Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi adından Sizə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirik.
Dərin hüznlə, Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi