2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Demokratik İslahatlar Partiyası Siyasi Şurasının 2024-cü il 5 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Demokratik İslahatlar Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
İlkin Samit oğlu Həsənov Şahin Yusif oğlu Ağayev Fuad Əşrəf oğlu Əşrəfov Səfər Nəsrəddin oğlu Abdullayev İsmayıl Arzu oğlu Musazadə Ziyafət Əlhüseyn oğlu Əhmədov Razik Aydın oğlu Əliyev Yunis Şahmar oğlu Məmmədov Şaban Məhəmməd oğlu Balaxanov Mürsəl Qardaşəli oğlu İbrahimli Tərlan Musa oğlu Həsənov Sevda Rafiq qızı Həsənova Hikmət Nazim oğlu Ocaxverdiyev Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə Samir Adil oğlu Quliyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov