AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonasının təsdiq edilməsi haqqında "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariyamühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 289,5 hektarlıq sahədə təsdiq edilsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 14 " " yanvar " 2025-ci il № 7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 14 " yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmişdir.