Mündəricat
1. Qısa xülasə.....................................................................................................................................3
2. Qlobal trendlər................................................................................................................................3
3. Mövcud vəziyyətin təhlili ...............................................................................................................4
4. Hədəf göstəriciləri..........................................................................................................................5
5. Məqsədlər .......................................................................................................................................6
6. Prioritet istiqamətlər.......................................................................................................................7
6.1. Dövlət idarəetməsinin rəqəmsallaşdırılması..................................................................... 7
6.2. Rəqəmsal etimad və inkişaf üçün hazırlıq, kadr potensialının gücləndirilməsi ........ 14
6.3. Özəl sektorda rəqəmsallaşmanın dəstəklənməsi .......................................................... 15
6.4. Gözlənilən nəticələr............................................................................................................ 16
7. Maliyyələşdirmə mexanizmləri.................................................................................................. 17
8. Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı........................................................ 18
9. Akronimlər və ixtisarlar............................................................................................................... 25
1. Qısa xülasə Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası (bundan sonra — Konsepsiya) rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Bu Konsepsiya rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanmışdır. Məqsəd vətəndaşların rifahını yüksəltmək, dövlət xidmətlərini modernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməkdir. Konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, biznes və startap ekosistemlərinin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin, rəqəmsal texnologiyaların, xüsusən süni intellekt və blokçeyn kimi innovasiyaların tətbiqi əsas məqsədlərdən biri olaraq müəyyən edilmişdir. Dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan daha çevik və şəffaf proseslərlə təmin ediləcək, kağız daşıyıcılardan tamamilə imtina olunaraq "rəqəmsal hökumət"ə keçid baş verəcək, böyükhəcmli məlumatların təhlili, süni intellekt və bulud texnologiyaları kimi innovasiyalar tətbiq olunacaqdır. Rəqəmsal cəmiyyət üçün rəqəmsal savadlılıq artırılacaq, kibertəhlükəsizlik təmin ediləcəkdir. İKT üzrə mütəxəssislərin hazırlanması, tədris proqramlarının müasirləşdirilməsi və İKT üzrə işçilərin əməkhaqqı səviyyəsinin artırılması prioritet məsələlərdir. Biznes prosesləri rəqəmsal platformalara keçid edəcək, dövlət-özəl tərəfdaşlığı genişləndiriləcək, IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın müxtəlif sektorları rəqəmsallaşdırılacaq, startapların və innovativ ekosistemin inkişafına dəstək göstəriləcəkdir. Milli kibertəhlükəsizlik strategiyası çərçivəsində dövlətin, biznesin və fərdi məlumatların qorunması üçün qabaqlayıcı tədbirlər görüləcək, dövlət informasiya sistemləri və ehtiyatları müasir təhlükəsizlik standartlarına uyğun şəkildə inkişaf etdiriləcəkdir. "Hökumət buludu", "açıq məlumatlar" və genişzolaqlı internet şəbəkələri genişləndiriləcək, 5G şəbəkələrinin qurulması və milli məlumat mərkəzlərinin inkişafı həyata keçiriləcəkdir. Konsepsiyanın reallaşdırılması nəticəsində dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə prosesləri təkmilləşəcək, göstərilən dövlət xidmətləri rəqəmsal platformaya transformasiya ediləcək, formalaşan yeni texnoloji tələblər əsasında dəyişən iqtisadi fəaliyyətlərin çevik uyğunlaşması baş verəcək, insan və texnoloji kapitalın ölkə daxilində saxlanılması təmin ediləcək, eləcə də ölkənin dünya bazarlarında rəqabət qabiliyyəti artacaqdır.
2. Qlobal trendlər Rəqəmsal inkişaf dünya ölkələrində iqtisadiyyat, idarəetmə, texnologiya və cəmiyyət sahələrinin dərin dəyişikliyə məruz qalmasını şərtləndirir. Beynəlxalq miqyasda formalaşan aşağıdakı trendlər bu prosesin əsas istiqamətlərini müəyyən edir:
1. Rəqəmsal iqtisadiyyatın üstünlüyü. IV Sənaye İnqilabı texnologiyaları, o cümlədən süni intellekt, blokçeyn, əşyaların interneti (IoT) və böyükhəcmli məlumatlar, iqtisadiyyatı daha çevik, şəffaf və innovativ edir. Sinqapur yeni rəqəmsal ekosistemlərin yaradılması və iqtisadi effektivliyin artırılması istiqamətində qlobal liderə çevrilmişdir.
2. Rəqəmsal idarəetmə modelləri. Estoniya kimi ölkələr rəqəmsal idarəetməni tam şəkildə tətbiq edərək, çoxşaxəli elektron dövlət xidmətlərinin istənilən vaxt və istənilən məkandan əlçatan olmasına nail olmuşlar. Bulud texnologiyaları və süni intellekt əsaslı sistemlər idarəetmə proseslərini daha da optimallaşdırmağa imkan vermişdir.
3. Kibertəhlükəsizlik prioriteti. Rəqəmsal dövrdə kibertəhlükəsizlik infrastruktur və məlumatların qorunması üçün əsas faktorlardan biridir. Avropa Birliyinin NIS2 Direktivi kritik infrastrukturları qorumaq üçün qabaqcıl tədbirlər təklif edir. Eyni zamanda, Estoniya kibertəhlükəsizlik strategiyası vasitəsilə dövlət sistemlərini daha etibarlı edir.
4. Süni intellektin tətbiqi. Süni intellekt tətbiqləri qərarların qəbul edilməsi prosesini tezləşdirir və dəqiqləşdirir. Koreya Respublikası idarəetmə və ictimai xidmətlərdə süni intellektə əsaslanan platformaları mərkəzləşdirmişdir.
5. Rəqəmsal savadlılıq proqramları. Vətəndaşların rəqəmsal bacarıqlarını artırmaq üçün Sinqapur və Finlandiya kimi ölkələr rəqəmsal maarifləndirmə proqramları hazırlayır. Bu yanaşma texnologiyadan istifadəni hər kəs üçün daha əlçatan edir.
6. Startap ekosisteminin gücləndirilməsi. Dünyada texnoloji inkişafın mərkəzində innovativ startaplar dayanır. Məsələn, İsrail hi-tech sektoru və innovasiya texnoparkları sayəsində beynəlxalq bazarda aparıcı rol oynayır. Sinqapur da bu sahədə özəl sektorla bərpaolunan əməkdaşlığı genişləndirir.
7. Dayanıqlı texnologiyaların tətbiqi. Avropa ölkələri yaşıl texnologiyaları öz rəqəmsal inkişaf strategiyalarına daxil edirlər. Karbon emissiyalarını azaltmaq və enerji effektivliyini artırmaq üçün yenilikçi texnologiyalar tətbiq olunur. Bu trendlərin izlənilməsi və tətbiqi rəqəmsal inkişafda üstün mövqe qazanılmasını təmin edəcəkdir.
3. Mövcud vəziyyətin təhlili Son illər ərzində Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində "elektron hökumət"in formalaşması, elektron imzanın tətbiqi, dövlət xidmətlərinin "bir pəncərə" prinsipi əsasında təqdim edilməsi ilə bağlı mühüm addımlar atılmışdır. Bu məqsədlə "Elektron Hökumət İnformasiya Sistemi" (EHİS) fəaliyyət göstərir, dövlət informasiya sistemləri və ehtiyatları isə müasir, təhlükəsiz və qorunan fiziki və rəqəmsal infrastrukturda yaradılaraq saxlanılır və coğrafi ehtiyatlarla təmin edilir. Həmçinin "Hökumət buludu"nun yaradılması, informasiya mübadiləsi üçün xüsusi infrastruktur vasitələrindən istifadə, "elektron hökumət"in effektiv fəaliyyətini təmin edən dövlət informasiya sistemləri və ehtiyatlarının inkişafı üzrə mühüm işlər görülmüşdür. İnformasiya-kommunikasiya texnologiyalarının, genişzolaqlı internetin, telekommunikasiya qurğularının və innovasiyaların tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur yaradılmışdır. Dövlət qurumları tərəfindən formalaşdırılan açıq məlumatlar insan və maşın tərəfindən oxunabilən və rəqəmsal formatlarda "Açıq məlumatlar" portalında ictimaiyyətə təqdim edilmiş, rəqəmsal innovasiyalarla bağlı startaplar dəstəklənmiş, biznes fəaliyyətinin səmərəli təşkili üçün texnoparklar və sənaye zonaları yaradılmışdır. 2023-cü ilin hesabatına görə, əhalinin 88%-i internet istifadəçisidir. Dünya Bankı 2022-ci ilin noyabrında "Gov Tech Maturity" İndeksi (GTMI) üzrə 198 ölkə arasında ilkin reytinqləri açıqlamış, Azərbaycan 2020-ci ildəki B qrupundan 2022-ci ildə A qrupuna (Liderlər) yüksəlmişdir. BMT-nin "e-Government Survey 2022" hesabatında isə Azərbaycan "Elektron Hökumətin İnkişafı İndeksi" üzrə 193 ölkə arasında 83-cü yeri tutmuş, o cümlədən "Onlayn Xidmətlər İndeksi" üzrə 100 mümkün baldan 61 bal
(dünya üzrə orta bal 56), "Telekommunikasiya İnfrastrukturunun İnkişafı İndeksi" üzrə 68 bal (dünya üzrə orta bal 58), "İnsan Kapitalı İndeksi" üzrə isə 79 bal (dünya üzrə orta bal 70) toplamışdır. Rəqəmsal inkişafla bağlı mühüm məsələlərdən biri müxtəlif informasiya sistemlərinə və ehtiyatlarına eyni məlumatların təkrar daxil edilməsinin qarşısının alınmasıdır. Bu məqsədlə dövlət qurumlarından toplanılan ilkin mənbə məlumatlarının təhlili və unikallaşdırılması nəticəsində "İnformasiya Mənbələrinin Reyestri" yaradılmışdır. Eyni zamanda, "Dövlət Xidmətlərinin Elektron Reyestri" vasitəsilə dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanılması və sistemləşdirilməsi həyata keçirilmiş, eyniməzmunlu xidmətlərin aşkar edilməsi və təkrarçılığın qarşısının alınması təmin olunmuşdur. Bunlarla yanaşı, ölkədə rəqəmsallaşma ilə bağlı mövcud çağırışlar aşağıdakı istiqamətlərdə işlər görülməsini tələb edir: dövlət idarəetmə sisteminin rəqəmsallaşdırma səviyyəsinin müasir tələblərə uyğun olaraq həyata keçirilməsi və G2X seqmentləri (G2G/G2E/G2C/G2B) üzrə dövlət xidmətlərinin gücləndirilməsi; dövlət qurumlarında kağız məlumat daşıyıcılarından istifadənin azaldılması üçün tədbirlər görülməsi; vətəndaşların yerli icra hakimiyyəti orqanlarına elektron müraciət imkanlarının artırılması; açıq məlumatların formalaşdırılması, paylanması, istifadəsi və arxivləşdirilməsinin tənzimlənməsi; qurumların (şəxslərin) xidmət göstərmə və digər fəaliyyət zamanı əldə etdikləri məlumatların saxlanılma bazalarının elektron informasiya sistemləri və ehtiyatları ilə əvəzlənməsi; inzibati icraat zamanı dövlət informasiya sistemləri və ehtiyatları üzərindən verilən arayışların və digər sənədlərin tanınması üçün tədbirlər görülməsi; İKT sahələrində əlavə mütəxəssis və menecer heyətinin formalaşdırılması; İKT ilə bağlı statistik məlumatların dürüstlüyünün, bütövlüyünün və dəqiqliyinin artırılması. Bu addımlar ölkəmizin rəqəmsal inkişafını sürətləndirərək, dövlət xidmətlərinin daha şəffaf, səmərəli və "vətəndaşa dost" olmasını təmin edəcəkdir.
4. Hədəf göstəriciləri Konsepsiyanın icrası nəticəsində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur:
1. Rəqəmsal iqtisadiyyatın inkişafı Qeyri-neft/qaz sektorunda rəqəmsal iqtisadiyyatın xüsusi çəkisinin artırılması İKT sektorunun ümumi daxili məhsuldakı payının yüksəldilməsi.
2. Texnologiya tətbiqlərinin genişləndirilməsi Bulud əsaslı həllərin tətbiqi Rəqəmsal məhsul və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi.
3. Rəqəmsallaşdırma proseslərinin optimallaşdırılması Rəqəmsallaşdırmanın vahid arxitektura əsasında həyata keçirilməsi Məlumatların idarə olunmasında müasir arxitektura yanaşmalarının tətbiqi Dövlət xidmətlərinin sadələşdirilməsi və optimallaşdırılması.
4. İstifadəçiyönümlü rəqəmsal xidmətlər Pilot layihələr (regulatory sandbox) əsasında rəqəmsal xidmətlərin təşkili
"Bir pəncərə" prinsipi ilə vətəndaşlara təqdim olunan rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi.
5. İnsan resurslarının inkişafı Rəqəmsal savadlılığın artırılması Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı və mövcud kadr potensialının təkmilləşdirilməsi.
6. Dövlət-vətəndaş əlaqələrinin yaxşılaşdırılması Dövlət və özəl sektor arasında əməkdaşlıq üçün münbit şərait yaradılması Vətəndaşlardan tələb olunan sənədlərin sayının azaldılması Dövlət xidmətlərinin keyfiyyətindən məmnunluğun və dövlətə inamın artırılması. Yuxarıda göstərilən istiqamətlər rəqəmsallaşdırma sahəsində müasir çağırışlara cavab verməklə yanaşı, ölkənin rəqəmsal inkişafını sürətləndirmək məqsədi daşıyır.
5. Məqsədlər Vətəndaş, biznes və dövlət maraqları nəzərə alınaraq, Konsepsiya aşağıdakı məqsədlərə nail olunmasına xidmət edir: Vətəndaş baxımından
1. Daha əlçatan xidmətlər:
Dövlət xidmətlərinin "bir pəncərə" prinsipi əsasında təqdimatı Xidmətlərin fərdiləşdirilməsi və vətəndaşlara yönəlmiş həyat hadisələri üzrə təşkil olunması Fiziki təmasın azaldılması ilə xidmətlərin səmərəliliyinin artırılması.
2. İştirakçılıq:
Dövlət xidmətlərinin təkmilləşdirilməsi üçün vətəndaşların rəy və tövsiyələrinin nəzərə alınması.
3. Məlumatların təhlükəsizliyi:
Fərdi məlumatların qorunması və məxfiliyin təmin olunması. Biznes baxımından
1. İnzibati yükün azaldılması:
Hesabatların hazırlanması və təqdimində xərclərin azaldılması.
2. Rəqabət mühiti:
İnnovasiya və rəqəmsal texnologiyaların istehsalı və tətbiqi üçün bərabər rəqabət şəraitinin yaradılması.
3. Dövlət-özəl tərəfdaşlığı:
Depozitar həllərin hazırlanmasında və innovativ layihələrin həyata keçirilməsində biznesin iştirakının təmin edilməsi. Dövlət baxımından
1. Rəqəmsal keçid:
"Rəqəmsal hökumət" və "rəqəmsal iqtisadiyyat" modelinə keçidin sürətləndirilməsi.
2. Səmərəlilik və qənaət:
İKT layihələrinə sərf olunan resursların optimallaşdırılması və xərclərin azaldılması.
3. Məlumatın keyfiyyəti və təhlükəsizliyi:
Dövlət informasiya sistemlərində məlumatların dürüstlüyünün, tamlığının, əlçatanlığının və təhlükəsizliyinin təmin edilməsi.
4. Səmərəli idarəetmə:
Məlumatlara və təhlillərə əsaslanan qərarların qəbul edilməsi
Kağız daşıyıcılardan istifadənin azaldılması yolu ilə dövlət xidmətlərinin çevikliyinin artırılması.
5. İctimai iştirakçılıq və şəffaflıq:
Dövlət siyasətinin hazırlanması və icrasında ictimai iştirakçılığın təmin edilməsi Açıq məlumatlara əlçatanlığın təmin olunması və təkrar istifadənin sadələşdirilməsi.
6. Bulud əsaslı həllər:
PaaS, SaaS, və IaaS kimi bulud texnologiyalarının geniş tətbiqi. Bu yanaşma Konsepsiyanın hər üç əsas hədəf qrupunun maraqlarını qoruyur və rəqəmsal inkişafın dayanıqlı, inklüziv və effektiv şəkildə həyata keçirilməsinə zəmin yaradır. Göstərilən məqsədlər rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə dövlətin və cəmiyyətin inkişafında mühüm irəliləyişin təmin edilməsinə yönəlmişdir.
6. Prioritet istiqamətlər
6.1. Dövlət idarəetməsinin rəqəmsallaşdırılması 6.1.1. "Rəqəmsal hökumət"ə keçid və ictimai xidmətlərin inkişafı Dövlət idarəetməsində rəqəmsal inkişaf həm dövlət xidmətlərinin göstərilməsi (G2C, G2B), həm də dövlət idarəetmə sisteminin (G2G, G2E) fəaliyyətinin təmin edilməsi üçün proseslərin hərtərəfli şəkildə qurumlararası rəqəmsallaşdırılmasını və inteqrasiya edilmiş təşkilati-texniki infrastrukturun yaradılmasını təmin edir. Bu cür infrastruktur məlumatlarının toplanılması, təhlili və son istifadəçilər, həmçinin digər informasiya sistemləri ilə qarşılıqlı əlaqəsi standart interfeyslərə əsaslanmalıdır. Dövlət idarəetməsində rəqəmsal inkişaf dedikdə, ilk növbədə, "elektron hökumət"dən (e Gov) növbəti inkişaf mərhələsi olan "rəqəmsal hökumət"ə (Gov Tech) keçid başa düşülür. "Rəqəmsal hökumət"də vətəndaş, dövlət və biznes arasında qarşılıqlı əlaqə dəyişir, xidmətlər şəffaflaşır, dövlət pərakəndə xidmətlərin təqdim edilməsindən vahid "verilənlər hovuzu" və onlarla iş alqoritmlərinə əsaslanan çevik idarəçiliyə keçid edir. Keçid aşağıdakı aparıcı prinsiplərə əsasən aparılır: xidmət və proses yanaşması: məlumat əsaslı (data-driven) qərarların qəbulu məqsədilə informasiya təhlükəsizliyi tələblərinə cavab verən rəqəmsal platformaların formalaşdırılması, proseslərdə addım saylarının təhlili, onların azaldılması və avtomatlaşdırılması; məlumatyönümlülük və obyektivlik: məlumatların mütəmadi toplanılması, "Əşyaların interneti", "süni intellekt" texnologiyaları vasitəsilə qurumlar üzrə proseslərə və fəaliyyətlərə nəzarətin həyata keçirilməsi, cari qərar qəbuletmə hüququnun informasiya sistemləri üzərindən reallaşdırılması; çeviklik və sürət: arzuolunan nəticənin əldə edilməsi üçün tədbirlərin sürətli həyata keçirilməsi və çatışmazlıqların operativ qaydada aradan qaldırılması. "Rəqəmsal hökumət"də nəzərə alınmalı olan ən mühüm amil, ilk növbədə, proses iştirakçılarının tələb və ehtiyaclarının öyrənilməsidir. Burada üç tərəf: vətəndaş, biznes və dövlət arasında tarazlıq tələb olunur. Bu baxımdan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaşların və özəl sektorun göstərilən xidmətlərdən maksimum məmnunluq "rəqəmsal hökumət"də ən yaxşı keyfiyyət göstəriciləridir. Bu göstəriciləri əldə etmək məqsədilə məlumatlara əsaslanan çevik, informasiya təhlükəsizliyi üzrə tələblərə cavab verən, dəyişikliklərə uyğunlaşan texnoloji idarəetmə sisteminin yaradılması rəqəmsal xidmətlərin istehlakçıları ilə qarşılıqlı əlaqə və gündəlik proseslərin optimallaşdırılması vacibdir. Rəqəmsal keçidin təmini üçün məlumat mərkəzli, rəqəmsal xidmətlərə və proseslərə əsaslanan, eləcə də biznes dairəsinin iştirakçılığını nəzərə alan aşağıdakı vəzifələrlə dövlət idarəetmə sisteminin rəqəmsal texnologiyalar vasitəsilə təkmilləşdirilməsi zəruridir: sənədlərdən verilənlərə doğru: məlumatların toplanılması, saxlanılması, işlənilməsi, arxivləşdirilməsi və məlumatların düzgünlüyü üçün məsuliyyətin müəyyən edilməsi üçün qaydaların formalaşdırılması, etibarlı məlumatların elektron sənədlər üzərindən tanınması, kağızla iş axınından tamamilə imtina edilməsi, kargüzarlığın və elektron xidmətlərin rəqəmsallaşdırılması; vahid tənzimləmə qaydalarına əsaslanan hər hansı bir saxlanılan məlumatdan və funksionallıqdan maneəsiz istifadəyə imkan verən vahid platformaya keçidin təmin edilməsi; "Böyükhəcmli məlumatlar"ın analitik təhlilləri, maşınla öyrənmə, "süni intellekt", "zəncir-bloklar", "əşyaların interneti" və "bulud" hesablama texnologiyalarının tətbiqi ilə elektron xidmətlərdən rəqəmsal xidmətlərə keçid edilməsi, informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi, insan amilinin minimuma endirilməsi və avtomatik qərarların etibarlı şəkildə verilməsi; birdən çox qurumlara göstərilə biləcək xidmətlərin "Hökumət buludu"nda bir platforma (PaaS) və ya tətbiqi proqram (SaaS) modelində göstərilməsi, İKT infrastrukturuna və proqram təminatına kapital qoyuluşunun və onların istismar xərclərinin optimallaşdırılması; real vaxt rejimində daxil olan və mötəbər məlumatlara əsaslanan qərarların qəbul edilməsi; "ağıllı mobil cihaz"lardan istifadə etməklə vətəndaşların və biznes müəssisələrinin hökumətlə qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsi, xidmətlərdə lazımi rahatlığın, səyyarlığın və sürətin təmin edilməsi; inzibati icraatın həyata keçirilməsi zamanı verilən elektron arayışların tanınması üçün e-imzalama mexanizminin yaradılması; açıq məlumatların formalaşdırılması, arxivləşdirilməsi və standartlara uyğunluğunun təmin edilməsi; milli məkan məlumatları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi; "dövlət-özəl sektor tərəfdaşlığı" (PPP) modeli də daxil olmaqla, istifadəçilər üçün tətbiqlər və xidmətlərin yaradılmasında özəl sektorun iştirakının və "açıq məlumatlar"dan istifadənin təmin edilməsi; xidmətlərdən istifadə məmnunluğu ilə bağlı rəylərin toplanılması, rəyvermə prosesinin sürətləndirilməsi, alınan rəylər əsasında proseslərin davamlı təkmilləşdirilməsi; dövlətin İKT infrastrukturunun (o cümlədən onun və seqmentlərinin daxilində və perimetrləri boyunca) vahid standartlı informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyinin təmin edilməsi; Belə arxitekturalarda qərarvermə prosesində insan faktoru minimuma enir, hesabatların (statistik, vergi və digər) verilməsi prosesi avtomatlaşır, müasir texnologiyalar əsasında obyektiv qərarların verilməsinə əsaslanan dövlət idarəetmə sistemində xidmətin rəqəmsal formatda çatdırılması və real vəziyyətin təhlili təmin edilir.
Strateji, taktiki və operativ qərarların analitik təhlillər və "süni intellekt" əsasında qəbulu keyfiyyət baxımından prosesləri dəyişən və inkişaf etdirən, sürətli, sistemli, etibarlı məlumatlara çıxış verən kompleks alqoritmlərə əsaslanır.
6.1.2. Rəqəmsal inkişafın idarə olunması, əlaqələndirilməsi və tənzimləmə mexanizmlərinin formalaşdırılması 6.1.2.1. Rəqəmsal inkişafın idarə olunması üçün təşkilati strukturun formalaşdırılması Rəqəmsal inkişaf dövründə proseslərin ciddi şəkildə dəyişdirilməsi üçün inkişaf layihələrinin həyata keçirilməsi, baza infrastrukturunun tənzimlənməsi və inkişafı, habelə ənənəvi dövlət idarəetmə mexanizmlərinin rəqəmsal sistemlərlə tədricən əvəzlənməsi üçün effektiv idarəetmə strukturu tələb olunur. Dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə monitorinqlər aparılacaq, xidmətlər üzrə rəqəmsal idarəetmə çərçivəsi və təşkilati struktur təşkil ediləcək, rəqəmsal gündəliyin idarə edilməsi və rəqəmsal xidmətlər üzrə layihə və təşəbbüslərin əlaqələndirilməsi üçün qurumlarda rəqəmsal inkişaf sahəsinə məsul şəxslər müəyyənləşdiriləcək, dövlət qurumlarında məsul şəxslərin hüquq və vəzifələri müəyyən olunacaqdır. "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin informasiya ehtiyatlarının və sistemlərinin, habelə "Elektron Hökumət İnformasiya Sisteminin" (EHİS) və altsistemlərinin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyənləşdiriləcəkdir. Azərbaycanda rəqəmsal inkişaf prosesinin idarə olunması üçün aşağıdakı təşkilati struktura əsasən:
a) Rəqəmsal inkişaf üzrə strateji kursun təşkilinə dair təkliflərin verilməsi, o cümlədən bu sahədə layihələrin həyata keçirilməsinin və əlaqələndirmənin təşkili, eləcə də müvafiq normativ aktların layihələrinin hazırlanması Rəqəmsal İnkişaf Operatoru tərəfindən həyata keçiriləcəkdir. Rəqəmsal İnkişaf Operatoru həmçinin maraqlı tərəflər arasında əlaqələndirməni, mövcud tendensiyaların, texnoloji və idarəetmə meyillərinin təhlili əsasında prioritetlərin müəyyənləşdirilməsini və rəqəmsal inkişafın əsas mərhələləri üzrə koordinasiyanı həyata keçirəcəkdir. Rəqəmsal İnkişaf Operatorunun ölkə səviyyəsində rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi ilə bağlı əsas istiqamətlər aşağıdakılardan ibarətdir: strateji inkişaf üzrə:
1. ölkə səviyyəsində rəqəmsal inkişaf layihələri və proqramlarının hazırlanmasında iştirak (dövlət qurumlarının informasiya təhlükəsizliyinə münasibətdə fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla), onların icrasının əlaqələndirilməsi, qiymətləndirmə və diaqnostik təhlillərin aparılması, habelə bu sahədə ölkə səviyyəsində yanaşma, strategiya və tədbirlər planlarının tərtibində iştirak və aidiyyəti qurumlarla birlikdə ölkənin rəqəmsallaşma strategiyasının formalaşdırılmasına dəstək göstərilməsi;
2. innovativ həllərin təşviqi məqsədilə dövlət qurumlarının sahibi olduqları açıq məlumatların dəstlərinin ("Open dataset") aidiyyəti qurumlarla birlikdə müəyyən edilməsi və onların reyestrinin formalaşdırılmasının və "Açıq məlumatlar" portalı vasitəsilə cəmiyyətə təqdim edilməsinin təşkili; layihələrin idarə edilməsi və davamlı inkişaf üzrə: ölkə səviyyəsində rəqəmsal inkişaf layihələri və proqramlarının idarə olunmasında iştirak edilməsi, icra prosesinin izlənilməsi, inkişafı barədə mütəmadi olaraq ölkə rəhbərliyi üçün hesabatların hazırlanması, risklərin idarə edilməsi və digər fəaliyyət istiqamətlərində metodologiyanın hazırlanması; informasiya texnologiyaları üzrə:
1. ölkə səviyyəsində rəqəmsal inkişaf sahəsində ən səmərəli platforma arxitekturasının aidiyyəti qurumlarla birgə müəyyən edilməsi, həmçinin rəqəmsal proqramların işlənib hazırlanmasının, digər proqramlarla inteqrasiyanın, istismara verilməsinin və planlaşdırılmış xidmət səviyyəsinə dair razılaşmaların (sazişlərin) icrasının və digər texniki işlərin təmin olunması (dövlət-özəl tərəfdaşlığı və birbaşa özəl sektorun cəlbi yolu ilə);
2. yüksək səriştəli mütəxəssislərin hazırlanması, habelə kadrların və vətəndaşların mütəmadi rəqəmsal savadlılığının artırılması çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi.
b) Proseslərin rəqəmsallaşdırılması zamanı hazır həllər və dövlət qurumları tərəfindən xidmətlərin (proseslərin) avtomatlaşdırılması Rəqəmsal İnkişaf Operatoru tərəfindən müəyyən edilən tədbirlər planlarına və metodoloji yanaşmaya uyğun olaraq həyata keçirilir. İnformasiya təhlükəsizliyi ilə bağlı, əlavə olaraq, fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, müvafiq tədbirlər görülür.
c) Proses iştirakçıları olan dövlət qurumlarındakı rəqəmsal inkişaf üzrə müvafiq struktur bölmələrinin və ya məsul şəxslərin fəaliyyəti həmin qurumun rəqəmsal inkişaf işlərinin (təsdiq olunmuş yeni layihələr, standartlar və qaydaların icrası və texniki fəaliyyətlər) gedişatı barədə Rəqəmsal İnkişaf Operatorunu məlumatlandırmaq, irəliləyişi sinxronlaşdırmaq və yaranan çağırışların aradan qaldırılması üçün mümkün maneələri müəyyənləşdirmək məqsədi daşıyır.
6.1.2.2. Rəqəmsal inkişafın həyata keçirilməsində əlaqələndirmənin təşkili Rəqəmsal inkişaf üzrə qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası üçün Rəqəmsal İnkişaf Operatoru rəqəmsal inkişafda iştirak edən bütün tərəflər arasında qarşılıqlı əlaqələri müəyyənləşdirəcək, metodoloji yanaşmanı təmin edəcək, eyni zamanda, rəqəmsal inkişaf prosesləri üçün normativ bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər verəcəkdir. Rəqəmsal İnkişaf Operatorunun qarşısında duran vəzifələr aşağıdakılardır: rəqəmsal xidmətlər (G2G, G2E, G2C, G2B) üçün "bulud" əsaslı platformaların hazırlanması üzrə standartların müəyyən olunması, xidmətlər və idarəetmə proseslərinin rəqəmsallaşdırılması üzrə tədbirlər planlarının aidiyyəti qurumlarla birlikdə müəyyənləşdirilməsi; dövlət informasiya sistemlərinin və ehtiyatlarının təşkili və fəaliyyəti üzrə aparılan qiymətləndirmələrin nəticələrinə uyğun olaraq tədbirlərin görülməsinə dəstək göstərilməsi; elektron imza, elektron eyniləşdirmə həllərinin müəyyənləşdirilməsi; dövlət informasiya sistemlərində və ehtiyatlarında müvafiq sahə üzrə toplanılan məlumatların sistemliyinin artırılması, habelə əhaliyə elektron xidmətlər göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə informasiya təhlükəsizliyi üzrə fəaliyyət istiqamətlərinə uyğun olaraq, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, "Elektron Hökumət İnformasiya Sistemi"nin (EHİS) altsistemlərinin yaradılması; rəqəmsal inkişaf üçün zəruri olan sistemlərin inkişafına imkan verən və yeni platformaya keçidi stimullaşdıran əlverişli infrastrukturun yaradılmasının təmin edilməsi (özəl sektorun və dövlət-özəl tərəfdaşlığı layihələri də daxil olmaqla); dövlət qurumlarında rəqəmsal inkişafa məsul İKT işçilərinin təcrübə mübadiləsinin təşkili, bu yolla səriştəliliyin artırılması. Bu məqsədlə Rəqəmsal İnkişaf Operatoru tərəfindən aidiyyəti qurumların təklifləri əsasında texnoloji inkişaf meyarlarına uyğunluq dərəcəsinin qiymətləndirilməsini mümkün edən göstəricilərin və nəticələrin daxil olduğu tədbirlər planının hazırlanması təmin edilməlidir. Bu zaman innovativ ssenarilər tətbiq etməklə proses iştirakçılarının hazırlıq səviyyəsini dəyərləndirmək labüddür. Proqramın uğurunun daha bir zəruri hissəsi bu proqramın həyata keçirilməsinə məsul olan dövlət qurumlarının fəaliyyətinin müvafiq əsas fəaliyyət göstəricilərinin (KPİ) işlənib hazırlanmasıdır. Prosesi sürətləndirmək üçün rəqəmsal inkişaf, kadr hazırlığı dərəcəsi, layihələrin həyata keçirilmə müddəti, qabaqcıl texnologiyanın müvəffəqiyyətlə tətbiq olunması və digər göstəricilər kimi meyarlar əsasında dövlət qurumlarının rəqəmsal hazırlığının rəqabətli reytinqini tətbiq etmək lazımdır. Rəqəmsal hazırlığın səmərəli həyata keçirilməsi üçün dövlət qurumlarında rəqəmsal inkişaf üzrə müvafiq struktur bölməsinin və ya məsul şəxsin müəyyən edilməsi nəzərdə tutulur. Rəqəmsal İnkişaf Operatoru ilə qarşılıqlı şəkildə fəaliyyət göstərəcək rəqəmsal inkişaf üzrə struktur bölmələri və ya məsul şəxslər, əsasən:
təmsil etdikləri təşkilatın Konsepsiya çərçivəsində avtomatlaşdırma və rəqəmsal inkişaf fəaliyyətlərini icra etmək; irəliləyişi sinxronlaşdırmaq və yaranan çətinliklərin aradan qaldırılması üçün mümkün maneələri müəyyənləşdirmək; mütəmadi olaraq görülmüş işlər barədə Rəqəmsal İnkişaf Operatoruna məlumat vermək kimi vəzifələri yerinə yetirəcəklər. Rəqəmsal inkişaf menecerlərinin (RİM) bilik səviyyəsinin artırılmasının vacibliyini nəzərə alaraq, bunun üçün ən son texnologiyalar və yeniliklər barədə davamlı təlim proqramları təşkil olunmalıdır. Vəzifənin əhəmiyyətindən asılı olaraq, müvafiq RİM-lərin seçimi və təyinatı üçün meyarlar müəyyənləşdirilməlidir. Qeyd edilənlərlə yanaşı, rəqəmsal inkişaf və bu məqsədlə qurumlararası əlaqələndirmə prosesi üçün müxtəlif dövlət qurumları arasında əsas fəaliyyətin baza avtomatlaşdırılmasının hazırlıq səviyyəsində əhəmiyyətli fərqlərin olması ciddi maneədir. Avtomatlaşdırma bütün biznes proseslərini dəstəkləməyi, şəffaflığı, səmərəliliyi və fəaliyyətin istənilən hissəsində hesabatların real vaxt rejimində əldə edilməsini vahid məlumat məkanında təmin edir, bununla da məlumatlı idarəetmə qərarlarının vaxtında qəbul olunmasına kömək edir. Dövlət qurumları arasında avtomatlaşdırma səviyyəsində fərqin aradan qaldırılması dövlət qurumlarının fəaliyyəti üçün zəruri olan texnologiyaların istifadəsində nəzərəçarpan sıçrayış edərək, aralarındakı texnoloji boşluğu minimuma endirəcək və geniş əhatəli proseslərdən (kadrların idarə edilməsi, mühasibat uçotu, büdcənin idarə olunması, layihə idarəetməsi və s.) və ölkənin rəqəmsal iqtisadiyyatı üçün vacib olan təhlil vasitələrindən istifadə olunmasına imkan yaradacaqdır.
6.1.2.3. Normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsi Rəqəmsal inkişaf çərçivəsində dövlət qurumlarının fəaliyyətində, müxtəlif sənaye və xidmət sahələrində rəqəmsal texnologiyaların tətbiqi normativ tənzimləmə sahəsində yeni tələblər irəli sürür. Baş verən texnoloji dəyişikliklərə vaxtında uyğunlaşmaq üçün müvafiq tənzimləmə daha çevik və adekvat olmalıdır. Rəqəmsal texnologiyalar tənzimləməyə yeni yanaşmalar tələb etməklə bərabər, normativ bazanın müasir tələblərə uyğunlaşdırılması üçün də yeni imkanlar yaradır. Dövlət idarəetməsində rəqəmsal inkişaf bir tərəfdən, qərarların qəbulunun sürətini artırır, digər tərəfdən, rəqəmsal inkişafın formalaşdırdığı yeni şəraitin və ya münasibətlərin normativ tənzimlənməsində keyfiyyətin artırılması üçün normayaratma prosesinə yeni baxışlar gətirə bilir. Rəqəmsal inkişaf prosesinin komponentlərini əks etdirən anlayışlarda qeyrimüəyyənliyin aradan qaldırılması, "Elektron hökumət", "Proseslərin rəqəmsal əsaslara keçirilməsi", "Rəqəmsal məlumat bazası", "Milli identifikasiya sistemi", "Məlumat perimetrinin təhlükəsizliyi", "Rəqəmsal inkişaf" kimi geniş yayılmış anlayışların ekosistem iştirakçıları tərəfindən anlayış vahidliyinin təmin edilməsi məqsədilə rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında "Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi" və "Azərbaycanda məlumatların idarə edilməsi (Data Governance) Strategiyası", habelə qüvvədə olan qanunvericiliyə rəqəmsal inkişafın müasir çağırışlarına cavab verən dəyişiklik hazırlanacaqdır. Nəticədə müxtəlif şərh və subyektiv risklər minimuma endiriləcək, layihə təşəbbüslərinin yekun məqsədlərinin dəqiq müəyyənləşdirilməsi imkanı yaranacaq və icraya nəzarətin keyfiyyəti artacaqdır.
6.1.3. Rəqəmsal inkişaf infrastrukturunun qurulması 6.1.3.1. Proseslərin arxitekturasının qurulması Dövlət qurumlarında daxili inzibati proseslərin keyfiyyətinin və əlçatanlığının artırılması, kağız daşıyıcılarda aparılan proseslərin rəqəmsal mühitə keçirilməsi, elektron imzanın tətbiqi, məlumat əsaslı qərar qəbul etməyə imkan verəcək infrastrukturun qurulması məqsədilə mövcud iş proseslərinin optimallaşdırılması zəruridir. Formalaşdırılacaq dövlət məlumat "hövzəsi" böyükhəcmli məlumatların təhlili, proqnozlaşdırıcı modellərin yaradılması nümunələrinin axtarışı üçün mənbədir. Bu alqoritm prosesin bütün iştirakçılarına ani və müvafiq məlumatlar əldə etməyə, məlumatlar əsasında qərarlar qəbul etməyə, proqnoz verməyə, məlumat istehlakçısına sürətli və keyfiyyətli xidmətlər göstərilməsinə imkan verəcəkdir.
6.1.3.2. Rəqəmsal hökumət arxitekturasının qurulması Dövlət qurumlarında formalaşdırılacaq Rəqəmsal hökumət arxitekturası qarşılıqlı fəaliyyət göstərərək məlumat axınını (G2G/G2E, G2B) təmin və idarə edə biləcək şəkildə təşkil olunmalıdır. Qurumlararası məlumatların mübadiləsi "Elektron Hökumət İnformasiya Sistemi" (EHİS) üzərindən aparılmalı, əməliyyat sistemləri və platformalar arasında məlumatların inteqrasiyası zamanı qayda və standartlar təyin edilməli, dövlət əhəmiyyətli informasiya sistemləri, ehtiyatları və məlumat bazaları "Hökumət buludu"nda yerləşdirilməlidir. Müasir texnologiyalar uyğun rabitə vasitələrinin hazır və əlçatan olmasını tələb edir. Xidmətdən istifadəyə uyğun olaraq, müxtəlif proqram dəstləri təyinatına görə çoxməqsədli rabitə və kommunikasiya növlərini (5G, Lo Ra, yüksəksürətli fiber xətləri və s.) tələb edə bilər. Hökumət və biznes qurumlarının sözügedən rabitə və kommunikasiya növlərini tətbiq edə bilmələri üçün hüquqi baza və infrastruktur hazır vəziyyətə gətirilməli, investisiyaların cəlbi, təşviq və dəstək üçün müvafiq dövlət proqramları qəbul edilməlidir. Rəqəmsal hökumət arxitekturasının bütün mərhələlərində və məlumatların son istifadəçilərinə çatdırılmasında, müasir informasiya təhlükəsizliyi qaydalarına (şifrələmə, müasir identifikasiya üsulları, istifadəçilərin girişlərinin idarə edilməsi, məlumatların idarə edilməsi, məxfiliyin qorunması, kiberhücumlardan qorunma və s.) riayət olunmalıdır. İKT landşaftının bütün səviyyələrinin və informasiya təhlükəsizliyi komponentlərinin tətbiqi zamanı, ilk növbədə, yerli istehsala üstünlük verilməsi nəzərə alınmalı və strateji perspektivdə ölkəxarici asılılıq minimuma endirilməlidir. 2023-cü ildə ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində aparılan müzakirələrdə qabaqcıl peyk texnologiyası xidmətləri önə çəkilmişdir. Genişzolaqlı peyk internet xidmətinin təkrar satışı həyata keçiriləcək, peyk internet xidmətlərinin tərəfdaşı olaraq, ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradan qaldırmaqla, dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətləri göstəriləcəkdir. Dövlət xidmətlərinin sürətlə rəqəmsallaşmasını, emal olunan məlumatların həcminin çoxalmasını, artan fiziki və virtual server tələbatını nəzərə alaraq, "Hökumət buludu"nun arxitekturasında data mərkəzinin infrastrukturu genişləndiriləcək, Milli Data Mərkəzlərinin layihələndirilməsi işləri aparılacaqdır. Naxçıvan Muxtar Respublikasında data mərkəzinin inşa edilməsi üçün müvafiq texniki infrastruktur qurulacaqdır.
"Açıq məlumatlar" portalı təkmilləşdiriləcək, açıqlanan məlumatlara təkrar istifadə icazələrinin (open licence) verilməsi və maraqlı tərəflərin portala qoşulması qaydalar və tələblərlə dəstəklənəcəkdir.
6.1.3.3. Məlumatların arxitekturasının qurulması Rəqəmsal inkişafın zəruri komponentini təşkil edən rəqəmsal məlumatların hazırkı həcmi və dövlətin böyükhəcmli məlumatlara dair vahid strateji yanaşma nümayiş etdirməsi zərurəti nəzərə alınaraq, məlumatların idarə olunmasının (data governance) hədəflənən arxitekturası (çərçivəsi) formalaşdırılmalıdır. Qurulacaq arxitektura məlumatların müxtəlif mənbələr arasında (dövlət qurumlarına məxsus informasiya sistemləri, biznes qurumlarının təqdim etdiyi məlumatlar, açıq məlumatlar, sosial şəbəkələr və s.) ötürülməsini və ölkədəki cari infrastrukturu (Milli Rəqəmsal Mübadilə şəbəkəsi, "Hökumət buludu" və s.) nəzərə alaraq, məlumat əsaslı qərar qəbuletmə imkanlarını təqdim etməlidir.
6.2. Rəqəmsal etimad və inkişaf üçün hazırlıq, kadr potensialının gücləndirilməsi 6.2.1. Rəqəmsal cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması Vətəndaş, biznes və dövlətin qarşılıqlı etimad əsasında fəaliyyət göstərdiyi bir mühitdə rəqəmsal inkişafın həyata keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən istiqamətlərdən biri informasiya təhlükəsizliyi və kibertəhlükəsizlikdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023—2027-ci illər üçün Strategiyası" vətəndaşın, biznesin və dövlətin müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şərait yaradılmasına xidmət edir.
6.2.2. Rəqəmsal inkişaf üçün kadr potensialının inkişaf etdirilməsi Rəqəmsallaşma proseslərinin yekun məqsədi dövlət və biznes xidmətlərindən vətəndaşların istifadə etməsidir. Bu məqsədlə rəqəmsal xidmətlərin biznes proseslərinin optimal formada təşkilinin və əlçatanlığının təmin edilməsinin (yüksəksürətli genişzolaqlı internet şəbəkəsinin qurulması, elektron imzaların əldə edilməsi və istifadəsi prosesinin sadələşdirilməsi, "Açıq məlumatlar" portalı və s.) əhəmiyyəti təkrar vurğulanmalıdır. Bütün bu infrastruktur quruculuğu, xidmətlərin rəqəmsallaşması ilə yanaşı, eyni zamanda rəqəmsal xidmətlərdən istifadə məqsədilə vətəndaşların rəqəmsal biliklərə yiyələnməsi üçün tədbirlər görülməlidir. Bu istiqamətdə bir insanın yaşamı boyunca istifadə etdiyi xidmətlər analiz olunmalı və bu konkret istiqamətlər üzrə istifadəçilərə rəqəmsal bacarıqların öyrədilməsi, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında informasiya texnologiyalarından istifadədə rəqəmli fərqliliyin aradan qaldırılması təmin edilməlidir. Rəqəmsal inkişaf çərçivəsində həll edilməsi zəruri olan əsas məsələlər rəqəmsal ekosistemin qurulması, İKT sahəsində uğurlu olan müəssisələrin, startapların yetişdirilməsi, innovasiya mərkəzlərinin yaradılmasının dəstəklənməsidir. Eyni zamanda, prioritetlərdən biri səmərəli şəkildə və qısa müddətdə səriştəli mütəxəssislərin hazırlanması və dövlət qurumları əməkdaşlarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsini təmin edən kadr siyasətinin həyata keçirilməsidir. İnkişaf proseslərini həyata keçirən kadr heyətinin formalaşdırılması və məlumatlara əsaslanan idarəetmənin həyata keçirilməsi baxımından dövlət qurumları üçün qarşıda duran əsas məsələlərdən biri lazımi səriştələrin səviyyəsi, hədəfə sadiqlik, işə qəbul prosesinin sadələşdirilməsi və əməkhaqqı dərəcəsi olacaqdır. Ölkənin vahid texnoloji landşaftı daxilində proseslərin həyata keçirilməsinin məsul kadrlar tərəfindən anlaşılması üçün nəticəyönümlü yanaşmanın tətbiqi zəruridir. Yanaşma bütün iştirakçıların rəqəmsal idarəetməni, əmək bazarı standartlarının modernləşdirilməsini və lazımi peşə hazırlığının xüsusiyyətlərini anlamalarını zəruri edir. Bu kadrlar dövlətin bütün sahələrini və seqmentlərini əhatə edən rəqəmsal inkişaf proseslərinin hər bir mərhələsində innovativ yanaşmaların tətbiq olunmasını təmin etməlidir. Proseslərin həyata keçirilməsinə hazırlıq rəqəmsal təfəkkürü, kompüter/alqoritmik məntiq bacarıqları və iqtisadiyyatın bütün sahələrində texnologiyanın rolu barədə anlayışı tələb edir. Ölkənin iqtisadi inkişaf perspektivlərinin və rəqəmsal inkişafın tələblərinə cavab verən İKT sahəsində peşəkar və ixtisaslı mütəxəssislərin inkişafı üçün təhsilin məzmunu və qiymətləndirilməsi məsələlərində aidiyyəti dövlət qurumlarının səylərini əlaqələndirmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin (misal üçün, məsafədən təhsil və iş imkanları) inteqrasiyası zəruridir. Sözügedən koordinasiya müvafiq qanunvericilik bazasının formalaşdırılmasını və ya yenilənməsini, qiymətləndirmə göstəricilərinin hazırlanmasını və buna əsasən hesabatlılıq sisteminin tətbiq edilməsini, habelə İKT bazarının yerli və beynəlxalq təmsilçilərinin prosesə cəlb edilməsini də nəzərdə tutur. Dövlət və biznes xidmətlərinin rəqəmsal inkişafının sürətlənməsi və davamlı olaraq inkişaf etməsi üçün rəqəmsal ekosistemin qurulması və İKT sahəsində uğurlu nəticə verən startapların, innovativ layihələrin formalaşdırılması labüddür. Bu məqsədlə innovasiya sahəsində normativ hüquqi aktlar təkmilləşdirilməli, mütəxəssislərin bilik və bacarıqları, təşəbbüskarlığı davamlı olaraq inkişaf etdirilməlidir.
6.3. Özəl sektorda rəqəmsallaşmanın dəstəklənməsi Dövlət tərəfindən irəli sürülən rəqəmsal inkişaf təşəbbüsləri ölkə iqtisadiyyatına yeni qaydaların, standartların və tənzimləmə çərçivələrinin daxil edilməsi ilə müşayiət olunur ki, bu siyasətin yaratdığı yeni bazar reallıqlarına uyğunlaşmaq üçün maliyyələşmə və resurs çatışmazlığı, rəqəmsal bacarıqların azlığı, İKT mütəxəssislərinin tapılmasında çətinlik və onları saxlamaq üçün gərəkli xərclər kiçik və orta sahibkarların rəqəmsal texnologiyaların tətbiq edilməsində qarşılaşdığı əsas maneələrdəndir. Rəqəmsal inkişaf proqramını həyata keçirərkən bazar iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edən və tərəqqinin əsas hərəkətverici qüvvələrindən olan kiçik və orta sahibkarlara elektron ticarət həlləri, veb-saytlar, sosial media, proqram təminatları və mobil tətbiqlərin hazırlanmasında kömək göstərilməli, İKT bilik və bacarıqlarının təlim, kurs və təhsil proqramları vasitəsilə artırılması dəstəklənməlidir. IV Sənaye İnqilabı texnologiyalarının Azərbaycanda müxtəlif iqtisadi sektorlarda tətbiq olunması üzrə islahatlar aparılacaq, elektron ticarətdə, maliyyə xidmətlərində, kənd təsərrüfatında, nəqliyyatda və digər sahələrdə texnologiyaların tətbiqi imkanları tədqiq olunacaq və əldə ediləcək nəticələrin imkanlara çevrilməsi yolu ilə bu rəqəmsal texnologiyaların ("süni intellekt", "bulud", blokçeyn, böyükhəcmli məlumatlar və digər) tətbiqi yönündə tədbirlər icra olunacaqdır. Bundan əlavə, dövlət rəqəmsal inkişaf çərçivəsində sürətli iqtisadi inkişaf gətirə biləcək sahələrdə özəl sektorla tərəfdaşlıq etməlidir. Biznes nümayəndələri fərdi və ya ortaq platforma xidmətlərinin həm istehlakçıları, həm də özəl sektorun cəlbi, o cümlədən dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında dövlət platforması üçün bu xidmətlərin təminatçıları ola bilərlər. Bununla yanaşı, Konsepsiyanın icrası ilə bağlı tədbirlərə özəl sektorun cəlb olunması zamanı sağlam rəqabət mühitinin təmin edilməsi məqsədilə zəruri işlər görülməlidir.
6.4. Gözlənilən nəticələr Dövlət və özəl sektorun rəqəmsallaşdırılması, rəqəmsal inkişaf üçün zəruri olan informasiya və kibertəhlükəsizliyi təminatlı rəqəmsal cəmiyyətə keçid, habelə rəqəmsal bacarıqların inkişaf etdirilməsi nəticəsində aşağıdakılara nail olunacaqdır: dövlət xidmətlərinin tam olaraq elektron formatdan məlumat əsaslı rəqəmsal formata keçidinin təmin edilməsi, "süni intellekt" əsaslı pilot layihələrin həyata keçirilməsi, həmçinin dövlət qurumları arasında sənəd dövriyyəsinin (G2G, G2B, G2C, G2E) kağızsız formada icra olunması; İKT infrastrukturunun inkişafı sahəsində xərclərin optimallaşdırılması və bu sahədə özəl investisiyaların payının artırılması; ən yeni rəqəmsal texnologiyaların tətbiqi − böyükhəcmli məlumatların və süni intellektin istifadəsi yolu ilə qərar qəbuletmə prosesinin səmərəliliyinin və sürətinin artırılması, "əşyaların interneti" vasitəsilə xidmətlərin proaktiv və tez çatdırılması; "ağıllı şəhər" və "ağıllı kənd"lərdə rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sürətləndirilməsi, eyni zamanda "ağıllı qurğular"dan istifadə etməklə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi; proqnoz ssenarilərin qurulması, zəncir-bloklar (blockchain) texnologiyası ilə əməliyyatların və məlumatların təhlükəsizliyinin təmin edilməsi; dövlət qurumlarının rəqəmsal inkişaf prosesinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sisteminin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması; dövlət qurumlarının texnoloji hazırlıq səviyyəsinin artırılması, lisenziyalı proqram təminatlarından istifadənin təmin edilməsi və informasiya təhlükəsizliyi ilə kibertəhlükəsizliyin təmin olunması üçün vahid standartların hazırlanması və tətbiqi; rəqəmsal inkişaf sahəsində beynəlxalq reytinqlərdə ölkənin göstəricilərinin yaxşılaşdırılmasına nail olunması; innovativ ekosistemin inkişafının dəstəklənməsi məqsədilə vençur maliyyəsi, tədqiqat və təhsil müəssisələrinin cəlb edilməsi, yerli İKT şirkətlərinin inkişaf etdirilməsi və startapların rəqəmsal həllər hazırlamasına dəstək verilməsi;
yeni iş yerlərinin yaradılması, yerli təcrübələrin inkişafı və ixracının artırılması, ölkənin texnoloji ixrac potensialının yüksəldilməsi; sahibkarlıq subyektlərinin prioritet sahələr üzrə rəqəmsallaşdırılmasının təşviq edilməsi və kiberməlumatlılığının artırılması; "Açıq məlumatlar" portalının beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, elektron imzanın tətbiqinin genişləndirilməsi və Açıq Tətbiq Proqramlaşdırma İnterfeysi (Open API) əsasında özəl sektor tərəfindən yeni xidmətlərin istifadəyə verilməsi; İKT-nin inkişaf meyillərinə uyğun olaraq ölkədə rəqəmsal bacarıqların və kiberməlumatlılığın artırılması; İKT təhsilinin bütün pillələrində biznesin iştirakının təmin edilməsi, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması və İKT ixtisasları üzrə dövlət sifarişli yerlərin sayının artırılması; İKT mütəxəssislərinin dövlət qulluğuna qəbulu prosesinin sadələşdirilməsi, məsafədən təhsil və iş imkanlarının regionların sosial-iqtisadi inkişafına təsirlərinin artırılması.
7. Maliyyələşdirmə mexanizmləri Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında qeyd olunan müvafiq tədbirlərin maliyyələşdirilməsi büdcə təşkilatları üçün onların saxlanılması məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına, habelə özəl sektorun vəsaiti və dövlətözəl tərəfdaşlığı layihələri vasitəsilə təmin olunur. Təsərrüfathesablı qurumların, özəl qurumların Konsepsiyada nəzərdə tutulan tədbirlərdə iştirakı həmin qurumların vəsaiti hesabına və qanunla qadağan edilməyən digər mənbələrdən maliyyələşdirilir.
8. Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı Tədbirin adı Əsas icraçı orqan (qurum) Digər icraçılar İcra müddəti (illər üzrə) Nəticə indikatorları ilkin nəticələr aralıq nəticələr yekun nəticələr
9.1. Dövlət idarəetmə sisteminin rəqəmsallaşdırılması
1.1. Rəqəmsal inkişafın təhlili və qiymətləndirilməsi 1.1.1. Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası RİNN ƏƏSMN, DİN, İN, ETN, SN, DTX, XRİTDX 2025—2026 Rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması 12 dövlət qurumunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin artırılması 1.1.2. Dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası XRİTDX DTX, RİNN, AMEA, ETN 2025—2026 Dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun yaradılması Beynəlxalq təcrübə əsas götürülməklə, dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostikası sənədinin hazırlanması və təsdiq üçün təqdim olunması Dövlət qurumlarının informasiya təhlükəsizliyinin diaqnostika sənədinin təsdiq edilməsi və həmin sənəd əsasında informasiya təhlükəsizliyinin diaqnostikasının həyata keçirilməsi 1.1.3. Sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin və informasiya təhlükəsizliyi mühitinin diaqnostikası RİNN ƏƏSMN, DİN, İN, ETN, SN, DTX, sahibkarlıq subyektləri 2025—2026 Sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin və informasiya təhlükəsizliyi mühitinin diaqnostikası üçün işçi qrupun yaradılması və Beynəlxalq təcrübə əsas götürülməklə, ölkə üzrə rəqəmsallaşma səviyyəsinin və informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının (müvafiq internet informasiya ehtiyatı Diaqnostika nəticələrinə uyğun olaraq dəstək tədbirlərinin təşkil edilməsi rəqəmsal yetkinlik səviyyəsinin müəyyən edilməsinə xidmət edən meyarların müəyyənləşdirilməsi vasitəsilə könüllü ötürülən məlumatlar əsasında) aparılması 1.1.4. Dövlət qurumlarında elektron xidmətlərin, habelə informasiya sistemlərinin və ehtiyatlarının, eləcə də həmin informasiya sistemlərində və ehtiyatlarında formalaşan məlumatların dürüstlüyünün, bütövlüyünün, dəqiqliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının hazırlanması RİNN DTX, XRİTDX, aidiyyəti qurumlar 2025 Dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının təşkili və fəaliyyəti, eləcə də həmin informasiya sistemlərində və ehtiyatlarında formalaşan məlumatların dürüstlüyü, bütövlüyü və dəqiqliyi üzrə qiymətləndirmə mexanizminin hazırlanması 12 dövlət qurumunun RİNN tərəfindən dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının təşkili və fəaliyyəti, eləcə də həmin informasiya sistemlərində və ehtiyatlarında formalaşan məlumatların dürüstlüyü, bütövlüyü və dəqiqliyi üzrə qiymətləndirmələr aparılması, qiymətləndirmələrin nəticəsinə uyğun olaraq arayışların və hesabatların hazırlanması Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, dövlət qurumları tərəfindən elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi, o cümlədən həmin informasiya sistemləri və ehtiyatlarında formalaşan məlumatların dürüstlüyünün, bütövlüyünün, dəqiqliyinin təmini və göstərilən xidmətlərin rəqəmsal formada təşkili ilə bağlı tədbirlər planının hazırlanması
1.2. Rəqəmsal inkişafın arxitekturasının qurulması 1.2.1. Ölkə səviyyəsində rəqəmsal ekosistem üzrə proseslərin arxitekturasının qurulması RİNN DTX, XRİTDX və aidiyyəti qurumlar 2025—2027 Proses arxitekturasının qurulması üzrə qurumlararası ixtisaslaşmış işçi qrupların yaradılması və fəaliyyətə başlaması Konsepsiya ilə nəzərdə tutulan proses arxitekturası üzrə proseslərin kataloqunun və arxitektura sənədinin hazırlanması işlərinin əlaqələndirilmiş şəkildə aparılması Proses arxitekturası toplusunun hazırlanması
1.2.2. Ölkə səviyyəsində rəqəmsal ekosistem üzrə rəqəmsal hökumət arxitekturasının qurulması RİNN DTX, XRİTDX və aidiyyəti qurumlar 2025—2027 Rəqəmsal hökumət arxitekturasının formalaşdırılması üzrə qurumlararası ixtisaslaşmış işçi qrupların yaradılması və fəaliyyətə başlaması Rəqəmsal hökumət arxitektura sənədinin hazırlanması işlərinin formalaşmış qurumlararası ixtisaslaşmış işçi qruplar vasitəsilə əlaqələndirilmiş şəkildə aparılması Rəqəmsal hökumət arxitekturasının hazırlanması 1.2.3. Məlumatların idarə edilməsi strategiyasının, o cümlədən ölkə səviyyəsində rəqəmsal ekosistem üzrə məlumatların idarə edilməsi arxitekturasının (çərçivəsinin) qurulması RİNN aidiyyəti qurumlar 2025—2027 Məlumatların idarə edilməsi arxitekturasının (çərçivəsinin) formalaşdırılması üzrə qurumlararası ixtisaslaşmış işçi qrupların yaradılması və fəaliyyətə başlaması, habelə məlumatların idarə edilməsinin mövcud vəziyyətinin təhlil olunması Məlumatların idarə edilməsi strategiyasının layihəsinin hazırlanması və razılaşdırılması, o cümlədən Konsepsiya ilə nəzərdə tutulan məlumatların idarə edilməsi üçün arxitektura sənədinin hazırlanması işlərinin formalaşmış qurumlararası ixtisaslaşmış işçi qruplar vasitəsilə əlaqələndirilmiş şəkildə aparılması Məlumatların idarə edilməsi strategiyasının təsdiq üçün təqdim olunması, habelə Konsepsiya ilə nəzərdə tutulan məlumatların idarə edilməsi arxitekturasının hazırlanması
1.3. Rəqəmsal inkişafın idarə olunması, əlaqələndirilməsi və tənzimləmə mexanizmlərinin formalaşdırılması 1.3.1. Ölkə səviyyəsində rəqəmsal inkişafın əlaqələndirilməsi üçün Rəqəmsal İnkişaf Operatoru ilə dövlət qurumlarında rəqəmsal inkişaf üzrə məsul olan struktur bölməsinin və ya məsul şəxsin qarşılıqlı fəaliyyətinin təşkili RİNN DTX, XRİTDX, ƏN, İN və aidiyyəti qurumlar mütəmadi Rəqəmsal inkişafın əlaqələndirilməsi üçün dövlət qurumlarında rəqəmsal inkişaf üzrə məsul olan struktur bölməsinin və ya məsul şəxsin müəyyən edilməsi Rəqəmsal İnkişaf Operatoru ilə dövlət qurumlarında rəqəmsal inkişaf üzrə məsul olan struktur bölməsi və ya məsul şəxs arasında əlaqələndirmənin qurulması ilə bağlı tədbirlər görülməsi və aidiyyəti dövlət orqanlarından Dövlət orqanlarında (qurumlarında) rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələrin mərkəzləşdirilmiş reyestrinin formalaşdırılması
(qurumlarından) rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələrin toplanılması
1.4. Rəqəmsal inkişafın tətbiqinin genişləndirilməsi 1.4.1. Həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətlərinin rəqəmsallaşdırılması Aidiyyəti qurumlar, RİNN 2025—2027 Həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətlərinin müəyyən edilməsi Müvafiq xidmətlərin rəqəmsallaşdırılması və optimallaşdırılması istiqamətində tədbirlər görülməsi Həyat hadisəsi əsaslı dövlət xidmətlərinin mütəmadi olaraq təhlili və prioritet üzrə rəqəmsallaşdırılması 1.4.2. Rəqəmsal xidmətlərdən istifadəçi məmnunluğunun təmin edilməsi istiqamətində tədbirlər görülməsi Aidiyyəti qurumlar RİNN 2025—2027 Rəqəmsal xidmətlərdə istifadəçi məmnunluğunun ölçülməsi üçün alətin və meyarların formalaşdırılması Rəqəmsal xidmətlərdə istifadəçi məmnunluğunun ölçülmə alətinin və meyarların dövlət orqanlarında (qurumlarında) tətbiqi Rəqəmsal xidmətlərdə istifadəçi məmnunluğunun minimum 85%-ə çatdırılması 1.4.3. Dövlət qurumları daxilində idarəetmə proseslərinin (kargüzarlığın aparılması, sənədlərin icrasına nəzarət, arxiv, kadrların idarə olunması, maliyyəuçot və mühasibat, təchizat və təminat) rəqəmsal şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi Aidiyyəti qurumlar RİNN 2025—2027 Dövlət qurumlarının daxili idarəetmə proseslərinin rəqəmsallaşma prioritetlərinin müəyyən edilməsi Dövlət qurumları daxilində bütün əməliyyatların 80%- nin rəqəmsal şəkildə həyata keçirilməsi 1.4.4. Əsas dövlət informasiya sistemləri və ehtiyatlarında formalaşan məlumatların dürüstlüyünün, bütövlüyünün, dəqiqliyinin təhlil edilməsi və aşkarlanan RİNN aidiyyəti qurumlar 2025—2027 Əhalinin Dövlət Reyestri, Daşınmaz Əmlakın Dövlət Reyestri, Kommersiya Qurumlarının Dövlət Reyestri, "TələbəMəzun" dövlət elektron məlumat sistemi, Baş Əhalinin Dövlət Reyestri, Daşınmaz Əmlakın Dövlət Reyestri, Kommersiya Qurumlarının Dövlət Reyestri, "Tələbə-Məzun" dövlət elektron məlumat sistemi, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi Əhalinin Dövlət Reyestri, Daşınmaz Əmlakın Dövlət Reyestri, Kommersiya Qurumlarının Dövlət Reyestri, "TələbəMəzun" dövlət elektron məlumat sistemi, Baş çatışmazlıqların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsi Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində formalaşdırılan, habelə saxlanılan məlumatların dürüstlüyü, bütövlüyü və dəqiqliyi üzrə qiymətləndirmələr və təhlillərin aparılması informasiya sistemində formalaşdırılan, habelə saxlanılan məlumatların dürüstlüyü, bütövlüyü, dəqiqliyi üzrə qiymətləndirmələr və təhlillər nəticəsində çatışmazlıqların müəyyənləşdirilməsi Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində formalaşdırılan, habelə saxlanılan məlumatların dürüstlüyü, bütövlüyü, dəqiqliyi üzrə qiymətləndirmələr və təhlillər nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsi 1.4.5. "Rəqəmsal İD" vətəndaşın şəxsiyyətini eyniləşdirən rəqəmsal vasitənin tətbiq edilməsi RİNN aidiyyəti qurumlar 2025—2027 Müvafiq hüquqi normativ bazanın təkmilləşdirilməsi Rəqəmsal İD həllində şəxsiyyəti eyniləşdirən sənəd növlərinin müəyyən edilməsi Bütün ölkə vətəndaşları üçün şəxsiyyəti eyniləşdirən sənədlərin Rəqəmsal İD həllində təqdim edilməsi 1.4.6. Açıq məlumatlardan istifadənin genişləndirilməsi RİNN aidiyyəti qurumlar Mütəmadi "Açıq məlumatlar" portalına daxil edilməli olan məlumatların siyahısının müəyyən edilməsi "Açıq məlumatlar" portalına açıq məlumatların daxil edilməsi və yenilənməsi "Açıq məlumatlar" portalı vasitəsilə açıq məlumatların əldə edilməsinin təmini və həmin məlumatlardan innovativ həllərin hazırlanmasında istifadə olunması 1.4.7. Dövlət orqanları (qurumları) tərəfindən təşkil edilən və göstərilən elektron xidmətlərin siyahısı və onlardan istifadə ilə bağlı təlimat barədə ictimai məlumatlandırmanın təmin edilməsi Aidiyyəti qurumlar RİNN Mütəmadi Elektron xidmətlərdən istifadə ilə bağlı təlimatlar hazırlanması Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən göstərilən elektron xidmətlərin siyahısının və həmin xidmətlərdən istifadə ilə bağlı təlimatların orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatlarında və "Elektron Hökumət Müvafiq siyahı və təlimatların zəruri olduğu hallarda yenilənməsinin və aktuallığının təmin edilməsi
İnformasiya Sistemi"ndə (EHİS) yerləşdirilməsi ilə bağlı tədbirlər görülməsi
2. Rəqəmsal cəmiyyətə etimad mühitində keçidin təmin edilməsi və rəqəmsal inkişaf üçün zəruri kadr potensialının inkişaf etdirilməsi
2.1. Əhalinin rəqəmsal savadlılığının qiymətləndirilməsi RİNN ETN, ƏƏSMN, DSK, İN 2025—2027 Əhalinin rəqəmsal savadlılığını qiymətləndirmək üçün metodologiyanın müəyyənləşdirilməsi Əhalinin rəqəmsal savadlılığını qiymətləndirmək üçün sorğular keçirilməsi və statistik göstəricilər sisteminin qurulması Əhalinin rəqəmsal savadlılığının artırılması üçün proqramların hazırlanması və icrasına başlanılması 2.2. Əhalinin rəqəmsal hazırlığının, o cümlədən kiberməlumatlılığının artırılması RİNN ƏƏSMN, ETN, DTX 2025—2027
2.3. Təhsil müəssisələrində İKT və informasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı ilə bağlı tədbirlər görülməsi ETN DTX, XRİTDX, RİNN 2025—2027 Təhsil müəssisələrində İKT və informasiya təhlükəsizliyi ixtisasları üzrə dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı təhlillər aparılması Təhsil müəssisələrində İKT və informasiya təhlükəsizliyi ixtisasları üzrə dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı RİNN-in, eləcə də informasiya təhlükəsizliyinin təmin edilməsinə münasibətdə DTX-nin və XRİTDX-nin rəyi əsasında təkliflərin formalaşdırılması və təqdimi Təhsil müəssisələrində İKT və informasiya təhlükəsizliyi ixtisasları üzrə dövlət sifarişli yerlərin sayının artırılması
2.4. Dövlət qurumlarının əməkdaşlarının, o cümlədən dövlət İKT mütəxəssislərinin rəqəmsal bilik və bacarıqlarının artırılması RİNN, ETN, aidiyyəti qurumlar ETN, DTX, XRİTDX 2025—2027 Dövlət qurumlarının əməkdaşlarının, o cümlədən dövlət İKT mütəxəssislərinin rəqəmsal bilik və bacarıqlarının artırılması üçün metodologiyanın müəyyənləşdirilməsi Dövlət qurumlarının əməkdaşlarının, o cümlədən dövlət İKT mütəxəssislərinin rəqəmsal bilik və bacarıqlarını qiymətləndirmək üçün sorğular keçirilməsi və Dövlət qurumlarının əməkdaşlarının, o cümlədən dövlət İKT mütəxəssislərinin rəqəmsal bilik və bacarıqlarının artırılması üçün proqramların hazırlanması və icrasına başlanılması statistik göstəricilər sisteminin qurulması
2.5. İnnovasiya və İKT icmalarının dəstəklənməsi Aidiyyəti qurumlar RİNN 2025—2027 İnnovasiya və İKT sahəsində fəaliyyət göstərən icmaların müəyyənləşdirilməsi, lazımi infrastrukturun qurulması və resurslarla təmin edilmənin təşkili, habelə şəbəkələşmə tədbirlərinin keçirilməsi İnnovasiya və İKT icmalarının inkişafı, müvafiq icmaların sahə üzrə səriştəlilik səviyyəsinin artırılması istiqamətində tədbirlər görülməsi, yeni innovasiya və İKT məhsullarının formalaşdırılması, müvafiq sahədə həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərilməsi və cəlb edilən investisiyaların həcminin artırılması, habelə şəbəkələşmənin genişləndirilməsi İcmalar tərəfindən formalaşdırılan məhsulların və göstərilən xidmətlərin bazara çıxarılması və tətbiqi ilə bağlı göstəricilərin artması, habelə həyata keçirilən tədbirlərin sosial, iqtisadi və texnoloji cəhətdən cəmiyyətə və iqtisadiyyata təsirinin ölçülməsi
3. Özəl sektorun rəqəmsallaşdırılmasının dəstəklənməsi
3.1. Sahibkarlıq subyektlərinin rəqəmsal infrastrukturunun gücləndirilməsi və texnoloji adaptasiyasının sürətləndirilməsi İN RİNN və digər aidiyyəti qurumlar 2025—2027 Sahibkarlıq subyektlərinin rəqəmsal həllərə dair ehtiyaclarının müəyyən edilməsi və sahibkarlığın rəqəmsallaşdırılmasının dəstəklənməsi ilə bağlı təhlillər aparılması Sahibkarlıq subyektlərinin yüksəksürətli internetə əlçatanlığının təmin edilməsi, müvafiq subyektlərin fəaliyyəti üçün zəruri rəqəmsal həllərin hazırlanması ilə bağlı tədbirlər görülməsi, habelə bulud texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi və subyektlərin rəqəmsal bacarıqlarının artırılması Görülən tədbirlərin sahibkarlıq subyektlərində rəqəmsal inkişaf səviyyəsinin artmasına və proseslərinin optimallaşdırılmasına təsirinin təhlili və əlavə dəstək mexanizmlərinin müəyyən edilməsi istiqamətində tədbirlərin təşkili
9. Akronimlər və ixtisarlar RİNN — Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İN — Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ETN — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ƏƏSMN — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi KTN — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi SN — Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi DİN — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ƏN - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi DSK — Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi XRİTDX — Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti DTX — Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti AMEA — Azərbaycan Milli Elmlər Akademiyası.