2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin 2024-cü il 9 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Saleh Qədimalı oğlu Qədimalıyev İlham Aprel oğlu Axund Yengibar Zakir oğlu Əhmədov Ayət Davud oğlu Abasov Elşən Xasay oğlu Həşimov Tural Şəmsəddin oğlu Quliyev Rəşid Ərşad oğlu Əliyev Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Kamal Əşrəf oğlu Poladov Bədəl Məmməd oğlu Abbaslı Vahid Əmirxan oğlu Cəbrayılov Ağagül Nəhməd oğlu Əmənov Şahin Əliş oğlu Vəliyev Tərlan Əsgər oğlu Əhmədov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov