Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Qaqauziya sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Bu ağır itkinin kədərini bölüşərək, faciə qurbanlarının ailələrinə və yaxınlarına təsəllimizi və dəstəyimizi ifadə edir, həmçinin hadisə nəticəsində yaralananların tezliklə tam şəfa tapmasını arzulayırıq.
Dərin kədərlə və hüznlə, Yevgeniya Qutsul Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri