2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının 2024-cü il 2 dekabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Rəşad Aydın oğlu Bayramov Yəhya Məhəmmədli oğlu Həsənov Elşən Mansur oğlu Mustafayev Çingiz İmris oğlu Şahbazi Məmmədəli Talıb oğlu Səfərov Tapdıq Həsən oğlu Həsənov Məmməd Əliağa oğlu Qurbanov Bəhmən Tofiq oğlu Xanəlizadə Eldar Zabit oğlu Aslanov Güləddin Rza oğlu Şahverənov Xalıqverdi Həsən oğlu Həsənov Həsən Əli oğlu Həsənov Zəminə Şixsəməd qızı Əskərova Təbriz Səməndər oğlu Musayev Zahid Hüseyn oğlu Qarayev Yabil Tofiq oğlu Abbasov Əlibaba Gülalı oğlu Salmanov Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Afsəddin Qinyaz oğlu Nəbiyev Məmməd Əsəd oğlu Qələndərli.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov