Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 356 000,0 min manat, xərcləri 41 407 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 562 064,0 min manat, yerli gəlirləri 793 936,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 608 389,0 min manat, yerli xərcləri 799 211,0 min manat) məbləğində təsdiq edilsin. Maddə 2. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun: Sıra №-si Gəlirlərin mənbələri Məbləğ (manatla)
2.1. Fiziki şəxslərin gəlir vergisi 1 989 000 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 6 344 000 000,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi 46 700 000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi 392 600 000,0
2.5. Əlavə dəyər vergisi 8 326 200 000,0 2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 4 568 000 000,0
2.6. Sadələşdirilmiş vergi 405 000 000,0
2.7. Aksizlər 1 840 700 000,0 2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 185 000 000,0
2.8. Yol vergisi 142 800 000,0 2.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 37 000 000,0
2.9. Mədən vergisi 160 000 000,0
2.10. Gömrük rüsumları 1 810 000 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 166 000 000,0
2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2 000 000,0
2.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 612 230 000,0
2.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) 14 481 000 000,0
2.15. Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 34 000 000,0
2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 12 000 000,0
2.17. Dövlət rüsumu 390 000 000,0
2.18. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 75 000 000,0
2.19. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 880 000 000,0
2.20. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları üzrə daxilolmalar 61 220 000,0
2.21. Sair daxilolmalar 185 550 000,0
Maddə 3. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır: Sıra №-si Gəlirlərin mənbələri Məbləğ (manatla)
3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu üzrə daxilolmalar 340 000 000,0 3.1.1. yol vergisi 142 800 000,0 3.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi 7 200 000,0 3.1.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 54 200 000,0 3.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu 96 400 000,0 3.1.5. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu 39 100 000,0 3.1.6. iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr 300 000,0 Maddə 4. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir. Maddə 5. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:
5.1. bu Qanunun 9-cu maddəsi ilə 2025-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid edilənlərdən başqa);
5.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının digər gəlirləri. Maddə 6. Bu Qanunun 9-cu maddəsi ilə 2025-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir. Maddə 7. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir: Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla)
7.1. Ümumi dövlət xidmətləri 5 261 728 956,0 7.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 1 765 755 192,0 7.1.2. beynəlxalq münasibətlər 502 780 000,0 7.1.3. xarici yardımlar 24 520 000,0 7.1.4. elm 239 213 243,0 7.1.5. seçki və statistika tədbirləri 35 057 321,0 7.1.6. büdcələrarası transfertlər 294 763 000,0 7.1.6.1. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 285 713 000,0 7.1.6.2. yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya 7 500 000,0 7.1.6.3. yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya 1 550 000,0 7.1.7. dövlət borcu 2 399 640 200,0
7.2. Müdafiə və milli təhlükəsizlik 8 396 297 596,0 7.2.1. müdafiə qüvvələri 2 665 277 196,0 7.2.2. milli təhlükəsizlik 467 917 873,0 7.2.3. sərhəd xidməti 540 314 143,0 7.2.4. müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 5 359 711,0 7.2.5. müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər 4 717 428 673,0
7.2.5.1. xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 4 580 000 000,0
7.3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 3 192 002 515,0 7.3.1. məhkəmə hakimiyyəti 151 041 422,0 7.3.2. hüquq mühafizə 2 311 382 766,0 7.3.3. prokurorluq 126 387 272,0 7.3.4. məhkəmə qərarlarının icrası 10 000 000,0 7.3.5. hüquqi yardım 6 061 927,0 7.3.6. məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər 587 129 128,0
7.4. Təhsil 4 937 283 246,0 7.4.1. məktəbəqədər təhsil 467 441 987,0 7.4.2. ümumi təhsil 2 347 506 880,0 7.4.3. peşə təhsili 82 228 666,0 7.4.4. orta ixtisas təhsili 104 858 142,0 7.4.5. ali təhsil 180 731 136,0 7.4.6. əlavə təhsil 20 830 788,0 7.4.7. təhsil sahəsində tətbiqi tədqiqatlar 7 493 152,0 7.4.8. təhsil sahəsində digər müəssisə və tədbirlər 1 726 192 495,0
7.5. Səhiyyə 1 993 578 359,0 7.5.1. poliklinikalar və ambulatoriyalar 18 082 341,0 7.5.2. xəstəxanalar 249 303 643,0 7.5.3. diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyət 5 496 000,0 7.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 8 021 082,0 7.5.5. səhiyyə sahəsində proqramlar və digər xidmətlər 1 712 675 293,0 7.5.5.1. icbari tibbi sığorta fonduna ayrılan vəsait 1 416 405 000,0
7.6. Sosial müdafiə və sosial təminat 4 751 730 807,0 7.6.1. sosial müdafiə 515 443 904,0 7.6.2. sosial təminat 38 672 446,0 7.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 50 000,0 7.6.4. sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər 4 197 564 457,0 7.6.4.1. dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 600 000 000,0 7.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət 621 779 862,0 7.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 234 559 269,0 7.7.2. televiziya, radio və nəşriyyat 67 746 571,0 7.7.3. bədən tərbiyəsi və gənclər siyasəti 80 032 720,0 7.7.4. yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər 22 073 699,0
7.7.5. mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər 217 367 603,0
7.8. Mənzil və kommunal təsərrüfatı 369 908 011,0 7.8.1. mənzil təsərrüfatı 69 476 654,0 7.8.2. kommunal təsərrüfatı 160 356 063,0 7.8.3. su təsərrüfatı 13 707 499,0 7.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 126 367 795,0
7.9. Kənd təsərrüfatı 1 203 805 845,0 7.9.1. kənd təsərrüfatı tədbirləri 574 499 540,0 7.9.2. baytarlıq 48 485 983,0 7.9.3. meliorasiya 542 683 176,0 7.9.4. kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər 38 137 146,0
7.10. Ətraf mühitin mühafizəsi 414 191 558,0 7.10.1. Ətraf mühitin və təbiətin mühafizəsi 1 045 766,0 7.10.2. bioloji zənginliyin qorunması 9 274 287,0 7.10.3. torpaq və yerquruluşu 15 100 000,0 7.10.4. hidrometeorologiya tədbirləri 10 591 785,0 7.10.5. meşə təsərrüfatı 20 116 471,0 7.10.6. balıqçılıq və ovçuluq 1 384 537,0 7.10.7. ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi 326 083 862,0 7.10.8. ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər 30 594 850,0
7.11. İqtisadi fəaliyyət 8 377 525 915,0 7.11.1. nəqliyyat və rabitə 509 262 144,0 7.11.2. iqtisadi və kommersiya fəaliyyəti 53 594 784,0 7.11.3. tikinti və şəhərsalma 6 687 457 000,0 7.11.3.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 2 685 400 000,0 7.11.3.2. işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası 4 000 000 000,0 7.11.4. geodeziya və faydalı qazıntılar 8 200 000,0 7.11.5. yanacaq və enerji kompleksi 42 634,0 7.11.6. iqtisadi fəaliyyətlə bağlı digər xidmətlər 1 118 969 353,0
7.12. Əsas bölmələrə aid edilməyən xərclər 1 887 767 330,0 7.12.1. ehtiyat fondları 448 000 000,0 7.12.1.1. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu 300 000 000,0 7.12.1.2. dövlət büdcəsinin ehtiyat fondu 148 000 000,0 7.12.2. məqsədli büdcə fondları 420 520 000,0 7.12.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları 420 520 000,0 7.12.3. valyuta konvertasiyası 4 000 000,0
7.12.4. əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət 1 015 247 330,0 7.12.4.1. dövlət ehtiyatlarının yaradılması 35 000 000,0 7.12.4.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 20 000 000,0 7.12.4.3. ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər 15 045 899,0 7.12.4.4. sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər 945 201 431,0
Maddə 8. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin. Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 15 500 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 152 100 000,0 manat, yerli xərclər 799 211 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 14 553 964 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 5 275 000,0 manat məbləğində təsdiq edilsin.
(manatla) Sıra №-si Şəhər və rayonların adı Gəlirlər Yerli xərclər Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi Cəmi o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ Şəhərlər
1. Bakı 14 103 000 000 129 467 000 358 525 000 13 615 008 000 0
2. Gəncə 108 103 000 1 808 000 39 695 000 66 600 000 0
3. Lənkəran 38 374 000 2 560 000 9 285 000 26 529 000 0
4. Mingəçevir 36 540 000 65 000 15 458 000 21 017 000 0
5. Naftalan 10 077 000 2 000 3 151 000 6 924 000 0
6. Sumqayıt 213 052 000 2 455 000 32 802 000 177 795 000 0
7. Şəki 36 992 000 1 893 000 7 559 000 27 540 000 0
8. Şirvan 34 040 000 1 790 000 5 173 000 27 077 000 0
9. Yevlax 26 014 000 2 753 000 7 458 000 15 803 000 0
10. Xankəndi 500 000 0 0 500 000 0 Rayonlar
11. Abşeron 91 527 000 166 000 11 235 000 80 126 000 0
12. Ağcabədi 25 021 000 1 732 000 6 450 000 16 839 000 0
13. Ağdam 12 004 000 35 000 7 776 000 4 193 000 0
14. Ağdaş 13 311 000 12 000 6 402 000 6 897 000 0
15. Ağdərə 300 000 0 0 300 000 0
16. Ağstafa 12 315 000 41 000 5 288 000 6 986 000 0
17. Ağsu 16 486 000 1 049 000 5 494 000 9 943 000 0
18. Astara 16 804 000 10 000 4 555 000 12 239 000 0
19. Balakən 9 775 000 23 000 4 411 000 5 341 000 0
20. Beyləqan 17 698 000 33 000 5 008 000 12 657 000 0
21. Bərdə 22 155 000 61 000 6 895 000 15 199 000 0
22. Biləsuvar 17 677 000 17 000 5 241 000 12 419 000 0
23. Cəbrayıl 2 881 000 16 000 3 548 000 0 683 000
24. Cəlilabad 15 640 000 35 000 6 384 000 9 221 000 0
25. Daşkəsən 7 315 000 1 000 3 973 000 3 341 000 0
26. Füzuli 15 246 000 17 000 7 165 000 8 064 000 0
27. Gədəbəy 10 501 000 41 000 7 625 000 2 835 000 0
28. Goranboy 13 009 000 20 000 7 072 000 5 917 000 0
29. Göyçay 20 025 000 16 000 5 637 000 14 372 000 0
30. Göygöl 20 744 000 9 000 6 100 000 14 635 000 0
31. Hacıqabul 10 047 000 12 000 4 646 000 5 389 000 0
32. Xaçmaz 43 279 000 1 544 000 8 272 000 33 463 000 0
33. Xızı 5 866 000 5 000 3 295 000 2 566 000 0
34. Xocalı 1 153 000 3 000 2 144 000 0 994 000
35. Xocavənd 1 285 000 25 000 2 344 000 0 1 084 000
36. İmişli 44 010 000 1 711 000 5 847 000 36 452 000 0
37. İsmayıllı 16 422 000 10 000 6 557 000 9 855 000 0
38. Kəlbəcər 3 766 000 4 000 4 899 000 0 1 137 000
39. Kürdəmir 17 367 000 18 000 5 138 000 12 211 000 0
40. Qax 6 531 000 15 000 5 423 000 1 093 000 0
41. Qazax 22 759 000 15 000 5 812 000 16 932 000 0
42. Qəbələ 29 532 000 22 000 7 538 000 21 972 000 0
43. Qobustan 6 649 000 5 000 4 573 000 2 071 000 0
44. Quba 35 464 000 64 000 8 841 000 26 559 000 0
45. Qubadlı 7 105 000 4 000 4 279 000 2 822 000 0
46. Qusar 17 408 000 28 000 6 684 000 10 696 000 0
47. Laçın 6 700 000 75 000 5 913 000 712 000 0
48. Lerik 5 979 000 5 000 5 449 000 525 000 0
49. Masallı 17 757 000 35 000 8 230 000 9 492 000 0
50. Neftçala 11 915 000 28 000 5 292 000 6 595 000 0
51. Oğuz 4 606 000 30 000 3 961 000 615 000 0
52. Saatlı 15 716 000 8 000 5 988 000 9 720 000 0
53. Sabirabad 17 766 000 17 000 5 748 000 12 001 000 0
54. Salyan 18 121 000 26 000 6 941 000 11 154 000 0
55. Samux 9 708 000 16 000 5 317 000 4 375 000 0
56. Siyəzən 8 625 000 17 000 3 858 000 4 750 000 0
57. Şabran 10 906 000 21 000 4 453 000 6 432 000 0
58. Şamaxı 18 823 000 14 000 7 385 000 11 424 000 0
59. Şəmkir 29 919 000 50 000 9 406 000 20 463 000 0
60. Şuşa 4 121 000 2 000 1 902 000 2 217 000 0
61. Tərtər 12 404 000 17 000 6 978 000 5 409 000 0
62. Tovuz 30 043 000 2 022 000 7 131 000 20 890 000 0
63. Ucar 9 853 000 21 000 3 775 000 6 057 000 0
64. Yardımlı 4 253 000 8 000 5 622 000 0 1 377 000
65. Zaqatala 17 389 000 62 000 5 919 000 11 408 000 0
66. Zəngilan 3 056 000 3 000 2 681 000 372 000 0
67. Zərdab 6 571 000 11 000 5 605 000 955 000 0 Cəmi 15 500 000 000 152 100 000 799 211 000 14 553 964 000 5 275 000 Maddə 10. Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır. Maddə 11. Azərbaycan Respublikasının 2025-ci ildə dövlət daxili və xarici borclarına xidmətlərlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin: Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla)
11.1. Daxili dövlət borcu üzrə, cəmi o cümlədən: 958 000 000,0 faiz ödənişləri 821 200 000,0
11.2. Xarici dövlət borcu üzrə, cəmi o cümlədən: 1 441 640 200,0 faiz ödənişləri 479 278 800,0 Maddə 12. Azərbaycan Respublikasının 2025-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 3 500 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 2 000 000,0 min manat məbləğində təsdiq edilsin. Maddə 13. Dövlət büdcəsinin icrası prosesində "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.
Maddə 14. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 051 600,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2025-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı, həmçinin məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına həmin fondların kəsirinin bağlanması daxilində) hesabına həyata keçirilsin. Maddə 15. Azərbaycan Respublikasının 2025-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 47 629 437,6 min manat müəyyən edilsin. Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2025-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 18 131 419,4 min manat məbləğində müəyyən edilsin. Maddə 17. Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 dekabr 2024-cü il