"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununu rəhbər tutaraq və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-2-ci maddəsini, "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında" Əsasnamənin 9-3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilsinlər:
Əsgərov Ziyafət Abbas oğlu – Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nağıyev Arzu Nəsib oğlu – Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Ağazadə Əminə Həmid qızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gülməmmədov Vüqar Tapdıq oğlu – Azərbaycan Respublikası Hesablama Palatasının sədri, Hacıyev Fərid Famil oğlu – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Bakı şəhəri, 10 dekabr 2024-cü il