindən faydalanmaq şəhərlərin dayanıqlı inkişafı, nəqliyyat sistemlərinin təkmilləşdirilməsi və beynəlxalq rəqabətliliyin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
3. Mövcud vəziyyətin təhlili Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac vardır. Bakı şəhərinin və ətraf ərazilərin əsas nəqliyyat infrastrukturu, hərəkət axınları və iqtisadi fəaliyyət mərkəzdə cəmləşdiyindən şəhərdən kənar istiqamətə doğru hərəkətlər məhdudlaşır ki, bu da şəhərin monosentrikliyini ön plana çıxarır. Lakin qlobal miqyasda polisentrik inkişaf trendləri üstünlük təşkil edir və müxtəlif bölgələr arasında əlaqələrin güclənməsi şəhərin daha dayanıqlı inkişafına şərait yaradır. Bakı şəhərinin 2020−2040-cı illəri əhatə edən Baş Planında bu qlobal trendlər nəzərə alınaraq, şəhərin perspektiv inkişaf istiqamətləri məhz polisentrik yanaşma əsasında müəyyən edilmişdir. Son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1.3% olmuşdur. Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artmışdır. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaratmış, bunlara ictimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir. Bununla belə, fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata və fərdi mobil nəqliyyat vasitələrinə keçid infrastrukturun inkişafından asılıdır. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə 100 km-dən çox velosiped zolaqlarının inşası, sərnişinlərin ictimai nəqliyyat və digər nəqliyyat vasitələri ilə səyahət təcrübəsinin tam rəqəmsallaşdırılması planlaşdırılır. Ölkədə nəqliyyat infrastrukturuna investisiyalar qoyulmasına və müxtəlif nəqliyyat növləri üzrə ayrı-ayrı layihələrin icra olunmasına baxmayaraq, nəqliyyat növlərinin koordinasiyalı fəaliyyəti ilə bağlı çatışmazlıqlar müşahidə olunurdu. Koordinasiyalı fəaliyyətin təmin olunması üçün Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Sərəncamı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası və 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə nəqliyyat sektorunda vahid idarəetmə prinsiplərinin tətbiqi, fəaliyyətin təkmilləşdirilməsi və maliyyə dayanıqlılığının artırılması məqsədilə "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" (AZCON) publik hüquq şəxsi yaradılmışdır.
Avtomobilləşmə səviyyəsinin artdığı müasir dövrdə metro və dəmir yolu xətlərinin genişləndirilməsi, avtobus marşrutlarının optimallaşdırılması, taksi xidmətlərinin səmərəli tənzimlənməsi və piyadalar üçün əlverişli infrastrukturun yaradılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrindən istifadənin təşviqi şəhər mobilliyinin inkişafında əsas prioritetlərdən biridir. Bu yanaşmalar nəqliyyatın daha dayanıqlı, təhlükəsiz və səmərəli olmasına xidmət edir və bu səbəbdən, nəqliyyat sektorunda aparılan islahatlar dayanıqlı inkişaf prinsipləri ilə həyata keçirilir. Dövlət Proqramı hazırlanarkən küçə-yol şəbəkəsinin, metro və dəmir yolu xətlərinin, fərdi mobil nəqliyyat vasitələri infrastrukturunun və piyada zonalarının inkişafı ilə bağlı irəli sürülən layihələrin Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılması təmin olunmuşdur və şəhərin perspektiv inkişaf dövrünü əhatə edən nəqliyyat planlaşdırma həlləri nəzərə alınmışdır. Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planında nəqliyyat sisteminin inkişaf konsepsiyasına uyğun olaraq, Böyük Bakı Regionunun nəqliyyat infrastrukturunun inkişafı üzrə vahid konsepsiyanın hazırlanması, şəhərin əsas yollarındakı nəqliyyat yüklənməsinin aradan qaldırılması, şəhərətrafı ərazilərdən nəqliyyat axınlarının idarə edilməsi, şəhərətrafı ərazilərdə yerləşən yaşayış məntəqələri arasındakı yola sərf olunan vaxtın mümkün səviyyədə qısaldılması, nəqliyyat qovşaqlarının yaradılması məsələlərinin həll edilməsi hədəfləri Dövlət Proqramında nəzərə alınmışdır. Baş Planda vahid (ictimai nəqliyyat xidmətləri, fərdi minik avtomobilləri və piyada gəzintisi imkanları) mobillik yanaşmasının tətbiqi prinsipləri rəhbər tutulmuşdur.
1. Yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi Ölkədə son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə müxtəlif layihələr icra edilmişdir. Bakıdakı əsas magistral yollarda təmir və bərpa işləri, habelə yol infrastrukturunun müasirləşdirilməsi yollarda nəqliyyat vasitələrinin artan sayına paralel olaraq aparılmaqdadır. Son 20 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km isə Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır. Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılmışdır. Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir. Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələrinin təmin olunması üçün həyata keçirilən M-1 Bakı—Quba—Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, M-2 Bakı—Ələt—Qazax—Gürcüstanla dövlət sərhədi avtomobil yolu,
M-3 Ələt—Astara—İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Şəki—Oğuz—Qəbələ və Füzuli—Şuşa (Zəfər yolu) kimi avtomobil yolu layihələri yüksək keyfiyyətli və təhlükəsiz hərəkət imkanları təqdim etməklə, həm yerli, həm də beynəlxalq tranzit daşımalarının sürətini artırmağa və yükdaşımaların effektivliyini yüksəltməyə kömək etmişdir. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı sərnişin nəqliyyatını asanlaşdırmaq məqsədilə icra edilmiş Bakı dairəvi avtomobil yolu, Böyükşor—Pirşağı, Zığ—Hava Limanı, Hava Limanı—Mərdəkan—Zuğulba, Böyükşor şosesi, Mərdəkan şosesi, H. Əliyev prospekti, Babək prospekti və 8 Noyabr prospekti layihələri şəhər və ətraf ərazilər arasındakı əlaqələri sürətləndirərək nəqliyyat infrastrukturunun gücləndirilməsinə töhfə vermiş, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə imkan yaratmışdır. Yol infrastrukturunun qorunması və normalara uyğun olaraq nəqliyyat vasitələrinin oxuna düşən yükə nəzarət məqsədilə magistral yollarda elektron tərəzilər quraşdırılmışdır. Hazırda 51 tərəzidən 6-sının quraşdırılması yekunlaşmışdır. Qeyd olunan işlər Azərbaycan Respublikasının yol infrastrukturunun keyfiyyətini artırmaq və nəqliyyatın daha sürətli və etibarlı olmasını təmin etmək məqsədinə xidmət edir. Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyəti ilə bağlı hesabatına əsasən, Azərbaycan yol infrastrukturunun keyfiyyəti üzrə MDB dövlətləri arasında birinci yerdə, dünyada isə 27-ci yerdə qərarlaşaraq beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir.
2. Dəmir yolu ilə sərnişindaşıma Sərnişindaşıma sahəsi dəmir yolları ilə daşımaların əsas xidmətlərindən biridir. Hazırda şəhərətrafı, ölkə daxilində və beynəlxalq marşrutlarda təhlükəsiz, rahat və etibarlı sərnişindaşıma təmin edilir. Bu xidmətin inkişafı həm ölkədaxili nəqliyyatın təkmilləşdirilməsi, həm də Azərbaycanı beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətli bir hissəsi kimi tanıtmaq baxımından vacibdir. Bakı, Sumqayıt şəhərlərində və bütövlükdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yollardan biri də Abşeron dairəvi dəmir yolu xəttidir. 2020-ci ildən tam istifadəyə verilmiş xətt iki hissədən ibarətdir: Bakı sərnişin — Biləcəri—Sumqayıt və Bakı sərnişin — Sabunçu—Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il ərzində sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyədək isə sərnişindaşıma həcmi 5 dəfəyədək artmışdır (orta illik artım tempi 48%). 2024-cü ildə dəmir yolu ilə 8 milyondan çox sərnişin səfəri həyata keçirilmişdir ki, bu da ötən illə müqayisədə 1,4 milyon artım deməkdir. Aparılmış təhlillərin nəticələrinə əsasən, sərnişinlər üçün daha sərfəli və əlçatan xidmətlərin təmin edilməsi, eyni zamanda ötürücülük qabiliyyətinin yüksəldilməsi məqsədilə stansiyaya giriş-çıxış imkanlarının genişləndirilməsi, gündəlik reyslərin artırılması, yeni qatarların dövriyyəyə buraxılması və hərəkət cədvəllərinin optimallaşdırılması vacibdir. Görüləcək tədbirlər sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin edəcəkdir. Bu qatarların dövriyyəyə buraxılması, eləcə də Bakı Dəmiryol Vağzalında və Koroğlu stansiyasında turniketlərin sayının artırılması buraxılış gücünün müvafiq olaraq 33% və 150% artırılmasına və daha çox sərnişinin rahat şəkildə nəqliyyat xidmətlərindən faydalanmasına imkan yaradır. Gündəlik ötürücülük qabiliyyətinin və reys saylarının artırılması ilə yanaşı, 10 ədəd əlavə sərnişin qatarı Bakıya gətirilmiş və beləliklə, ümumi qatar sayı 20-yə çatdırılmışdır. Gətirilən qatarların 4-ü Abşeron dairəvi dəmir yolu xəttinə daxil edilmək üçün nəzərdə tutulmuşdur. Bundan başqa, dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə sürətli rəqəmsallaşma tədbirləri həyata keçirilmiş, qatarların daxilində, stansiyalarda və dayanacaqlarda genişmiqyaslı modernləşdirmə və təkmilləşdirmə işləri görülmüşdür. Bu tədbirlər nəticəsində müştəri məmnuniyyəti artmış, eyni zamanda bayram günləri və həftəsonları əlavə reyslərin təşkili də sərnişinlərin rahatlığını təmin etmişdir. Ölkə daxilində Bakı—Ağstafa—Bakı, Bakı—Balakən—Bakı və Bakı—Qəbələ—Bakı istiqamətlərində sərnişin qatarları ilə daşımalar həyata keçirilməkdədir. "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı—Ağstafa—Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb. Sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verilmişdir. Görülən işlər nəticəsində son illərdə ölkədaxili sərnişindaşıma həcmi əhəmiyyətli dərəcədə artmışdır (son 4 il ərzində illik orta artım 23% təşkil etmişdir). Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılmışdır.
3. Metro nəqliyyatı ilə sərnişindaşıma Bakı şəhərində metro nəqliyyatı mobillik kontekstində şəhərin müxtəlif nöqtələrini birləşdirən və insanları sürətli, etibarlı, davamlı şəkildə daşıyan əsas nəqliyyat növü hesab olunur. Metro xətləri şəhər ərazisində sıx məskunlaşmış işgüzar mərkəzlər, ictimai məkanlar və digər cəlbetmə məntəqələri arasında əlaqəni təmin edərək, gündəlik hərəkətliliyi asanlaşdırır. Bu xətlər həm tıxacların qarşısını almağa, həm də vaxt itkisinin azalmasına və ekoloji təmiz nəqliyyatın təşviqinə şərait yaradır. Son 20 ildə Bakı şəhərinin metro infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bu dövrdə 1 depo, 7 yeni stansiya və 2 ikinci giriş-çıxış inşa edilmiş, əlavə olaraq 5 stansiya tamamilə yenidən qurulmuşdur. Metro şəbəkəsinin xətləri 29,9 km-dən 40,7 km-ə qədər uzadılmış, sərnişin axınının təhlükəsizliyini təmin etmək üçün 8 yeni yarımstansiya tikilmiş və 5 yarımstansiya yenidən qurulmuşdur. Vaqon parkına 266 ədəd yeni nəsil vaqon əlavə edilmiş, köhnəlmiş 177 vaqon isə istismardan çıxarılmışdır ki, bunun da nəticəsində 2024-cü ilin sonuna qədər vaqon sayı 351-ə çatmışdır. Görülən işlər metroda çalışan işçi heyətinin də artmasına səbəb olmuşdur, belə ki, işçi sayı 408 nəfər artaraq 4492 nəfər olmuşdur. Həyata keçirilən bu genişmiqyaslı layihələr Bakı metrosunun səmərəliliyini artırmış və şəhər mobilliyində onun rolunu daha da gücləndirmişdir. Görülmüş işlərin nəticəsi olaraq, sərnişin sayı 168% artaraq 137 milyondan 230 milyona çatdırılmışdır. Artan əhali, şəhərdaxili mobilliyə olan tələbin yüksəlməsi və urbanizasiya proseslərinin sürətlənməsi Bakı metrosunun inkişafı üçün görüləcək işlərin əhatəsini genişləndirməkdədir. Yeni stansiyaların tikintisi, xətlərin daha uzaq ərazilərə qədər genişləndirilməsi və müasir texnologiyaların tətbiqi qarşıda duran əsas vəzifələrdir. Bu tədbirlər metro sisteminin sərnişin tələbatını daha effektiv qarşılamaq və şəhər mobilliyini davamlı şəkildə dəstəkləmək üçün vacibdir. Bakı metrosunun inkişafı çərçivəsində mühüm layihələr həyata keçirilir və gələcək üçün genişmiqyaslı planlar hazırlanmışdır. Xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanmış, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə verilmişdir. Artan sərnişin tələbi nəzərə alınaraq, cari ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur. Gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi əsas prioritetlərdəndir. Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir.
4. Ümumi istifadədə olan nəqliyyat vasitələri ilə (avtobusla) sərnişindaşıma Bakı şəhərində və ətraf ərazilərdə avtobus nəqliyyatı ictimai nəqliyyatda şəhər və kəndlər arasında sərnişindaşıma xidmətlərinin mühüm hissəsini təşkil edir və əhalinin gündəlik səyahət ehtiyaclarını qarşılayır. Bakı şəhərində və ətraf ərazilərdə avtobus şəbəkəsinin genişləndirilməsi tıxacların azaldılmasına kömək edir və əhalinin nəqliyyata çıxışını yaxşılaşdırır. Sərnişinlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, eyni zamanda ekoloji cəhətdən ətraf mühitə az zərər verən nəqliyyat növlərinin alınması bu sahənin inkişafında əsas prioritetlərdəndir. Belə ki, yeni və müasir nəqliyyat vasitələrinin, o cümlədən elektrikli avtobusların istifadəyə verilməsi ekoloji baxımdan daha təmiz və səmərəli nəqliyyat infrastrukturunun yaradılmasına imkan verir. Avtobusların optimallaşdırılmış iş rejimi sərnişinlərin rahatlığına və nəqliyyatın etibarlılığına xidmət edir. Nəqliyyat sisteminin təkmilləşdirilməsi Bakı və ətraf ərazilərdəki iqtisadi və sosial inkişafı dəstəkləyir, həyat keyfiyyətini artırır. Bakı şəhərində avtobus nəqliyyatı sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən 2014-cü ildə "Baku Bus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması sərnişin daşımalarında texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasına xidmət edən əsas addımlardan biri olmuşdur. Cəmiyyətin avtobus parkı 1000-dən çox nəqliyyat vasitəsindən ibarətdir və əsasən "BMC", "Neoplan" və "BYD" markalı avtobuslarla təchiz edilmişdir. Bununla yanaşı, sərnişinlərin tələbat və sıxlıq səviyyəsindən asılı olaraq 110 km-dən artıq prioritet avtobus zolaqları yaradılmışdır. Bu zolaqlar avtobusların tıxaclardan yayınmasına və daha sürətli hərəkət etməsinə imkan verərək, sərnişinlərin gediş vaxtını əhəmiyyətli dərəcədə azaltmışdır. Nəticə etibarilə, Atatürk və Tbilisi prospektlərində təşkil edilən avtobus zolaqlarında səfər müddətinin 10−12 dəqiqə, Bakı−Sumqayıt istiqamətində isə 25 dəqiqə azalmasını misal göstərmək olar. Optimallaşdırılmış avtobus şəbəkəsi əhalinin ictimai nəqliyyata əlçatanlığını yaxşılaşdırmış və marşrutların gediş vaxtının qısaldılmasına, tezliklərin artırılmasına səbəb olmuşdur. Bu optimallaşdırma şəhər daxilində avtobusla səyahəti sərnişinlər üçün daha cəlbedici etmişdir. Eyni zamanda, avtobus parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılmışdır. Hazırda Bakı şəhəri üzrə reysə 2160 ədəd avtobus çıxır və 2030-cu ilə qədər avtobus parkının 2800-ə çatdırılması gözlənilir.
Ətraf mühitə tullanılan zərərli qazların azaldılması məqsədilə dizel mühərrikli avtobuslardan sıxılmış təbii qaz və elektrik mühərrikli avtobuslara keçid prosesi davam etdirilir. Ötən il ərzində ölkəyə 160 müasir elektrik mühərrikli avtobus idxal edilmiş, bu isə 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqlarla əvəzlənməsi hədəfinin icrası istiqamətində mühüm addım olmuşdur. Həyata keçirilən tədbirlər nəqliyyat sisteminin səmərəliliyini artırmaqla yanaşı, şəhərin ekoloji vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və sərnişinlər üçün daha təhlükəsiz, rahat və müasir nəqliyyat xidmətləri təmin etmişdir. İctimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobus parkının modernləşdirilməsi əsas prioritetlərdən biri olaraq qalır. İdxal olunmuş elektrikli avtobuslarla yanaşı, cari ildən etibarən sözügedən avtobusların ehtiyat hissələrinin yerli bazarda istehsalının təşkili və 2026-cı ildən etibarən illik 200—250 elektrik mühərrikli avtobusların ölkədə istehsalı planlaşdırılır.
5. Taksi minik avtomobili ilə sərnişindaşıma Bakı şəhərində taksi fəaliyyəti son illər ərzində mühüm inkişaf yolu keçmişdir. Ənənəvi taksilərlə yanaşı, mobil tətbiqlər vasitəsilə fəaliyyət göstərən taksi sifarişi operatorları şəhər nəqliyyatını daha rahat və effektiv etmişdir. Bu tətbiqlər sərnişinlərə taksi tapmağını asanlaşdırmaqla nəqliyyat marşrutlarını optimallaşdırmış və xidmətin keyfiyyətini yüksəltmişdir. Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar, normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsinə, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsinə, qeyri-formal məşğulluğun qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hədəflənmiş, həmçinin nəqliyyat vasitələrinin texniki baxışı, buraxılış vəsiqəsi və kartı, eyni zamanda sürücülərə dair təlimlərin təşkili xidmətinin keyfiyyətinin artmasına gətirib çıxarmışdır. Bu tədbirlər qısaməsafəli səfərlərin sayının 30%, illik taksi səfərlərinin 40−50 milyon azalmasına və taksi parkının orta yaşının 14.6-dan 8 ilədək enməsinə səbəb olmuşdur. Görülən işlər həm taksi xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, həm də ekoloji və texniki təhlükəsizlik standartlarının artırılmasına yönəlmişdir. Taksi xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə son illərdə sürücülərin peşəkar biliklərinin və davranış standartlarının təkmilləşdirilməsinə yönəlmiş təlimlər keçirilmişdir. Bu təlimlər təhlükəsiz sürücülük, müştəri xidmətləri və etik davranış sahəsində irəliləyişlərə səbəb olmuşdur. Nəticədə, xidmətin etibarlılığı və sərnişin məmnuniyyəti artmış, nəqliyyat sisteminin dayanıqlılığına müsbət təsir göstərmişdir. Təlimlərin davamlı təşkili bu sahədə inkişafın təminatıdır. Dövlət büdcəsi hesabına alınmış sərnişin avtonəqliyyat vasitələrindən səmərəli istifadəni təmin etmək və Bakı şəhərində taksi xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 89 nömrəli Qərarına əsasən "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. Cəmiyyətin taksi parkında 700 nəqliyyat vasitəsi mövcuddur ki, bunların 35%- dən çoxu ekoloji cəhətdən təmiz elektrik mühərrikli avtomobillərdən ibarətdir. Taksi parkının yenilənməsi istiqamətində hökumət tərəfindən tədbirlər davam etdirilir. Ötən il ərzində ölkəyə 153 yeni elektrikli taksi minik avtomobili gətirilmiş və şəhər sakinlərinin istifadəsinə verilmişdir. Bu, ekoloji davamlılıq və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətli bir addım olmuşdur.
6. Mikromobillik Bakı şəhərində mikromobillik şəhər nəqliyyat sisteminin səmərəliliyini artırmaq və ətraf mühitə təsiri azaltmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Velosiped və elektrik skuterləri kimi fərdi mobil nəqliyyat vasitələri qısaməsafəli səfərlər üçün əlverişli alternativ təqdim edərək, avtomobil nəqliyyatına olan asılılığı azaldır və tıxacların qarşısını almağa töhfə verir. Bu yanaşma şəhər mobilliyinin dayanıqlı və ekoloji baxımdan təhlükəsiz inkişafını dəstəkləyən əsas elementlərdən biridir. Şəhər ərazisində fərdi mobil nəqliyyat vasitələrindən istifadəni asanlaşdırmaq məqsədilə Bakı şəhərində 32 km-dən artıq xüsusi fərdi mobil nəqliyyat vasitələri üçün zolaqlar yaradılmış, 48 nöqtədə fərdi mobil nəqliyyat vasitələri üçün dayanacaqlar istifadəyə verilmişdir. Bu tədbirlər alternativ nəqliyyat vasitələrinin təşviqinə, şəhər daxilində rahat və ekoloji təmiz mobilliyin təmin olunmasına yönəlibdir. Eyni zamanda, şəhərin bir sıra əraziləri tamamilə piyada zonalarına çevrilmiş, piyada və velosiped yollarının inkişafı üçün əlavə layihələr həyata keçirilmişdir. Bu yanaşma yalnız mobilliyi artırmaqla məhdudlaşmayıb, həm də ekoloji təhlükəsizliyin təmin olunmasına mühüm töhfə vermişdir.
7. Piyada infrastrukturunun yaradılması Bakı şəhərində mobillik strategiyası çərçivəsində piyada infrastrukturunun yaradılması prosesi şəhər nəqliyyatı sisteminin optimallaşdırılması və şəhər mühitinin sakinlər üçün daha rahat və təhlükəsiz hala gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son 20 il ərzində Bakı şəhərində piyadalaşma təşəbbüslərinə dəstək olaraq 126 ədəd yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Bu keçidlər piyadaların təhlükəsizliyinin təmin edilməsi, avtomobil hərəkətinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və şəhər nəqliyyatı sisteminin daha dayanıqlı idarə olunması məqsədini daşıyır. Gələcəkdə də piyadaların şəhər mobilliyində əsas yer tutması üçün əlavə layihələrin icrası nəzərdə tutulmuşdur. Bu baxımdan, Bakı şəhərində yaşıl piyada dəhlizinin yaradılmasına başlanılmış və şəhər mərkəzlərində avtomobil dayanacaqları ləğv edilərək piyadalaşma prosesi intensivləşmişdir. Hazırda "Koroğlu", "Gənclik" və "28 May" metro stansiyaları ətrafında sakinlərin ictimai nəqliyyatın müxtəlif növləri arasında rahat keçidini təmin edən nəqliyyat mübadilə məntəqələri (hub) təşkil olunaraq, nəqliyyat növləri arasında əlaqəlilik təmin edilmişdir. Həmçinin Xaqani bağı ətrafında xaotik dayanacaq piyada zonasına çevrilmiş, İçərişəhərə avtomobillə girişin qadağan edilməsi (sakinlər istisna olmaqla) işlərinə başlanılmışdır.
4. Hədəf göstəriciləri
4.1. Dövlət Proqramının icrası nəticəsində aşağıda qeyd edilən hədəflərə nail olunması nəzərdə tutulur:
4.1.1. mobillik sisteminin inkişafı:
4.1.1.1. aktiv mobilliyin təşviqi, piyada infrastrukturunun inkişaf etdirilməsi:
piyada infrastrukturunun inkişaf etdirilməsi və aktiv mobilliyin artırılması məqsədilə əlverişli infrastrukturun yaradılması;
4.1.2. rəqəmsallaşmanın və müasir standartların tətbiqi:
4.1.2.1. innovativ elementlər və ağıllı texnologiyaların aktiv tətbiqinin təşviq edilməsi: qabaqcıl qlobal texnologiyalar, rəqəmsal bilet sistemi və real vaxt rejimində izləmə kimi ağıllı nəqliyyat həllərini özündə ehtiva edən səmərəli və dayanıqlı ictimai nəqliyyat sisteminin qurulmasında dövlət və özəl sektorun fəal iştirakının təşviq olunması;
4.1.2.2. iri şəhərlərin qabaqcıl təcrübələrinə uyğun ictimai nəqliyyat sisteminin yaradılması: zəruri infrastruktur layihələrinin icrasını təmin etməklə və idarəetməni təkmilləşdirməklə yüksək səmərəliliyə malik bağlantının qurulması. İctimai nəqliyyatın bütün növləri üzrə zəruri şəbəkə sıxlığı və adekvat həcmdə hərəkət tərkibinin sistemə inteqrasiyasının həyata keçirilməsi;
4.1.3. təhlükəsizliyin təmin edilməsi:
4.1.3.1. təhlükəsizlik tədbirlərinin gücləndirilməsi: hərəkət iştirakçıları üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, yollarda hərəkət zamanı qəza hallarının minimuma endirilməsi, xüsusilə də ölümlə nəticələnən qəzaların sayının hər 100 min nəfərə 4-ə və ya daha aşağı salınması;
4.1.3.2. ətraf mühitin qorunması və dayanıqlılıq kriteriyasının aktiv təbliği:
ekoloji təmiz nəqliyyat növləri ilə daşımalar zamanı sistemlərin və çözümlərin aktiv dəstəklənməsi yolu ilə hər bir şəxs üçün illik CO2 emissiyası miqdarının 600 kq-dan aşağı səviyyədə saxlanması;
4.1.4. əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması:
4.1.4.1. yollarda sıxlığın azaldılması: ictimai nəqliyyat xidmətlərinin növ və funksionallığının yüksəldilməsi ilə bu xidmətlərə tələbatın artırılmasına nail olmaq, beləliklə şəhər yollarında tıxacların və hərəkət sıxlığının minimuma endirilməsi şəhərin müxtəlif məntəqələrinə 20 dəqiqə ərzində asan və rahat şəkildə çatma imkanının təmin olunması;
4.1.4.2. əlçatan və inklüziv nəqliyyat xidmətlərinin təqdim olunması: ictimai nəqliyyatın və infrastrukturun müxtəlif sosial qruplara, xüsusilə əlilliyi olan və yaşlı insanlara uyğunlaşdırılması, həmçinin əhalinin 500 m radiusda ictimai nəqliyyata çıxış imkanını təmin etməklə, onların nəqliyyat xidmətlərindən faydalanmasının təmin olunması. 4.2. Yuxarıda qeyd olunan amillər əsasında müsbət sosial-iqtisadi təsir yaradan və əsas hədəf göstəricilərinə nail olan Bakı şəhəri dünyanın ən qabaqcıl 30 şəhəri sıralamasına daxil ola bilər. Bu qiymətləndirmənin təqribən 9%-ni mobillik göstəriciləri müəyyən etməkdədir.
5. Dövlət Proqramının məqsədləri
5.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır:
5.1.1. ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus və velosiped zolaqlarının çəkilməsi);
5.1.2. alternativ nəqliyyat həllərinin (velosiped və kiçik elektrik nəqliyyat vasitələri) təşviqi;
5.1.3. piyada hərəkətinin təşviqi;
5.1.4. ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması;
5.1.5. yol hərəkəti təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi.
6. Dövlət Proqramının prioritet istiqamətləri
6.1. Dövlət Proqramı çərçivəsində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sisteminin və infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər aşağıdakı prioritet istiqamətlər üzrə həyata keçiriləcəkdir:
6.1.1. ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi):
6.1.1.1. Əsaslandırma: ictimai nəqliyyatın optimallaşdırılması və genişləndirilməsi mobillik ehtiyaclarının qarşılanması və sıxlıq problemlərinin həlli üçün vacibdir. Metro, dəmir yolu və avtobus sistemlərinin genişləndirilməsi şəhər daxilində və ətraf ərazilərdə sərnişindaşıma imkanlarını artıracaq və dayanıqlı mobillik üçün zəmin yaradacaqdır. Küçə-yol şəbəkəsində nəqliyyat sıxlığının və tıxac hallarının azaldılması və avtobusla müntəzəm sərnişindaşıma xidmətlərinin keyfiyyətinin və əlaqə sürətinin artırılmasına xidmət edəcəkdir;
6.1.1.2. Görüləcək tədbirlər:
6.1.1.2.1. avtobus marşrut şəbəkələrinin optimallaşdırılması (yeni avtobus xətləri);
6.1.1.2.2. sərnişinlərin müxtəlif nəqliyyat növləri arasında keçidlərinin asanlaşdırılması;
6.1.1.2.3. sərnişin axınının idarə olunması üçün yeni qatarların alınması;
6.1.1.2.4. yeni dairəvi və radial avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası və avtomobil yollarında əlaqəliliyin təmin edilməsi;
6.1.1.2.5. avtobusların gecikmələrinin qarşısını almaq və onların hərəkət sürətini artırmaq üçün şəhərin əsas küçələrində xüsusi hərəkət zolaqlarının yaradılması;
6.1.1.2.6. metro və dəmir yolu xətlərinin genişləndirilməsi;
6.1.1.2.7. sərnişin axınının payı yüksək olan istiqamətlərdə tramvay və sürətli avtobus nəqliyyatının (bundan sonra − kütləvi sərnişindaşıma həlləri) tətbiqi;
6.1.1.2.8. müasir nəqliyyat mübadilə mərkəzlərinin yaradılması;
6.1.1.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.1.3.1. ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq layihə həllərinin hazırlanması və tətbiq olunması;
6.1.1.3.2. sərnişinlərin 40%-nin ictimai nəqliyyat vasitəsilə daşınmasının təmin edilməsi;
6.1.1.3.3. xüsusi avtobus zolaqları şəbəkəsinin uzunluğunun 160 km-ə çatdırılması;
6.1.1.3.4. avtobus, metro və dəmir yolu nəqliyyat növləri üzrə əhatə dairəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi;
6.1.1.3.5. 10 yeni metro stansiyasının tikintisi, Yaşıl və Qırmızı xətlərin ayrılması, depo infrastrukturunun təkmilləşdirilməsi, yeni hərəkət tərkiblərinin alınması;
6.1.1.3.6. küçə-yol şəbəkəsinin uzunluğunun və nəqliyyat əlaqəsi sürətinin artırılması;
6.1.1.3.7. alternativ nəqliyyat növlərinin tətbiqi nəticəsində kütləvi sərnişindaşıma tələbatının təmin edilməsi və şəhərətrafı ərazilərlə şəhər mərkəzinin əlaqələndirilməsi;
6.1.1.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.1.4.1. maliyyə çatışmazlığı və ya layihələrin gecikməsi səbəbindən çətinlik yaradır. Riskin təsiri dövlət−özəl tərəfdaşlıq modellərinin tətbiqi və beynəlxalq maliyyə institutlarının cəlb olunması ilə azaldılacaqdır;
6.1.1.4.2. infrastruktur layihələrinin həyata keçirilməsi zamanı müvafiq torpaq sahəsinin ayrılmasında çətinliklər yarana bilər. Dövlət ehtiyacları üçün torpaqların alınması mexanizminin tətbiqi nəzərdə tutulur;
6.1.1.4.3. tikinti işlərinin icrası zamanı küçə-yol şəbəkəsində nəqliyyat sıxlığının artması müşahidə olunur. Yaranan çətinliklərin tikinti işlərinin mərhələli şəkildə həyata keçirilməsi və müntəzəm şərnişindaşıma alternativ marşrutların tətbiqi yolu ilə aradan qaldırılması nəzərdə tutulur;
6.1.2. alternativ nəqliyyat həllərinin (velosiped və kiçik elektrik nəqliyyat vasitələri) təşviqi:
6.1.2.1. Əsaslandırma: fərdi mobil nəqliyyat vasitələri qısaməsafəli hərəkəti asanlaşdıracaq və avtomobil nəqliyyatına olan asılılığı azaldacaq. Bu yanaşma həmçinin şəhər mobilliyinin ekoloji dayanıqlığını təmin edəcək;
6.1.2.2. Görüləcək tədbirlər:
6.1.2.2.1. fərdi mobil nəqliyyat vasitələri üçün zolaqlar şəbəkəsinin genişləndirilməsi;
6.1.2.2.2. fərdi mobil nəqliyyat vasitələri üçün dayanacaq infrastrukturunun inkişaf etdirilməsi;
6.1.2.2.3. digər nəqliyyat növləri ilə fəaliyyətinin əlaqələndirilməsi;
6.1.2.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.2.3.1. alternativ nəqliyyat vasitələrindən istifadənin artması;
6.1.2.3.2. fərdi mobil nəqliyyat vasitələri şəbəkəsinin uzunluğunun 100 km-ə çatdırılması;
6.1.2.3.3. dayanacaq məntəqələrinin yerinin müəyyən edilməsi və sayının artırılması;
6.1.2.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.2.4.1. fərdi mobil nəqliyyat vasitələri istifadəçilərinin və digər şəxslərin yol hərəkəti təhlükəsizliyinin təmin olunması baxımından çətinliklər yarana bilər. Yol hərəkəti texniki nizamlama vasitələrinin tətbiqi və fərdi mobil nəqliyyat vasitələrindən istifadə qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi;
6.1.3. piyada hərəkətinin təşviqi:
6.1.3.1. Əsaslandırma: şəhər mobilliyində piyadaların rahatlığını və təhlükəsizliyini təmin etmək üçün piyada zonalarının artırılması və keçidlərin modernləşdirilməsi vacibdir;
6.1.3.2. Görüləcək tədbirlər:
6.1.3.2.1. piyada infrastrukturunu tənzimləyən texniki normativ hüquqi aktların təkmilləşdirilməsi, layihələrin hazırlanması və qəbul edilməsi;
6.1.3.2.2. piyada infrastrukturu layihələrinin icrası və səkilərin normativ tələblərə uyğunlaşdırılması;
6.1.3.2.3. piyada zonalarının (dəhlizlərinin) yaradılması;
6.1.3.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.3.1. piyadaların fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi;
6.1.3.3.2. piyada zonalarının böyüdülməsi nəticəsində gəzintilərin artırılması və qısa məsafələrdə şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılması;
6.1.3.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.3.4.1. yeni səki və piyada keçidlərinin yenidən qurulması üçün əlavə ərazi resurslarının ayrılmasında çətinlik yarana bilər. Ərazi planlaşdırma sənədlərinin (müfəssəl plan) icrası çərçivəsində həllinin təmin olunması planlaşdırılır:
6.1.4. ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması:
6.1.4.1. Əsaslandırma: iqlimə və ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə elektrik mühərriki ilə işləyən avtobusların tətbiqi üçün elektrik enerjisi doldurma infrastrukturu yaradılmalıdır;
6.1.4.2. Görüləcək tədbirlər:
6.1.4.2.1. müntəzəm sərnişindaşımalarında istismara buraxılacaq elektrikli avtobuslara xidmət göstərəcək qaraj (depo) və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi;
6.1.4.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.4.3.1. avtobus fəaliyyətindən formalaşan karbon qazı emissiyasının azaldılması;
6.1.4.3.2. tələbata uyğun qarajların (depo) yaradılması və enerji doldurma cihazlarının quraşdırılması;
6.1.4.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.4.4.1. qarajlar üçün torpaq sahəsinin ayrılmasında çətinliklər yarana bilər.
Bununla yanaşı, istər qarajlarda, istərsə də aralıq məntəqələrdə dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün əlavə tədbirlər görülməsinə ehtiyac ola bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur:
6.1.5. yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi:
6.1.5.1. Əsaslandırma: yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması vacibdir;
6.1.5.2. Görüləcək tədbirlər:
6.1.5.2.1. yol nişanları və nişanlanma xətlərinin, habelə yol hərəkətinin digər texniki nizamlama vasitələrinin tətbiqinin təkmilləşdirilməsi;
6.1.5.2.2. eynisəviyyəli piyada keçidlərinin stasionar işıqlandırılması;
6.1.5.2.3. təhlükəsiz nəqliyyat infrastrukturunun yaradılması;
6.1.5.2.4. parklanma sisteminin təkmilləşdirilməsi;
6.1.5.2.5. uşaqlar, əlilliyi olan şəxslər və qocalar üçün təhlükəsiz hərəkətin və nəqliyyat xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədilə aidiyyəti işlər görülməsi;
6.1.5.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.5.3.1. yol-nəqliyyat hadisələrində ölüm sayının 50% azaldılması;
6.1.5.3.2. yol-nəqliyyat hadisələrinin sayının, xüsusilə piyadaların vurulması hadisələrinin azaldılması;
6.1.5.3.3. bütün iştirakçılar üçün fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi;
6.1.5.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.5.4.1. icraedici orqanlar arasında koordinasiya problemləri yarana bilər.
Nəqliyyatı Əlaqələndirmə Şurasının fəaliyyəti çərçivəsində həlli gözlənilir.
7. Maliyyələşdirmə mexanizmləri Dövlət Proqramında qeyd edilən tədbirlərin icrasının təmini üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin sistemliliyini, davamlılığını və dayanıqlılığını təmin etmək üçün davamlı maliyyələşmənin olması zəruridir.
8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı Sıra №-si Tədbirin adı Əsas icraçı orqan (qurum) fəaliyyət istiqamətl ərinə uyğun olaraq Digər icraçılar İcra müddəti Nəticə indikatorları ilkin nəticələr aralıq nəticələr yekun nəticələr
8.1. Şəhər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi 8.1.1. Avtomobil yolları üzrə 8.1.1.1. Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtomobil yolunun tikintisi və istismara verilməsi AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2026 Layihələndirmə sənədlərinin hazırlanması və razılaşdırılması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi 8.1.1.2. Binəqədi−Novxanı avtomobil yolunun tikintisi və istismara verilməsi AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi 8.1.1.3. Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi
8.1.1.4. Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun layihələndirilməsi, tikintisi və istismara verilməsi AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi 8.1.1.5. Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun tikintisi və istismara verilməsi AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi 8.1.1.6. Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi 8.1.1.7. Akademik Həsən Əliyev küçəsi — "Koroğlu" metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi və istismara verilməsi AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2026 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi 8.1.1.8. Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikintisi və istismara verilməsi AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi 8.1.1.9. Yusif Səfərov küçəsi və Babək prospekti ilə Əhmədbəy Ağaoğlu küçəsi və Xətai prospektini birləşdirəcək yol ötürücülərinin tikintisi, "Excelsior" AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, AAYDA, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi mehmanxanasının qarşısındakı yol qovşağının təkmilləşdirilməsi və istismara verilməsi 8.1.1.10. Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun tikintisi və istismara verilməsi AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025-2030 Layihələndirmə sənədlərinin hazırlanması Avtomobil yolunun tikintisi Avtomobil yolunun istismara verilməsi 8.1.1.11. Tbilisi prospekti−Akademik Həsən Əliyev−Şəfayət Mehdiyev küçələrinin kəsişməsində yol qovşağının texniki əsaslandırmasının hazırlanması və tikintisi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Texniki-iqtisadi əsaslandırmanın hazırlanması Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin aparılması 8.1.1.12. 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2026 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Qovşağın istifadəyə verilməsi 8.1.1.13. M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlif səviyyəli yol ötürücüsünün tikintisi və istismara verilməsi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Yol qovşağının tikintisi Yol qovşağının istismara verilməsi
8.1.1.14. Xırdalan şəhərinin M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2026 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin aparılması Yol şəbəkəsinin istismara verilməsi 8.1.1.15. M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı—Quba—Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri ("VAZ dairəsi") ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti işlərinin aparılması Yolötürücüsünü n istismara verilməsi 8.1.1.16. M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun altında iki tunelin və M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yoluna Şamaxı istiqamətində çıxışı təmin edən dairəvi yolayrıcının tikintisi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Qovşağın istifadəyə verilməsi
8.1.1.17. M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Imədən küçəsinin kəsişməsində ("Xırdalan dairəsi") yol ayrıcının təkmilləşdirilməsi RİNN DİN, İN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA, NƏŞ 2025−2026 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Yolayrıcının istifadəyə verilməsi 8.1.1.18. Ə. Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçidin təkmilləşdirilməsi RİNN İN, DİN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA, NƏŞ 2025−2026 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Təkmilləşdirilmiş qovşağın istifadəyə verilməsi 8.1.1.19. Mir Cəlal küçəsindən Biləcəri qəsəbəsi istiqamətində avtomobil yolunun tikintisi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Avtomobil yolunun istifadəyə verilməsi 8.1.1.20. Xırdalan şəhəri (Nizami Gəncəvi küçəsi) M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Avtomobil yolunun istifadəyə verilməsi 8.1.1.21. Yol hərəkətinin təşkilində çatışmazlıqlar olan digər yolayrıclarında yenidənqurma işlərinin həyata keçirilməsi, mövcud yol hərəkətinin texniki nizamlama vasitələrinə dəyişiklik edilməsi, həmçinin yeni texniki nizamlama vasitələrinin quraşdırılması RİNN DİN, İN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA, NƏŞ 2025−2030 Yolayrıclarında təhlillərin aparılması və çatışmazlıqlar olan yolayrıclarının müəyyən edilməsi Çatışmazlıqlar olan yolayrıclarında təkmilləşdirmə işlərinin aparılması Təkmilləşdirilmiş yolayrıclarının istifadəyə verilməsi
8.1.1.22. M-1 Bakı−Quba−Rusiya Federasiyası ilə dövlət sərhədi və M-2 Bakı−Ələt−QazaxGürcüstanla dövlət sərhədi avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi üzrə müayinənin (auditin) keçirilməsi NƏŞ DİN, RİNN, İN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA 2025−2026 İşlərin görülməsi üçün yol hərəkətinin təhlükəsizliyi üzrə müayinənin (auditin) aparılması sahəsində ixtisaslaşmış subyektin cəlb olunması Yol hərəkətinin təhlükəsizliyi üzrə müayinənin (auditin) nəticələrinə uyğun olaraq hesabatın və təkliflərin hazırlanması Hazırlanmış hesabata və təkliflərə uyğun olaraq müayinə (audit) işlərinin yekunlaşması 8.1.1.23. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması çərçivəsində S. S. Axundov və Ə. Naxçıvani küçələrinin Böyükşor küçəsi ilə əlaqələndirilməsi məqsədilə dəmiryol xətti üzərindən müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi AAYDA RİNN, DİN, İN, MN, ETSN, DŞAK, BŞİH, ADY, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirməni yaxşılaşdırmaq məqsədilə 2 yol ötürücüsünün istifadəyə verilməsi 8.1.1.24. Ziya Bünyadov prospektinin dəmiryol xətləri ilə kəsişməsində avtobuslar üçün 2 yol ötürücüsünün tikintisi AAYDA RİNN, DİN, İN, MN, ETSN, DŞAK, BŞİH, ADY, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi 2 yol ötürücüsünün istifadəyə verilməsi 8.1.1.25. H. Z. Tağıyev−Salyan avtomagistralının tikintisi AAYDA RİNN, DİN, MN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Avtomobil yolunun istifadəyə verilməsi 8.1.1.26. Böyükşor—Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, AAYDA, ADY, BM 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Yol ötürücüsünün istifadəyə verilməsi
8.1.1.27. 8 Noyabr prospektinin və Ramiz Quliyev küçəsinin kəsişməsində müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi və Qədir Məmmədov küçəsinin yenidən qurulması AAYDA RİNN, DİN, İN, MN, ETSN, DŞAK, BŞİH, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi Yol ötürücüsünün və Qədir Məmmədov küçəsinin istifadəyə verilməsi 8.1.1.28. Avtomobil yollarının işıqlandırma ilə təmin edilməsi BŞİH RİNN, DİN, İN, MN, DŞAK, AAYDA, Azərişıq, NƏŞ 2025−2027 Avtomobil yollarının süni işıqlandırılmasında çatışmazlıqların müəyyən edilməsi Avtomobil yollarının süni işıqlandırılmasınd a çatışmazlıqların aradan qaldırılması Təkmilləşdirilmiş süni işıqlandırmanın istifadəyə verilməsi 8.1.2. Metro nəqliyyatı üzrə 8.1.2.1. İstismar müddətini başa vurmuş vaqonların yenilənməsi və metro şəbəkəsinin genişləndirilməsi ilə bağlı yeni vaqonların alınması RİNN MN, AİBNDA, BM, AZCON, NƏŞ 2025−2030 İstismar müddətini bitirən hərəkət tərkiblərinin müəyyənləşdirilməsi və yeni stansiyalar istismara verildikcə tələb olunan qatar tərkibinin sayının müəyyən edilməsi Qatar tərkibinin alınması üçün müqavilələrin bağlanması və alınması İstismar müddətini başa vurmuş (hərəkət tərkiblərinin) vaqonların yenilənməsi və 299 ədəd yeni vaqonun alınması 8.1.2.2. Konseptual sxem üzrə metro stansiyalarının tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələrinin konservasiyasının təsdiq edilməsi NK RİNN, İN, ETSN, DŞAK, BŞİH, AZCON, BM, NƏŞ 2025−2030 Təsdiq olunmuş konseptual sxem üzrə tikintisi nəzərdə tutulmuş metro stansiyalarının torpaq sahələrinin alınması ilə bağlı sənədləşmə işlərinin görülməsi Stansiyaların tikintisi üçün ayrılmış torpaq sahələri ilə bağlı sənədlərin əlaqədar təşkilatlarla razılaşdırılması Stansiyaların tikintisi üçün ayrılmış torpaq sahələrində kənar tikintilərin qarşısının alınması
8.1.2.3. Metropolitenin enerji sisteminin etibarlılığının artırılması NK RİNN, MN, AİBNDA, AZCON, BM, Azərişıq, Azərenerji 2025−2030 Metronun enerji sisteminin etibarlılığının artırılması məqsədilə monitorinqin aparılması Monitorinqin nəticələrinə uyğun olaraq tərtib olunmuş tədbirlər planının təsdiq edilməsi Təsdiq olunmuş tədbirlər planına uyğun işlərin icrasının təmin olunması 8.1.2.4. Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B4−B8 stansiyaları da daxil olmaqla 10 stansiyanın tikintisi RİNN İN, MN, ETSN, DŞAK BŞİH, AZCON, BM, NƏŞ 2025−2030 Layihələndirmə sənədlərinin hazırlanması Stansiyaların tikintisi Stansiyaların tikintisinin başa çatdırılması və istismara verilməsi 8.1.2.5. "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması RİNN MN, ETSN, DŞAK, BŞİH, AZCON, BM, NƏŞ 2025−2026 Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikintiquraşdırma işlərinin yerinə yetirilməsi və istismara verilməsi Tikintiquraşdırma işlərinin tamamlanması 8.1.2.6. "İçərişəhər" stansiyasında keçid kamerasının tikintisi RİNN MN, ETSN, DŞAK, BŞİH, AZCON, BM, NƏŞ 2025−2027 "İçərişəhər" stansiyasından sonra dönmə qurğusunun layihələndirilməsi "İçərişəhər" stansiyasından sonra dönmə qurğusunun tikintisi Dönmə qurğusunun istismara verilməsi 8.1.2.7. "Dərnəgül" və "Xocəsən" elektrik depolarının tikintisinin yekunlaşdırılması RİNN BM, MN, ETSN, DŞAK, BŞİH, AZCON, NƏŞ 2025−2027 "Dərnəgül" və "Xocəsən" elektrik depolarının layihələndirmə işlərinin başa çatdırılması "Dərnəgül" və "Xocəsən" elektrik depolarının tikintisinin başa çatdırılması Tikinti işlərinin yekunlaşdırılma sı və istismara verilməsi 8.1.2.8. "Həzi Aslanov" stansiyasının əsaslı təmirinin yekunlaşdırılması RİNN MN, BŞİH, AZCON, BM, NƏŞ 2025−2026 "Həzi Aslanov" stansiyasının dalanında təmir işlərinin yekunlaşdırılması və stansiyada əsaslı "Həzi Aslanov" stansiyasında əsaslı təmir işlərinin aparılması "Həzi Aslanov" dalanının və stansiyasının dayanıqlılığının daha da artırılması ilə təmir işlərinin aparılması ilə əlaqədar layihəsmeta sənədlərinin hazırlanması sərnişindaşıma prosesinin daha təhlükəsiz təşkili və stansiyanın müasir görkəmdə sərnişinlərin istifadəsinə verilməsi 8.1.2.9. İstismarda olan obyektlər üzrə əsaslı təmir, yenidənqurma, tikintiquraşdırma işlərinin aparılması, həmçinin istismar müddətini başa vurmuş qurğu, avadanlıq və sistemlərin yenilənməsi RİNN MN, DİN, ETSN, AİBNDA, DŞAK, BŞİH, AZCON, BM, NƏŞ 2025−2030 Uzunmüddətli istismar nəticəsində təmirə ehtiyacı olan obyektlərin və istismar müddətini başa vurmuş qurğu və avadanlıqların müəyyənləşdirilməsi Tenderlərin keçirilməsi, qalib şirkətlərlə müqavilələrin bağlanması və işlərin icrasına başlanılması İstismar müddətini başa vurmuş qurğu, avadanlıq və sistemlərin yenilənməsi 8.1.3. Dəmiryol nəqliyyatı üzrə 8.1.3.1. Bakı-Xırdalan-Sumqayıt xəttinin təkmilləşdirilməsi RİNN MN, ETSN, DŞAK, AZCON, ADY, NƏŞ 2025−2027 Biləcəri-Yalama dəmir yolu xəttində elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihəsmeta sənədlərinin və icra qrafikinin hazırlanması Layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun ilkin olaraq Biləcəri-XırdalanSumqayıt hissəsində yenidənqurma işlərinə başlanılması BiləcəriXırdalanSumqayıt dəmiryol xətlərində planlaşdırılan işlərin, o cümlədən dəyişən cərəyan dartı sisteminə keçidin icra qrafikinə uyğun tamamlanması, Bakı sərnişinBiləcəriXırdalanSumqayıt dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması 8.1.3.2. Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi RİNN MN, ETSN, AZCON, ADY, NƏŞ 2026−2028 Bakı sərnişinPirşağı-Sumqayıt dəmir yolu xəttində dəyişən cərəyana keçidin təmin olunması üçün elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihəsmeta sənədlərinin və icra qrafikinin hazırlanması Layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun yenidənqurma işlərinə başlanılması Bakı sərnişinPirşağıSumqayıt dəmiryol xətlərində planlaşdırılan işlərin, o cümlədən dəyişən cərəyan dartı sisteminə keçidin icra qrafikinə uyğun tamamlanması, dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması 8.1.3.3. Bakıxanov−Binə−Qala xəttinin bərpası RİNN MN, ETSN, AZCON, ADY, NƏŞ 2026−2028 Bakıxanov−Binə−Qa la dəmir yolu xəttinin, elektrik təchizatı və rabitəişarəvermə Layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun yenidənqurma Planlaşdırılan işlərin, o cümlədən dəyişən cərəyan dartı sisteminə sisteminin yenidən qurulmasının layihəsmeta sənədlərinin və icra qrafikinin hazırlanması işlərinə başlanılması keçidin icra qrafikinə uyğun tamamlanması, dəmiryol xəttinin qatarburaxma qabiliyyətinin artırılması, eləcə də sərnişindaşıman ın bərpa edilməsi, yeni dayanacaqların istismara buraxılması 8.1.3.4. Zabrat−Maştağa−Bağlar xəttinin bərpası RİNN MN, ETSN, AZCON, ADY, NƏŞ 2028−2030 Zabrat−Maştağa− Bağlar dəmir yolu xəttinin, elektrik təchizatı və rabitəişarəvermə sisteminin yenidən qurulmasının layihəsmeta sənədlərinin və icra qrafikinin hazırlanması Layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun yenidənqurma işlərinə başlanılması Planlaşdırılan işlərin icra qrafikinə uyğun tamamlanması, dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin bərpa edilməsi, yeni dayanacaqların istismara buraxılması 8.1.3.5. Yeni Suraxanı−Hövsan xəttinin bərpası RİNN MN, ETSN, AZCON, ADY, NƏŞ 2026−2027 Yeni Suraxanı−Hövsan dəmir yolu xəttində elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihəsmeta sənədlərinin Layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun yenidənqurma işlərinə başlanılması Planlaşdırılan işlərin, o cümlədən dəyişən cərəyan dartı sisteminə keçidin icra qrafikinə uyğun tamamlanması, və icra qrafikinin hazırlanması dəmiryol xəttinin qatarburaxma qabiliyyətinin artırılması, eləcə də sərnişindaşıman ın bərpa edilməsi, yeni dayanacaqların istismara buraxılması 8.1.3.6. Güzdək−Qaradağ xəttinin bərpası RİNN MN, ETSN, AZCON, ADY, NƏŞ 2027−2029 Güzdək−Qaradağ dəmir yolu xəttinin, elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihəsmeta sənədlərinin və icra qrafikinin hazırlanması Layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun yenidənqurma işlərinə başlanılması Planlaşdırılan işlərin icra qrafikinə uyğun tamamlanması, dəmiryol xəttinin qatarburaxma qabiliyyətinin bərpa edilməsi, yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına BakıXırdalanSumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılması 8.1.3.7. 20 ədəd sərnişin qatarının alınması RİNN MN, AİBNDA, AZCON, ADY, NƏŞ 2025−2030 Satınalmaya dair şərtlər toplusunun hazırlanması, satınalmanın 10 ədəd sərnişin qatarının istismara buraxılması Daha 10 ədəd sərnişin qatarının keçirilməsi və təchizatçı ilə müqavilənin imzalanması istismara buraxılması 8.1.4. Digər kütləvi sərnişindaşıma həlləri üzrə 8.1.4.1. Bakı şəhəri və Abşeron rayonu üzrə sərnişin axınının payı yüksək olan yolların müəyyən edilməsi və həmin istiqamətlərdə kütləvi sərnişindaşıma həllərinin tətbiqi RİNN DİN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA, AZCON, ADY, BM, NƏŞ 2025−2030 Sərnişin axınının təhlilinin aparılması Sərnişin axınının payı yüksək olan yollarda kütləvi sərnişindaşıma həllərinin tətbiqi ilə bağlı təkliflərin hazırlanması Sərnişin axınının payı yüksək olan yollarda kütləvi sərnişindaşıma həllərinin tətbiqi 8.1.4.2. Mehdiabaddan Binəqədinin cənub istiqaməti ilə "28 May" stansiyasına kütləvi sərnişindaşıma həllinin tətbiqi RİNN DİN, İN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA, AZCON, ADY, BM, NƏŞ 2025−2028 Kütləvi sərnişindaşıma həllinin müəyyən edilməsi Müəyyən edilmiş kütləvi sərnişindaşıma həllinə uyğun olaraq layihələndirmə sənədlərinin hazırlanması Kütləvi sərnişindaşıma həllinin tətbiqi 8.1.4.3. "Sea Breeze" daxilində nəqliyyat həllərinin planlaşdırılması və "Sea Breeze"−Pirşağı tramvay xəttinin çəkilməsi RİNN DİN, İN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA, AZCON, BM, ADY, NƏŞ 2027−2029 Nəqliyyat planının və tramvay xəttinin layihələndirmə sənədlərinin hazırlanması Nəqliyyat planının təsdiqlənməsi Nəqliyyat planının icrası, tramvay xəttinin tikintisi və istismara verilməsi 8.1.5. Ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə 8.1.5.1. Müntəzəm sərnişin daşımalarında istismara buraxılacaq elektrik mühərrikli avtobusların alınması və avtobuslara NK RİNN, İN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA, Azərişıq 2025−2027 Elektrik mühərrikli avtobusların sayının, qaraj (depo) və elektrik doldurma məntəqələrinin Torpaq sahələrinin ayrılması və tikinti işlərinin aparılması 1000-dək elektrik mühərrikli avtobusların alınması, xidmət göstərəcək qaraj (depo) və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi yerlərinin müəyyən edilməsi qarajların (depoların) və elektrik doldurma məntəqələrinin istifadəyə verilməsi 8.1.5.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə xüsusi hərəkət zolağının təşkilinə dair konsepsiyanın hazırlanması və tətbiqi NƏŞ RİNN, DİN, İN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA 2025−2026 Konsepsiya layihəsinin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması Konsepsiyanın təsdiq olunması Konsepsiyanın icrasına başlanılması və onun müddəalarının tətbiqi 8.1.5.3. Nəqliyyat mübadilə mərkəzlərinin layihələndirilməsi və təşkili RİNN İN, MN, DİN, ETSN, EN, DŞAK, BŞİH, AAYDA, AZCON, ADY, BM, Azərişıq, Azərenerji, NƏŞ 2025−2027 Nəqliyyat mübadilə mərkəzlərinin yerlərinin müəyyən edilməsi Nəqliyyat mübadilə mərkəzlərinin layihələndirilməsi Nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və istifadəyə verilməsi 8.1.6. Piyada infrastrukturu üzrə 8.1.6.1. Piyada infrastrukturu üçün texniki normativ sənədlərin və standartların hazırlanması RİNN DİN, ETN, ETSN, AİBNDA, DŞAK, BŞİH, AAYDA, ADY, BM 2025-2026 Layihələrin hazırlanması Layihələrin və standartların razılaşdırılması Layihələrin və standartların təsdiq edilməsi 8.1.6.2. Yeni texniki normativ sənədlər əsasında piyada infrastrukturu layihələrinin icrası RİNN DİN, İN, MN, ETSN, BŞİH, DŞAK, AAYDA, NƏŞ 2025-2030 Birgə təhlillərin aparılması və layihələrin hazırlanması Layihələrin aidiyyəti qurumlarla razılaşdırılması və təsdiq olunması Layihələrin icrasının təmin edilməsi 8.1.6.3. Avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması NK DİN, RİNN, MN, AAYDA, BŞİH, NƏŞ 2025-2027 Birgə təhlillərin aparılması Qəza ocaqlarının müəyyən edilməsi Çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməsi 8.1.6.4. Fərdi mobil nəqliyyat vasitələrindən istifadənin və piyada səfərlərinin genişləndirilməsi üzrə tədbirlər planının hazırlanması və icrası RİNN MN, DİN, DŞAK, AAYDA, NƏŞ 2025-2026 Tədbirlər planı layihəsinin hazırlanması və razılaşdırılması Tədbirlər planı layihəsinin təsdiq edilməsi Tədbirlər planının icra edilməsi 8.1.6.5. Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması NƏŞ RİNN, MN, DİN, ETSN, DŞAK, BŞİH, AAYDA, AZCON, ADY, BM, NƏŞ 2025−2030 Birgə təhlillərin aparılması Müvafiq yerlərin müəyyən edilməsi Piyada zonalarının (dəhlizlərinin) yaradılması 8.1.6.6. Müxtəlif səviyyəli piyada keçidlərində nasaz eskalatorların, liftlərin və elektrik pandusların təmiri AAYDA RİNN, MN, BŞİH, NƏŞ 2025−2026 Təhlillərin aparılması Çatışmazlıqların müəyyən edilməsi Təmir işlərinin yekunlaşdırılma sı 8.1.6.7. Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülməsi BŞİH RİNN, DİN, MN, ƏƏSMN, DŞAK, AAYDA, NƏŞ 2025−2030 Təhlillərin aparılması Çatışmazlıqların müəyyən edilməsi Çatışmazlıqların aradan qaldırılması
8.1.6.8. Piyada keçidlərinin işıqlandırma ilə təmin edilməsi BŞİH DİN, RİNN, MN, ETSN, DŞAK, AAYDA, ADY, Azərişıq, NƏŞ 2025 Təhlillərin aparılması Çatışmazlıqların müəyyən edilməsi Çatışmazlıqların aradan qaldırılması 8.1.7. Digər tədbirlər 8.1.7.1. Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin Sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi DİN RİNN, MN, BŞİH, NƏŞ 2025−2027 Layihələndirmə sənədlərinin hazırlanması Proqram təminatının həyata keçirilməsi və yeni avadanlıqların quraşdırılması Təkmil İntellektual İdarəetmə Sisteminin istifadəyə verilməsi 8.1.7.2. Avtomobil yollarında müxtəlif səviyyəli piyada keçidlərindən istifadənin təşviq edilməsi məqsədilə çəpərləmə işlərinin təşkili NƏŞ RİNN, DİN, MN, DŞAK, BŞİH, AAYDA 2025−2026 Təhlillərin aparılması Çatışmazlıqların müəyyən edilməsi Çatışmazlıqların aradan qaldırılması 8.1.7.3. Yaşıl-hibrid dəhlizi üzrə, eyni zamanda yeni yaradılacaq istirahət parkının yeraltı hissələrində duracaq (parklanma) yerlərinin yaradılması NƏŞ RİNN, DİN, ETSN, MN, DŞAK, BŞİH, AAYDA, ADY, BM 2025−2026 Təhlillərin aparılması Çatışmazlıqların müəyyən edilməsi Duracaq (parklanma) yerlərinin yaradılması 8.1.7.4. Parklanma, o cümlədən küçə və küçədənkənar parklanma sisteminin təkmilləşdirilməsi üzrə RİNN MN, DİN, DŞAK, BŞİH, AAYDA, NƏŞ 2025−2026 Tədbirlər planının layihəsinin hazırlanması və Tədbirlər planının təsdiq edilməsi Tədbirlər planının icrası tədbirlər planının hazırlanması və icrası aidiyyəti qurumlarla razılaşdırılması 8.1.7.5. Yol nişanlarının və nişanlanma xətlərinin auditinin aparılması və təkmilləşdirmə işlərinin görülməsi NƏŞ RİNN, DİN, MN, DŞAK, BŞİH, AAYDA 2025−2030 Təhlillərin aparılması Çatışmazlıqların müəyyən edilməsi Çatışmazlıqların aradan qaldırılması 8.1.7.6. Dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili NK ƏƏSMN, ETN, SN, TƏBİB, NƏŞ 2025−2026 Təhlillərin aparılması Müvafiq siyahıların təsdiq edilməsi Müvafiq siyahıya uyğun dəyişkən iş rejiminin təşkil edilməsi 8.1.7.7. Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadənin təşkili RİNN, ETN DİN, MN, İN, AZCON, NƏŞ 2025−2030 Təhlillər aparılması Ehtiyacların müəyyən olunması Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların daşınması üçün "məktəb avtobusları"nda n istifadə olunması 8.1.7.8. Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması ETN, RİNN DİN, MN, İN, AZCON, NƏŞ 2025−2029 Təhlillər aparılması Təkliflərin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması Təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi
9. Akronimlər və ixtisarlar NK AİBNDA − − Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi RİNN − Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi DİN − Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İN − Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi MN − Azərbaycan Respublikasının Maliyyə Nazirliyi SN − Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ETSN − Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi EN − Azərbaycan Respublikasının Energetika Nazirliyi ETN − Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ƏƏSMN − Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DŞAK − Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ADSEA BŞİH − − Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti AAYDA − Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi AZCON − Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi ADY − "Azərbaycan Dəmir Yolları" QSC BM Azərişıq Azərenerji − − − "Bakı Metropoliteni" QSC "Azərişıq" ASC "Azərenerji" ASC TƏBİB − Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi NƏŞ − Nəqliyyatı Əlaqələndirmə Şurası.