2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyası İdarə Heyətinin 2024-cü il 18 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Ağalar Qədim oğlu Məmmədov Arzu Natiq oğlu Babayev Firdovsi Tofiq oğlu Bədəlov Ziyafət Ələkbər oğlu Ələkbərov Rəşad Fazil oğlu Məhəmmədov İlyas Vəli oğlu Alıyev İlham Əmiraslan oğlu Həsənov Yusif Hüseyn oğlu Allahyarov Seymur Qurban oğlu Rəcəbov Natavan Fikrət qızı Qurbanova Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Əmir Ziyad oğlu Çıraqəliyev Məhərrəm Cəfər oğlu Cəfərov Rəşad Haşim oğlu Abbasov Samir Qulu oğlu Nəsirov Əliyar Əliş oğlu Şirməmmədov Eyvaz Rza oğlu Əliyev Elçin Valeh oğlu İsmayılov Zeynal Pirməd oğlu Həmidov Elçin Hidayət oğlu Abbasquliyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov