Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu faciəvi qəza nəticəsində həyatını itirən bacı-qardaşlarımıza Allah-taaladan rəhmət diləyir, onların kədərli ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Qəza nəticəsində yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.
Dost və qardaş Azərbaycanın kədərini səmimi-qəlbdən bölüşürük.
Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm.
Hörmətlə, Fuat Oktay Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri