Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, Qardaşımız İlham Əliyev.
Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.
Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik.
Dərin hörmət və ehtiramla, Daniel Orteqa Saavedra Nikaraqua Respublikasının Prezidenti, Rosario Muriyo Nikaraqua Respublikasının vitse-prezidenti