2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Böyük Azərbaycan Partiyası Siyasi Şurasının 2024-cü il 3 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Fikrət İlyas oğlu Cəfərov Səfa Sevdagər oğlu Əzimov Anar Bərxudar oğlu İsmayılov Məhəmməd Sərdar oğlu Süleymanzadə Şahin Telman oğlu Məmmədov Cavidan Zeynal oğlu İsmayılzadə Nəsimi Saleh oğlu Hüseynov Bayram Vüqar oğlu Əhmədov Məcid Tofiq oğlu Məcidzadə Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə Azad Məmməd oğlu Məmmədov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov