Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, hörmətli cənab Prezident.
İcazə verin, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığımı ifadə edim.
Baş verən faciə məni dərindən sarsıtdı. Rusiya xalqı Sizinlə birlikdə kədərlənir.
Səmimiyyətlə Sizin, Mixail Şvıdkoy Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi