2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin 2024-cü il 7 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Yaşar Rəşid oğlu Kələntərov Vaqif Şirin oğlu Abışov Nəsimi Vələd oğlu İsayev Kənan Vasil oğlu Quliyev Əsgər Rövşən oğlu Qurbanov Vasif Vidadi oğlu Bağırov Mübariz Hüccətulla oğlu Əmirov Akif Tofiq oğlu Qəmbərov Dədəbək Özibək oğlu Sahratov Emil Namət oğlu Qasımov Məhəmməd Vahyəddin oğlu Həşimov Həmid Ələmşah oğlu Əliyev Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
İlqar Əlixan oğlu Məmmədxanov Mahir Həmzə oğlu Zeynalov Nəzrin Mahir qızı Cəfərova Rövşən Elşən oğlu İsmayılov Bəhrəm Əlif oğlu Yusifov Baxçalı İlham oğlu Əliyev Əliyar İmanxan oğlu Bəşirov Elnarə Ədalət qızı Bəkirli Əcəbnaz Teymur qızı Heydərova Mösüm Cabar oğlu Mahmudov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov