Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində baş verən faciə ilə əlaqədar peterburqlular adından həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Onlara bu əvəzolunmaz itkinin ağrı-acısının öhdəsindən gəlmək üçün mənəvi güc, mətanət və dözüm arzulayır, bütün yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm.
Bu ağır günlərdə dost Azərbaycan xalqının dərdinə şərik olur və dəstəyimi ifadə edirəm.
Hörmətlə, Aleksandr Beqlov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru