Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 22 " yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin SİYAHISI Sıra №- si Xidmətin adı 1. Sahibkarlıq subyektlərinin sorğusu əsasında beynəlxalq ticarət məlumatları üzrə araşdırmanın aparılması və onlara potensial ixrac bazarları barədə məlumatların verilməsi 2. Sahibkarlıq subyektlərinin sorğusu əsasında onlara Azərbaycan Respublikasının ərazisindən ixrac edilən Azərbaycan mənşəli məhsulların (xidmətlərin) təyinat ölkəsinə idxalına dair qaydalar haqqında məlumatların təqdim edilməsi 3. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO-ya məxsus əmtəə nişanlarından istifadə hüququnun verilməsi 4. İnvestorların və ixracatçıların investisiya və ixrac fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin əlaqələndirilməsi işinin təşkili