Qanunda yeni maddə əlavə edildi: icra hakimiyyəti orqanı tərəfindən təyin olunan qurum alkoqollu içkilərin pərakəndə satışı üçün minimum qiyməti müəyyən edir və bu qiymətdən aşağı satışı qadağan edir. Minimum qiymətin müəyyən edilməsi qaydası da həmin qurum tərəfindən təsdiq olunur.
Maddə 29-1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması 29-1.1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 29-1.2. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur. 29-1.3. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır