Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu matəm günündə Zati-alinizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə, Umaru Sisoku Embalo Qvineya-Bisau Respublikasının Prezidenti