Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, hər zaman yüksək əhvali-ruhiyyə, xalqınızın davamlı sevgi və dəstəyini arzu edirik.
Bu il Sizin uzaqgörən liderliyinizin və Azərbaycanın tərəqqisi naminə mühüm fədakarlığınızın daha bir sübutunun şahidi olduq. Azərbaycanın COP29 Sədrliyi ölkənin iqlim dəyişmələri, qlobal əməkdaşlıq kimi məsələlərdə liderlik bacarığını, beynəlxalq dialoq və fəaliyyətdə rolunu bir daha nümayiş etdirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə təşəkkürümüzü bildiririk. Bizə və missiyamıza olan inamınızın nəticəsidir ki, Mərkəz 2024-cü ildə də böyük nailiyyətlər əldə etdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin getdikcə genişlənən yüksəksəviyyəli beynəlxalq fəaliyyəti Azərbaycanın mühüm ölkə kimi nüfuzunu artırmaqda davam edir, ona yeni dost və tərəfdaşlar qazandırır.
Zati-aliləri, doğum gününüz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirik, Azərbaycan naminə həyata keçirdiyiniz uzaqgörən siyasətinizdə Sizə yeni-yeni uğurlar diləyirik. Əminik ki, Sizin rəhbərliyinizlə xalqınız qarşıdakı illərdə daha böyük nailiyyətlər qazanacaqdır. Sizinlə 2025-ci il martın 13-15-də keçirilməsi nəzərdə tutulan XII Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirik.
Ən yüksək ehtiramımızla, Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti Mariya Fernanda Espinoza BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri Tarya Halonen 2000-2012-ci illərdə Finlandiyanın Prezidenti Boris Tadiç 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti İv Löterm 2009-2011-ci illərdə Belçikanın Baş naziri Əmr Musa 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Zlatko Laqumciya 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Tzipi Livni 2006-2009-cu illərdə İsrailin xarici işlər naziri Jan Baderşneyder "Müasir Köləliyə Son Qoyaq" Qlobal Fondunun İdarə Heyətinin sədri, "Exxon Mobil" şirkətinin sabiq vitse-prezidenti Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Çau Çak Vinq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri, Çinin Kingold Qrupunun sədri Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini David Pan Çinin Tsinxua Universiteti Şvarzman kollecinin baş dekanı