Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Bu faciəvi hadisə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyirik.
Hörmətlə, Şeyx Mansur bin Zayed Al Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri