2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ağ Partiyası İdarə Heyətinin 2024-cü il 14 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Ağ Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Mehdi Xilqət oğlu Ağazadə Tural Seymur oğlu Bəkirov Nigarə Mübariz qızı Məmmədova Camal Maksim oğlu Kazımov Fərqanə Bəhrəm qızı Həmidova Ayaz Mahir oğlu Teymurov Nayıb Bəhrəm oğlu Quliyev Lila Abdurahman qızı Məmmədova Rüfət İbrahim oğlu Hacıbəyli Pərvin İkram oğlu İsrafil Nərmin Mahir qızı Həsənova Qələm Fikrət qızı Səmədova Şəhriyar Nazim oğlu Vəliyev Səfər Abasağa oğlu Abasov İkram Müşfiq oğlu Qəzənfərli İqrar İlqar oğlu Əzizli Tacəddin Ağakişi oğlu Paşayev Araz Mahir oğlu Teymurov Kamran Fərhad oğlu Məmmədli Rəhim Rüfət oğlu Əhmədzadə Toğrul Feyruz oğlu Abbasov Nizami Qələndər oğlu Məmmədov Yusif Müzəffər oğlu Quliyev Rəşad Sərdar oğlu Kazımov Yusif Gündüz oğlu Həsənov Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Səddam Saməddin oğlu Nəcəfov Vüsal Şövkət oğlu Əliyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov